Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə43/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   39   40   41   42   43   44   45   46   ...   111

 
128 
 
 
əvvələn müəyyən keşikxanası olan hörmətli hərəmin eşikağası-
başına verilərdi (132, 19). Hərəm eşikağasıbaşı isə bunları  hərəm 
xacələrinin ağsaqqalına təqdim edərdi. O da bunları şahın nəzərinə 
çatdırar və cavablarını  gətirərdi. Saray xacələrinin ağsaqqalı  əmir-
ləri eşikağasıbaşının keşikxanasına çağırtdırıb,  ərizənin cavabında 
şahın nə  qərara gəldiyini onlara bildirərdi. Hörmət, etibarına görə 
hərəm ağsaqqalına bərabər olan başqa mötəbər saray qulluqçusu şah 
xəzinəsinin sahibcəmi idi. Sarayın daxili və xarici xəzinələrində 
olan bütün pul və qiymətli şeyləri ona tapşırardılar. Xəzinənin açar-
çısı da, bir qara xacə olub, xəzinə sahibcəminə tabe idi. Bütün xəzi-
nə  işçiləri də  xəzinədarın  əmrinə itaət edərdilər. I Şah Abbas 
zamanında gürcü qulamlarından yüz nəfəri xacə olmuş, onların 
içlərində daha etibarlı olan bir nəfəri isə yüzbaşı  təyin etmişdilər. 
Şah Sultan Hüseyn zamanında isə  ağ xacələrin yüzbaşısı  İbrahim 
ağa, qara xacələrin yüzbaşısı isə  İlyas ağa idi. Dəftərlərdəki 
qeydlərdən məlum olduğu kimi, bu yüzbaşılardan və onların tabe-
lərindən hər birinin hörmətli hərəmxana ətrafında imarəti, dəstgahı, 
tiyulu və müəyyən maaşları olmuşdur. Keçmiş  şahların dövründə 
Şaha yaxın yüzbaşılara aid olan nəzarətçi və  cəbbardarbaşılıq 
vəzifələri  Şah Süleyman və  Şah Sultan Hüseyn zamanında ağ 
xacələrə tapşırılmışdır. Bu zaman Mahmud ağa adlı xacə  əvvəlcə 
cəbbədarbaşı, sonra isə nəzarətçi olmuşdu. O, vəfat etdikdən sonra, 
cəbbədarbaşılıq vəzifəsi ağ xacələrdən  İsmayıl ağaya verilmişdi. 
Nəzarətçilik vəzifəsi isə  qızılbaşlara qaytarılmışdı.  Şahın xüsusi 
tövləxanasında mehtərlik qulluğu da, etibarlı saray xacələrinə 
tapşırılırdı.  Şahın yanındakı qulluqçular və onun dəsmalını sax-
layanlar rikəbxana mehtərləri idilər (132, 19). Tavernye yazır ki, 
saray təşkilatında mehtər də mühüm bir vəzifə olub, Şahın güdük-
çüsü kimi həmişə onun yanında olurdu (104, 573). Məclislərdə 
Şahın yanında dayanan mehtər özü ilə  dəsmal, möhür, saat, 
ədviyyat da götürürdü ki, bunların hansı Şaha lazım olduqda dərhal 
ona təqdim edə bilsin. O, Şahın süfrəsini salır, yatağını düzəldir, 
paltarlarını qoruyub saxlayırdı. Engelbert Kempfer yazır ki, bu gün 
çoxları mehtər olmaq istəyir. Ona görə ki, mehtərin  Şahın xidmə-
tində nail olduqlarına, başqaları müvəffəq ola bilmirlər. Bu gün 


 
129 
 
 
Şahın mehtəri Ağa Qafur adlı zənci olub o, əvvəlki Şahın da vaxtın-
da bu vəzifədə olmuşdu (96, 101). 
 Səfəvi dövlətinin saray təşkilatında fəaliyyət göstərən tibb 
idarəsinin başçısı həkimbaşı, yəni baş həkim adlanırdı. «Təzkirət əl-
müluk»da götərilir ki, həkimbaşı müqərrəb ül-xaqan olsa da, saray 
xacələrinin tərkibinə daxil deyildi. O, şahın xüsusi tibb idarəində 
çalışan həkimlərin ağsaqqalıdır (132, 20). Engelbert Kempferin 
yazdığına görə dünyanın heç bir ölkəsində həkimlərə burada olduğu 
kimi ehtiram etmirdilər. Onların əyanlar arasında xüsusi mərtəbə və 
dərəcələri vardı (96, 101). Təkcə saraylardakı tibb idarəsi deyil, 
ölkə miqyasında bütün həkimlərin fəaliyyətinə baş  həkim nəzarət 
edir və onların bir çoxu baş  həkimin məsləhəti ilə dövlətdən 
məvacib alırdı (96, 101). Sarayın tibb idarəsinə həkimləri baş həkim 
işə götürür, onların məvacibini müəyyən edir və lazım olduqda 
mükafata da təqdim edirdi. Bu məsələlər üzrə baş  həkimin hazır-
ladığı  sənədləri baş  vəzir və büyutat naziri maliyyə idarəsində 
qeydiyyata aldırırdı. Həkimbaşı işində nöqsana yol verən tibb idarə-
si işçisini işdən azad etmək hüququna da malik idi. Sarayın  əcza-
xanası və ona rəhbərlik edən əttarbaşı da baş həkimə tabe idi. Yük-
sək dövlət qulluğunda olan əyanlardan xəstələnən olduqda ona 
həkimi baş  həkim təyin edirdi. Şah Süleyman dövründə Mirzə 
Rəhimin rəhbərlik etdiyi tibb idarəsində altmış səkkiz nəfər həkim 
vardı ki, onlara 1796 tümən 6366 dinar məvacib ödənilirdi (132, 
20). Qaynaqlarda İsfahanda sarayın tibb idarəsində Azərbaycandan 
olan həkimlərin də yüksək vəzifə tutmaları haqqında məlumatlara 
təsadüf edilir. İsgəndər bəy Münşi yazır ki, həkim Əbülfət Təbrizi II 
Şah İsmayıl dövründə sarayın tibb idarəsində yüksək vəzifəyə ucal-
mış, ancaq 1585-ci ildə  həbs edilmişdir. I Şah Abbas dövründə 
həbsdən azad edilmiş, yenə  də tibb idarəsində yüksək vəzifə tut-
muşdur (80, 168-169). 
Saray təşkilatında münəccimbaşının da öz yeri vardı. Cemelli 
Karreri yazır ki, münəccimbaşı sarayda Şah münəccimlərinin rəisi 
olub (89, 166) həmişə özü ilə gəzdirdiyi üstürülab və ulduz cədvəli 
əsasında (96, 102) günün, saatın xoş, uğurlu anlarını müəyyən 
edirdi. «Təzkirət əl-müluk»da göstərilir ki, saray xacələri tərkibinə 


 
130 
 
 
daxil olmayan münaccimbaşı hər gün sarayda olurdu. Şah və onun 
əyanları  səfərə  çıxmaq istədikdə, hətta təzə paltar aldıqda belə 
onunla məsləhətləşib saatın xoş anını ondan öyrənirdilər (132, 70). 
Engelbert Kempfer yazır ki, Şahdan məvacib alanların sayı çox idi. 
İldə saray xəzinəsindən münəccim və həkimlərə məvacib verilməsi 
üçün 20.000 tümən pul ayrılırdı (96, 102). 
Səfəvilərin saray təşkilatında çox mühüm vəzifə olan hərəm 
eşikağası haqqında  «Təzkirət  əl-müluk»da göstərilir ki, bu vəzifə 
Şah sarayına məhrəm, yaşlı, təcrübəli, düzlükdə, doğruluqda sabit 
iman sahibi olan şəxslərə tapşırılırdı. Onlar gecə və gündüz hərəm 
qapısında dayanırdılar. Hərəmin qapıçıları, eşikağasıları ona tabe 
olub, onun əmrini yerinə yetirirdilər. O, hərəmdə ciddi intizam 
yaratmalı, kənar şəxsləri ora buraxmamalı idi. Hərəm qulluqçularını 
isə o təyin edir və  məvaciblərini də özü müəyyənləşdirirdi (132, 
27). «Təzkirət əl-müluk»da təcrübəli, sabit iman sahibi deyildikdə, 
əslində müxtəlif dövlət vəzifələrində çalışmış yaşlı, etibarlı Qızılbaş 
əyanı nəzərdə tutulur. İsgəndər bəy Münşi Türkmanın bu vəzifəyə I 
Şah Abbas dövründəki təyinatlar barədə verdiyi məlumatlar da 
fikrimizin doğruluğunu təsdiq etməklə I Şah Abbasın dövlətin içəri-
dən qorunmasını  sələfləri kimi türklərə etibar etdiyini göstərir. 
İsgəndər bəy Münşi Türkman yazır ki, 1618-ci ildə  Şamlı elinin 
Bəydili obasından olan hərəm eşikağasıbaşı Heydər sultan vəfat 
etdikdə, Şah bu vəzifəyə Qızılbaşlardan Əliqulu bəy Evoğlunu təyin 
etmişdi (80, 929). I Şah Səfi dövründə isə hərəm eşikağasıbaşı yenə 
də həmin soydan Çələbi bəy Evoğlu olmuşdu (108, 255). 
II Şah Abbasın hakimiyyətinin əvvəllərində hərəm eşikağası-
başı Heydər bəy Evoğlu ilə etimadəddövlə Mirzə Tağı arasında da 
çəkişmə baş vermişdi. Belə ki, bu çəkişmənin əsas səbəbi eşikağası-
başının Abiverddə tiyulları olan qohumlarının vergidən azad 
edilməsi ilə əlaqədar idi. Nəhayət, Şah Heydər bəy Evoğlun tutduğu 
vəzifədən azad edir, bu vəzifəyə Mirzəli sultan Çələbioğlunun oğlu 
Əliqubad bəyi təyin edir. (125a, 28; 130, 99)   
Saray təşkilatında büyutat (ərəbcə beyt sözünün cəm halı olub 
ev, bina, təsərrüfat mənasını ifadə edir) nazir-i büyutatın başçılığı 
altında sarayın tələbatının ödənilməsinə xidmət edən 33 karxanadan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə