Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə46/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   42   43   44   45   46   47   48   49   ...   111

 
137 
 
 
Məhəmməd Yusif Qəzvini İsmayıl Mirzənin 1576-cı ildə hakimiy-
yətə keçməsini  təsvir edərkən  Əlixan bəy Türkman adlı  şəxsin 
saray dəftərxan darğası olduğunu yazır (128, 514, 515). İsgəndər 
bəy Münşi Türkman əsərində Qızılbaşlardan Bistam ağa Türkmanın 
I Şah Abbas dövründə saray dəftərxana darğası olduğunu yazmışdır 
(80, 443). Mənbələrdə onun işgüzar və  təcrübəli dövlət məmuru 
olması haqqında məlumatlara təsadüf edilir (108, 151).  
I Şah Səfinin də h. 1038 (1629)-ci ildə Nəğdi bəy Şamlını, bir 
neçə ildən sonra onun nəvəsi Heydər bəy  Şamlını (Zeynal xan 
Şamlının oğlu ) 1662-ci ildə Zeynal bəy Bəydilinin  fərrəşxana 
darğası (108, 238; 125a, 116, 117), 1635-ci ildə  eşikağasıbaşı 
Uğurlu xan Şamlını saray dəftərxanasına nazir təyin etməsi (130, 
89) Qızılbaşların saray təşkilatında önəmli rola malik olmasından 
xəbər verir. Onlar dövlətin idarə formasına uyğun müəyyən edilmiş 
səlahiyyətləri ilə paralel, bəzən hərbi xidmətə  də  cəlb edilirdilər. 
"Tarix-i alamara-yi Abbasi"də göstərilir ki, Şah 1629-cu ildə Nəğdi 
bəyə xan titulu verib, onu Təbrizin müdafiəsinə göndərmişdi. 1629-
cu ildə  Təbriz yaxınlığında Acı çay sahilində Osmanlı ordusu ilə 
döyüşdə Qızılbaş əsgəri heyətinə o başçılıq etmiş, texniki cəhətdən 
qoşunu düzgün idarə edib, fasilələrlə  təşkil etdiyi hərbi  əməliy-
yatlarda qələbə çalmış  və osmanlılar itgi verib geri çəkilmişdilər. 
(81, 32)   
 
 
§4  Əsgəri təşkilat və Qızılbaş əyanları 
 
Azərbaycan Səfəvi dövlətinin əsgəri təşkilatı əski türk dövlət-
çilik  ənənələrinin hərbi sistemi özülündə yaradılmışdı. Görkəmli 
dövlət başçısı I Şah Abbas islahatları ilə  Səfəvi dövlətinin  əsgəri 
təşkilatını yeni nizamı qoşun növləri ilə  təkminləşdirib, daha da 
möhkəmləndirmişdi. Səfəvi dövlətinin hərbi təşkilatında  rəhbər rol 
Qızılbaş-Türk oturaq və  yarımköçəri el hərbi əsilzadələrinə məxsus 
olmuşdur. Qızılbaş  hərbi  əsilzadələri  əhalinin dörd yuxarı zümrəsi 
sırasında da birinci yerdə dayanırdılar. Bütün hərbi rəislər, vilayət 
hakimləri, əsas saray məmurları onların arasından təyin olunurdular.  


 
138 
 
 
Səfəvilərin hakimiyyətinin ilk dövründə  müharibə zamanı 
ordunun  əsas hissəsi vilayət hakimlərinin qeyri-nizami hərbi 
dəstəlrindən ibarət olub, bu qoşunun döyüşçüləri vilayət hakiminə 
tabe olan tayfa başçıları  tərəfindən səfərbər edilir, saxlanılır və 
təchiz edilirdi (20, 248). Müharibə zamanı səfərbər edilmiş hər bir 
tayfanın  əsgəri heyəti öz tayfa əmirlərinin başçılığı altında və 
məskun olduqları vilayətin hakiminin hərbi xidmətində  fəaliyyət 
göstərirdilər. Müharibə sona yetdikdə ordu buraxılır, bəylərbəyi və 
sultanların xidmətində ancaq onların özlərinin mülazimlərindən 
ibarət daimi silahlı qüvvələri qalırdı. 
Tavernyenin yazdığına görə,  Şah lazım olanda hər hansı 
vilayətdən 8-10 min nəfər atlı çağırtdıra bilərdi. Vilayətlərin ərazi-
sində yaylaq-qışlaq heyvandarlıq təsərrüfatı ilə məşğul olan tayfalar 
vergi və mükəlləfiyyətlərdən  əsasən azad olmaqla savaşlar zamanı 
dövlətə  bəlli sayda süvari verməli idi. Bu tayfaların gəncləri bir 
qayda olaraq özlərinə aid olan tüfəng, qılınc, xəncər kimi silahlarla 
daima məşq edirdilər. Hər iki-üç aydan bir isə vilayət hakimlərinin 
çağırışı ilə hərbi baxışdan keçirdilər. Burada onların hərbi hazırlığı 
da yoxlanılırdı (104, 584, 585). 
H.936 (1529-1530)-cı ildə  Şah Təhmasib Xorasana – özbək-
lərə qarşı yürüş ərəfəsində qoşunlarını nəzərdən keçirdikdə onların 
sayı aşağıdakı qayda üzrə olmuşdu (121, Bn.88b): 
Əlqas Mirzə (Şirvan bəylərbəyi) – 4000 nəfər süvari; 
Şah Təhmasibin digər qardaşı Bəhram Mirzə – 3000 nəfər; 
Cöhə Sultan Təkəli – 8000 nəfər; 
Sair Təkəli əmirləri – 5000 nəfər; 
Ustaclı əmirləri – 16000 nəfər; 
Əfşar – 6000 nəfər; 
Şamlı – 9150 nəfər; 
Zülqədər – 8000 nəfər; 
Qacar – 6000 nəfər; 
Mosullu, Türkman, Bayandur – 1000 nəfər; 
Zik, Çəpəni, Ərəbgirli, Varsaq, Xunuslu – 15500 nəfər; 
Seyidlər, nəqiblər, ruhanilər, şeyxlər, qazılar – 4000 nəfər; 
Xacə Müzəffər Bitikçi – 1000 nəfər; 


 
139 
 
 
Mazandaran əmirləri, Əmir Şahı xan və qardaşı 
Əmir Teymur sultan – 2000 nəfər; 
Termiz vilayətinin xacələri, Müzəffər sultan və 
Ziyaəddin sultan – 1000 nəfər; 
Səbzvər ruhaniləri – 400 nəfər; 
Dəftərxana və biyutat vəzirləri, mustoufilər, münşilər və sair 
katiblər – 1700 nəfər; 
Biyutat işçiləri – 3800 nəfər; 
Yüksək rütbəli qorçular, yüzbaşılar – 5000 nəfər 
                               Cəmi: 108900 nəfər 
V.Minorski I Şah Abbasa qədr qoşunun təşkilati quruluşunun 
zəifliyini onun tayfalar üzrə  təşkil olunması ilə  əlaqələndirmiş  və 
həm də bu orduda ciddi qüsurların da olduğunu göstərmişdir. Onun 
fikrincə I Şah İsmayılın dövründə hər bir tayfanın yuxarı vəzifələrə 
öz başçılarının namizədliyini irəli sürmələri və onu müdafiə etmə-
ləri, hətta  Şahın hüzurunda onların arasında kəskin toqquşmalara 
səbəb olurdu. Belə bir vəziyyət dövlətin mövcudluğunu təhlükə 
qarşısında qoyduğuna görə I Təhmasib bir çox tayfaları  sıxışdırdı, 
ancaq bu sahədə I Şah Abbas fundamental islahatlar həyata keçirib, 
nəticədə tayfa qoşununun sayını azaltdı və bununla yanaşı mərkəzi 
dövlətə tabe olan müasir döyüş texnikası ilə  təchiz edilmiş yeni 
qoşun yaratdı. Şahın yeni alayı Osmanlı yeniçərləri kimi islamı yeni 
qəbul edənlərdən komplektləşdirilmiş  və onlar hər hansı tayfaya 
bağlılıq qüsurlarından azad idilər (103, 50). 
Ağqoyunlular zamanında olduğu kimi, Səfəvilər dövründə də 
ordu iki qola bölünürdü. İ.P.Petruşevski XV əsrdə Qaraqoyunlu, 
Ağqoyunlu sülalələri tərəfindən idarə edilən Azərbaycanın dövlət 
ordusu barədə yazır: «Qoşuna gəldikdə o, iki hissədən: biri padşahın 
xüsusi qoşunu, digəri isə vilayət canişinlərinin qoşunlarından ibarət 
idi» (50, 94). Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Qaraqoyunlu 
və  Ağqoyunlu ordu təşkilatı  Səfəvilər dövründə az dəyişikliklərlə 
qalmaqda idi. V.Minorski və Əhməd Tacbəxş Səfəvi hərbi təşkila-
tına aid qaynaq materiallarını araşdıraraq I Şah Abbas dövründə 
ordunun dövlət (vilayət hakimlərinin qoşunu, qorçular) və  Şah 
qoşununa (tüfəngçilərə, qullara, topçulara, sufilərə) bölündüyünü, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə