Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   31   32   33   34   35   36   37   38   ...   111

 
104 
 
 
I  Şah Səfi dövründə (1629-1642) də bu vəzifəyə  əsasən 
Qızılbaş-Türk əyanları təyin olunurdu. Şah Səfinin  hakimiyyətinin 
əvvəllərində eşikağasıbaşı Zeynal xan Şamlının olduğunu görürük. 
Görünür o, I Şah Abbas tərəfindən 1628-ci ildə yenidən bu vəzifəyə  
təyin olunmuşdu. Zeynal xan 1630-cu ildə Osmanlı ordusu ilə 
Həmədan savaşında səhvə yol verdiyinə görə ölüm cəzasına məh-
kum edilmiş, eşikağası  vəzifəsi Mehdiqulu xan Şamlının oğlu 
Uğurlu xana tapşırılmışdı.  Şah Səfinin hakimiyyətinin dördüncü 
ilində qulam soyundan olan Fars əmir  əl-ümərası  İmamqulu xan 
qətl edildikdən sonra Kuhgiluyə hakimliyi də eşikağasıbaşına əlavə 
edilərək ona verilmişdir(81, 199, 266, 268). 1632-ci ildə  Uğurrlu 
xan  Şamlı  eşikağasıbaşı idi (108, 247). 1634-cü ildə  Uğurlu xan 
Şamlı saray dəftərxanasına nəzarətçi təyin edilir və  eşikağasıbaşı 
vəzifəsi isə  Şamlı elinin İnallı obasından  İmamqulu xana verilir 
(108, 250; 130, 89). 1635-ci ildə Canı bəy Şamlı eşikağası idi (130, 
91). 1637-ci ildə isə  eşikağasıbaşı  vəzifəsinə  Şamlı elinin Biçərli 
obasından Murtəzaqulu bəy təyin edilir (108, 257). Molla Kamal da 
1637-ci il hadisələrindən bəhs edərkən onun eşikağasıbaşı olduğunu 
yazır (130, 34). Molla Kamal 1643-cü ildə  eşikağasıbaşı Heydər 
bəyin etimadəddövlə Sarı Tağı ilə  çəkişdiyini və  vəzifədən istefa 
verib Qum şəhərinə getdiyini qeyd etmişdi (130, 99). Heydər bəy 
1629-cu ildə Şah Səfinin tacqoyma mərasimində iştirak etmişdi və 
Qaradağ sufilərindən Qızılbaş  Əbulqasım bəy Evoğlunun oğlu idi 
(80, 1078; 130, 81, 99). Heydər bəydən sonra bu vəzifəyə Mirzəəli 
sultan Çələbi Evoğlunun oğlu Əliqulu bəy təyin edilir (130, 99; 108, 
255).  
Səfəvi dövlətinin saray təşkilatında təşfirat rəisi-eşikağasıbaşı 
da  ənənəvi olaraq Qızılbaş-Türk  əsilzadələrindən təyin edilirdi. 
"Abbasnamə"nın verdiyi məlumatlardan göründüyü kimi bu 
ənənəyə  II Şah Abbas dövründə  də  əməl edilmişdi. Sarı Tağı 
ayaması ilə məşhur  olan baş vəzir Mirzə Məhəmməd Tağıya qarşı 
qəsdin təşkilatçısı qorçubaşı Cani xan cəzalandırıldıqda 
Murtuzaqulu bəy (xan) Biçərlinin eşikağasıbaşı olduğunu görürük.  
O, h. 1055-ci (m.1645) ildə qorçubaşı  vəzifəsinə  təyin edildikdə
eşikağasıbaşı  vəzifəsi Mehdiqulu xan Şamlıya verilir. Uzun illər 


 
105 
 
 
onun eşikağasıbaşı  olduğunu görürük. Ancaq h. 1071 (m.1661)-ci 
ildə isə  qısa müddətdə  eşikağasıbaşı onun qardaşı  Nəcəfqulu bəy 
olmuşdur (125a, 35,92,111). "Abbasnamə" də h.1074(m. 1664)-cü 
ildə  eşikağasıbaşı Mehdiqulu xan Şamlının vəfat etməsi və bu 
vəzifəyə onun oğlu Uğurlu xanın təyin edilməsi faktına da təsadüf 
edilir (125a, 118) 
 Tüfəngçibaşı da dövlət  şurasının üzvü olub tüfəngçi hərbi 
hissəsinin minbaşılarının, yüzbaşılarının, saray carçıları  və qulluq-
çularının ağsaqqalı, yəni Tavernyenin qeyd etdiyi kimi rəisi və 
başçısı olub (104, 584), rütbəsinə görə,  əsgəri təşkilatda qorçubaşı 
və qullarağasından sonra üçüncü yerdə dayanırdı (96, 89). Ona tabe 
olanların hamısının tiyul, həmesale,məvacib, barat və mükafatları 
barədə onun imzası ilə təsdiq edilən təqdimatı əsasında baş vəzirin 
yazılı hökmü verilirdi. Və bu hökm əsasında onların məvacibi ödə-
nilirdi. Tüfəngçilərin və carçıların, minbaşıların, yüzbaşıların, carçı-
başıların qulluğa götürülməsi, onların tiyul, həmesale və  məvacib-
ləri alicah tüfəngçiağasının təqdimatı, baş  vəzirin yazılı hökmü 
əsasında icra olunurdu. Tüfəngçilərə aid bütün problemləri də 
tüfəngçiağası  həll edirdi. Tüfəngçilərin rütbə  cədvəlini, həmin 
idarənin vəziri və mustoufiləri tüfəngçiağasının iştirakı ilə  Şaha 
çatdırırdılar (132, 8-9). 
"Abbasnamə"də göstərilir ki, Ağa Tahir adı ilə tanınan Mir 
Fəttah  Şah Səfi dövründə adi tüfəngçidən Bağdadda tüfəngçi-
ağasıbaşı vəzifəsinə yüksəlmişdi. Ondan şaha çoxlu şikayətlər daxil 
olmuş və II Şah Abbas etimadəddövlə və bir neçə dövlət məmuruna 
onun işi və  fəaliyyətini yoxlamaq barədə  fərman verir. Yoxlama 
əsasında Mir Fəttahın tüfəngçilərin  əməkhaqlarından qeyri-qanuni 
mənimsəmə  və  oğurluq barədə faktlar aşkarlandı. Bu hadisədən 
sonra Mir Fəttahın qardaşı oğlu minbaşı Məhəmməd Səid və bir çox 
tərəfdarlarının onu müdafiə  məqsədi ilə dövlətxana ilə üzbəüz 
toplaşması  Şahı  bərk qəzəbləndirir.  Şah qullarağası Siyavuş xana 
onların hər ikisinin tutulub edam olunması barədə  fərman verdi. 
Fərman dərhal yerinə yetirildi. Tüfəngçiağası  vəzifəsi Qələndər 
sultan Cığataya tapşırıldı. (125a, 28, 29)  


 
106 
 
 
Nazir-i büyutat da dövlət  şurasının üzvü olub, saray təşkilat-
larında statusuna görə xüsusi yer tuturdu. Tavernyeyə görə nazir 
«görən» mənasını ifadə edir və saray təşkilatında  ən böyük vəzifə 
olub, sarayın bütün büyutatına (beyt ərəb dilində ev, bina və təsər-
rüfat mənasındadır),  şahın xassə  əmlakına, ilxılarına nəzarət və 
başçılıq edirdi. Bu vəzifə Fransadakı saray rəisinin eynidir (104, 
572, 573). Adam Oleariyə görə, Səfəvi ölkəsində  gərəkyaraq-
tədarükçü adlandırılan nazir sarayın təchizatı ilə  məşğul olur və 
təminat məsələləri üzrə məsuliyyət daşıyırdı (139, 585). O, sarayın 
33 karxanasına (müxtəlif anbarlarda ev təsərrüfatı obyektləri və 
karxanalar) başçılıq edirdi (20, 235). Naziri saray məmurlarının 
başçısı adlandıran Engelbert Kempfer onun saray emalatxanalarına 
rəhbərlik etdiyini və saray üçün ərzaq, geyim tədarükü məsələlərinə 
də baxdığını qeyd etmişdir. O eyni zamanda saray emalatxanalarına 
ustabaşı  təyin edir və emalatxana işçilərinin məvaciblə  təmin edil-
məsi ilə bağlı  məsələlərə  də birbaşa nəzarət edirdi. Ancaq saray 
emalatxanalarında  çalışanların məvaciblərinin azaldılıb-artırılması 
məsələlərində nazir Şahın bu barədə göstərişlərinə əməl edirdi (96, 
97). 
«Təzkirət  əl-müluk»da dövlətin idarə quruluşundakı  səlahiy-
yət bölgüsünə uyğun bir səpkidə nazir-i büyutatın hüquq və səlahiy-
yətlərinin dəqiq  şərhi  əks olunmuşdur. Qaynaqda göstərilir ki, hər 
ilin  əvvəlində onun təliqəsi (rəsmi məktub)  əsasında xassə idarə-
sinin büyutat müdiri sarayın 6 aylıq xərcini, nəqd və cins olaraq 
fərman üzrə nəzərdə tutulan vilayətlərdən qərara alınmış həmesale-
lər çıxıldıqdan sonra bir nəfər təhsildar və sahibcəmlərin məlumat-
ları üzrə, təxminən müəyyən edirdi.Büyutat vəziri də, bu təxmini 
hesab layihəsini nazirə ərz edərək onun nəzərinə çatdırırdı. Büyutat 
vəziri nazirin möhürləyib təsdiq etiyi bu haqq-hesab layihəsini baş 
vəzirə də təqdim edirdi. Burada müşriflərin sarayın altı aylıq xərci 
ilə bağlı nəzərdə tutduqları məbləğ haqqında baş vəzir qərar verirdi 
ki, onun əsasında sahibcəmlər mədaxil qəbzi yazıb dövlət xəzinə-
sinin sahibcəminə verib nəzərdə tutulan vəsaiti alırdılar. Bu vəsaitlə 
sahibicəmlər sarayın ehtiyacına görə daxili bazarlardan ərzaq və 
sairə  tələbat malları alırdılar. Onların satın aldıqları  ərzaq mal-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə