Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə63/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   59   60   61   62   63   64   65   66   ...   111

 
188 
 
 
əl uzadanlar günaha batırlar. Müsəlmanların səmavi kitabında hökm 
edilir ki, o kəslər ki, öz gündəlik ruzilərini qazanmaqda acizdirlər, 
lazımdır ki, vəqf gəlirlərindən müəyyən miqdarda onlara verilsin ki, 
bədbəxtliyə düçar olmasınlar, yəni ac qalmasınlar. Möminlər ki, 
vəqf  əmlakı  gəlirlərindən istifadə edə bilirlər, onlar bu qüdrətli və 
tam aydın olan hökmü dərk edərək vəqf gəlirlərinə tamahkarlıqla 
göz dikməməlidirlər. Çünki onların ruziləri kifayət qədərdir. 
Peyğəmbər də buyurmuşdur ki, o yemək ləzzətli və faydalıdır ki, o 
zəhmətlə başa gəlir. Onlar bunu bir qayda olaraq unutmur və dil-
lərinin əzbəridir. İmamlar da bu mühüm göstərişi belə təsvir etmiş-
lər.  Peyğəmbərlər də həqiqətən həmişə öz ruzilərini işləməklə, yəni 
zəhmətlə  əldə etmişlər. Adam zəhmətkeş olmalıdır. Bəzi 
peyğəmbərlər, o cümlədən, Musa və  Məhəmməd çoban, Davud 
zərgər, İlyas qatırçı, Loğman dərzi, Əyyub kitabdar, yaxud dabbaq 
və İsa həkim idi. Başqa peyğəmbər və seçilmiş adamların da peşəsi 
vardı.(112, c.IV, 1343-1344). 
Vəqf əmlakının məlum olmayan gəlirləri barədə ildə bir dəfə 
bu sahənin rəhbərləri, qəyyumları  şaha məlumat verirdilər. Ancaq 
bir çox hallarda şah bu əməliyyatda iştirak etmirdi. Belə olduqda bu 
iş sədr, yaxud onun müavini tərəfindən tənzim edilərək sonra şaha 
təqdim olunurdu. Şah isə bu barədə özünün təhqiqat və  təlimatını 
icra üçün vəqf dəftərinə göndərirdı (112, c.IV, 1343-1344). 
Şardenə görə Səfəvi ölkəsində vəqf əmlakının illik gəliri 400 
min frank olan bir neçə  məscid vardı  və qalan məscidlərin vəqf 
gəliri isə o qədər də çox deyildi. Ancaq Məşhəd şəhərindəki Həzrəti 
Rza vəqfinin gəliri məscidlərlə müqayisədə daha çoxudu (112, c.IV, 
1343-1344).Səyyahın yerli adamlardan əldə etdiyi məlumatlara görə 
ölkənin bütün vəqf  əmlakının ümumi dəyəri 800.000 tümən olub 
Fransa pul vahidi ilə otuz altı milyona bərabər idi. Ona şahın bütün 
əmlakının dəyərinin isə Fransa pulu ilə 14 milyondan çox olduğu 
bildirilmişdir. Səyyah yazır ki, İmam Rza məqbərəsinin gəliri haq-
qında  şaha doğru məlumat verilmədiyinə görə,  Şah Abbas Sani 
Qəndahardan geri dönərkən Məşhədə  gəlmiş  və astananın illik 
gəlirini yoxlayaraq 500 tümən (225000 livr) fərqlə müəyyənləşdirə 
bilmişdir (112, c.IV, 1340-1341). 


 
189 
 
 
Mütəvəllilik vəzifəsi şahlara aid olan vəqfələrə ovqafe təfvizi 
və ayrı-ayrı  şəxslərə aid olan vəqflərə isə ovqafe şəri deyilirdi. 
Şəriət ehkamı əsasında tərtib edilmiş vəqfnamə adlı müvafiq sənəd 
əsasında müəyyən vəqf əmlakını idarə edən şəxs mütəvəlli adlanır-
dı.  Şarden qeyd etdiyi kimi, mütəvəlli vəqf  əmlakının gəlirlərinin 
hər hansı istiqamətdə  sərf olunmasına aid sərəncamlar vermək 
səlahiyyətlərınə malik idi (45, 45). Şardenə görə onlara vəzifə borcu 
olaraq vəqflərin gəlirlərinin mənasız sərf olunmasının qarşısını al-
maq, haqq-hesab əməliyyatını aparmaq və bu əmlakı qorumaq 
tapşırılırdı. Mütəvəllinin mənəvi məsələlərlə  işi yox idi. Ancaq 
vəqflərin gəlirdən məscid, müqəddəs ocaqların təmiri üçün ayrılan 
vəsait onlara tapşırılır və təmir də onların vəzifəsinə aid idi ki, bu iş 
üçün vəsaitlər hazırlamalı idilər. Bir qayda olaraq böyük məscid-
lərin vəqf  əmlakı daha çox olur və onlara da mütəvəllil başçılıq 
edirdi. Ancaq kiçik məscidlərdə mütəvəlli olmurdu (112, c.IV, 
1344). 
Ali ruhani idarəsinə tabe olan mütəvəllini vəzifəyə Şah, yaxud 
sədarət divanı  təyin edirdi ki, bu məsələ ilə bağlı, yəni ayrı-ayrı 
vəqflərə, müxtəlif illərdə mütəvəllilərin təyin olunması haqqında 
fərmanlar və hökmlər verilmişdir ki, onların bir çoxu zəmanəmizə 
qədər qorunub saxlanılmışdır. Belə ki, Bakıdakı Bibiheybət məq-
bərəsinə mütəvəlli təyin olunması haqqında I Şah Təhmasibin 1555-
ci ilin dekabr ayında verdiyi fərmanda qeyd olunur: «...Bibiheybətin 
mübarək məzarının mütəvəlliyi qədim zamanlardan Şeyx Bünyada 
aid edilmişdi.  Ərzə çatdırılır ki, o vəfat etmişdir. Onun oğlu 
Qulaməlinin isə ləyaqət və qabiliyyəti var ki, həmin iş qayda üzrə 
ona tapşırılsın...». Qeyd olunan məqbərəyə mütəvəlli təyin olun-
masına aid Səfəvi  şahları ilə yanaşı, sədarət divanın da hökmü 
vardır. Belə ki, məqbərədə mütəvəllilik vəzifəsi ilə bağlı törənmiş 
münaqişə haqqında sədarət divanın 1654-cü ilin mart ayında verdiyi 
hökmdə göstərilir: «...Müqəddəs asitanənin mütəvəlliliyi...şeyx 
Məhəmməd Müqimə tapşırıldı  və rücu olundu ki, hər cəhətdən 
müstəqil və təkbaşına həmin işin tələbatını ödəsin..» (45, 64, 69). 
İrsi olan başqa növ vəqflər də vardı ki, onlara soyurqal da 
deyirdilər. Bu cür vəqflər bir çox hallarda din xadimləri ailələrinə 


 
190 
 
 
aid idi. Nəsldən-nəslə keçirdi ki, bu zaman daxili ziddiyyətlər də 
əslində  nəsldən-nəslə ötürülürdü. Ancaq bu anlaşılmamazlıqlar 
onların daxili işi olub, gəlirdən mənfəət  götürmək   hüququnu   ata   
oğlu  üçün   xüsusi   qayda   əsasında müəyyən edirdi. Soyurqal za-
man keçdikcə ailənin  əlindən çıxır və  nəticədə ailə üzvləri ona 
başçılıq hüququnu itirirlər və belə olduqda onlar bu əmlakı din 
xadimlərinin  əli ilə idarə edirlər. Demək lazımdır ki, soyurqal bir 
ailədən başqasına keçdikdə əvvəlki ailə deyil, ikinci ailə bu əmlak 
üzərində irsi hüquq əldə edir (45, 64, 69). O cümlədən vəqf əmla-
kına aid olan bir neçə  fərmanda da vəqf yerinə «soyurqal» qeyd 
olunmuşdur. Bibiheybət məqbərəsi vəqf  əmlakına dair II Şah 
Abbasın 1650-ci il yanvar ayında verdiyi fərmanda qeyd olun-
muşdu: «...Zığ  kəndinin malcəhəti Duldərə  əkinlərinin malcəhəti, 
bağlardan alınan mal, pambıqdan alınan üşr... Bibiheybət...asita-
nəsinin idarəsinə soyurqal verilmişdir... Zığ  kəndinin və sairənin 
sərvət və əmlakı mübarək asitanəyə bağışlanmış və soyurqal veril-
miş..» (45, 66, 67). Ancaq burada soyurqal dövlət tərəfındən mülki 
və hərbi xidmətçilərə xüsusi maliyyə imtiyazlari, məhkəmə-inzibati 
hüquqları ilə verilən mülkiyyət institutu deyildir Burada «soyurqal» 
adı ilə ayrı-ayrı şəxslərə, müqəddəs məqbərələrə bağışlanılan gəlir, 
əmlak deyildikdə, əslində vəqf nəzərdə tutulur. 
 
 
§2  Xəlifət əl-xüləfa institutu  
 
XIII    yüzillikdən   Mərkəzi    Asiya,  Orta    və  Yaxın  Şərq  
xalqlarının moğol   ağalığına   qarşı   istiqlaliyyət   uğrunda   müba-
rizəsini   özündə   əks etdirən   sufi-dərviş   cəmiyyətləri   əsarətdə   
olan   xalqların   maraqlarını müdafiə   edərək   geniş   şəkildə  fəa-
liyyətə      başlamışdılar. Moğol   ağalığı altındakı    ölkələrdə hökm  
sürən ictimai  intizamsızlıq,  yoxsulluq,  əhali üzərində hakim olan 
qorxu və  dəhşət təsəvvüf hərəkatlarının gündən-günə genişlən-
məsinə  təkan verirdi. Təsəvvüfün insan təfəkkürü çərçivəsindəki 
fəaliyyətlərində iki əsas təmayül meydana gəlmişdi. Birinci   təma-
yül tərəfdarları  əsasən tərkidünyalıq və ictimai fəaliyyətdən uzaq-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə