Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   11   12   13   14   15   16   17   18   ...   111

 
44 
 
 
qurduğu kimi, onlar da qoruyub saxlayır və yaşadırdılar. Ancaq bir 
çox qərb və şərq ölkələri, xüsusilə İran tarixçiləri qaynaq material-
larını birtərəfli təhlil edərək, zəngin mədəniyyətə, dövlətçilik təcrü-
bəsi, idarəetmə istedadına sahib olan xalqımızın tarixinin bəzi 
məsələləri ilə yanaşı, Səfəvilərin soykökü, Azərbaycan Səfəvi döv-
lətinin yaranması, onun müxtəlif təkamül mərhələlərində dövlətin 
mahiyyətini təhrif edərək saxtalaşdırmış, bu dövləti Azərbaycan 
yox, «İran», «Fars» dövləti kimi xarakterizə etmişlər. Lakin ciddi 
tarixçilərin əsərlərində bu cür yanlış fikirlər qəbul olunmur. Tarix-
çilikdə  Səfəvi  şahlarının soykökü ilə bağlı mübahisə doğuran 
məsələləri O.Əfəndiyev yenidən araşdırmış  və o, mötəbər qaynaq-
lardan əldə etdiyi materiallar əsasında düzgün elmi məntiqi nəticələr 
əldə edə bilmişdir. Müəllif bu məsələ ilə bağlı fikirlərini yekun-
laşdıraraq qeyd edir: «Səfəvilər sülaləsinin əzəldən kürd, yaxud İran 
(yəni fars) mənşəli olması haqqında ehtimal da mötəbər mənbələrin 
məlumatlarına əsaslanmır. Həm də Şeyx Səfiəddinin türk etnosuna 
mənsub olması çətin ki, şübhə doğura bilər» (20, 33-35). Səfəvilərin 
soykökünün türk olması haqqında Seyidağa Onullahinin də 
tədqiqatlarında tarixçilik üçün həm maraqlı  və  həm də yeni məlu-
matlar vardır. Müəllif XIV yüzillikdə yaşamış Təvəkkül ibn İsmayıl 
ibn hacı əl-Ərdəbilinin «Səffat əs-Səfa» adlı əsərinə istinad edərək 
yazır: «Şeyx Səfiəddin bu ləfz ilə buyurdu – Ey xüləfa camaatı, 
Xacə  Səfiəddinə dua edin ki, rəhmətlik  Şeyx Zahidin və  mən 
türkzadənin (türk oğlunun) taxtını aparmışdır» (54, 90). Seyidağa 
Onullahi olduqca elmi əhəmiyyətli olan bu fikirə istinad edərək 
Səfəvilərin soykökünü kürdləşdirməyə, yaxud da farslaşdırmağa 
çalışan tarixçilərə tutarlı cavab verərək göstərir ki, Şeyx Səfiəddin 
türk olduğunu hər halda onlardan daha yaxşı bilərdi (54, 90). 
Məhəmmədəli Tərbiyət öz əsərində  Şeyx Səfiəddini Azər-
baycanın məşhur ariflərindən olduğunu göstərməklə yanaşı, onun 
yeganə nüsxəsinin vaxtilə  Ərdəbil kitabxanasında saxlanılan və 
«Qara məcmuə» adı ilə məlum olan əsərin müəllifi olduğunu qeyd 
etmişdir (38, 116). Adından da göründüyü kimi, əsəri  Şeyx 
Səfiəddin öz doğma dilində, yəni türk dilində yazmışdır. O, türk 
dilində şeirlər də yazmışdır ki, bu barədə dövrün müxtəlif qaynaq-


 
45 
 
 
larında məlumatlar verilmişdir. Doktor Hüseyn Məhəmmədzadə 
Sədiqinin hazırlayıb nəşr etdirdiyi Şeyx Səfiəddin  Ərdəbilinin 
«Qara məcmuə» adlı  əsərində  şeyxin türk dilindəki  şeirlərindən 
nümunələr verilmişdir: 
Qoydu üz könlümə qəm ləşkəri hamun-hamun, 
Qara baydağlı ələmlər ucu gülgun-gülgun, 
Çağırırdım qatı avaz ilə:-Leyli, Leyli! 
Dağ səs verdi cavabında ki:- Məcnun, Məcnun! 
Gözlərimdən yana od tutladı duzəx-duzəx, 
Cigərimdən yana qan qaynadı Ceyhun-Ceyhun, 
Bu nə viranə könüldür, Səfi, ey vay-ey vay! 
Sərvlər var idi bu bağidə mövzun-mövzun (57, 14). 
İsgəndər bəy Münşi Türkmən yazır ki, Şeyx Səfiəddin gənc 
yaşlarında mükəmməl təhsil aldıqdan sonra mənəvi aləmlərin 
çətinliklərini dərk etmək üçün bir mürşid axtarmağa başlamış və elə 
bu istək onu dövrün böyük bilim adamı olan Şeyx Nəcibəddin 
Bozquş  Şirazi ilə görüşmək üçün Şiraza aparmışdı. Ancaq Şeyx 
Səfiəddin  Şiraza çatdıqda, artıq  Şeyx Nəcibəddin Bozquş  vəfat et-
mişdi. O, Şirazın böyük üləmalarından biri olan Mövlanə 
Rəziəddinin yanına gedib, onun yanında müqəddəs Qurani-Kərimin 
əz-Zilzal surəsinə  qədər təfsirlərində  iştirak edir. Sonra Şeyx Sədi 
Şirazi ilə  də görüşüb söhbət edir, ancaq Şeyx Sədi ilə fikir müba-
diləsi onun əziz xatirinə xoş  gəlmir.  Şirazın üləmalarından  Əmir 
Abdulla Şeyx Səfiəddinin böyük fəzilət sahibi olduğunu gördükdə, 
ona deyir: «Ey gənc türk! Ciddi səyin, zahidlik və ucalığın sayə-
sində  sənin üçün hasil olanlar bizim mərifət gözümüzə çatmayıb-
dır… Bu gün sənin gözündən pərdəni götürüb, məqsədinə  tərəf 
yönəldən bir adam varsa, o da ilahi elmlərini bilən  Şeyx Zahid 
Gilanidən başqa bir kimsə deyildir… Şeyx Səfiəddin fars şeyxləri 
ilə xudafizləşib vətənə tərəf döndü» (80, 12; 128, 26, 27). 
XVI yüzillikdə yazılmış  və müəllifi məlum olmayan «Aləm 
aray-i Səfəvi» adlı qaynaqda isə qeyd olunur: «Şeyx Zahid Gilani 
Şeyx Səfinin gəldiyini biləndə adı  Şeyx Cəmaləddin olan böyük 
oğluna dedi ki, ey oğul, get büqün içərisində… cavan türk namaz 
qılır; ona de ki, ağam Şeyx Zahid səni çağırır… Bayram günü gör-


 
46 
 
 
dülər ki, həzrət Şeyx Zahid qırx günlük ibadətdən sonra bayıra çıxıb 
cavan türkün (Şeyx Səfinin)  əlindən tutaraq büqə  gəldi» (116, 11-
12). Dövrün qaynaqlarındakı bu məlumatlar Səfəvi şahlarının baba-
larının kökcə türk olduqlarını  nəinki təsdiq edir və  həm də tarix-
çilikdəki bu məsələ ilə bağlı mübahisələrin də  əsassız olduğunu 
göstərir. V.V.Bartold da orta çağın unikal qaynaqlarındakı tutarlı 
faktlara istinad edərək yazır ki, Ərdəbil şeyxləri, şübhəsiz fars deyil, 
türk mənşəlidirlər (147, t.2.ç.1., 748). Bu fikiri əsasən qəbul edən 
İ.P.Petruşevski isə yazır ki, XVII əsrə  qədər Qızılbaş dövlətini 
«Fars», «İran», «Yeni İran» adlandırmaq düz deyildir. Hansı ki, bu 
səhvə  təkcə Avropa deyil, bir çox sovet tarixçiləri də yol verirlər 
(181. 70). 
İsgəndər bəy Münşi Türkman I Şah Təhmasibin vəfatı  əsna-
sında Ustaclı,  Şeyxavənd və Türkman, Əfşar, Rumlulardan ibarət 
iki firqə arasındakı münasibətləri şərh edərkən «Türk ellərinin adlı-
sanlı  əmirləri,  əyanları, ağsaqqalları uca taxt-tacın dayağı idilər» 
(80, 119) -deyə yazdıqları dövlətin milli mahiyyətinə onun tərə-
findən verilən doğru, təkzibolunmaz qiymət olub, tarixi gerçəkliyi 
özündə  əks etdirir. Həm də F.Sümərin yazdığı kimi Səfəvi Türk 
əmirləri arasında türkcə ad və ləqəb daşıyanlara çox sıx rast gəlinir. 
Onlar Osmanlı bəy və paşalarından və hətta digər Türk dövlətlərinin 
əmirlərindən daha çox türkcə ad və  ləqəb daşımışlar. Hökumətin 
mərkəzinin Təbrizdən Qəzvinə, sonra da İsfahana köçürülməsinin 
Türk milli kültürü baxımından mənfi bir təsiri olmamışdır. Səfəvi 
türkləri özlərinin Türkman olduqlarını bilir və onun şürunu daşı-
yırdılar. Səfəvi dövlətini quran və yaşadan türklər Qızılbaş, yaxud 
da türk adlanırdı. Bu deyim təkcə dövlətin əsgəri baxımdan dayan-
dığı türk ünsürü adını ifadə etmir, həm də onun qurduğu, yaşatdığı 
dövlətə «Dövlət-i Qızılbaş» və hakim olduğu yerə «Ölke-i 
Qızılbaş» deyilirdi (67, 149, 150, 151). 
İ.P.Petruşevski XVI yüzilliyin əvvəllərindən I Şah Abbasın 
islahatlarına qədərki  dövrdə dövlət aparatında və qoşunda rəhbər 
rolun azərbaycanlıların ixtiyarında olduğunu bildirməklə yanaşı, bir 
sıra başqa tarixçilər kimi, XVII yüzilliyin əvvəllərindən etibarən 
dövlətdə iranlılaşma prosesinin başlandığını  və bunun XX əsrin I 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə