Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   34   35   36   37   38   39   40   41   ...   111

 
113 
 
 
dövlətin sonuna qədər davam etdiyinə (67, 151) görə vaqiyənəvis
münşi əl-məmalik və mirzələrin çoxu sözsüz ki, türk bilim adamları 
olmuşdur. I Şah Təhmasib dövründə inşa divanına bir müddət Əmir 
Zəkəriyyə  Təbrizi Köcəcinin qohumlarından Məhəmməd bəy 
Təbrizi Göcəci rəhbərlik etmişdi. Məhəmməd bəyin qohumu Əli 
bəyin oğlu Mirzə  Məhəmməd də inşa divanında işləmişdir (128, 
451). I Şah Səfinin sədr təyin etdiyi Mirzə  Məhəmməd I Şah 
Abbasın zamanında vaqiyənəvis olmuşdu. I Şah Səfi hakimiyyətə 
keçdikdə vaqiyənəvis vəzifəsində Hatəm bəy Ordubadinin oğlu 
Talıb xan işləyirdi (1621-1632). I Şah Səfi onu 1632-ci ildə 
vaqiyənəvis vəzifəsindən azad edib, baş  vəzir vəzifəsinə  təyin 
etmişdi (130, 84). Talıb xandan sonra yenə bu vəzifəyə irəli çəkilən 
Mirzə  Məhəmməd vəfat etmiş  və vaqiyənəvis mustofi-ye bəqaya 
həm də dəftərxana naziri Mirzə Məsim olur (130, 89). "Zeyl-i tarix-i 
alamara-yi Abbasi" də  mərhum Hatəm bəy Ordubadinin qardaşı 
Mirzə  Əbdülhüseyn Ədhəm bəy  Ordubadinin  münşi əl-məmalik 
olduğu və I Şah Səfinin hakimiyyətinin  sonuna qədər  inşa divanına 
başçılıq etdiyi  qeyd edilir (81,282).
 
 Səfəvi dövlətinin  ərazisinin divan və xassəyə bölünməsinə 
müvafiq olaraq onları idarə etmək üçün iki divan fəaliyyət göstərir-
di. «Divani əl-məmalik»  (dövlət vilayətləri divanı) dövlətə məxsus 
torpaqların maliyyə  işləri, «divani xassə» (Şah vilayətləri divanı) 
şaha məxsus mülkiyyətin maliyyə  işləri idarəsi idi (20, 224). 
Məmaliki məhrusənin maliyyə divanına baş vəzirin nəzarəti altında 
fəaliyyət göstərən və  səlahiyyət bölgüsünə görə ona tabe olan 
mustoufi  əl-məmalik başçılıq edirdi (104, 593). «Təzkirət  əl-
muluk»da göstərilir ki, mustoufi əl-məmalik böyük əmirlər 
(ümarey-i  əzəm) sırasında dövlət  əhəmiyyətli vəzifədir (132, 15). 
Dövlətin maliyyə  məsələləri üzrə geniş  səlahiyyətlərə malik olan 
mustoufi  əl-məmalik məmaliki məhrusədən alınan bütün dövlət 
vergilərini dəftərdə qeyd etdikdən sonra vilayətlərə göndərirdi və 
yerlərdəki qulluq adamları onun qeydlərinə  əməl etməli, vergiləri 
artırıb-azaltmadan göstərilən həcmdə  yığıb ödəməli idilər. 
Bəylərbəyilərin, xanların, sultanların bütün tiyulları, həmesaleləri 
və  vəzirlərin, mustoufilərin, kələntərlərin,  əsgərlərin, qələm sahib-


 
114 
 
 
lərinin məvacibləri, soyurqallar mustoufi əl-məmalikin dəftərində 
onun möhürü ilə qeydiyyata alınırdı. Bu qeydiyyat əsasında 
tiyuldan, həmesaledən nəğd, yaxud cins şəklində ödəmələr, müxtəlif 
qaynaqlardan məvaciblərin verilməsi  əməliyyatları  həyata 
keçirilirdi. Mustoufi əl-məmalikin möhür vurduğu maliyyə dəftərini 
baş vəzir də təsdiq etməli idi (132, 16, 17). 
Tavernye yazır ki, mustoufi əl-məmalikin dəftərxanasında 
dövlət məmurlarına xəzinədən nəqd verilən məvaciblər, o cümlədən 
onlara yerlərdən tiyul, həmesale,  yeksale adı ilə ödənilən maaşın 
ümumi məbləğinin qeydiyyatı aparılırdı. Bu hesabdarlıq əməliyyatı 
dövlətin mali məsələləri ilə  məşğul olan başqa idarələrlə  əlaqəli 
şəkildə yerinə yetirilirdi. Məmləkətin mərkəzi və yerli idarələrində 
çalışan qulluqçuların siyahısı  və onların məvacib cədvəlləri bu 
dəftərxanada qeydiyyata alınmaqla onun möhürü ilə təsdiq olunur-
du. Divan əmlakının pul mədaxilini qeydiyyata alan zabitənəvis və 
ödəniş idarəsinin başçısı olan sahib-i tocih də ona tabe idi. Tavernye 
yazırdı ki, mühasibat divanının çoxsaylı icraçı məmurlarının hamısı 
qələm  əhlidirlər. Bütün qeydiyyat dəftərləri onların  əlindən keçir; 
xüsusilə, məmləkətin divan əmlakı  və  Şah xalisələrinin gəlirləri 
yazılan sənədlər  İsfahanın mühasibat divanındakı  dəftərxanada 
qeydiyyata alınır. Bütün xərclərin də hamısı orada qeyd olunurdu. 
Ərbabı adlanan digər əmlaklardan da hər il Şaha müəyyən illik haqq 
verilirdi. Bu o əmlaklardır ki, onlardan vilayətlərin hakimləri çoxlu 
gəlir əldə edirlər. Mustoufi əl-məmalik və mustoufilər bütün xalisə, 
ərbabi  əmlakının mühasibat işi üzrə  dəftərdarlıqda  ən yüksək 
məqamlı məsul işçilərdir. Şahın bütün gəlirinin hesabı, əmlak icarə-
si, sürsat anbarları, qoşunun təchizatı, idarə məmurlarının xərclərini 
onlar qeydiyyata alırdılar. Başqa bir növ mühasib də vardır ki, ona 
«moquf» deyirlər ki, o, vəqf əmlakının hesabını aparırdı (104, 593). 
Nazir adlanan məmurun isə mustoufi əl-məmalik  və mustoufilərin 
işini təftiş etməyə icazəsi vardı. Və bütün məxaric sənədlərinə onun 
adına olan möhür vurulmalı idi (104, 593). Burada sözsüz ki, 
mənbələrdə  şahın naib adı ilə verilən dövlət məmuru nəzərdə 
tutulur. Seyid Hüseyn Astrabadi Maqsud bəyin I Şah Abbasın naibi 
və nazir olduğunu yazmışdı (108, 51) ki, bu fikrimizin doğru 


 
115 
 
 
olmasını göstərir. Dəftərxana darğası vəzifə borcu və səlahiyyətinə 
görə maliyyə müqəssirlərini yoxlayıb  şahın, yaxud dövlətin 
əmlakını oğurlayanları, rəiyyətdən vergini çox alanları cəzalandırır-
dı. Məvaciblərin, cirələrin, səltənət nümayəndələrinin miniklərinin 
yeminin verilməsi, köçürülməsi dəftərxanada icra olunurdu. Onların 
hər biri öz nökərini göndərib «həvalə»sini «həvalə» verilən məhəl-
dən alırdı. Hər kənddə, qəsəbədə «rəis» adlanan bir nəfər vardır ki, 
o, həmin məhəllin rəiyyətinin hamısının böyüyü olduğuna görə 
məmurlar, nökərlər vergini, həvaləni alanda ona müraciət edirlər 
(104, 593). Çünki birbaşa rəiyyətə özləri müraciət etsələr, onların 
hamısı vergi ödəmək əvəzinə qaçarlar. Dəftərxanada olan oğurluq-
lar, mənimsəmələr saray məmurları və vəzifə sahiblərinin məvacib-
ləri hesabına icra olunurdu. Çünki bir nəfərin məvacibini bir neçə 
məhəllə həvalə edirlər, yəni göndərirlər və o, biçarə maaşından çox 
xərc çəkməlidir ki, məvacibini müxtəlif yerlərdən gedib ala bilsin. 
Elə buna görə  də qulluqçular məvaciblərini bir yerdə qeydiyyata 
aldırmaq üçün rüşvət verməyə  məcbur olurlar. Mustoufilər də 
hamının xahişini yerinə yetirə bilmirlər. Buna görə  də  təhsildarlar 
meydana çıxır ki, onlar «həvalə»ləri məvacib sahibindən ta bacar-
dıqları qədər az pulla alırlar. Bu həvalə sənədi ilə yığım vaxtı həvalə 
yerlərinə gedib onu alırlar və bu yolla çox pul əldə edirlər. Bu iş isə 
qulluqçunun fəlakət və pərişanlığına səbəb olur və nəticədə bir çox 
vəzifə sahibləri işdən çıxmağa məcbur olurlar. Çünki 30 tümən 
məvacibi olan bir nəfər illik maaşının bir hissəsini nəğd almaq üçün 
onun müəyyən məbləğini təhsildara verməyə məcbur olaraq müflis 
olur. Ancaq Şah Abbas Kəbirin hakimiyyətinin sonlarında və I Şah 
Səfinin hakimiyyətinin  əvvəllərində qonşularla çox vaxt müharibə 
olduğundan ordunun əsgərə böyük ehtiyacı olmuşdu. Elə buna görə 
də onların məvacibləri və cirələri tam və bütöv şəkildə, nizamla 
çatdırılmışdı (104, 594). 
Ali divanın bütün strukturlarına mirzələr və  hər hansı bir 
başqa idarəyə mirzə  qəbul olunduqda onun sənədi həmin idarənin 
ağsaqqalı  tərəfindən təsdiq olunmalı  və bu barədə mustoufi əl-
məmalikin də razılığı olmalı idi. Nazir, dəftərxana darğası, sahib-i 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə