Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə59/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   55   56   57   58   59   60   61   62   ...   111

 
176 
 
 
qəbul oluna bilər. Bütün şəri işlərə o rəhbərlik etməlidir.  Əmirlər, 
hakimlər, darğalar, vəzirlər, vəkillər və sair mülazimlərdən bir nəfər 
də sədrə aid olan işlərə qarışmasınlar (46, 121-122). 
Gilan  Şah Təhmasib tərəfindən  ələ keçirildikdən sonra bura 
Mərəşi Gilani sədr təyin edilmişdir ki, o əvvəllər qoşun qazısı 
vəzifəsində olmuşdur (80, 146). 
İ.P.Petruşevski də vilayətlərdə  sədrlərin olması barədə  məlu-
mat vermişdir. O yazır: «Hər bir vilayətdə (bəylərbəyilikdə) sədr 
var idi. O, vəqf  əmlakına baxmaqla, dövlətin baş  sədr divanına-
sədrlər-sədrinə (sədr əs-südur) tabe idi» (181, 118; 162, 73). 
 Şarden yazır ki, dini və  məhkəmə  məsələləri üzrə üçüncü 
şəxsiyyət şeyx ül-islam idi. Bu istilah iki ərəb sözü olan «şeyx» və 
«islam»dan ibarət idi. Şeyx ruhanilərin rəisləri, qəbilə və tayfaların 
böyükləri mənasında işlənən titul olub, islam isə  təslim, təmkin, 
hörmət mənasında Allahın hökm və  əmrlərinə təmiz etiqadla əməl 
etməkdir. Bu söz saf və din yerinə  də  işlənir ki, əslində  hər ikisi 
eyni mənanı kəsb edir (112, c.IV, 1337). 
Şardenə görə şeyx ül-islam bütün mülki iddialar, mübahisələr 
üzrə hakim idi və onun mülki məcəlləsi də vardı. Hansı ölkələrdə 
ki, islam dini pirvanları digər dinlərin pirvanlarından çoxdur, o 
ölkələrdə qazi birinci hakimdir. Necə ki, Osmanlı dövlətində də bu 
cürdür. Ancaq şeyx ül-islam mərtəbəsinə sahib olanlar sarayda o 
qədər etibar və nüfuz qazanmışlar ki, hər cür təhqiqatla onlar 
məşğul olur və artıq onlar qazılardan nüfuzludurlar. Onların hökm-
ləri qanuni olub, daha mötəbər hesab edilir (112, c.IV, 1337-1338). 
«Təzkirət əl-müluk»da da göstərilir ki, şeyx ül-islamlar öz evlərində 
şəri mübahisəli məsələlərə baxır, insanları pis əməllərdən daşındırıb 
onları doğru yola dəvət edirdi. Şəri təlağ onun iştirakı ilə verilir, 
itkin və yetimlərin zəbt olunan mallarının taleyi ilə  də o, məşğul 
olurdu. Sonradan bu iş qazıya tapşırılmışdı (132, 3). 
Tavernye isə rütbə, məqam və qüdrətinə görə qazının şeyx ül-
islamdan fərqlənmədiyini və onların hər ikisinin sədrə tabe 
olduqlarını,  şəri məsələlərin onların arasında bölündüyünü, sədrin 
bütün göstərişlərinin onlar tərəfindən icra olunduğunu bildirmişdir. 
Tavernyenin bu məlumatları hüquq və səlahiyyət baxımından bu iki 


 
177 
 
 
vəzifə arasında ciddi fərq olmadığını ortaya çıxarır. O cümlədən 
Tavernyeyə görə  şahın fərmanı ilə ölkənin  əsas  şəhərlərinin 
hamısına qazı və şeyx ül-islamlar təyin edilir ki, onlar bu şəhərlərdə 
dini və mülki məsələlərlə  məşğul olurdular (104, 589). Cemelli 
Kareri isə yazır ki, sədrin qazı və şeyx ül-islam adlı iki naibi vardır 
ki, onların hər ikisi həmkarlıq edir, yəni nigah, boşanma, alqı-satqı 
üzrə qəbalə və sənədləri birgə hazırlayıb icrası ilə məşğul olurdular 
(89, 129). 
Şardenə görə Səfəvi ölkəsində məhkəmə işləri qeyri-müəyyən 
olub, ancaq mövcud olan qaydaya görə hökmlərdə hədsiz dərəcədə 
ziddiyyət və ixtilaf baş vermirdi. Ona görə ki, qazıların bu işlə bağlı 
olan həmkarlarından etibarları,  şöhrətləri az olub onların ardınca 
getməyə  məcburdurlar və hara çəksələr də, ora gekdirlər. Onların 
məqsədi nöqsanları aradan qaldırmaq deyil, bəlkə də qanun-qaydanı 
pozan  əsas amillərin özləri onların nüfuzuna tabedir. Təbii olaraq 
sədrlər onları özləri ilə eyni nüfuzda görmək istəmir və çalışırlar ki, 
bu sahədə bütün işləri özləri rəhbərlik edərək həll edib, böyük uğur 
əldə edə bilsinlər. Digər tərəfdən dini və mülki təzadlar olduğuna və 
onlar qarşı-qarşıya durduğuna görə hüququn bu iki sahəsi biri-
digərinin işinə qarışır. Belə ki, şeyx ül-islamla qazının arasında bəzi 
məsələlərdə qarşıdurma, yəni toqquşma da olur. Halbuki, onların 
hər ikisi dini məsələlər üzrə cavabdeh olub, bu gün onların hər ikisi 
mülki mübahisəli işlərə baxırlar (112, c.IV, 1338). İ.P.Petruşevski 
dünyəvi problemlərin dini qanunvericilik əsasında həll olunmasını 
nəzərə alaraq yazırdı: «Müsəlman ölkələrində  hətta alqı-satqı, 
torpaq və ev icarəsi, pul borcu haqqında müqavilələr və s. də ruhani 
hakimlər olan qazıların yanında bağlanılırdı» (185, 147). Müsəlman 
hüququnun da daxil olduğu  şəriətdə  təsərrüfat,  əxlaq normaları, 
mərasimlər, bayramları tənzim edən qanunlar, bütün müsəlmanların 
həyat tərzini tənzim edən müddəalar sistem halında birləşmişdir. 
Şəriət və müsəlman hüququnun əsas qaynaqları Quran, sünnə, qiyas 
(bənzətmə), icma (ortaq rəylər), fitva və adətdən ibarət idi (30, 34). 
Şəriət haqqında mükəmməl məlumatlara sahib olan Şarden də 
yazırdı ki, şeyx ül-islam və qazi öz işlərində Quranı əsas götürürlər. 
Onlar insanlara şərh edir və onlara başa salırlar ki, bütün qanunların 


 
178 
 
 
qaynağı yalnız Qurandır. Quran fürqandır, yəni yaxşını pisdən və 
düzü əyridən ayırıb müəyyən edir. Ancaq səmavi kitab olan Quranı 
yalnız din xadimləri təfsir edib, onu dərk edə bilərlər (112, c.IV, 
1338). Belə bir təsəvvürlə  də  sədrlər və müctəhid-i  əzəmlər ciddi 
şəkildə çalışırlar ki, bütün mülki məhkəmə proseslərini özlərinin 
məhkəmələrində aparsınlar və heç kəs onlardan digər məhkəməyə 
şikayət verə bilməsin. Ancaq divanbəyi  və ali divan yüksək səla-
hiyyətli orqan olduqlarına görə yalnız onların apelyasiya hüququ 
vardı (112, c.IV, 1338). 
Şardenin yazdığına görə  əski çağlarda mülki mübahisəli 
məsələlərə ancaq qazı hakimlik etmiş və Osmanlı ölkəsində müfti, 
böyük fəqihlərin bu işlərdə hüquq və  səlahiyyətləri çox böyük ol-
muşdur. Ancaq Səfəvi ölkəsində zaman keçdikcə onların səla-
hiyyətləri azalmış və sədrlərin, şeyx ül-islamların nüfuzu artmışdır 
(112, c.IV, 1338). «Təzkirət əl-müluk»da da şeyx ül-islamın qazıya 
nisbətən səlahiyyətlərinin daha geniş olmasına işarələr vardır. An-
caq qaynaqda bu məsələlərlə bağlı  məlumatların təhlilindən aydın 
olur ki, Səfəvi dövlətinin mərkəzi olan İsfahan şəhər qazısı təxmi-
nən şeyx ül-islamla eyni statusa malik olmuşdur. Belə ki, qaynaqda 
göstərilir ki, İsfahan qazısı cümə istisna olmaqla hər gün şəri qanun-
lar  əsasında mübahisəli məsələlərə baxırdı. Qazı  Şeyx Cəfərdən 
sonra itkin və yetimlərin malı ilə yalnız İsfahan qazısı məşğul olur-
du.Qazının mübahisələrə aid şəri hökmlərini divan qulluqçuları dər-
hal icra edir və zərər çəkmiş şəxsin haqqı təmin olunurdu (132, 3). 
Şarden yazır ki, Səfəvi dövlətinin təbəələri öz məzhəblərinə 
çox möhkəm bağlı olurdular və bütün məsələlərdə dinin buyurduğu 
yolla gedir, evlənib-boşandıqda qazıya müraciət edirdilər (112, 
c.IV, 1339). Cemelli Kareri də yazırdı ki, ərlə arvad boşanmaq 
istədikdə onların hər ikisi hüquq və qanun üzrə doktor olan şeyx ül-
islam, yaxud da qazının yanına gedirdilər. Boşanma haqqında 
tərəflərin təklifləri  əsasında onların nigahını qazı, yaxud şeyx ül-
islam ləğv edirdi (89, 133). Bu fakt əslində onların hər ikisinin 
məhkəməsində eyni məsələlərə  bərabər hüquqlarla baxıldığını  və 
aralarında ciddi səlahiyyət bölgüsü olmadığını bildirir. Şarden 
səyahətnaməsində qeyd edir ki, şəri məsələlər üzrə cavabdeh olanlar 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə