Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   40   41   42   43   44   45   46   47   ...   111

 
131 
 
 
ibarət olub, bu karxanaların, yəni beytlərin hər birinə sahib-i cəm 
adlı  məmur rəhbərlik edirdi (20, 235). Engelbert Kempferin 
yazdığına görə bu beytlərin hər birinin müşrif adlı maliyyə müfəttişi 
də vardı. Onlar beytlərin xərc normalarını, mədaxil və məxariclərini 
müntəzəm yoxlayıb qeydə alırdılar. Bəzən bir neçə beytin maliyyə-
təftiş məsələlərinə bir nəfər müşrif baxırdı. Müşrif maliyyə əməliy-
yatları zamanı hazırladığı haqq-hesab sənədlərini nazir-i büyutatın 
dəftərxanasına təqdim edirdi (96, 145). «Təzkirət əl-müluk»da gös-
tərilir ki, hər bir karxananın pul və mala olan illik ehtiyacı da müşrif 
tərəfindən müəyyən edilir və bu arədə həmin karxana sahib-i cəmi-
nə rəsmi sənəd verilirdi. Bu sənədi büyutat vəziri araşdırdıqdan son-
ra onu nazir-i büyutat baş vəzirə təqdim edirdi. Baş vəzir sənədi təs-
diq etdikdən, mustoufi-ye təhvildar möhürlədikdən sonra shaib-i 
cəm qaimə yazıb rəhbərlik etdiyi karxana üçün nəzərdə tutulan 
pulu,malı  təhvil alırdı (132, 28). I Şah Təhmasib dövründə Mirzə 
Baba Şirazi qeyçaçıxana və rikabxana, Mirzə Həsən İsfahani tövlə, 
Mirzə Qasım Şirazi şotorxan müşrifi idi (128, 446). Sərkare Xasse-
yi şərifənin karxanalarının müsrifləri, alınan mallar, xərclər büyutat 
vəzirinin mirzələri tərəfindən yoxlanılır, sənədləşdirilir və naziri 
büyutat da bu sənədləri imzalayırdı. Bütün beytlərin işçilərinin 
məvacib sənədləri də büyutat vəziri tərəfindən yoxlanılıb büyutat 
naziri möhürlədikdən sonra baş vəzirin də qeydləri əsasında ödəni-
lirdi. Ezamiyyətdən, məzuniyyətdən dönənlər də  məvaciblərini 
büyutat vəziri, büyutat naziri, baş vəzirin möhürü, imzası və razılıq-
ları ilə alırdılar (132, 35). Mustoufi-ye büyutat isə  hər karxananın 
müşrifindən aldığı hesabat əsasında karxanaların mədaxil və 
məxaric əməliyyatını öz dəftərində aparırdı (132, 35). 
Məmaliki məhrusənin divan idarəsinə aid olan pulların hamı-
sı, göstəriş üzrə, Şah xəzinə sahib-i cəminə (müdirinə) təhvil verilir-
di. O, müqərrəb ül-xaqan idi. Vergi məmurlarından (amil) hər kim 
Şah xəzinəsinə veriləcək pulları gecikdirdikdə, xəzinə sahibcəmi 
(müdiri) xəzinə vergilərini yığmaq üçün, öz vergi toplayan məmur-
larını vilayətlərə göndərib, tələb edilən pulları  yığdırırdı. Xəzinə 
sahibicəmi  şaha etibarlı  məmur olub, ən qiymətli mallar, cəvahir, 
zərbafta kimi qiymətli parçalar, samur xəzləri, hədiyyə olunan 


 
132 
 
 
kitablar onun nəzarəti altında xüsusi anbarlarda saxlanılırdı (132, 
28, 29). Sultan Məhəmməd dövründə Əbhərli Xacə Şah adlı şəxsin 
xəzinə müşrifi olduğunu görürük (108, 129). "Zeyl-i tarix-i alamara-
yi Abbasi" də göstərilir ki, I Şah Səfi dövründə h. 1047-ci ildə 
xəzinə sahib-i cəmi Xacə  Məhəbbət vəzifəsindən sui-istifadə edib 
yeyintiyə yol vermişdi. Bu zaman baş vəzir Mirzə Tağıya xəzinədə 
mühasibat işlərinin yoxlanılması və bu barədə ətraflı hesabat hazır-
laması tapşırılır. Aparılan yoxlama nəticəsində yeyinti ilə bağlı 
faktlar aşkar edilmiş və sahib-i cəm nöqsanlara yol verdiyinə görə 
tutduğu vəzifədən azad olunmuş, bu vəzifə zabitənəvis Mirzə 
İnayətullanın oğlu Mirzə Şərifə tapşırılmışdı. (81, 207). Qeyd edilən 
fakt dövlətin mərkəzi idarə quruluşundakı  səlahiyyət bölgüsünə 
əsasən ali idarələrin aşağı orqanlar üzərində daimi nəzarəti olmasını 
və bu sahədə baş vəzirin ciddi məsuliyyət daşımasını təsdiq edir ki, 
bu da mərkəzləşmiş güclü dövlət üçün səciyyəvi xüsusiyyətdir.    
 
Adlı-sanlı sahib-i cəmlərdən biri də  cəbbədarbaşıdır. Cəbbə-
xananın bütün işçiləri ona tabe idi. Bu idarənin hər bir işçisinin qul-
luğa götürülməsi və onların maaşlarının təsdiqi həmin idarənin ağ-
saqqalının razılığı  əsasında icra edilirdi. Cəbbəxananın müşrifi də 
etibarlı adamlardan seçilirdi. I Şah Səfinin dövründə Kuhgiliyə 
bəylərbəyi Nəğdi Şamlının oğlu bacarıqlı türk əyanlarından Zeynal 
xan Şamlı cəbbədarbaşı idi. O, atasının yerinə 1638-ci ildə bəylər-
bəyi göndərilmiş, cəbbədarbaşı vəzifəsi yenə Şamlılardan Ərəb bəy 
Ağzıvaroğluna tapşırılır.  Ərəb xan isə bir neçə il sonra Şirvana 
bəylərbəyi göndərilmiş, qardaşı Hacı bəy də onun yerinə cəbbədar-
başı  təyin edilmişdi. Hacı  bəydən sonra yenə  Şamlılardan  Əbülfət 
bəyin cəbbədarbaşı olduğunu görürük. (81, 279).  Hərb alətləri, 
qurğuşun və barıt kimi qorxanaya (silah anbarı) verilən bütün sürsat 
cəbbədar idarəsinin müşrifinin dəftəri üzrə sahib-i cəmə  təhvil 
verilirdi. Bütün bölgələrdəki silah anbarlarına cəbbədarbaşı  təhvil-
darlar təyin edir və vilayətlərin hakimləri də onlara hörmət edib, 
buyruqlarını  nəzərə alırdılar. Onun nəzarəti altında olan emalat-
xanada bıçaq, nizə, cida, zireh də düzəldilir və bu silahlar da xüsusi 
anbarlarda saxlanılırdı (132, 29; 96, 149). 


 
133 
 
 
Müqərrəb ül-həzrət qeyçaçıxana sahib-i cəmi Şah üçün geyim 
qumaşlarını xəzinə sahibi-i cəmindən təhvil götürürdü. Münəccim-
başının müəyyən edib, şahın ərzinə çatdırdığı saatda alicah nazirin 
inanılmış bir adamı  və qeyçaçıxanın sahib-i cəmi və müşrifin işti-
rakı ilə  xəyyatbaşı parçanı biçir, təzə tikilmiş paltar Şahın başqa 
libasları ilə birlikdə adı çəkilmiş sahibcəmə təhvil verilirdi. Hədiyyə 
üçün nəzərdə tutulan və satın alınmış parçalar da bu müdirin təhvi-
lində idi. Şah üçün parçaları alicah nazir əhli-xibrə çağırıb, onların 
vasitəsilə qiymətini müəyyən edir və qiymətnaməni əhli-xibrə imza 
etdikdən sonra alqı sənədi yazılır. Kaşan və sair vilayətlərin qumaş-
ları göstərilən qayda ilə qiymətləndirilirdi. Qərar üzrə , ödənişə 
əsasən təhvil alınma sənədi yazılır, onları  vəzirlər və idarə  işçiləri 
xərc sırasına daxil edirdilər. Qiymətli mallar da bu qayda ilə idarəyə 
təhvil verilirdi. Böyük əmirlər üçün qiymətli xələt (ünvanı ilə), təzə 
tikilən don da bu idarədə toplanılır. Samur da, londra da, adı çəkilən 
müdirin təhvilində olurdu. Sahib-i cəmlərə  tabe  olan  işçilər dərzi, 
corab toxuyan, çaqçur tikən, londora tikən, ütü çəkən, pambıq atan-
dan ibarət idi (132, 29-30). I Şah Səfi dövründə Məhəmməd Saleh 
Ərdəbili qeyçəçibaşı olub, məlikəttüccar vəzifəsi də ona tapşırıl-
mışdı .(81, 181)  
Fərrarbaşı müqərrəblər siyahısında olub onun nəzarəti altında 
olan fərrəşxanada xalı-xalça, xeymə keçəsi, həsir, fərş, döşək, çadır, 
çıraq, şamdan, mum, şam, ərinmiş piy, sabun, ip, şərid, keçə, palaz, 
boz keçə, milkə, milək, çit, zəncir, mis, teşt, pəncərə kağızı, kiriş, 
kağız, fanar, milçəkdan, muxru, kəcavə saxlanılırdı. Çadır tikənlər, 
mehtərlər fərraşbaşına tabe idilər (132, 31; 96, 149). 
Qovun, xiyar, üzüm, nar şirəsi, hind xurması, göyərti, qaysı və 
bütün başqa meyvələr, o cümlədən lazım olan qədər qab-qacaq, 
qızıl, gümüş və mis həvicxana adlı anbarlarda saxlanılır və onların 
anbarları meyvəxana sahib-i cəminə tabe idi. Ehtiyat saxlanılan və 
gündəlik işlədilən məhsullar, onların xərcləri həvicxanada qayda 
üzrə qeydiyyata alınırdı (132, 31; 96, 146). Meyvəxana sahib-i cəm-
ləri,  şərbətdarbaşı bir qayda olaraq süfrəçibaşı  və tuşmalbaşı ilə 
həmkarlıq edirdi. Süfrəçibaşı adətən türk əyanlarından təyin 
edilirdi. I Şah  İsmyılın dövründə Ustaclı  Məhəmməd bəyin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə