Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   30   31   32   33   34   35   36   37   ...   111

 
101 
 
 
Eşikağasıbaşı haqqında Mirzə Səmia yazır ki, o, bütün söhbət 
yasavullarının, divan eşikağasılarının, divan qapıçıları və  ağalarının 
divan carçı və yasovullarının ağsaqqalıdır və Şah məclisində iştirak 
edən əcnəbi ölkə elçilərinin, əyanların, xidmətçilərin, qulluqçuların 
davranış qaydalarını müəyyənləşdirmək, nizam-intizamı qorumaq 
birbaşa onun səlahiyyətinə aid idi. Məclisdə qayda-qanunlara ciddi 
əməl olunması ilə bağlı  məsələlərdə  də  eşikağasıbaşı birbaşa 
əmrlərə aid təlimat üzrə  məsuliyyət daşıyırdı (132, 8). Tavernye 
yazırdı ki, bir neçə  nəfər yüksək mənsəbli məmura başçılıq edən 
eşikağasıbaşı  vəzifəsi Fransadakı  təşrifat rəisinə  bənzəyirdi (104, 
576). Eşikağasıbaşını “baş marşal” adlandıran Adam Oleariyə görə 
isə onun tabeliyində  qırx nəfər eşikağası çalışırdı ki, onlalr dörd-
dörd, yaxud beş-beş növbə ilə yarım il müddətində sarayda xidmət-
lərini yerinə yetirirdilər. Onlar şah saryının giriş qapısını qoruduq-
larına görə  həm də qapıçı adlanırdılar.  Əcnəbi ölkələrindən gələn 
elçiləri də eşikağasıbaşı rəsmi qəbul günlərində yerli qayda əsasında 
şaha təqdim edirdi. Bu məclislərdə şahın xidmətində olan yasavullar 
da eşikağasıbaşına tabe idilər (139, 894; 20, 239).  
Eşikağasıbaşının  əmri altında olanların məvacib, tiyul və 
həmesaləsi barədə, onun özünün təqdimatını baş vəzir qəbul etdik-
dən sonra bu barədə yazılı hökm verilirdi. Müəyyən xidmətçiləri 
əvəz etmək istəyənlərin məvacibi, həmesale, tiyulu, baratı 
eşikağasıbaşının icazəsi və möhrü ilə müəyyən edilirdi. Eşikağası-
başı ona tabe olan mülazimlərin məvaciblərinə əlavələr barədə olan 
hökmləri, onların tiyul, həməsale, məvaciblərinin hökmlərini imzası 
və möhrü ilə təsdiqldəməli idi. Yüksək divan ləşkərnəvisi, vəziri və 
sərxəttnəvisi həmin eşikağasıbaşının idarəsinin musoufiləri idilər 
(132, 8, 9). 
Söhbət və  məclis yasavullarını da eşikağasıbaşı qulluğa 
götürür və maaşlarını da o müəyyən edirdi. O.Əfəndiyev yazır ki, 
yasavul mənşəcə monqol dilindəki «yasa» sözündən olub, «qanun-
qayda» mənasını ifadə edir. Onların vəzifələri Şahın olduğu yerlər-
də qanun-qayda yaratmaqdan ibarət olmuşdur (20, 238). Engelbert 
Kempfer yazır ki, eşikağasıbaşına tabe olan yasavulların 
«yasavulane söhbət» adlı rəisləri də vardı. Söhbət yasavulları rəsmi 


 
102 
 
 
məclislərdə eşikağasıbaşından sonra dayanırdı. Şah və ailəsi müəy-
yən məqsədlə sarayı  tərk etdikdə yolboyu onların təhlükəsizliyini 
yasavullar təmin edirdilər. Söhbət yasavulbaşı  və ona tabe olan 
yasavullar dövlətin təməlinin qoyulmasında I Şah  İsmayıla dayaq 
duran  əmirlərin nəslindən olub, türkdürlər (96, 105). «Təzkirət  əl-
müluk»da məclis eşikağasıları adlandırılan məclis yasavullarının 
əmirlərin və mötəbər  əyanların övladları arasından seçildiyi 
göstərilir. Onlar məclislərdə  Şahın fərmanı  və hökmlərini məclis 
əhlinə çatdırırdılar. Qeyd edildiyi kimi söhbət və  məclis yasavulları 
eşikağasıbaşına tabe olub onun nəzarəti altında fəaliyyət 
göstərirdilər (132, 27, 28; 103, 121). Həsən bəy Rumlu yazır ki, h. 
969 (1562)-cu ildə Səfəvi sarayına Osmanlı ölkəsindən Van hakimi 
Xosrov paşa və qapıçıbaşı Əli Ağanın başçılığı altında 200 nəfərdən 
ibarət elçi heyəti gəlmişdir ki, İstanbula göndərilmiş  Səfəvi elçisi 
Vəli bəy Ustaclı da onlarla qayıtmışdı. Müəllifin məlumatında 
Ustaclı elindən olan Səfəvi elçisi Vəli bəyin yasavulbaşı olduğu 
göstərilmişdi (77, 417). H. 971 (1563)-cü ildə Şamlı elindən Hüseyn 
bəyin yasavulbaşı, Sultan Məhəmmədin hakimiyyətinin son illərin-
də isə Zülqədər elindən Həbib bəyin söhbət yasavulu olduğunu 
görürük (108, 89; 128, 752). Sarayın giriş qapısını qoruyan 
eşikağasılar yerli qaynaqlarda qapıçı adı ilə verilir və onlara 
eşikağasıbaşına tabe qapıçıbaşının başçılıq etməsi barədə  məlu-
matlara təsadüf edilir. Sultan Məhəmmədin hakimiyyətinin son 
illərində Şahsuvar bəy Əfşar qapıçıbaşı, qardaşı Təhmasibqulu bəy 
isə adi qapıçı idi (128, 760). 
I  Şah  İsmayılın dövründə Ülamə sultan Təkəli  əvvəlcə 
yasavul, sonra da eşikağasıbaşı olmuşdu (67, 60). I Şah Təhmasibin 
hakimiyyəti dövründə Zülqədər elinin Qavurqalı obasından Şahqulu 
Xəlifə Qavurqalı uzun illər eşikağsıbaşı olmuş, h. 939 (1532)-cu 
ildə möhürdar təyin edildiyinə görə eşikağasıbaşı vəzifəsindən azad 
edilmişdi (108, 62). H. 961 (1554)-ci ildə I Şah Təhmasib tərəfin-
dən I Sultan Süleyman Qanuninin sarayına sülh danışıqları üçün 
göndərilmiş Qaradağ sufilərindən olan Fərruxzad bəy də bir müddət 
eşikağasıbaşı  vəzifəsində  işləmişdi (108, 78). Onun 1554-cü ildə 
Osmanlı sarayına diplomatik danışıqlar məqsədilə göndərilməsi (77, 


 
103 
 
 
383) dövlət  şurasının üzvü olan eşikağasıbaşının mərkəzi idarədə 
nüfuzlu vəzifə olduğunu təsdiq edir və dövlətin xarici əlaqələrində 
də önəmli rola malik olmasından xəbər verir. Dövrün qaynaqlarında 
eşikağasıbaşı  vəzifəsinə  Qızılbaş-Türk  əsilzadələri ilə yanaşı, 
şahzadələrin də  təyin olunmasına təsadüf edilir. Məhəmməd Yusif 
Qəzvini yazır ki, I Şah Təhmasib qardaşı  Bəhram Mirzənin oğlu 
İbrahim Mirzəyə qızı Gövhər sultan bəyimi vermiş və ona ali divan 
eşikağasıbaşı  vəzifəsini tapşırmışdı. I Şah Təhmasib vəfat etdikdə 
(1576) hakimiyyət uğrunda baş vermiş  çəkişmədə Ibrahim Mirzə 
İsmayıl Mirzənin tərəfini saxlamış  və onu hakimiyyətə keçməsi 
münasibətilə  təbrik etmişdi. Elə buna görə  də II Şah  İsmayıl ona 
«qardaş» deyə müraciət etmiş  və  vəzifəsində saxlamışdı.  İbrahim 
Mirzə 1576-ci ildə eşikağasıbaşı vəzifəsindən azad edilib möhürdar 
təyin edilir. Onun yerinə  eşikağasıbaşı  Şamlı elinin Biçərli 
obasından Hüseynqulu sultan olur (128, 403, 406, 514, 536). H. 988 
(1580)-ci ildə Hüseynqulu sultan Şamlının oğlu Mehdiqulu bəy 
atasının yerinə  eşikağasıbaşı  təyin olunsa da, vəzifədə çox qalmır, 
həmin ildə Qorxmaz xan Şamlı  eşikağasıbaşı olur (128, 611, 613, 
615). Mənbələrdə I Şah Abbasın hakimiyyətinin ilk illərində Qazı 
bəy, Qorxmaz xan, Piri bəy  Şamlı adlı türk əyanlarının eşikağası-
başı olmalarına təsadüf edilir (108, 104, 113). I Şah Abbas 1592-ci 
ildə eşikağasıbaşı vəzifəsinə Şamlı elinin Ərəbgirli obasından Şamlı 
Məhəmmədqulu bəyi təyin edir (80, 547). İsgəndər bəy Münşi 
1602-ci ildə bu vəzifədə Mehdiqulu xanın olduğunu yazır (80, 602). 
1604-cü ildə isə Rumlu elindən  Əlixan bəy eşikağasıbaşı idi (80, 
656).  Əlixan bəydən sonra eşikağasıbaşı  vəzifəsi  Şamlı elinin 
Kəramətli obasından Əliqulu bəyə (xan) verilmişdi. I Şah Abbasın 
göstərişi ilə 1611-ci ildə  Mərkəzi Asiyadan Səfəvi sarayına gələn 
özbək padşahı  Vəliməhəmməd xanın  İsfahanda qarşılanması ona 
tapşırılmışdı. O, 1625-ci ildə  vəfat edir. Onun vəfatından sonra 
eşikağasıbaşı vəzifəsinə Şamlı elinin Bəydili obasından Zeynal bəy 
təyin edilir (80, 1040). Zeynal bəydən sonra 1628-ci ildə bu 
vəzifəyə Mehdiqulu xanın oğlu  Şamlı elinin Kəramətli obasından 
Əliqulu xan təyin edilmişdi (80, 1084; 130, 83).  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə