134
süfrəçibaşı olduğunu görürük. O, 1511-ci ildə ali divan əmirləri
sırasına daxil edilmişdi (108, 44). I Şah Səfi dövründə süfrəçibaşı
vəzifəsində olan Xələf bəy bu vəzifəyə I Şah Abbas zamanı təyin
edilmişdi. O, əslən Arasbardan olub, Qaracadağ sufilərindən idi.
Gənc yaşında Fərhad xan Qaramanlının mülazimi olmuş, bacarıq və
qabiliyyətinə görə süfrəçibaşı məqamına yüksəlmiş, əsgəri
təşkilatda çərxçibaşı kimi məsul hərbi vəzifədə də olmuşdu. O,
1638-ci ildə Bağdad savaşında osmanlılar tərəfindən əsir
götürülmüş və İstanbulda edam olunmuşdu. Ondan sonra
süfrəçibaşı vəzifəsi böyük oğlu İbrahim sultana, 1662-ci ildə iş
kiçik oğlu Maqsud sultana tapşırılmışdı. (81, 277; 125a, 119)
Tuşmalbaşı daha məsul vəzifə olub, şah mətbəxinin müfəttişi,
yaxud naziri idi. Tuşmalbaşı haqqında məlumat qıtlığı olsa da, bu
vəzifə türk əyanlarına etibar edilirdi. H. 1020 (1611)-ci ildə Şamlı
elinin Bəydili obasından Zeynal bəy tuşmalbaşı idi. 1620-ci ildə
Moğol səfiri Xan Aləmlə Dehliyə elçi göndərilmişdi (108, 116).
Qeyd etmək lazımdır ki, Zeynal bəy Bəydiliyə tutduğu vəzifə ilə
əlaqədar olmayan məsul işlərin tapşırılması onun istedadlı bir türk
əsilzadəsi olmasından irəli gəlirdi. I Şah Səfi dövründə isə Şahverdi
bəy adlı başqa bir türk əsilzadəsinin tuşmalbaşı olduğunu görürük.
O, Arasbarlı Xələf bəyin kiçik oğlu idi. (81, 278)
Qanat sahib-i cəmi saray üçün mal, qoyun kəsdirir, yəni sara-
yı ət məhsulları ilə təmin edirdi. O, qoyunu, əti bazardan İsfahan
darğası və möhtəsib əl-məmalikin tərtib etdiyi qiymət sənədi üzrə
alır və həmin sənədi satıcının mənsub olduğu əsnafın müdiri imza-
layırdı (132, 31).
Abdarxana sahib-i cəmini işinə uyğun olaraq su içmək üçün
istifadə olunan qızıl, gümüş kuzələr, camlar və sairə ilə yanaşı,
buzxanaya aid olan çuval, dolça və başqa avadanlıqlara baxırdı.
Abdarxanada ehtiyat üçün xüsusi guzələrdə su da saxlanılırdı (132,
32; 96, 147). I Şah Səfinini dövründə Çələbi bəy Evoğlu Qaradağlı
və Cəfər bəy Evoğlu Qaradağlının adarbaşı olduğunu görürük. (81,
280)
Şotorxan (dəvəlik) sahib-i cəminin təhvilində çul, təkaltı,
çuval, keçə, ovsar, ip və dəvəliyə aid olan əşyalar olurdu. İldə bir
135
dəfə nazir büyutat vəzirinin iştirakı ilə dəvələrə baxır, onların
yaxşısını-pisini ayırd edirdi. Dəvələrdən tələf olanları, damğası ilə
yoxlayıb sahib-i cəmin hesabından çıxılır və damğanı isə nazirin
iştirakı ilə yandırırdılar (132, 32).
Qızıl, gümüş və mis qəhvədanlar, qara aftafalar, qəhvə
qovurulan qab, piyalə və sini qəhvəxana sahib-i cəminin təhvilində
idi. Çini, saxsı, gümüş, qızıl qablar saxlanılan beytə çinixana da
deyilirdi. Engelbert Kempferə görə sarayda 10 milyon qızıl sikkə
dəyərində qızıl qab vardı. Bu qabları ziyafətlərdə süfrəyə düzən
xidmətçi ayaqçı, yaxud çinikeş adlanırdı (132, 32; 96, 149).
Xalı, mütəkkə, keçə, cecim, taqca döşəməsi və bütün digər
əşyalar mübarək imarətlər təhvildarlarının ixtiyarında idi. Xalıları
təmizlətdirməklə ona tabe olan məmur məşğul olurdu (132, 32).
Şaha məxsus hamam avadanlığı və ona aid əşyalar, yorğan,
nazbalış, söykənəcək, xüsusi paltarlar, qulluqçuların avadanlığı,
ayaqqabı, çəkmə, corab, canamaz və ona aid şeylər, onların fərməş-
ləri rikabxana sahib-i cəmlərinin ixtiyarında olurdu (132, 32).
Qızıl, gümüş və mis məşəllər, məşəl üçün mum və qətran,
quyruq, piy kimi çıraq yağları, böyük təbil, nağara, gərənay, nəfir
(şeypur), zurna və çalğıya aid bütün şeylər nağaraxanaya aid olub
məşəlxana, çıraqxana və nağaraxana sahib-i cəmləri ixtiyarında idi.
Nağaraxana və məşəlxana işçiləri məşəldarbaşıya tabe olub, onlar
etimadəddövlənin hökmü və nazirin möhürü ilə təsdiq edilən
siyahılar üzrə, maaşlarını alırlar. Çıraq avadanlıqlarına baxanlar
çıraqbaşı da adlanırdı (132, 32; 96, 148).
Tövlə heyvanları və karvan qatırları üçün arpa, saman, yonca
və xəsil kimi yem ehtiyatı tədarükü anbar sahib-i cəminin vəzifəsinə
aid idi. Çul, tərlik, tapğır, yüyən, qantarğa, buxov, sətil, nal, mıx,
kəmənd, kürək, çul üstündən atılan keçə, xurcun və tövlələrin
işıqlandırılması anbardarbaşına tapşırılır. Tövlələrdəki at, qatır,
ulağın hamısı tövlənin sahibcəminə aid idi (132, 32).
Saray şərbətxanasına aid olan qızıl, gümüş, çini, mis qablar,
qəlyan ləvazimatı, tənbəki, şəkər, qənd, ətirli kökələr, qəhvə,
mürəbbələr, limon şirəsi, gülab, başqa içkilər və turşular saxlanılan
beytə şərbətdarbaşı adlı sahib-i cəm baxırdı. Müəyyən olunmuş
136
qaydaya görə sahib-i cəm Şaha, saray qulluqçularına, cirə alanlara
lazım olan şeyləri, əlavələri vəsiqə üzrə məlum olan qərarla hər gün
xərc hesabını qeyd edirdi (132, 33; 96, 146).
Vilayətlərdən Şah xəzinəsinə daxil olan əşrəfi, ağ qızıl və
sairə pullar xəzinə sahib-i cəmi, sərrəfbaşı başqa sərraflar, müşrif,
ödəyici və ya onun nümayəndəsi hüzurunda yoxlatdırıb təhvil alınır,
sonra kisələrə töküb ağzını möhürləyirdilər. Qəlp qızılları ayırıb
qızıl sahibinin özünə qaytarırdılar (132, 34; 96, 150).
Qeyd edilən beytlərlə yanaşı saray təsərrüfatında toxuculuq,
ayaqqabı, corab emalatxanaları, dərzi sexi, sikkəxana, zərgərxana,
nəccarxara və başqa manufaktura tipli karqahlar da vardı (96, 149-
151).
Cemelli Karerinin əsərində şah xəzinəsində sikkələri qoruyub
saxlayan məmur xəzinədarbaşı adı ilə qeyd olunmuşdur (89, 165).
Saray təşkilatında dəftərxana naziri müqərrəb ül-həzrət olub,
bütün dəftərxanalarda qeydiyyatdan keçirilən mülazimlik, vergi-
lərdən azad edilmə, soyurqallar, vəzifə vəsiqələri, hərbiçilərə veri-
lən həmesale, tiyul, tənxah hökmlərini, mənsəb sahibləri və maliyyə
işçiləri barədə hökmləri yoxlayıb möhürləyərək təsdiq edirdi.
Məmləkətdə vəzirlər, hökumət vergiləri təhvildarları, icarədarlar,
zabitlər və mübaşirlərin hesablarına yetişib, çürütmək də müqərrəb-
ül həzrətin vəzifəsidir. Onun doqquz nəfər hökumət qulluqçusu olan
mirzəsi vardır.Onların səkkiz nəfəri idarələr tərəfindən verilən
həmesalelər, məvaciblər haqqındakı hökmləri dəftərlərinə yazıb,
imzalayırlar. Bir nəfəri isə, haqq-hesablar, vəsiqələr, fərmanları təs-
hih etdikdən sonra, imza və təsdiq edir (132, 36). I Şah Səfi döv-
ründə Uğurlu bəy adlı qızılbaşın dəftərxana naziri (108, 259) ol-
ması, bu vəzifədə də türklərin üstün mövqelərindən xəbər verir.
Bütün dəftərxanalarada nizam-intizamın qorunması, nöqsan-
larına görə idarə işçilərinin cəzalandırılması ilə dəftərxana darğası
məşğul olurdu. Dəftərxana işçiləri arasındakı şikayət və pul tələbləri
onun hüzurunda həll edilirdi. O, ümumi hökm və fərmanlar içəri-
sində, qələbə çalan əsgərlərin tənxah, tiyul, həmesalə, qulluq hökm
və fərmanlarını möhürləyirdi (132, 36). Mənbələrdə saray dəftər-
xana darğası haqqında məlumata çox nadir hallarda təsadüf edilir.
Dostları ilə paylaş: |