Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə55/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   51   52   53   54   55   56   57   58   ...   111

 
164 
 
 
II FƏSİL 
 
DİNİ DİVAN 
 
§1 Dini təsisatlar 
 
 Səfəvilər dövlətinin hakimiyyət orqanlarının strukturu, dün-
yəvi hakimiyyətlə dini idarələrin qarşılıqlı münasibətləri,  şəri 
məhkəmə aparatı  və bir çox başqa dini təsisatlar haqqında dövrün 
yerli qaynaqları və Avropa ədəbiyyatında müfəssəl nəzəri məlumat-
lar vardır. Məlum olduğu kimi, Səfəvi dövləti teokratik monarxiya 
kimi meydana gəlmiş və dövlətin başında dayanan Şah qeyri-məh-
dud hakimiyyətə malik olub, həm dünyəvi, həm də  Ərdəbil dərviş 
ordenin başçısı, yəni mürşid-i kamil statusu ilə dini hakimiyyəti də 
təmsil edirdi (20, 224). Ancaq islamda dünyəvi və dini hakimiy-
yətin vəhdəti haqqında mövcud olan müddəaya baxmayaraq Səfəvi 
dövlətinin mərkəzi hakimiyyət orqanları arasındakı  səlahiyyət 
bölgüsü qaydalarına uyğun olaraq «divan əs-sədara» adı ilə məlum 
olan xüsusi ali ruhani idarəsi də təsis olunmuşdu. Şarden yazırdı ki, 
Səfəvi dövlətində ruhanilər böyük ayətullah (hərfi mənada allahın 
rəmzi mənasını ifadə edən və fiqh məsələlərində müstəqil hökm 
vermək, qərarlar çıxarmaq hüququna malik olan müctəhidlərin ali 
rütbəsi anlamında işlənir), hüccətül-islam (hərfi mənada dəlil, sübut 
və terminoloji mənada isə bütün rəvayətləri, məlumatları bilən 
ilahiyyatçı), qazı  və müftidən (dini-hüquqi məsələlər barədə  qərar 
çıxaran, fitva verən) ibarət olub, mülki və şəri təhqiqatla onlar məş-
ğul olurdular. Ayətullaha müctəhid-e  əzəm (hökm vermək, qərar 
çıxarmaq hüququna malik olan ən nüfuzlu və böyük fəqih), yəni 
sədr deyirdilər. Bu söz isə  ərəbcə olub, bədənin yuxarısı  mənasını 
ifadə edr ki, biz bədənin bu hissəsinə qəlb deyirik. Ancaq ayrılıqda, 
daha doğrusu, ali rütbə, yüksək məqam və bir istilah kimi 
«sədrneşin», yəni sədr yerini tutan, yaxud məcazi mənada  ən 
yüksək fəzada, göylərin yeddinci qatında qərar tutan «sidr» ağası 
kimi, ya da məclisdə başda oturan mənasını anladır. Qəlbin dinin 
məkanı və qalxanı, yəni qoruyucusu olması insan şüurundan kənar 


 
165 
 
 
deyildir. Yerli düşüncəyə görə Osmanlı dövlətindəki müfti ilə 
müqayisədə Səfəvi ölkəsindəki sədrin hüquq və səlahiyyəti nisbətən 
geniş idi (112, c.IV, 1335). Şardendən fərqli olaraq Tavernye 
Osmanlı  və  Səfəvi dövlətlərinin quruluşunda ali ruhani idarə 
başçıları, ümumiyyətlə, din xadimlərinin yeri və rolunu nəzəri 
baxımdan  şərh edərək fərqli cəhətlərini aydınlaşdırmağa cəhd 
göstərmişdir. O, yazır ki, Səfəvi dövlətində etimad əd-dövlə mülki 
sahədə  həm böyük, həm də birinci şəxs olduğu kimi, sədr də dini 
idarənin başçısıdır. Bu iki dövlətin dini başçıları, ümumiyyətlə 
üləmaları arasında fərq ondadır ki, Osmanlı din xadimləri başqa 
zümrələrin tərkibinə keçə bilməzlər, ancaq Səfəvi ölkəsində sədrin 
etimad  əd-dövlə ola bilməsinin qarşısında heç bir maneə yoxdur 
(104, 588). Bəlkə  də, bu elə  səyyahın özünün göstərdiyi kimi, 
Səfəvi dövlətində din xadimlərinin qələm  əhli, bilik sahibləri 
olmasından irəli gəlirdi. Şarden yazır ki, sədr güclü, qüdrətli olub o, 
dini və hüquqi işlər  üzrə hakim, şeyx, həqiqətin qibləgahı, 
peyğəmbərin xələfi, imamların naibi və birinci xəlifə hesab 
olunurdu. Səfəvi dövlətində bütün möminlər inanır və hesab edir ki, 
hakimiyyəti ruhanilər və iman əhlindən qəsb etmişlər. Belə ki, 
müsəlmanların qanuni hakimləri sədr və başqa din xadimləridir. 
Onlar öz iddialarını  əsaslandırmaq üçün deyirlər ki, həzrət 
Məhəmməd həm Allahın elçisi, hm də hökmdar idi. Pərvərdigar 
cəmi müsəlmanların maddi və mənəvi məsəlləri ilə məşğul olmağı 
ona həvalə etmişdi. Ancaq bir çox adamlar isə hesab edirlər ki, 
başqa məzhəbdən olan şəxslərin hakimiyyəti dinlə uzlaşmır.  Şah, 
Allahın və peyğəmbərin yer üzündə kölgəsi, həm də canişinidir. O, 
insanlara doğru yol göstərərək rəhbərlik edir. Ruhanilər, yəni din 
xadimləri öhdələrində olan işlərlə  məşğul olmalı  və onlar siyasət, 
yəni hakimiyyət işlərinə qarışmamalıdırlar (112, c.IV, 1335). 
Dövrün qaynaqlarında dini idarənin hüquq və səlahiyyətləri ilə 
bağlı materialları geniş  şəkildə elmi dövriyyəyə  cəlb edən 
V.Minorski dövlətin dini idarə ilə bağlı siyasətini elmi cəhətdən 
təhlil edərək sədrin «dini divan»ın başçısı olduğunu və ilk vaxtlar 
onun «sədr mouqufat» adlandığını göstərir (103, 73). Şardenə görə 
də bu vəzifə iki yerə bölünməmişdən əvvəl dini divanın başçısı sədr 


 
166 
 
 
mouqufat adlanırdı. O yazır ki, mouqufa vəqf sözündən əmələ gəlib 
«başqa yer», «uzaq düşmüş», «dəyanətli» və bir çox başqa mənaları 
ifadə edir. Dini istilah kimi isə  məscid və başqa yerlərə xeyirxah 
məqsəd üçün verilən  ʺnəzirʺ  mənasında işlədilir (112, c.IV, 1337). 
O.Əfəndiyev qaynaq materiallarına  əsaslanaraq yazır ki, ölkə tor-
paqlarının divan və xassəyə bölünməsinə uyğun olaraq ərazi əlaməti 
əsasında sədr vəzifəsi də iki şəxs arasında bölünür. Ancaq «Təzkirət 
əl-müluk»da sədarət vəzifəsinin xassə və amməyə (məmalik) bölün-
məsinin adi təcrübədən irəli gəldiyi bildirilir (103, 2-3; 20, 223-
233). 
Şardenin müşahidələrindən və Minorskinin sədr institutu ilə 
bağlı apardığı  təhlillərdən aydın olur ki, Şah Abbas Sani (1642-
1666) sədrin nüfuzunu zəiflətmək üçün onu özünə baş  vəzir təyin 
etmiş və sədrin məqamı 17 ay başqa bir vəzifənin rəhbərliyi altında 
qalmışdı.  Şah Süleyman (1666-1694) isə  sədrlik vəzifəsini yenə 
xassə və amməyə böldü. Sədre xassə şahın xalisə əmlakının, sədre 
ammə isə  əmlake ammənin, yəni xassə istisna olmaqla, dövlətin 
digər inzibati vahidlərinin «dini divana» aid olan işləri ilə  məşğul 
olmalı idilər. Sədr xassə rütbəsinə görə, sədr ammədən üstün idi. 
Dövlət  şurası iclaslarında sədr xassə  şahın sol tərəfində, baş  vəzir 
isə sağ  tərəfində  qərar tuturdu. Sədrlərə bir qayda olaraq şahın 
«nəvvab»ı deyilir və onlar şah sülaləsindən olan qızlarla evlənir-
dilər. Zorla islam dini qəbul etdirilmiş xristianın yenidən öz dininə 
qaytarılmasına da sədr icazə verirdi (103, 74; 106,71). 
Tavernyenin diqqətini isə II Şah Abbas və  Şah Süleyman 
dövründə ali ruhani idarəsi ilə bağlı  həyata keçirilən tədbirlərin 
mahiyyəti deyil, onun zahiri tərəfi özünə daha çox cəlb etmişdir. O, 
yazır ki, sədrlik mənsəbi bir şəxsin  əlində  cəmlənməklə  məhdud-
laşmır. Bəzən iki sədrin də olması mümkündür. İranda (Səfəvidə-
Z.B.) vəqf  əmlakları iki cürdür. Biri «mouquvate səltənəti» və 
digəri isə «mouqufate motəfəreqe» (qarışıq, pərakəndə)dir. Elə buna 
görə  də  bəzən iki nəfər sədr olur. «Mouqufate səltənəti» nin rəisi 
sədr əl-xassə və digəri isə sədr əl-mouqufat adlanır. 1667-ci ildə şah 
iki nəfər sədr təyin etmişdir ki, onların hər ikisi onun bacıları ilə 
evli idi (104, 588). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə