173
bəy Rumluya görə Seyid Abdullah Təbrizin böyük seyidlərindən idi
(77, 150; 28, 49; 128, 242, 243). H.930-cu (1524) ildə sədrlik
vəzifəsi yenidən şərikli halda Mir Qəvaməddin Hüseyin Nəqib
İsfahani ilə Əmir Cəmaləddin Məhəmməd Astrabadiyə tapşırılır
(128, 326; 77, 184; 28, 54, 59).
Ümumiyyətlə, I Şah İsmayılın hakimiyyəti dövründə sədr,
istərsə də digər məmurlar tez-tez dəyişdirilirdi. Bu, bizim fikrimizcə
Azərbaycan Səfəvi dövlətinin möhkəmləndirilməsi məsələsi ilə
əlaqədar idi.
1524-cü ildə Mir Cəmaləddin Məhəmməd sədr təyin edildi. H.
935 (1529)-ci ildə isə Mir Nemətulla Hilli və Əmir Qəvaməddin
Hüseyin ortaq sədr oldular (77, 224; 108, 60). İkinci 1530-cu ildə
vəfat edir və Mir Nemətulla sədrlikdə Mir Qiyasəddin Mənsurla
şərik oldu (77, 234; 108, 60).
Həsən bəy Rumlunun məlumatına görə, 1532-ci ildə Mir
Qiyasəddin Mənsur sədr vəzifəsindən azad edilir və onun yerinə
əmir Müizəddin Məhəmməd İsfahani təyin edilir (77, 244). O,
1537-ci ildə tutduğu vəzifədən azad edilmiş sədr vəzifəsi Şüştər
seyidlərindən Mir Əsədulla Məraşiyə verilmişdi (77, 278).
H.970-ci il zilhiccə ayının əvvəllərində (1563-cü il iyulun
ortaları) Əmir Tağıəddin sədr vəzifəsindən azad edildi, sədrlik
vəzifəsi mahal üzrə iki şəxsə - İraq, Fars, Xuzistan, Astrabad məş-
hur seyidlərdən olan Mir Məhəmməd Yusifə, həmin ilin zilhiccə
ayının ikinci on günlüyündə Xorasan, Azərbaycan, Şirvan keçmiş
sədr Əmir Şəmsəddin Əsədulla Mərəşinin oğlu Mir Zeynəddin
Seyid Əliyə tapşırılır (77, 319; 120, 308; 85, v.329a; 156, 261).
Əbdi bəy Şirazi yazır ki, 1568-ci ildə Mir Seyid Əli Şüştəri ilə Mir
Məhəmməd Yusif vəzifədən azad edilib, şərik olmaqdan da xilas
oldular (28, 125). Ancaq Əbdi bəy Şirazinin göstərdiyi kimi, adları
çəkilən sədrlər vəzifədə şərik olmayıb, tutduqları vəzifəni mahal
üzrə icra etmişdilər. Bu halda vəzifə ərazi əlaməti, yəni divan və
xassə üzrə deyil, sadəcə olaraq mahal üzrə bölünürdü. 1568-ci ildə
sədr vəzifəsi Qiyasəddin Mir Miran ibn Əmir Muizəddin
Məhəmməd Nəqib İsfahani Mir Miraniyə həvalə edilir (28, 125).
Ondan sonra ali sədr Mir Əbuvəli Əncəvi olur. 1587-ci ildə dövrün
174
məşhur seyidlərindən olan Mir Əbuvəli Əncəvi ali sədr vəzifəsindən
azad edilir və yerinə Seyid Mirzə Bürhan Seyfi Hüseyni Qəzvinin
oğlu Qazi xan sədre müəzzəm mənsəbinə təyin olunur (80, 719,
863). 1619-cu ildə Qazi xan Seyfi əl-Hüseyni tutduğu vəzifədən
azad edilir və bu vəzifəyə Rezəvi məqbərəsinin mütəvəllisi, Musəvi
Torbət Heydəriyyə seyidlərindən olan Qazi Sultan Torbəti təyin
edilir (80, 928). Sədr Mir Cəmaləddinin qardaşı oğlu və Səfəvilərə
qohum olan Mirzə Rəzi I Şah Abbasın «on dörd məsumə» vəqf
etdiyi əmlakın mütəvəllisi, möhürdar və həm də sədr təyin edilir ki,
artıq onun sonuncu vəzifəsi divan ül-sədarədə sədr-e xassəyə uyğun
gəlir. Onun mənsəbi Şahın qızından olan oğlu Mir Sədrəddinə
tapşırılır. Bu zaman Qazi xanın yerinə Rezəviyə, yəni nurani
asitanənin feyzəsərli idarəsinə mütəvəlli təyin edilmiş və Mazan-
daran seyidlərindən olan Mirzə Rəfi Şəhristani bir müddət sədr
olmuş, 1625-ci ildə vəfat etmişdir. Onun yerinə məşhur seyidlərdən
olan Mir Şücaəddin sədr olmuşdur (80, 1089-1090). 1632-ci ildə
sədr vəzifəsinə dövrün məşhur seyidlərindən Seyid Hüseyn
Müctəhid oğlu Mirzə Məhəmməd təyin edilmişdi. O, I Şah Abbasın
dövründə vəqiyənəvis vəzifəsində işləmişdi (130, 84). "Abbas-
namə"nin verdiyi məlumatlardan aydın olur ki, II Şah Abbasın döv-
ründə də dini divana rəhbərlik etmiş sədrlərdən Mirzə Həbibulla,
onun oğlu Mirzə Məhəmməd Mehdi , Mirzə Qəvaməddin zamanın
məşhur seyidlərindən olub, həm də şahlıq sülaləsi ilə qohumluq
əlaqələri vardı. (125a, 21, 51, 110)
Qeyd olunanlardan göründüyü kimi sədr vəzifəsi I Şah
Abbasa kimi, onun da dövründə və ondan da sonra dövrünün adlı-
sanlı seyidlərinə tapşırılırdı. Bu barədə İskəndər bəy Münşi yazır:
«Bu vəzifə fazil, yüksək dərəcəli və təmiz seyidlərdən başqa
digərlərinə verilmir» (80, 144). Həm də sədr vəzifəyə təyin edilən
seyidlər Səfəvi Şahlıq sülaləsindən qız alır və qohum olurdular.
Göründüyü kimi, onlar fars ünsürü deyildilər. Engelbert Kempfer
yazır ki, Şah 1670-ci ildə sədr vəzifəsini iki nəfər arasında böldü ki,
onlardan biri qohumu, digəri isə kürəkəni idi (96, 122).
Ali ruhani idarəsində müxtəlif vəzifələrdə çalışan yüksək
rütbəli din xadimləri, sədrlər əsasən seyid nəslinə mənsub olub bir
175
çoxu isə Səfəvi Şahlıq sülaləsinə qohum olduqlarına görə onları fars
ünsürü hesab etmək doğru deyildir. Məhəmməd Yusif Qəzviniyə
görə yüksək dərəcəli seyidlər Məşhəd, Səbzəvar, Astrabad, Qum,
Ərdəbil və Təbrizdə məskun idi (128, 399).
Qeyd etmək lazımdır ki, mənbələrdə ali ruhani idarəsinin
başçısı olan sədrlərdən ətraflı bəhs edildiyi halda, əyalət sədrləri
haqqında çox az məlumat vardır. Alman alimi Röhbörn də qeyd edir
ki, qaynaqlarda Şah İsmayıl dövründə yalnız Xorasan sədrinin, Şah
Təhmasibin dövründə isə Şəki və Şirvan, Gilan sədrinin adı çəkilir.
Onun fikrincə bu məsələ qaynaqlarda sədr ilə şeyx ül-islam termin-
lərinin sinonim kimi işlənməsi ilə əlaqədardır (100, 109).
Əslində onun bu fikiri ilə razılaşmaq olmaz. Ona görə ki,
sədrlik vəzifəsi ilə şeyx ül-islam vəzifələri və onların hüquqları
arasında çox fərq var idi. Digər tərəfdən şeyx ül-islamın özünü də
sədr təyin edirdi. Şah Təhmasibin H.961-ci il ramazan (iyul 1554)
tarixli fərmanı Azərbaycana sədrlərin təyinatı məsələsini öyrənmək
üçün mühüm fakt kimi qəbul oluna bilər. Həmin fərmandan aydın
olur ki, qeyd olunan tarixdən qabaq Şirvan və Şəki ölkəsinin sədri
Əmir Əbdürrəzzaq idi. Bu fərmanda Əmir Əbdürrəzzaqın Şəki və
Şirvanda sədr vəzifəsində qalması təsdiq edilir. Fərmanda deyilir:
«…onun və nümayəndələrinin ixtiyaratını qüvvətli və qəti bilib,
onun sədrlik haqqı pullarını qayda üzrə çatdırsınlar. Oranın (Şirvan
və Şəkinin – Z.B.) baş və kiçik qazılarının vəzifədən götürülməsi və
vəzifəyə təyin olunmasını məzkur sədrin işinə aid olduğunu bil-
sinlər. Abdulla xan (Şirvan bəylərbəyi – Z.B.) bu sahədə tam yar-
dım və xeyirxahlıq göstərsin və hər il yeni hökm tələb etməsin» .
Digər fərmanda başqa bir məsələ də aydınlaşır. Bu da ondan
ibarətdir ki, Şah Təhmasib h.957-ci il ramazan ayında (sentyabr,
1550) fərman vermiş və həmin fərman əsasında Mir Sultan ləqəbi
almış Əbdürrəzzaq h.957-ci ilə qədər yalnız Şirvan əyalətinin sədri
olmuş, h.957-ci il fərmanı əsasında o, həm də Şəkiyə sədr təyin
edilmişdir (46, 65-66, 121-122, 124). Fərmanda sədrin vəzifəsi və
hüquqları da müəyyən dərəcədə öz əksini tapmışdır. Orada deyilir
ki, həmin məmləkətin bütün qazıları, möhtəsibləri, şəri işlə məşğul
olan məsul işçiləri ona itaət edib, onun hökmü ilə işdən çıxarılıb işə
Dostları ilə paylaş: |