Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə40/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   36   37   38   39   40   41   42   43   ...   111

 
119 
 
 
I  Şah  İsmayılın dövründən möhürdarlıq dövlət idarəçiliyində 
fəaliyyəti  Şah tərəfindən xüsusi formada tənzimlənən dövlət 
aparatının həm səlahiyyətli, həm də başqa orqanlardan asılı 
olmayan ünsürü idi. Bu vəzifə bir qayda olaraq Qızılbaş-Türk 
əsilzadələrindən birinə tapşırıldı. «Xolde-bərin»də I Şah  İsmayılla 
Ağqoyunlu Sultan Murad arasında baş vermiş döyüşlərdən (1503-
1504) bəhs edilərkən türk Təkəli elindən Sarı  Əlinin möhürdar 
olduğu göstərilmişdir (128, 128). Türkman əyanlarından Əmir bəy 
ibn Gülabi bəy ibn Əmir bəy Mosullu sonuncu Ağqoyunlu 
hökmdarları zamanında Diyarbəkr valisi olmuş, Qızılbaş ordusu 
1508-ci ildə Zülqədər oğulları  bəyliyi ilə döyüşərkən I Şah 
İsmayılın yanına gəlib tabe olmuş  və  qızılbaşlığı  qəbul etmişdir. 
Şah ona xan titulu və möhürdarlıq mənsəbini vermişdir.  Əmir xan 
Mosullu Xorasana Təhmasib Mirzəyə lələ göndərilənə qədər (1515) 
bu vəzifədə olmuşdur (128, 55; 138, 400, 418). I Şah Təhmasibin 
hakimiyyətinin ilk illərində  Təkəli elinin mötəbər  əmirlərindən 
İbrahim xəlifə möhürdar vəzifəsində olmuş  və 1531-ci ildə  Şahın 
əmri ilə öldürülmüşdü (56, 24). F. Sümər qaynaq materiallarına 
istinad edərək yazır ki, Səfəvi dövlətində çox mühüm vəzifə olan 
möhürdarlıq çox vaxt Zülqədər elinin əmirlərinə verilir və bu vəzifə 
onların  əlində olurdu (67, 145). 1531-1532-ci illərdə I Şah 
Təhmasib tərəfindən Mahmud sultan Zülqədərdən sonra möhürdar 
vəzifəsinə  təyin edilən  Şahqulu xəlifə Zülqədər uzun illər, daha 
doğrusu 1558-ci ilə qədər bu vəzifədə olmuşdu (67, 95). Həsən bəy 
Rumlu 1534-cü il hadisələrindən bəhs edərkən Mahmud bəy 
Zülqədərin də möhürdar olduğunu və onun elə  həmin il atdan 
yıxılıb öldüyünü qeyd etmişdi (77, 251, 252). XVI əsrin 50-ci 
illərində Qoç Xəlifə adlı şəxsin də möhürdar olduğunu görürük (77, 
449). «Xolde-bərin» də 1576-cı ildə Zülqədər elindən 
Məhəmmədqulu xəlifənin və ondan sonra isə Qoçəli xəlifənin 
möhürdar olması haqqında məlumatlara təsadüf edilir (128, 496). 
Mənbələrdə göstərilir ki, möhürdarlıq daha mötəbər bir vəzifə olub, 
möhürdar Şahla gündəlik həmsöhbət olduğuna görə II Şah İsmayıl 
Qoçəli xəlifə adlı  şəxsi möhürdarlıqdan azad etmiş, bu vəzifəni 
özünə daha yaxın hesab etdiyi əmisi oğlu İbrahim Mirzəyə vermişdi 


 
120 
 
 
(128, 536). I Şah Təhmasibin hakimiyyətinin son illəri və II Şah 
İsmayıl dövründə möhürdar Zülqədər  əyanlarından  Şahruh (bəy) 
xan Tatı oğlu olur (80, 223). Sultan Məhəmməd hakimiyyətinin ilk 
ili  Şahruh xan Tatı  oğlu Zülqədəri  Şiraza hakim göndərib 
möhürdarlıq vəzifəsini yenə  də ona tapşırır.  Şahruh xan Tatı 
oğlundan sonra möhürdar oğlu Eslemez xan olmuşdu (80, 223, 
384). I Şah Abbas da sələfləri kimi bu vəzifəyə  əsasən Qızılbaş-
Türk  əyanlarını  təyin etmişdir. 1587-ci ildə möhürdar vəzifəsinə 
Zülqədər elindən Əliqulu sultan təyin edilir. Ancaq o, Mürşüdqulu 
xana qarşı  çıxan  əmirlərin arasında olduğundan yaxalanıb edam 
edilmiş (80, 381, 384; 67, 178) möhürdarlıq Nəcəfin böyük 
seyidlərindən Seyid bəy Kəmunəyə tapşırılmışdı (80, 34, 385). 
İsgəndər bəy Münşi 1591-ci il hadisələrindən bəhs edərkən Eslemes 
xan Zülqədərin yenə möhürdar olduğunu yazır (80, 444). 
I Şah Abbasdan sonra I Şah Səfinin də dövründə (1629-1642) 
möhürdar vəzifəsi Zülqədər  əmirlərinə tapşırılırdı. I Şah Səfinin 
hakimiyyətinin dördüncü ilində möhürdar Zülqədər elinin Söklən 
obasından qorçubaşı  Əmir xanın oğlu Abdulla bəy idi (108, 245). 
O, vəfat etdikdən sonra 1638-ci ildə qorçubaşı Əmir xan Zülqədərin 
kiçik oğlu Rüstəm bəy möhürdar vəzifəsinə təyin edilir (108, 256; 
81, 228). 
«Təzkirət  əl-müluk»da vaqiyənəvisin tuğra çəkdiyi dəftər və 
fərmanlara möhür vuran davatdarlarla yanaşı müqərrəb ül-xaqan 
olan ikinci bir davatdar haqqında da məlumat verilir. Qaynaqda 
ikinci davatdarın  əsasən icarə  sənədlərini möhürlədiyi qeyd edilir 
(132, 26). İsgəndər bəy Türkmanın əsərində I Şah Abbas dövrünün 
tanınmış davatdarları haqqında məlumata təsadüf edilir. Müəllif 
1591-ci il hadisələrindən bəhs edərkən Ustaclı elinin Cavuşlu 
obasından Siyamunoğlu Mehdiqulu xanın qardaşı Muradxan bəyin 
davatdar olduğunu yazır. O, qardaşı öldürüldükdən sonra Osmanlı 
ölkəsinə getmişdi (80, 440). I Şah Abbas dövründə Qacarlardan 
Mehrab xan da bir müddət davatdar olmuş və ondan sonra bu vəzifə 
Lütfixan bəyə verilmişdi (80, 1008). I Şah Səfinin dövründə də bu 
vəzifə Qacar əsilzadələrinə tapşırılırdı. 1633-cü ildə Qacar elindən 
Kəlbəli xan adlı  əyanın, II Şah Abbas dövründə  Rəvan bəylərbəyi 


 
121 
 
 
Abbasqulu bəy Qacarın oğlu Rzaqulu bəy Qacarın  davatdar olması 
(81, 119, 136) inşa divanında Qızılbaş-türklərin üstün mövqeyə 
malik olduqlarını və bu divanı öz əllərində saxladıqlarını göstərir.  
 Bütün  mülazimlərin xidmət fərmanları  sərxətnevis adlı 
məmur tərəfindən yazılır və onların hökm, fərman və  vəsiqələrini 
möhürlədikdən sonra bu barədə aidiyyəti orqana məruzə edilirdi. 
Qulluq və mənsəb sahiblərinin tiyul, həmesale, baratının miqdarını 
qeyd etdiyi dəftəri, onlara aid fərmanları, hökmləri imzalayıb, 
təsdiq edib saxlamaq onun vəzifə borcu idi. O, divan ləşgərnəvisi ilə 
həmkarlıq edir, ancaq sipahsalara, başqa sərdarlara naib göndəril-
dikdə bu məsələlərə qarışa bilməzdi (132, 41). 
Mustoufi  əl-məmalikin başçılığı altında xidmət edən 
zabitənəvis isə mustouif-ye mal və müfradənəvis də adlanırdı. 
O.Əfəndiyev qaynaq materiallarına istinad edərək yazır ki, 
zabitənəvisin ştatında olan mirzələr divana daxil olan pul məbləğini 
(vücuhat) qeydə alırdılar (20, 239). «Təzkirət  əl-mülak»da 
zabitənəvisin idarəsindəki işçilərin sayının on beş  nəfərdən ibarət 
olduğu göstərilir. Mənbədə qeyd edilir ki, rahdarı, tənbəki satışın-
dan ödənilən vergilər, ölkədə ticarətlə  məşğul olan hindlilərdən 
alınan səranə,  əmlaki xassə istisna olmaqla məmaliki məhrusənin 
bütün tərpənən və tərpənməz əmlakı zabitənəvis idarəsində qeydiy-
yata alınırdı (132, 41, 42). Mənbələrdə  sərxətnəvis, zabitənəvis və 
bu qəbildən olan bir çox vəzifələrə  təyin olunmuş  məmurların 
adlarına çox nadir hallarda təsadüf edilir və adı çəkilən məmurların 
isə soy adı adətən göstərilmədiyinə görə  onların etnik kimliyini 
müəyyənləşdirmək mümkün deyildir. Məsələn «Xolde bərin» də I 
Şah Təhmasib dövründə Əhməd bəyin ali divan zabitənivisi olduğu 
qeyd edilmiş (128, 446), ancaq onun soy adı göstərilməmişdir. 
Ali divanda mühüm vəzifə olan toucih haqqında O.Əfəndiyev 
dövrün yerli və  qərb  ədəbiyyatına  əsaslanaraq yazır ki, «toucih» 
ödəniş idarəsi olub, tədiyyələrin  əksəriyyəti, alıcılara torpaq üçün 
verilən pullar və digər gəlir mənbələri təxsisatlarla ödənildiyindən 
«sahib-i toucih»ə  təxsisatlar sahibi kimi baxmaq olar (20, 240). 
«Təzkirət  əl-müluk»da yazılır ki, o bütün maliyyə idarələri ilə 
əməkdaşlıq edir və onların idarələrindəki hər bir maliyyə vəsiqəsini 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə