Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   43   44   45   46   47   48   49   50   ...   111

 
140 
 
 
yəni iki kateqoriyadan ibarət olmasını qeyd edərkən,  əsasən bu 
barədə  Şardenin  əsərində olan məlumata istinad etmişlər (78, 413; 
103, 53). 
Səfəvi dövlətinin hərbi təşkilatı haqqında XVI-XVII yüzillik-
lərin Avropa ədəbiyyatında yerli qaynaqlara nisbətən daha ətraflı və 
həm də elmi əhəmiyyətli məlumatlar vardır. Avropalı müəlliflərdən 
Şarden Səfəvi ordusunun baş komandirinin sipahsalar hərbi rütbəsi 
daşıdığını bildirərək yazır ki, bir qayda olaraq Azərbaycan xanı, 
yaxud hakimi sipahsalar olur, ancaq bu hərbi vəzifə müharibə dövrü 
üçün nəzərdə tutulur və müharibə başa çatdıqda onun da müddəti 
bitir, dərhal istefası  qəbul edilirdi (112, c.3., 1202; 104, 581; 96, 
91). Müharibələr zamanı bir qayda olaraq Səfəvi silahlı qüvvə-
lərinin baş komandanı  hərbi vəzifəsinə Azərbaycan vilayətinin 
hakimi təyin olunurdu (89, 26). Və  Şahın  şəxsi qvardiyası istisna 
olmaqla, bütün qoşun növləri onun sərəncamına verilirdi. Ancaq 
Tavernye qoşun haqqında məlumatlarında onun qorçular, qulamlar 
və tüfəngçilərə bölündüyünü bildirməklə səhvə yol vermişdir (104, 
583). Ona görə ki, bu dövrdə Şardenin yazdığı kimi, ordu dövlət və 
Şah qoşunundan ibarət iki hissəyə bölünürdü. Vilayət hakimlərinin 
alayları, qorçular dövlət, qulamlar, tüfəngçilər, topçular isə  Şah 
qoşunu hesab olunurdu. Birinci qoşun növünün bütün xərcləri 
dövlət və ikincininki isə Şahın öz şəxsi mədaxili hesabına ödənilirdi 
(112, c.3., 191). 
 «Dövlət» qoşunu, keçmiş zamanların qalığı olub, onların 
maaşı «divani məmalik»dən asılı olan və  bəylərbəyilər tərəfindən 
idarə edilən torpaqların gəliri hesabına verilirdi. Onlar da iki qismə 
bölünürdü. 
Yerli hakimlər daimi hərbi dəstə (süvari) saxlayırdılar ki, 
«Təzkirət  əl-müluk»da onlar mülazim adlanır (103, 53,54) və 
xidmət etdikləri yerlər, sayları haqqında aşağıdakı müfəssəl siyahı 
vardır (132, 72-86): 
Azərbaycan vilayəti 
   - 
11439. 
Çuxur-Səd 
    - 
4287. 
Qarabağ  
 
 
 
            - 6084. 
Şirvan 
     - 
5756. 


 
141 
 
 
Herat 
     - 
5968. 
Məşhəd-i müqəddəs 
   - 
5445. 
Qəndəhar     - 
1785. 
Mərv 
     - 
3352. 
Astrabad  
 
 
 
            - 2453. 
Darolmərz 
(Gilan) 
   - 
2525. 
Kirman   
 
 
 
 

İraq 
 
 
 
 
 

Qələmrov (Həmədan)   
 
            - 2947. 
Kürdüstan     - 
1400. 
Luristan  
 
 
 
            - 411. 
Kuhgiluyə 
(Fars)    - 
5905. 
Ərəbistan     - 
150 
Cəmi 59.907. 
«Təzkirət  əl-müluk»da vilayət hakimlərinə tabe olan daimi 
Türk-Qızılbaş qoşunu haqqındakı  məlumatlar üzrə V.Minorskinin 
apardığı hesablamalara görə onların ümumi sayının 58.289 nəfər və 
İ.P.Petruşevski isə 59.496 nəfərdən ibarət olduğunu göstərmişdir 
(103, 53; 181, 144). 1617-1624-cü illərdə Qızılbaş dövlətində olan 
Pyetro della Valleyə görə isə  Qızılbaş  əsgəri heyəti 70.000 nəfər 
olub, onlardan 50.000 nəfər hərbi xidmətdə olduqları üçün dövlət-
dən məvacib alırdılar. Ancaq 20.000 nəfər isə ticarət və əkinçiliklə 
məşğul olur və dövlət onlara məvacib vermirdi (86, 348). Səyyaha 
görə  Qızılbaşlar 32 tayfadan ibarət olub, bu tayfaların hər birinin 
sayı 10-12.000 nəfərə çatır və bir çox tayfanın isə  əhalisinin sayı 
500 nəfərdən çox deyildir (86, 349). Pyetronun şəxsi müşahidələri-
nə görə Türk-Qızılbaşların on altı eli sol və on altı eli isə sağ qol eli 
adlanır. Müharibədə, səfərdə, divanxanada on altı el Şahın sağında 
və on altı el isə solunda dayanırdı (86, 347). XVII əsrin əvvəllərində 
naməlum müəllif tərəfindən yazılmış «Qızılbaşlar tarixi» adlı əsərdə 
(32) Səfəvi dövlət idarəçilik sistemində  Şamlı, Rumlu, Ağacəri, 
Bayramlı, Əkrəmi, Ördəkli, Qaracarlı, Ağqoyunlu türkman tayfaları 
(Bayandur, Mosullu, Pornak, Şeyxavənd, Çəpni, Bayat və Bozcalı, 
Ərəbgirli, Xınıslı, Təkəli, Qaraqoyunlu türkman tayfaları (Alpout, 
Baharlı, Cəyirli, Qaramanlı, Sədli, Hacılı, Bayburtlu, Varsaq, 


 
142 
 
 
Evoğlu, Qaracadağlı) sağ tərəf (cinah) və Ustaclı, Zülqədər, Əfşar, 
Qacar sol tərəf tayfaları kimi şərh olunmuşdur. Oruc bəy Bayat da 
32 Qızılbaş-Türk el və oba adını  sıra ilə qeyd etmişdir: Ustaclı, 
Şamlı, Afşar, Türkman, Bayat, Təkəli, Harmandalı, Zülqədərli, 
Qacar, Qaramanlı, Bayburdlu, İspirli, Oryat, Çavuşlu (Ustaclı 
obası), Asayışlı (Ustaclı obası), Cəmişgəzəkli, Sarısolaklı (Ustaclı), 
Qarabacaklı, Baharlı, Qoyunerili (?), Qırıklı (Afşar obası), Bozcalı, 
Hacıfakihli, Həmzəli, Solaklı- Mahmudlu, Qaraçomaqlı, 
Qaraqoyunlu, Qözü Böyüklü (Ustaclı obası), Peykli (?), İnallı 
(Şamlı obası) və Kuhgiluyalı (165, 31; 67, 160) I Şah Abbasın 
zamanında Səfəvi məmləkətində olan Pyetro della Valle bu 32 el və 
obanın on altısının sağ qolu, on altısının da sol qolu təşkil etdiyini 
yazır (86, 347). 
İsgəndər bəy Münşi «Tarix-i alamara-yi Abbasi» adlı əsərində 
Qızılbaş ordusunun özbəklərə qarşı müharibədə Əndxodu tutmasını, 
I  Şah Abbasın yeni savaş üçün hazırlıq tədbirləri görülməsi 
haqqında buyruq verməsini təsvir edərkən türk dilində «qarovul-
çərxçi,  qol və sağ və sol» ifadəsini işlədir (80, 624). Burada qədim 
türklərin «sağ  və sol» adlanan iki siyasi bölümündən ibarət etno-
siyasi idarəçilik sisteminin izləri müşahidə edilir. Bu idarəçilik 
sistemi ilk dəfə hunların başçısı Mete tərəfindən miladdan öncə III 
əsrdə yaradılmışdır. Bu idarəçilik ənənəsi irsən oğuzlara keçmişdir. 
Rəşidəddin yazır ki, Oğuzun altı oğlu və onların da hər birinin dörd 
oğlu vardı. Oğuz qoşunun sağ və solunu onlara verdi və 24 ünsürlü 
etno-siyasi idarəçilik sistemi yaradıldı. Oğuzun qurduğu el (dövlət) 
onun 24 nəvəsi arasında bölünüb, onların hər birinin rütbəsi, adı, 
ləqəbi, nişanı  və onqonu müəyyən edilmişdi (101, 78-80). Pyetro 
yazır ki, hər bir qızılbaş azad, yəni sərbəst olub, istədiyi vaxt öz 
maaşına göz yuma, yaxud xidməti yerini dəyişə bilərdi. Ancaq 
müharibə vaxtı başçıya, yəni maaş verənə sözsüz tabe olmalı  və 
hərbi qanun-qaydada əməl etməyə borclu idilər.  Əsgərlərin hər 
birinin illik maaşı 5 tüməndən az olmurdu ki, bu yaxşı at almağa və 
bir il dolanışığa tam çatırdı. Qoşunun komanda heyəti və  məmur-
ların maddi durumu daha yaxşı olub, onlar xidmət dərəcəsinə görə 
məvacib alırdılar. Orduda elə adlı-sanlı adamlar vardı ki, onların 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə