Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə53/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   49   50   51   52   53   54   55   56   ...   111

 
158 
 
 
alınsa, ordunun ümumi sayı 200.000-300.000 nəfərə çatır (86, 352, 
353). 
Şardenə əsasən I Şah Abbasın vəfatı əsnasında sarayı qoruyan 
10000 nəfər istisna olmaqla, ordunun ümumi sayı 120.000 nəfərdən 
ibarət olub, onun 50.000 nəfərini üç yeni alay təşkil edirdi. Bu vaxt 
sarayı qoruyan 10000 nəfər nəzərə alınmadıqda, vilayət qoşunları-
nın sayı 70.000 nəfərdən çox deyildi (112, c.3, 1197). 
Səfəvi qoşunun sayı barədə Oruc bəy Bayatın gündəliyindəki 
məlumatlar isə XVI yüzilliyin son rübünə aiddir. O, Səfəvi 
qoşununun  əsas hissəsinin süvarilərdən ibarət olduğunu, qoşunun 
sayının bayraqların sayından bilindiyini, hər min nəfər  əsgərin 
önündə öz bayraqları dalğalandığını  və bunun Roma senturiyasın-
dan götürüldüyünü yazmışdır. Ancaq müəllif burada müəyyən 
dolaşıqlığa yol vermişdir. Məlum olduğu kimi, Romada senturiya 
100 nəfərdən ibarət qoşun dəstəsinə deyilirdi. Türk hərb strukturun-
da isə qoşun onluq, yüzlük və minlik, tümənə bölünürdü və  əski 
çağlardan bəri türk ordusunda minbaşının başçılıq etdiyi min nəfər-
lik takımın önündə öz bayraqlarının aparılması sırf özlərinə aid hərb 
qaydası idi. Oruc bəy yazırdı: «…Şah asanlıqla 200 min süvari yığa 
bilərdi və bunu mən özüm görmüşdüm. İştirak etdiyim çoxlu hərbi 
səfərlərdə 200 bayraq saymışdım» (165, 34-35). Ancaq onu da qeyd 
etmək lazımdır ki, dövrün bir çox başqa qaynaqlarında verilən 
məlumatlar sübut edir ki, Oruc bəy Bayatın qoşununun sayı haqqın-
dakı qeydlərində müəyyən qədər şişirtmələr vardır. 
Tavernyenin ayrı-ayrı  hərbi dəstələr üzrə  məlumatlarını 
yekunlaşdırıldıqda XVII əsrin 50-60-cı illərindən ordunun ümumi 
sayı  təxminən 90.000-100.000 nəfər (104, 581-583) və Engelbert 
Kempferin mlumatları  əsasında aparılan hesablamalara görə isə 
həmin əsin 80-ci illərində 90.000 nəfərdən (96, 91) ibarət olmuşdur. 
Ancaq göstərmək lazımdır ki, XVII yüzilliyin ikinci yarısında 
Dərbənd  şəhərindən  İran körfəzinə  və  Ərəb  İraqından  Əfqanıstan-
dakı Hilmend çayına qədər geniş  əraziyə sahib olan Səfəvi impe-
ratorluğunun müxtəlif hərbi-strateji əhəmiyyət kəsb edən məntəqə-
lərində yerləşdirilmiş dövlət və  Şah qoşununun ümumi sayının 
dövrün avropalı müəlliflər tərəfindən dəqiq müəyyənləşdirilməsi 


 
159 
 
 
qeyri-mümkün idi. Ona görə  də, onların Səfəvi qoşununun ümumi 
sayı haqqındakı  məlumatları  təxmini say göstəricisi kimi qəbul 
olunmalıdır. Engelbert Kempferlə eyni vaxtda Səfəvi ölkəsində olan 
Sanson da Səfəvi dövlətinin hərbi təşkilatı ilə maraqlanmış  və 
gündəliyində bölgələr üzrə qoşunun sayını göstərmişdir (106, 137-
143): 
Saray qoruyucuları  
 
            – 14 000 
Qəndəhar əyaləti 
   – 
12 
000 
Xorasan   
 
 
            – 20 000 
Mazandaran və Gilan    
            – 15 000 
Dərbənd və Şirvan əyaləti  
            – 12 000 
Azərbaycan 
 
   – 
20 
000 
İrəvan 
 
    – 
12 
000 
Luristan   
 
 
            – 12 000 
Ərəbistan sərhəddində   
            – 15 000 
Persiya və Kirman  
 
 
– 12 000 
Cəmi: 
 
    - 
144 
000 
XVI-XVII yüzilliklərin qaynaqlarında, xüsusilə dövrün 
Avropa  ədəbiyyatında ordunun döyüş taktikası, hərbi musiqi və 
musiqi alətləri haqqında da qiymətli mlumatlar vadır. I Şah İsmayıl-
dan sonra müharibələrdə qarşı  tərəfin ordusunun hərəkət istiqamə-
tində otlaqlar, tarlalar yandırılır, yaşayış  məskənlərində  əhalinin 
ərzaq ehtiyatı gizlədilir ya da məhv edilirdi. Səfəvi ordusu ilk vaxt-
larda olduğu kimi, inam hissi ilə meydan savaşına girmir, süvari 
alaylar dağ  aşırımlarında, keçidlərdə gizlənərək  əks tərəfin ordu-
sunun hərəkətini nəzarətdə saxlayır və qəti qələbəyə əmin olduqda 
çevik dəstələr hərbi əməliyyata başlayırdı. Engelbert Kempfer yazır: 
«Savaş başladıqda  əsgərlərin hamısı birlikdə türk dilində «yürü»! 
«yürü»! «yürü»! deyərək dəhştli nərələrindən hava titrəyir, səslər 
bir-birinə qarışır və sanki yerlə göy qovuşur». O, yazır ki, hərbi 
musiqi alətlərindən İngiltərə şeypurlarına bənzər uzun və qısa, yəni 
müxtəlif borular üstünlük təşkil edir. Əslində müxtəlif ölçülü bu 
borular gərənay (qaraney) və zurna (zorney) idi. Hərbi musiqi alət-
lərindən müxtəlif ölçülü təbil və nağaraların, sincin də adı  çəkilir. 
Engelbert Kempfer yazır ki, onların arasında enli, böyük sinclər də 


 
160 
 
 
vardır.  İki lövhədən ibarət olan sincin hər iki lövhəsinin dəstəyi 
vardır ki, həmin dəstəklərdən  əllə tutub sinc lövhələri bir-birinə 
vurulur, nəticədə çox cingiltili səs əmələ gəlir (96, 94, 95). 
Azərbaycan Səfəvi dövlətinin ordusu I Şah Abbasın həyata 
keçirdiyi hərbi islahatlar, yaratdığı yeni hərbi hissələrlə  təkmilləş-
dirilib, möhkəmləndirilmişdi. Ancaq I Şah Abbasdan sonra, yəni 
onun varislərinin dövründə ordu getdikcə  zəifləmiş  və  Şardenin 
yazdığı kimi, dövlətin maliyyələşdirdiyi qoşunun sayı da azalmış-
dır. Ordunun hərbi strukturunun pozulduğunu, sayının azaldığını 
hiss edən II Şah Abbas 1666-cı ildə qoşunun sayını, hərbi hazırlıq 
vəziyyətini müəyyənləşdirmək üçün hərbi parad keçirilməsi barədə 
hərbi rəislərə  fərman vermişdi. Bu fərman  əsasında təşkil edilən 
paradda hərbi rəislərin çoxu eyni alayı on-on iki dəfə paraddan 
keçirmiş  və  nəticədə ordunun sayı olduğundan çox çıxmış, ciddi 
nöqsanlar aşkar edilmişdir. Şah ordu başçılarına bu nöqsanları qısa 
müddətdə aradan qaldırmalarını tapşırdı. Ancaq ordu rəisləri Şahın 
buyruqlarını yerinə yetirmədilər. Nəticədə Şah Süleyman dövründə 
ordunun daha da zəifləməsi, ölkə daxili hərbi mühafizə xidmətinin 
pozulması ilə  əlaqədar olaraq, oğurluq, soyğunçuluq, qətl-qarətlə 
bağlı kütləvi narazılıqlar başlanmışdı. Bu zaman ordunun əsgəri 
heyəti arasında da hərbi xidmətə etinasızlıq və narazılıqlar vardı. 
Ona görə ki, bir çox hərbi hissələrin məvacibini hərbi rəislər ancaq 
müharibə vaxtı ödəyirdilər. Digər tərəfdən isə  Şardenin yazdığı 
kimi, dövlət və Şah tərəfindən xidmət müqabilində hərbçilərə ayrı-
lan maaş ayrı-ayrı  məntəqələrə yazılmışdı ki, hərbçi həmin mən-
təqənin kələntərinə müəyyən «hədiyyə» ödəmədən maaşını ala 
bilmirdi. Bu da narazılıqlara, hərbi xidmətə marağın azalmasına, 
nəticədə ordunun pozulmasına səbəb olurdu. Onu da göstərmək 
lazımdır ki, dövlət və şah tərəfindən əsgərlərə maaşla yanaşı, ancaq 
silah-sürsat verilirdi. Halbuki illik maaşı 400 livr olan süvari əsgər 
təkcə paltarına bunun iki misli qədər pul xərcləməli idi (112, c.3., 
1197, 1198, 2000). 
 Əsgəri təşkilatda ləşgərnəvis qazı, vəzir, mustoufi kimi xüsusi 
hərbi mahiyyət kəsb edən orqanlar da fəaliyyət göstərirdilər. Bu 
orqanlar hərbi qulluq adamlarını,  əsgəri heyəti qeydiyyata alır, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə