Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə61/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   57   58   59   60   61   62   63   64   ...   111

 
182 
 
 
laşan, özündən zorlular tərəfindən incidilən  şəxslərin  şikayətlərinə 
də onun məhkəməsində baxılırdı. Mərkəzdən uzaqda baş verən 
ölüm hadisəsi üzrə şikayətçi olan şəxs divanbəyi dəftərxanasına beş 
tümən ödəməli idi. Ondan sonra divanbəyi və divanxana katibi 
hadisə barədə  təliqələrini hazırlayır və  işə baxılması barədə hökm 
verilirdi. Divanbəyi maliyyə pozuntuları  məsələsinə  də baxırdı. 
Ancaq bu cinayət hadisəsi vəzarət, yaxud hərbi idarə ilə bağlı 
olduqda iş baxılmaq üçun onların özlərinə göndərilirdi (132, 12-13). 
Tavernye şəhərlərdə polis idarəsi rəisi funksiyasını icra edən darğa 
haqqında isə yazır ki, bu, çox mötəbər vəzifə olub, onun hökmlərinə 
qarşı yalnız divanbəyi çıxa, yaxud yuxarı orqanlara ondan şikayət 
verə bilərdi.  Şəhərlərdə nizam-intizam yaratmaq, oğurluq hadisə-
lərinin, qətl və qarətin qarşısını almaq, fahişəxanaları, qumarxana-
ları, meyxanaları müəyyən edərək onlara qadağa qoymaq birbaşa 
darğanın səlahiyyətinə aid idi. O, günahkarları, müqəssirləri cəza-
landırmaqdan çox, onlardan cərimə almağa üsrünlük verirdi (104, 
576). 
Tavernyeyə görə  Səfəvi ölkəsində  məhkəmə  ədalətli olub, 
istintaq işi uzun davam etmir və  qısa vaxtda mühakimə  işi vəkilə, 
bəzən hakimə də ehtiyac olmadan yekunlaşdırılır. Ancaq bu ədliyyə 
məmurlarının tamam təmiz və tamahsız adamlar olduğunu isbat 
etmir. Onlar da bəzi hallarda haqsızlığa yol verirlər, ancaq buna 
baxmayaraq məzlumu da razı salmağa cəhd edirlər. Çünki ədliyyə 
məmurlarının haqsızlığı, müəyyən edilsə  və bu şaha çatsa, onlarm 
əfv olunmasına imkan olmur. Məhkəmə iclasları vilayətdə keçiril-
dikdə hakim Şah tərəfmdən onun nümayəndəsi kimi məhkəmədə 
iştirak edir. Bundan əlavə hər bir şəhərə şah bir divanbəyi təyin edir 
ki, o, burada yalnız Şahın hökümlərini yerinə yetirirdi (104, 606). 
Qətl məsələsində istintaq cinayətkar müəyyən olunana qədər 
aparılırdı. Qatili pul verməklə xilas etmək mümkün deyildi. Qatili 
tutanda onu divanbəyinin yanına aparırlar ki, o, vaxtında məsələni 
ədalətlə  həll edə bilsin. Qayda belədir ki, qatili öldürülənin vərə-
səsinə təslim edirlər. Və onlar əgər istəsələr, intiqam alırlar, ya da 
məsələni pulla həll edirlər. Ancaq onların arasında qətl hadisəsini 
pulla həll etmə eyib və bədnamlıqdır. Öldürülənin qohumları heç bir 


 
183 
 
 
rəhm etmədən özləri cəllad olurlar, əzab və işgəncə ilə onu öldürür-
lər. Tavernye qətl hadisəsi haqqında geniş məlumat verərək yazır ki, 
cinayətkarı istintaq müəyyən etdikdən sonra məsələ  ədalət məh-
kəməsinə verildikdə, canini şah özü istəsə belə xilas edə bilmir. Bu 
zaman zərər çəkən tərəf ona təklif edilən qanbahasını  qəbul etmə-
dikdə, ölüm hökmü fitva əsasında icra olnur. Qatili zərər çəkən tərəf 
ölum cəzasına məhkum edir (104, 607).  
Oğrular da bağışlanmır və onları müxtəlif işgəncələrlə öldü-
rürlər. Bəzən ayaqlarından asır və qarnını parçalayırlar. Bəzən 
müqəssiri düz saxlayıb onun ətrafında kərpic və gəçlə divar hörürlər 
ki, onun yalnız başı çöldə qalır. Bəzən oğrunun ağzına çubuq qoyub 
uzun müddət yemək vermirlər və nəticədə o, aclıqdan ölür. Şəhər-
lərdə oğruları küçələrdə gəzdirib, günahını car çəkərək əhaliyə bil-
dirib, onları rüsvay etdikdən sonra dar ağacından da asırlar (104, 
607). 
Tavernye yazır ki, dünya ölkələrində polisin təşkili ümumi 
yaşayışın təhlükəsizliyi üçündür. Demək olar ki, Səfəvi polisi bu 
nöqteyi-nəzərdən dünyada ən yaxşı inzibati orqanlardandır. Burada 
möhtəsib polis qazısı  mənasında olub, onun 2-3 nəfər də müavini 
vardır. Onlar həftənin bir günündə car çəkərək hər şeyin nırxını elan 
edirlər və həftə ərzində möhtəsiblər yenə başqa b;r müşavirə keçirir-
lər. Bu müşavirədə malların qiymətləri təlabata uyğun olaraq endiri-
lir, yaxud qaldırılır. Bu qaydaya I Şah Abbasın hökmranlığı döv-
ründə ciddi şəkildə  əməl olunmuşdur. Azərabycan və  İranda hər 
şeyi çəki ilə satırlar. "Kilə"-(dənli bitkiləri üzrə ölçü) ilə satmırlar. 
Qayda üzrə mal müştəriyə xoş gəlməyəndə satıcı onu geri alıb pulu 
qaytarır. Hər kəs  əskik çəksə  və ya artıq pul alsa, cəzalandırılır. 
Çəki və qiymətdə aldadanların başına taxta papaq, boğazına zınqı-
rov bağlayıb küçələrdə dolandırırlar. Sonra ayaqlarının altına çu-
buqla döyürlər və onlar bu cəzadan sonra cərimə də ödəyirlər. Polis 
ərzaq məsələsində ciddi olmasa, kasıblar müsibətə düçar olarlar. 
Tavernyeyə görə bu ölkədə əhalinin rifahı yaxşı olub əmin-amanlıq 
içərisində yaşayırlar.  Ərzağın qiymətini möhtəsiblə razılaşmadan 
qaldıranlara da ağır cəzalar verilirdi. Tavernye yazır ki, bir gün 
Təbrizin çörəkçiləri şəhər hakiminə şikayət edərək bildirmişdilər ki, 


 
184 
 
 
çörəyi məlum qiymətə satmaq bizə sərfəli olmadığı halda möhtəsib 
onun qiymətinin qaldırılmasına razılıq vermir. Hakim isə onların 
şikayətinə cavab olaraq bildirmişdir ki, qiymət məsələsi möhtəsibin 
işidir. Çörəkçilər israr edərək deyir ki, siz hökm etsəniz, möhtəsib 
ona itaət edər. Ancaq hakim razılaşmadıqda bir çörəkçi ona 50 
tümən rüşvət təklif edir. Hakim dövlət işçisi kimi xalqın mənafeyinə 
xəyanət etməyərək kasıbların hesabına varlanmaq istəyən çörək-
çinin cəzalandırılması haqqında göstəriş verdi. Bu göstərişə görə 
çörəyin qiyməti bir az da ucuzlaşdırıldı  və  həmin çörəkçidən 50 
tümən məbləğində cərimə alınıb, kasıblara paylandı. Bütün bunlara 
görə Tavernye yazırdı ki, bu ölkədə ümumi asayiş hökm sürməklə, 
əhalinin rifahı da yaxşıdır (104, 611-614). 
Tavernye və  Şardenin gündəliyində  vəqf institutu, onun 
xüsusiyyətləri və bu  institutla bağlı mübahisəli məsələlər haqqında 
da məlumatlara təsadüf edilir. Dini məqsədlər və xeyriyyə  işləri 
üçün dövlətin, yaxud ayrı-ayrı şəxslərin müqəddəs yerlərə verdikləri 
vəqf  əmlakı haqqında  Şarden yazır ki, vəqflər Səfəvi ölkəsində 
müqəddəs və toxunalmazdır.  Əgər hər hansı bir şəxs ev, yaxud 
başqa tərpənməz əmlakını vəqf etdiyi vaxtdan bir gün keçibsə, hətta 
şah onun bu əmlakını müsadirə edib ələ keçirə bilməzdi. Vəqf əm-
lakına bir qayda olaraq torpaq, ev, dükan, karvansara, hamam və 
buna bənzər başqa  əmlak növləri daxil idi. Bütün məscidlərin və 
xeyriyyə  işlərinin xərclərini vəqflər təmin edirdilər (112, c.IV, 
1341). Belə ki, vəqfi ammə, yaxud vəqfe xeyrinin gəliri ümumi 
məqsədlər üçün, vəqfe xassə, vəqfe  əhli, vəqfe övlad, vəqfe 
mütəbərrikənin isə  gəlirləri xüsusi məqsədlər üçün sərf olunurdu 
(45, 44). 
Şarden yazırdı ki, Şah, yaxud başqa şəxsin xeyriyyə məqsədi 
ilə  vəsiyyət etdiyi vəqfi ammə üzərində heç bir hüququ yox idi. 
Həmçinin vəsiyyət olunmuş  əmlakla bağlı bir cinayət olsa belə, 
onun müsadirəsi mümkün deyildi (112, c.III, 1233). 
Səyyahın verdiyi məlumata görə  Səfəvi dövlətinin  əhalisi 
həddən artıq diqqətli, şübhəkar olub, öz var-dövlətlərini halal yolla 
artırırlar. Şah Abbas Kəbir bu niyyətlə bütün saraylarını, digər bina-
larını  və  hətta öz atlarını da vəqf etmişdi ki, onlardan halal yolla, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə