Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   38   39   40   41   42   43   44   45   ...   111

 
125 
 
 
dən keçirmədiyi maliyyə  sənədləri etibarsız olub dəftərə daxil 
edilmirdi.Onu da qeyd etmək lazımdır ki, İsfahan mustoufisi baş 
vəzir tərəfindən təsdiq edilən hesab sənədləri üzrə İsfahan vəzirinin 
ixtiyarında olan mahalın məhsul və pullarının mədaxil və  məxaric 
sənədlərini tərtib edib xassə idarəsinə  də  təqdim etməli idi. Bu 
sənədləri xassə mustoufisi yoxlayıb qəbul edirdi  (132, 45, 50, 51). 
 «Divani xassə» adlanan idarə mustoufi-ye xassənin başçılığı 
altında  Şah və onun ailəsinə  məxsus mülkiyyətin maliyyə  işlərini 
idarə edirdi. Sarayın gəlir və xərcləri xassə dəftərxanasında qeydiy-
yata alınırdı. Xassə  dəftərxanası, mustoufi əl-məmalikin nəzarəti 
altındakı dövlət dəftərxanası ilə  əlaqəli idi. Bu dəftərxanalara 
rəhbərlik edən hər iki mustoufi rütbə  və  dərəcələrinə görə  bərabər 
olsalar da, mustoufi-ye xassə mustoufi əl-məmalikdən sonra ikinci 
yerdə dururdu (96, 114). «Təzkirət əl-müluk»da xassə mustoufisinin 
hüquq və  vəzifələri barədə  ətraflı  məlumat verilir. Mənbədə qeyd 
edilir ki,  tərpənməz xassə əmlakının məhsul və mədaxilini həvalə 
etmək və buraxmaq, rəiyyətin və digər divan vergisi ödəyənlərin 
mühasibat məsələlərini yoxlayaraq müəyyənləşdirmək, vəqflərdən 
ödəncləri aydınlaşdırmaq, intiqali idarə  vəzirinin saxladığı pulları 
ödəyənlərin hesabatına baxaraq, yoxlamaq onun vəzifəsidir. Onun 
xəbəri olmadan vergilər alınıb, verilmir. Amillər və müvafiq qul-
luqçuların adi qayda-qanun üzrə  hər il noyabr ayında qiymətləri 
təyin etməsindən sonra, bütün rəiyyətlərin və ödəyicilərin hesabları 
dəftərdə çürüdüb, mustoufinin möhürü ilə haqq-hesab çürütmə 
sənədini ödəyicilərə verirlər. O, hər idarənin gəlirinin cəm və xərc 
sənədini ali divan vəzirinin qeydindən keçmiş  sənədlər üzrə yazıb 
sərkare xassəyə təqdim edir (132, 46). 
Mustoufi-ye xassənin dəftərxane-ye xasse-ye tozi dəftərxana-
sındakı  təməl dəftərlərində, sənədlərdə  şahın mülklərindən  əldə 
edilən gəlirlərin siyahısı hazırlanır və bu siyahılarda xassə əmlakına 
daxil olmayan tiyulların ödədikləri bir miqdar vergi, onların 
gələcəkdə verəcəkləri, ödəyəcəkləri vergilər də qeyd olunurdu. 
Bundan başqa, tozi dəftərxanasında tələbkarlara həvalə veriləcək 
yerlərin adları da hazırlanır. Onlar diqqət və  səliqə ilə  bənd-bənd 
dəftərə daxil edilirdi ki, bu da nəticədə tozi dəftərxana rəisinə 


 
126 
 
 
həvalələri çoxlu ünvana düzgün göndərməyə imkan verirdi. Həmin 
həvalələr imzalanmaq üçün mustoufi əl-məmalikə çatdırıldıqdan 
sonra qanuni qüvvəyə minir. Həvalələrə baş vəzir, hətta Şah özü də 
möhür vuraraq təsdiq edirdi. Xassə  dəftərxanasının yekun dəftər-
lərində xassə  əmlakının bütün mədaxil və  məxarici qeyd olunurdu 
(96, 110). 
 Qaynaqlarda  dövlətin idarə quruluşunun  əsasını  təşkil edən 
orqanlarla yanaşı, saray təşkilatı və bu təşkilatda fəaliyyət göstərən 
məmurlar və onların səlahiyyət bölogüsü də öz əksini tapmışdır. 
Saray təşkilatının  ən nüfuzlu məmurlarından  əmiraxurbaşı  şahın, 
yəni xasse-ye şərifənin ilxı tövlələrinin başçısı olub, burda atlara 
baxan qulluqçular da ona tabe idilər.  Əmiraxurbaşı (miraxurbaşı) 
yarımköçəri  əhalinin otlaqlardan istfiadə müqabilində ödədikləri 
çobanbəyi hesabına məvacib alırdı (96, 103). Əmiraxurbaşı da bir 
qayda olaraq türk əyanlarından olurdu. Mənbələrdə I Şah 
Təhmasibin hakimiyyətin son illərində  Məhəmməd bəy, Sultan 
Məhəmməd və I Şah Abbas dövründə  Şamlı Fulad bəy, oğlu 
Əbülfət bəy, Mehdiqulu bəy Cığatayın, II Şah Abbas dövründə 
Nəcəfqulu bəy və qardaşı Həsənəli bəyin    əmiraxurbaşı olduğunu 
görürük (128, 611; 108, 91, 147, 200; 125a, 77) «Təzkirət  əl-
müluk»da göstərilir ki, sərkare xasse-ye şərifə tövlələrindəki atları 
baxışa, yaxud minik üçün cilov əmiraxurbaşı hazır edir və 
tövlələrdə intizam yaradır, mehtər və başqa xidmətçiləri işə o 
götürürdü. Cilovdarların, xidmətçilərin, xacələrin, qulamların və 
xassə ilxıları ilə bağlı digər qulluqçuların mülazimlik təliqələrini 
cilov  əmiraxurbaşı yazır, bu qulluqçuların rütbə siyahısı  və 
hökmlərini büyutat naziri nəzərdən keçirdikdən sonra onları alicah 
əmiraxurbaşı  təsdiq edirdi (132, 14). Tavernye də  əmiraxurbaşının 
Şah tövlələrinə başçılıq etdiyini qeyd edir. O yazır ki, əmiraxur-
başının nəzarəti altında  Şahın bütün atlarının sol budlarına, digər 
şəxslərin isə atlarının sağ budlarına damğa vurulurdu. Şah tərəfin-
dən süvarilərə verilən atlarda həmin nişan olur və süvari həmin 
atları sata bilməzdi. Ancaq ona atını sol budunda nişan olan başqa 
atla dəyişdirməyə icazə verilirdi. Bir süvarinin atı öldükdə o, atın 
damğalı hissəsini soyub naibə göstərir və  əvəzində başqa at alırdı. 


 
127 
 
 
Ölmüş atın dağ vurulmuş hissəsini göstərməyən süvari atı öz 
hesabına almalı idi.Atın qocalıqdan, xəstəlikdən öldüyü, yaxud 
qəsdən öldürüldüyünü soyulmuş  dərisini suda isladaraq müəyyən 
edirdilər. Saray təşkilatındakı miraxurbaşı bütün şikar, ov alət və 
vəsaitlərinə baxır, həm də quşçubaşı vəzifəsini icra edirdi. Ov itlə-
rinə baxan səkbanbaşı da ona tabe idi (104, 573). Ümumiyyətlə 
onun rəhbərliyi altında çalışan xidmətçilərin sayı min nəfərdən çox 
idi.  
«Təzkirət əl-müluk»da cilov əmiraxurbaşı ilə bağlı məlumat-
lardan aydın olur ki, o, yalnız tövlə şəraitində saxlanan atlara baxır 
və tövlə ilə bağlı xidmətçilərə  rəhbərlik edirdi. Mənbədə göstərilir 
ki, səhra  əmiraxurbaşı deyilən digər məmur tövlələrdən kənarda, 
yəni çöllərdə saxlanılan  Şah ilxılarına baxırdı. O naziri dəvvab 
(mal-qara nəzarətçisi) adlanan məmurla həmkar idi (132, 14). Naziri 
dəvvab ölkənin müxtəlif yerlərində saxlanılan dəvələrin, qatırların 
öyrədilməsinə baxır, sarayı lazım olanda yük heyvanları ilə  təmin 
edirdi (96, 107). O, səhra  əmiraxurbaşı ilə birlikdə ilxının törəyib 
artmasına da nəzarət edirdi (132, 14). Engelbert Kempfer yazır ki, 
yarımköçəri Turkman əhalisi də  hər il əvariz olaraq, yəni  əlavə 
rüsum kimi dövlətə at verirdilər (96, 103). Şahın ilxılarına baxan 
mehtərlər və başqa xidmətçilər səhra  əmiraxurbaşına tabe idilər 
(132, 14). 
Mənbələrdə I Şah Səfinin hakimiyyətinin son illərində nazir-i 
dəvvab Yadigar bəyin adı çəkilir (108, 259). 
 «Təzkirət  əl-müluk»da göstərilir ki, müqərrəb ül-xaqan 
(xaqana,  şaha yaxın olan) və müqərrəb ül həzrət (hüzura, şahın 
məclisinə yaxın olan) qulluqçuları  dərəcəsinə görə müqərrəb ül-
xaqan adlandırırlar. Bunlar iki dəstəyə ayrılırlar ki, birincilər saray 
xacələridir. Onlar keçmiş  Səfəvi  şahlarının dövründə  ağ irqdən 
olmamışlar. Qara qullardan olan saray xacələrini ağıllı, zirək, 
şahların qulluğuna layiq olan yüksək və hörmətli hərəm xacələri 
ağsaqqalı təyin edərdilər. Bütün qara xacələrin ixtiyarı qeyd olunan 
ağsaqqal və  rəisin  əlində olmuşdur (132, 18). Sərhəd  əmirlərinin 
eşikağasıbaşılarının yanına göndərdikləri ərizələr, ya da şahın qapı-
sında qulluq edən əmirlərin hərəm qapıçısına göndərdikləri ərizələr, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə