Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   13   14   15   16   17   18   19   20   ...   111

 
50 
 
 
ölkələr" bəylərbəylərinə, vilayətlərin adlı-sanlı əyanlarına tutduqları 
vəzifələrə və nüfuzlarına uyğun olaraq qiymətli xələtlər göndərildi. 
Eyni vaxtda seyidlərə, nəqiblərə, ülamələrə, müdərrislərə, nəcabətli 
adamlara, sərhəd qoşunları  və qala qoruyucularının başçılarına  
ənam və  hədiyyələr verildi(81,12-13). I Şah Abbasın hakimiyyəti-
nin son illərində müharibələrin davam etməsindən mərkəzi aparat-
dakı məmurlar istifadə edib, qoşunun məvaciblərini neçə illər idi ki
ödəməyib xəzinəyə köçürmüşdülər.  Şah Səfinin göstərişinə  əsasən 
qoşunun ləngidilmiş  məvacibinin dərhal ödənilməsinə başladılar. 
Hətta müxtəlif səbəbdən vəfat etmiş  hərbçilərin məvacibləri 
ailələrinə ödənildi (81,13). Şah rəiyyətin ümumi vəziyyətini nəzərə 
aldı və onların xəzinəyə ödədikləri vergilərdən, qalmış 1500 tümən 
borc qalığının ləğvi qərara alındı(81,13; 108,236). 
I Şah Abbasın dövründə ipək ticarəti dövlət nəzarətində olub, 
tacir və digər ipək alıcıları ipəyi divan məmurlarından təyin 
olunmuş qiymətə almalı idilər. Rəiyyət özbaşına ipək sata bilməzdi 
və belə bir hadisə baş verərdisə, həm alıcı, həm də satıcı bu 
əməliyyatdan xəzinəyə  dəyən zərəri ödəməli olurdu. Şah Səfinin 
qoyduğu yeni qaydaya görə isə istər tacir və istərsə də qeyri alıcı ilə 
rəiyyət arasında qarşılıqlı razılıq əsasında sərbəst ipək alqı-satqısına 
icazə verildi ki, bu əməliyyata dövlətin maliyyə  məmurları qarışa  
bilməzdilər. Rəiyyətin ipək alqı-satqısından qalan bir neçə min 
tümən borcu onlara bağışlandı, hətta bu zaman borcluların bəziləri 
vəfat etmiş  və onların varisləri isə çox yoxsul olub bu borcu 
ödəməyə heç imkanları da yox idi(81,13). Beləliklə tacirlər və 
rəiyyətin rifahını yaxşılaşdırmaq üçün qərara alındı ki, ipək alqı 
satqısı  tərəflər arasında sərbəst qaydada qarşılıqlı razılıq  əsasında 
həyata keçirilsin (108, 236). 
I  Şah Səfi hakimiyyətinin ilk illərində yüksək vəzifələrdə 
çalışan dövlət məmurlarına toxunmadan həyata keçirdiyi bir sıra 
tədbirlərlə imperiya əhalisinin orta və  aşağı zümrəsinin etimadını 
qazandıqdan sonra mülki, inzibati-hərbi idarələrdə  vəzifələrə yeni 
təyinatlara dair fərmanlar vermiş, hakimiyyətini daha da  möhkəm-
ləndirməyə  cəhd etmişdir. Onun göstərişi ilə h.1041(1632)-ci ildə 
baş vəzir Xəlifə Sultan tutduğu vəzifədən azad edilir. "Zeyl-i tarix-i 


 
51 
 
 
alamaray-i Abbasi" də qeyd edilir ki, ali divana h.1041-ci ildə vəzir 
yenə mərhum Hatəm bəy Nəsiri Ordubadinin oğlu Mirzə Talıb xan 
təyin olundu. Münşi  əl-məmalik Mirzə  Əbdülhüseyn türkcə 
yazmışdır: "Ginə (yenə) oldu vəzir Talıb xan"(81,91). Mənbədə 
Talıb xanı baş  vəzir təyin edilməsi haqqındakı farsca qısa məlu-
matın türkcə bir cümlə ilə bitirilməsi Münşi əl-məmalikin bu barədə 
fərmanı türkcə yazdığının bəlli göstəricisidir. O, əbədiyyətə qovuş-
duqdan sonra bu vəzifəyə onun gənc yaşında olan, ancaq savadlı, 
qabiliyyətli  böyük oğlu Talıb xan təyin edilmişdi. O, on il bu vəzi-
fədə  işləmiş  və  bəzən nöqsanlara yol verdikdə  Şah onu görmə-
məzliyə vurmuş  və  nəhayət tutduğu vəzifədən azad edilmişir. Bir 
müddət işsiz qalmış və dünya fatehi (I Şah Abbas ) vəfat etdikdən 
sonra yeni hökmdar (I Şah Səfi) onu vaqiyənəvis vəzifəsinə  təyin 
etmiş və o, ali zümrəyə daxil olmuş(81,142-143) və getdikcə nüfuzu 
və  vəzifəsi artmışdır. Və 1041 (1632)- ci ildə yenidən baş  vəzir 
vəzifəsinə layiq görülür. 
I Şah Səfi istər baş vəzir, istərsə də yüksək dövlət vəzifələrin-
də çalışan bütün məmurların fəaliyyətinə ciddi nəzarət edir və 
vəzifə  səlahiyyətini aşanlara, nöqsanlara yol verənlərə güzəştə 
getmirdi. Mənbədə göstərilir ki, baş vəzir Talıb xan h.1044(1635)-
cü ildə evində yüksək təbəqədən olan məxsusi adamlarla söhbət 
edərkən Xorasan bəylərbəyi Həsən xan,  eşikağasıbaşı  Uğurlu xan 
Şamlı  və Otar xan onun mənzilinə daxil oldular. Uğurlu xan və 
Talıb xanın damadı söhbət yasavulu Həsənbəy bərk sərxoş ol-
muşdu. Onların hər ikisi həmin gecə dövlətxana, hərəm, şahın yat-
dığı evin qaravolu növbəsində idilər. Sərxoş olduqları üçün keşikçi-
başı Bəhram bəy Ustaclı ilə Talıb xanın damadı arasında mübahisə 
oldu. Mübahisə dərhal şaha da çatdırılır və onun göstərişi ilə Talıb 
xan, Uğurlu xan və Həsən bəy ölüm cəzasına mıhkum edilir. "Zeyl-i 
tarix-i alamaray-i Abbasi" nin verdiyi bu məlumatla tam razılaşmaq 
doğru olmaz. Ona görə ki, "Xülasət əs-siyər" də bu barədə verilmiş 
məlumatların təhlilindən aydın olur ki, görkəmli dövlət xadimi 
Talıb xan I Şah Səfinin şübhələndiyi yüksək vəzifəli əyanlara qarşı 
həyata keçirdiyi cəza tədbirlərinə etiraz etdiyinə görə edam edil-
mişdi. Ancaq bu hadisədə qətl olunanların ailəsinə Şah “mərhəmət” 


 
52 
 
 
göstərdi və  əmlakları müsadirə olunmadı. Baş  vəzir vəzifəsinə isə 
Mirzə Tağı (Sarı Tağı) təyin edildi. (81,145,146,148; 130, 89; 126, 
v. 74a) 
Mənbələrin verdiyi məlumatlardan görünür ki, I Şah Səfi 
dövlətin ali mülki idarə sistemi ilə yanaşı, onun yüksək hərbi 
təşkilatına əyalət və mahallarda vəzifələrə əvvəlki Səfəvi şahlarının 
dövründəki kimi yenə türk əsilzadələrindən təyin etmişdi. 
I  Şah Səfinin hakimiyyətinin ilk illərində  həyata keçirdiyi 
daxili siyasət kursu imperiya miqyasında sabitlik yaradılmasının, 
sərhədlərin təhlükəsizliyinin təmin edilməsinə xidmət edirdi. İmpe-
riyanın bəzi bölgələrində  hələ I Şah Abbas vəfat etdikdən separa-
tizm yenidən baş qaldırmışdı ki, bütün bunların qarşısını almadan, 
yəni ölkəni içəridən möhkəmləndirmədən fəal daxili və xarici 
siyasətin də  həyata keçirilməsi, sərhədlərin təhlükəsizliyinin təmin 
edilməsi çox çətin olardı. H.1039(1629)- cu ildə Gilanda özünü 
Cəmşid xanın oğlu adlandıran Qərib şah adlı biri zühur etmiş və o, 
"pozğun unsürlər", "lütlər", "qaragüruhçular" dan ibarət üç min 
nəfəri  ətrafında birləşdirib bütün Gilanda iğtişaş törədib, Biye Piş, 
Biye Pas, Rüstəmdarı  ələ keçirib, qətl və qarət törətməyə başla-
mışdı. Onlar  Rəşt istiqamətində hücum edib Biye Pası tutduqdan 
sonra Biye Pişə doğru hərəkət etmişdilər. İ.P.Petruşevski dövrünün 
ideoloji tələblərinə uyğun olaraq 1629-cu ildə Gilanda baş vermiş 
bu qiyamın "xalq üsyanı", "sinfi ziddiyətlərin kəskinləşməsinin 
parlaq təzahürü" hesab etməklə məsələyə tarixi gerçəklikdən yanaş-
mamışdır. Doğrudur, I Şah Abbasın vəfatından sonra Gilanda qiya-
mın baş verməsinə onun qeyd etdiyi kimi vergilərin ağırlığı  təsir 
göstərmişdir. (188, 296, 297). Ancaq burada dövrün mənbələrində 
də qeyd olunduğu kimi bu hərəkatda vergi ödəyən əhali ilə yanaşı, 
"pozğun ünsürlər" və eyni zamanda separatist torpaq sahibləri də 
vardı.  İ.P.Petruşevskinin özünün də " üsyançıların" Rəştə  xəzinə 
anbarlarını dağıdıb iki yüz xarvar (50 min kq) xam ipəyi bölüş-
dürdükləri, hətta xəzinə anbarlarındakı (moskvalı  və avropalı 
tacirlərə) aid malları da ələ keçirmələri haqqındakı qeydləri 
(188,297) qiyamda "pozğun ünsürlərin " üstünlük təşkil etməsindən 
xəbər verir. Gilanda divan vergilərinin təhvildarları, amillər, vəzir-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə