Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə62/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   58   59   60   61   62   63   64   65   ...   111

 
185 
 
 
yəni şəriətin qanuni icazəsi ilə istifadə edə bilsin. Hər il onların hər 
birindən müəyyən məbləğ ödəyirdi.  Şah Abbas Kəbir dünyasını 
dəyişdikdən sonra şahlığın tövlələri on ikinci imama nəzir edilərək 
onun vəqfi oldu. O, dünyanın layiqli şahlarından idi. Şahın İsfahan-
da səltənət xiyabanındakı bütün bağ və sarayları «on dörd məsumə» 
nin vəqf və nəziri idi ki, onlar həzrəti Rəsul, onun qızı Fatimə, kürə-
kəni həzrəti  Əli və Mehdi də daxil olmaqla imam adlanan 
canişinlərindən ibarət idi (112, c.IV, 1341). Şardenin  şərhlərindən 
aydın olur ki, vəqflər dövlət vergi və mükəlləfiyyətlərindən azad 
olmaqla onlar irsi, toxunulmaz və müqəddəs  əmlak növü xüsusiy-
yətlərini özlərində təcəssüm etdirirdilər. Əmlakını vəqf edən şəxsin 
onun gəlirindən istifadə hüququnun məhdudlaşmasına baxmayaraq, 
Şardenin qeyd etdiyi kimi, bu gəlirdən  şəri qanun icazəsi ilə 
səmərəli faydalanmaq səlahiyyətinin qorunub saxlanılmasına əbədi 
təminat alır. Əslində əmlakını vəqf edən şəxs mülkiyyət hüququnu 
əbədiləşdirərək bu mülkiyyətə eyni zamanda şəri qanunlarla toxu-
nulmamazlıq və müqəddəslik statusu qazandırır. Bibiheybət və 
Əbu-Səid  Əbülxeyir məqbərələrinin vəqflərinə aid orta əsr rəsmi 
sənədlərini təhlil edən T.M.Musəvi yazır: «Əmlakını vəqf edən şəxs 
bir qayda olaraq mütəvəllilik vəzifəsini öz ixtiyarında saxlayır, ya 
da övladlarına və ən yaxın adamlarına tapşırırdı. Beləliklə, xüsusiy-
yətçilik üzərinə ümumiləşdirmə pərdəsi çəkilirdi»  (45, 41). Şarden 
yazır ki, moqufatın bütün gəlirini toplayan və onun haqq-hesab 
əməliyyatını aparan divanın «mouqufat dəftəri» vardı. Vəqf müqəd-
dəs yerlərə xeyriyyə  məqsədləri üçün verilən hədiyyə  və  bəxşiş 
mənasını ifadə edir. Sədr isə vəqf əmlakının bütün işlərinə nəzarət 
etməklə yanaşı, həm də onu idarə edirdi. Başqa sözlə vəqflərin rəisi 
də o idi. Vəqflərin müfəttişi sədrin müavini olub, mustoufi adlanır 
və bu vəzifəyə  məmur  şah tərəfindən təyin olnurdu. O, sədr 
olmayanda onun da bütün işlərini aparırdı. Mən şah Abbas Saninin 
yanında onun hakimiyyətinin son illərində olduğum zaman 
mustoufi həm də sədrin vəzifəsini icra edirdi (112, c.IV, 1342). 
«Təzkirət  əl-müluk»da «mouqufat dəftəri» və  Şardenin 
məmaliki məhrusə  vəqfləri üzrə  sədrin müavini adlandırdığı 
mustoufinin statusu haqqında daha müfəssəl məlumatlar vardır. 


 
186 
 
 
Əsərdə göstərilir ki, xalisə və məmalik vəqf əmlakları üzrə vəzirlər, 
mustoufilər, rəislər, mütəvəllilər öz maliyyə hesablarının hamısını 
«mouqufat dəftəri»nə çatdırılır və burada məmaliki məhrusə 
vəqflərinin mustoufısi onları  nəzərdən keçirdikdən sonra qeyd 
olunan haqq-hesab sənədlərini imzalayırdı. Məmaliki məhrusə 
vəqflərinin mustoufisi onu yuxarıda qeyd olunan məmurlar tərəfin-
dən «mouqufat dəftərinə» çatdırılan maliyyə hesabatı  əsasında 
məxaricə dair rəsmi sənədləri də yoxlayıb təsdiq etdikdən sonra 
vəqflərin maliyyə işlərində maddi məsul olan şəxslərə haqq-hesabın 
çürüdülməsi barədə  də  sənədlər verilirdi. Bu məmurlar gəlirin 
toplanmasında, mədaxil və  məxaric  əməliyyatlarında onlara 
mustoufi tərəfindən təqdim olunmuş  təlimat  əsasında işlərini qur-
malı idilər. «Mouqufat dəftəri»nə qeyd olunan mədaxil və məxaric 
barədə mirzələr hökmlər hazırlayırdılar ki, bu hökmlər həm 
dəftərxana darğası, həm də qeyd olunan mustoufi imzaladıqdan 
sonra möhürlənib təsdiq edilirdi (132, 44). 
Vəqflərin gəlirindən iki cür, yəni təqaüd formasında müvəq-
qəti və ömürlük məvacib verilirdi.Torpaq və başqa vəqf  əmlakı 
gəliri hesabına həvalə  və ya baratı  nəzərdə tutulan şəxslərə müha-
sibat divanı ildə bir dəfə ödəyirdi. Onlar müəyyən vaxtlarda 
mouqufe dəftərinə müraciət edərək öz həvalə və ya baratlarını alır-
dılar. Ancaq təqaüdçü möhtərəm adam olduqda əvvəlcə sədr, yaxud 
onun hər əyalətdə olan müavininin yanına gedib öz sənədlərini ona 
təqdim edirdi. Və bundan sonra sədrin icazəsi ilə qeyd olunan sənəd 
əsasında barat yazılır və mouqufe dəftərinə gedib həvalələrini 
alırlar. Mouqufe dəftəri təqaüd alan şəxslərdən müəyyən bir səbəbə 
görə narazı olduqda sənədlərini geri alırdılar və onların  əlində 
lazımi sənəd olmurdu (112, c.IV, 1342). 
Torpaq və ya hər hansı bir tərpənməz əmlakını vəqf edərkən 
onların gəlirlərindən istifadə etmək səlahiyyətini özündə saxlayan 
şəxslər isə beş ildə bir dəfə həvalələri barədə mouqufe dəftəri rəh-
bərlərinə mühasibat sənədləri çatdırmağa məcbur idilər. Təəccüblü 
haldır ki, sədr, həmçinin mouqufe dəftəri icazəsi ilə zabitlər (vergi 
yığan və divanda vergiləri qeydiyyata alan mirzə) yeri gələndə din 
xadimlərindən məvacib sənədlərini geri alaraq onları bu gəlirdən 


 
187 
 
 
məhrum edə bilərdilər. Belə ki, əslində bu gəlirlərdən faydalanmaq 
müvəqqəti idi. Bu qaynaqdan faydalananlar onun qanun-
qaydalarına ciddi əməl edirdilər (112, c.IV, 1342). 
Din xadimlərinin çoxu və bir çox başqa adamların yaşayışı 
vəqf əmlakı gəliri hesabına təmin olunurdu. Ancaq sədrlər, onların 
müavinləri, vəqfın gəlirlərini bölüşdürənlər istisna olmaqla vəqf 
idarələrində çalışan xidmətçilər varlı deyildilər. Başqa sözlə vəqfin 
tərpənməz  əmlakına cavabdeh olanlardan başqa heç bir din 
xadiminin bir ıl  ərzındə 11-12 mın lıvırdən çox qazancı yox idi 
(112, c.IV, 1343). Tavernye yazırdı ki, sədr qanunların və  şəriətin 
rəisi olub, vəqflərin  əmlakı da ona tabe idi. Vəqflərin bütün gəlir-
lərini toplayıb onların özlərinə  və lazım bildiyi yerlərə  sərf edirdi. 
Ancaq o bütün xərclərdən əvvəl öz haqqını götürürdü (104, 588). 
Şarden yazırdı ki, sədrin illik məvacib norması 2 min tümən 
idi ki, bu bizim pulla 3 min eküyə bərabərdi. Onların başqa gəlirləri 
də varıdı. Cəmi gəlirləri 6 min ekünü keçirdı (112, c.IV, 1343). 
İkinci  Şah Abbas vəqf  əmlakı  gəlirlərinin mənasız yerə  sərf 
olunmasının dayandırılması  məqsədi ilə ondan külli miqdarda 
məvacib verilməsinin qarşısını alaraq bu sahədə ciddi nizam-
intizam yaratdı. O, vəqf  əmlakı  gəlirlərindən külli miqdarda mən-
fəət götürən  şəxslərin siyahısını müəyyən edərək öyrəndi ki, onlar 
hər il vəqf  əmlakı  gəlirlərindən 25-30 min livr mənimsəyirlər. 
Vəqflərin gəlirinin bölüşdürülməsində mövcud olan qaydaya insaf 
və ədalətlə əməl olunmasına aid fərman verdi. O, bu məqsədlə sədr-
ləri, böyük din xadimlərini, rəhbərləri  şəri nizam-intizama dəvət 
etdi və onlara dedi: Uca tanrıdan vəqf əmlakı, onun gəlirlərini qarət 
və  qəsb edənlərə  lənət buyrulduğu halda, mən heyrət edirəm ki, 
hansı cəsarətinə görə bir çox din xadimləri, dindarlar bir ildə vəqf 
əmlakı  gəlirlərindən 500-600 tümən mənimsəyərək cah-cəlala sərf 
edirlər. Bu gündən heç kimə qeyd olunandan artıq bir qruş da 
verilməyəcəkdir (112, c.IV, 1343). 
Yerli adət-ənənələri mükəmməl öyrənən  Şarden qeyd edirdi 
ki, ata-babadan gələn inamlarına görə  hər kəs işləyərək, zəhmət 
çəkərək alın təri ilə ruzisini qazanmalıdır və  vəqf gəlirlərinə pis 
nəzərlə baxmamalı, ona gözlərini tikməməlidirlər. Ona pis niyyətlə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə