Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə75/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   71   72   73   74   75   76   77   78   ...   111

 
224 
 
 
Abbasi”  əsərində yazır ki, Qarabağ axar-baxarlı yaylaqları, qışlaq-
ları olan, hər yeri yaşıllıqla örtülü, təmiz havalı yerdir. Qarabağın 
qədim sakinləri olan Qacarlar və onlara doğma olan digər türk 
elləri, oymaqlar orada gözəl bağlar-bağçalar salmışdılar (80, 416).  I 
Şah Səfinin dövründə saray tarixçisi, II Şah Abbas hakimiyyətə 
keçdikdə Qarabağ  bəylərbəyi Murtuzaqulu xan Qacarın vəziri 
olmuş  Məhəmməd Məsum bin Xacəgi  İsfahani "Xülasət üs-siyər" 
adlı  əsərinin Qarabağ  bəylərbəyiləri Ziyadoğlulara həsr etdiyi so-
nuncu fəslində Qarabağ vilayətinin mərkəzi Gəncə şəhərini "gülüs-
tan bağı" na bənzədir və şəhərin bir fərsəx uzunluğu, yarım fərsəx 
də eni olduğunu, onun hər evinin həyətinə əsas kanaldan su çəkil-
diyini qeyd edir. Onun yazdığına görə süni suvarma vilayətin əha-
lisinə geniş torpaq sahələrini becərmək və bol məhsul əldə etməyə 
imkan yaradırdı (176a, 58, 59).    
İ.P. Petruşevskiyə görə Qacar aşirəti Monqol cəlair, sulduz 
və Tibetli tanqut tayfalarının pərakəndə hala düşüb türkləşən 
qollarının süni şəkildə birləşməsindən yaranmışdır (181, 95). Ancaq 
Petruşevski istifadə etdiyi mənbədəki təhrifləri həqiqət kimi təqdim 
edərək ciddi səhvə yol verir. Ona görə ki, Monqol dövrünün etnik 
məsələləri barədə məlumat vermiş qaynaqlar içərisind daha mötəbər 
mənbə sayılan Fəzlullah Rəşidəddinin “Came ət-təvarix” adlı 
əsərində XIII-XIV əsərlərdə  Cəlair, Tanqut və Sulduzun Monqol 
qəbiləsi adlandırıldığı, ancaq Türk olduqları göstərilmişdır (101, 
129-130, 320, 352-352, 441-456). Digər tərəfdən Faruk Sümərin 
yazdığı  kımi “Qacar boyunun adının bir oymaqdanmı, yoxsa bir 
şəxstənmi, gəldiyi haqqında heç bir şey söylənməz. Çünkü hər iki 
ehtimal da vardır”. Adı  çəkilən müəllifə görə XVI-yüzildən Hələb 
Türkmənləri arasında Qacar adlı bir oymaq görülməkdədir (67, 
185). XVII əsrin  əvvəllərində adsız müəllif tərəfındən yazılmış 
“Qızılbaşlar tarixi” adlı əsərdə də Qacarların bir qisminin Azərbay-
cana  Şamdan gəldikləri qeyd olunmuşdur. Ancaq qeyd olunan 
əsərdə “Bu tayfa qədimdə  Gəncə  və  Bərdədə yaşamışdır” (32, 36) 
deyildikdə bizcə, Qacar aşirətinin Səfəvilərə  qədər, yəni Monqol 
dövründən bəlkə də ondan daha da qabaq burada  yerli əhali olduğu 
nəzərdə tutulur. 


 
225 
 
 
Faruk Sumərə görə Qacar aşirətinin Ağca Qoyunlu, Ağcalı, 
Şam Bayatı (Bayadı), Yiva adlı obaları olmuşdur. Müəllif yazır ki, 
Qacarın Ağca Qoyunlu  obası Anadoludakı Ağca Qoyunlu oymağı-
nın bir qolu olub, bu oymağı  Oğuz boylarından birinin obası  fərz 
etmək yanlış sayılmaz. Bu oymağın ana qolu XVII yüzilin birinci 
yarısının ortalarında Maraş-Elbistan bölgəsində yayılmaqda və 
Hələb Antakya tərəfində  qışlamaqda idi. İrana Qacar obaları ara-
sında gedən Ağca Qoyunluların Boz-Ox qoluna mənsub olduqları 
şübhə doğurmamalıdır. 1744-cü ildə İrandan Türkiyəyə köç edən və 
Əcəm Türkləri deyilən oymaqlar arasında onlardan bir obanın 
olduğu görünür. Müəllifə görə,  Ağcalı  Kayseri-Sivas arasında bir 
oymağın qolu olub, Gədük və Hələb bölgəsində уaşıyırdı (67, 186-
187). Ancaq “Qızılbaşlar tarixi” nə istinad edərək qeyd etdiyimiz 
kimi Qacarlar Azərbaycanın Gəncə, Bərdə bölgəsində də qədimdən 
yaşayırdılar. Hülakülər dövründə etnik prosesləri dövrün qaynaq 
materialları  əsasında araşdıran V.Piriyevə görə Qacarlar Hülakü 
xanın dövründə Azərbaycanda məskunlaşmışdılar (52, 264). Qeyd 
edilənlərə əsasən demək olar ki, Qacarlar və onlarla bağlı oymaqlar, 
obalar Xəzərdən Quzey İrak, Hələb də daxil olmaqla Kayseri və 
Sivasa qədər müxtəlif məntəqələrdə  məskun olmuş, qeyd olunan 
coğrafi məkanda batıdan doğuya, bəzən də əks istiqamətdə köçmüş-
lər, yəni yurd yerlərində məskunlaşmışlar. 
Əvvəlki dövrlərdə olduğu kimi, Səfəvilərin də vaxtında 
XVI-XVII yüzilliklərdə Qarabağda Qacarlarla yanaşı, Qaramanlı, 
Baharlı tayfaları, Zülqədər elinin Şəmsəddinli obası, onlarla qayna-
yıb qarışmış Qazaxlar, Otuziki və Iyirmidörd oymaqları əkinçiliklə, 
heyvandarlıqla məşğul olurdular. Faruk Sumer yazır kı, Qarabağda 
Otuziki oymaqdan meydana gəldiyi üçün bu adla anılan böyük bir 
topluluq yaşayırdı. Bunlar Qarabağ Türkmənlərindən idilər. Son 
əsrlərdə  Tərəkəmə deyilən Türklər bunların qalıntılarıdır. Müəllifə 
görə Otuzikinin Qarabağda Müqədddəm, Cavanşir,  Əhmədli, 
Qaraqoyunlu, Göycəli (Göyçəli), Ozan kimi obaları məlumdur (67, 
119, 179, 183, 198). 
Ancaq “Gəncə-Qarabağ  əyalətinin müfəssəl dəftər”ində 
Otuziki tayfasının qeyd olunan oymaqları ilə yanaşı, Üçoğlan, 


 
226 
 
 
Məfruzi (Mahrızlı), Qiyaslı, Dəlilər, Veysəlli, Hacı Türəli, Xəlil 
Fəxrəddinli, Barani, Şəkərbəyli, Mollalar, Eymirli, 
Məhəmmədşahlı, Buğdayiüzü, Zəngişalı, Atlıcalı, Yosunduz, 
Boyəhmədli adlı obalarının da olduğu qeyd edilmış va onların 
Qarabağın müxtəlif bölgələrində  əkinçilik təsərrüfat və heyvan-
darlıqla məşğul olduqları göstərilmişdir. “Müfəssəl dəftər”də 
Qarabağın türk el və obalarından Kəbirli, Kəngərli və  Ətyeməzli 
camaatı haqqında da məlumat verilir. Sənəddə göstərilir ki, Kəbirli 
ildə  xəzinəyə 14000 quruş ödəyən qələbəlik bir aşirətdir. 1726-
1727-ci ildə  Şahsevənlərin yaratdığı qarışıqlıq nəticəsində dağınıq 
düşmüşlər. Kəbirli aşirətindən pərakəndə düşənlər Cavanşir və 
Otuziki elləri tərkibinə dağınıq halda və qismən oba kimi daxil 
olmuşlar (25, 453-467). 
Adları  çəkilən tayfa, oymaq və obalarla bağlı toponim va 
etnonimlərin izlərinə hal-hazırda da Qarabağın bütün rayonlannda 
rast galinir. Dövrün sinxron salnamələrində  hərbi-siyasi proseslər-
dəki miqrasiyalarla yanaşı Qarabağda  əski çağlardan yerləşib 
oturmuş, yerli əhali haqqında uyğun materiallar az deyildir. Mirzə 
Adıgözəl Bəy “Qarabağ vilayətinin əsl elatı, kənd əhalisindən başqa 
Cavanşir, Otuziki və  Kəbirlilərdir”(31a, 36) dedikdə, sözsüz ki, 
burada  о “kənd  əhalisi” adlandırdığı türk-müsəlmanların oturaq 
əkinçilər olması nəzərdə tutulur ki, bu da heç bir şübhə doğura bil-
məz. Ona görə ki, onun əsərində qeyri-müsəlmanlar haqqında ayrıca 
bəhs edilir (25, 36, 37). Adları qeyd olunan ellərlə yanaşı, salna-
mədə Qarabağda məskun olan Qaraqoyunlu obasının (25, 92) da adı 
çəkilmişdir ki, onların yəni Qaraqoyunluların Qaramanlı va Alpout 
ellərinin  əski çağlardan Qarabağın yerli əhalisi olması  bəlli bir 
həqiqətdir.  F.Sümər yazır ki, bu gün Quzey Azərbaycanda xüsusilə 
Gəncə və Bərdə bölgələrindəki Qaraman va Qaramanlı yer adları bu 
oymağa aid xatirələrdir. 
Dövrün farsdilli qaynaqlarında Qarabağ əyalətinin əhalisinin 
etnik və sosial tərkibi haqqında dəqiq rəqəmlə göstərilmiş  məlu-
matlar yoxdur. Ancaq qısa zaman  kəsiyinin tarixi hadisələrini 
özündə  əks etdirən “Gəncə-Qarabağ  əyalətinin müfəssəl dəftəri” 
əyalətin demoqrafik vəziyyəti və əhalisinin etnik tərkibi barədə ver-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə