Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   12   13   14   15   16   17   18   19   ...   111

 
47 
 
 
rübündə başa çatdığını bildirərək yazır: «Şah Abbasın dövründən 
Qızılbaş dövlətinin milli fars dövlətinə çevrilməsinin ilkin şərtləri 
yaranır ki, bu ancaq Zaqafqaziya, Türkmənistan,  Əfqanıstan itiril-
dikdən sonra, XX əsrdə başa çatır» (181, 72). Əslində müəllifin bu 
fikri dövrün tarixi gerçəkliklərindən çox uzaqdır. Doğrudur, I Şah 
Abbas (1587-1629) imperiyada mərkəzdənqaçma hərəkatlarının 
qarşısını almaq üçün dövlət idarələrinə yeni əmirlər gətirdi, ancaq 
bunların bir çoxu kiçik yaşından müsəlman dinini qəbul etmiş, 
Səfəvi sarayında tərbiyə almış türkdilli gürcü, çərkəz uşaqları idilər. 
İstər onların və istərsə də bir çox fars əyanın idarəçiliyə cəlb olun-
ması  qızılbaşların hakimiyyətdə mövqelərinə  əsaslı  zərbə vura bil-
məzdi. I Şah Abbas əslində yeni daxili siyasət kursu ilə qeyri-türk 
əsilzadələrindən müəyyən sayda əmirin hakimiyyətə  cəlb etməsi, 
onlarla bağlı mərkəzdənqaçma hərəkatlarının qarşısının alınması və 
dövlətin daha da möhkəmləndirilməsi məqsədini güdürdü. 
Doğrudur, Oruc bəy Bayat yazdığı kimi, I Şah Abbas andiçmə 
mərasiminin növbəti günü şahlığın idarə olunmasının təmin 
edilməsi üçün zəruri olan Dövlət Şurasının yaradılması bəhanəsi ilə 
xanlara və  əmirlərə müraciət edərək onları  məsləhətləşmək üçün 
saraya dəvət etmiş  və iyirmi iki nəfər Qızılbaş  əsilzadə sarayda 
ölüm cəzasına məhkum olunmuşdu (165, 127, 128). İskəndər bəy 
Münşinin  əsərində I Şah Abbasın hakimiyyətinin ilk illərindəki 
daxili siyasəti ilə bağlı materialların təhlilindən aydın olur ki, 1587-
ci ildə Qızılbaş-Türk əmirlərinin qətlində I Şah Təhmasib dövründə 
baş  vəzir olmuş  və  Qızılbaşlar arasında fitnəkarlıqla məşğul oldu-
ğuna görə edam edilmiş Mirzə Salmanın oğlu Mirzə Abdulla əsas 
rol oynamışdır. O, Abbas Mirzəni hakimiyyətə gətirən Ustaclı əmiri 
Mürşüdqulu xanı aradan götürmək, Qızılbaşların hakimiyyətinə zər-
bə vurub onu zəiflətmək üçün bir neçə  Qızılbaş  əmirini  ələ alıb 
yuxarıda qeyd olunan əmirlərin qətli ilə  nəticələnən fitnəkarlığı 
törədə bilmişdir. O, hakimiyyətdəki gərginlikdən istifadə edib, baş 
vəzir vəzifəsini tutmağa da cəhd göstərmiş, ancaq buna müvəffəq 
ola bilməmişdir. I Şah Abbas həyata keçirdiyi bu cəza tədbirləri ilə 
hakimiyyətin möhkəmləndirilməsinə tam müvəffəq ola bilmədi. 
Ona görə ki, bu zaman Gilan, Luristan, Mazandaran, Astrabad, 


 
48 
 
 
Kaşanda baş qaldırmış separatizm dövlətin möhkəmləndirilməsi
mərkəzləşmə siyasətinin həyata keçirilməsinin qarşısında ciddi 
çətinliklər yaradırdı. Məhəmməd Yusif Qəzvinin yazdığı kimi hələ 
1580-ci ildə Kuhgiluyədə Elvar (Lurlar) arasında zühur edən 
qələndər özünü II Şah İsmayıl adlandırmışdı. Dediyinə görə Halvaçı 
oğlu Hüseyn bəyin evində yatarkən ev mühasirəyə alınmış və pən-
cərədən qaçıb canını qurtarmışdır. Guya qəsdçilər ona oxşar qulamı 
qətl edib əmirləri II İsmayılın ölümünə inandırmışdılar. O, bu yalan 
və böhtanla Luristandakı separatçıları öz ətrafına toplasa da, I Şah 
Abbas zamanı qiyam tam yatırılır. İkinci yalançı da İsmayıl adı ilə 
yenə Luristanda peyda olmuş,  ətrafına lurları, kürdləri toplamışdı. 
Bu hüdudda mahal hakimi olan Solaq Hüseyn qiyamı tezliklə 
yatırmış, yalançını  həbs edib Qəzvinə göndərmişdi. Talışda yenə 
İsmayıl adı ilə zühr edən yalançı insanlarda özünə inam yaratmaq 
üçün «babalarının» qəbrini ziyarət adı ilə Ərdəbilə getmiş və orada 
öldürülmüşdü. Dördüncü isə qurların içərisindən çıxmışdı. Fərah 
hakimi  Əfşar Hüseyn xan qiyamçılarla savaşda öldürülür. Hüseyn 
xanın Təklə qorçularının yüzbaşısı olan qardaşı  Əlixan bəy Fərah 
hakimi təyin edilmiş, o da qiyamçılara qarşı döyüşdə  qətlə yetiril-
mişdi. Şah Fəraha Yeqan sultan Təkləni hakim statusu ilə göndərdi 
və ona qiyamın tezliklə qarşısını almağı tapşırdı. Ancaq o, Fəraha 
çatana qədər yalançı öldürülür (128, 639-646). Sonuncu üç qiyamın 
qarşısı I Şah Abbasa qədər alınsa da, bu qiyamların baş vermiş 
olduğu bölgələrdə yenə  də  mərkəzdənqaçma hərəkatı kimi 
səciyyəvi olan çaxnaşma davam edirdi. Elə buna görə  də  Şah bu 
bölgələrə qoşun yeritdi, məhəlli  əmirlikləri, yerli sülalələr 
devrildikdən sonra, Gilan (1592) və Mazandaran (1596) xassə 
əmlakına çevrildi. Bu bölgələrdəki separatizmin qarşısı alındıqdan 
sonra Şah bir tərəfdən Gilana, Luristana, Mazandarana, Astrabada, 
Kaşana qızılbaşlardan hakimlər təyin edir, digər tərəfdən isə 
gələcək mərkəzdənqaçma hərəkatlarının qarşısını almaq üçün 
onların  əsilzadələrinə hakimiyyətdə qismən də olsa, yer vermək 
zorunda qalmışdı. Ancaq bununla paralel özündən əvvəlki Qızılbaş 
hökmdarlarının  ənənəvi daxili siyasətini də unutmadı. O, Özbək 
Abdulla xanın Xorasan yürüşlərinin qarşısını aldıqdan sonra, burada 


 
49 
 
 
əvvəlki Səfəvi  şahlarının yerləşdirdiyi Türk-Qızılbaş  Şamlı 
tayfasının güclənməsinə yaratdığı  şəraitlə, I Şah  İsmayılın daxili 
siyasətinə  sədaqətini də nümayiş etdirdi. O, Hüseyn xan Şamlını 
Herata, Qorxmaz xan Şamlını Həmədana bəylərbyi vəzifəsinə təyin 
etdi (165, 127-137; 80, 381, 384; 188, 272). Göründüyu kimi, şahın 
rəyi və zamanın tələblərinə uyğun olaraq məmaliki məhrusənin 
tərkibindəki bütün inzibati idarəetmə hakimlər kökcə türk olan 
böyük  əmirlərdən, qoyulmuşdu. I Şah Abbasın daxili siyasəti 
iranlılaşdırma işinə yox, dövlət hakimiyyətinin möhkəmləndiril-
məsinə xidmət etmişdir. Azərbaycan Səfəvi dövlətinin görkəmli 
dövlət xadimi I Şah Abbasın (1587-1629) Səfi Mirzə, Sultan 
Məhəmməd Mirzə , İmamqulu Mirzə, Təhmasib Mirzə adlı dörd 
oğlundan birinci gənc yaşında ölüm cəzasına məhkum edilmiş, 
ikinci və üçüncü şahzadə zəif görür, dördüncü isə öz əcəli ilə vəfat 
etmişdi. Buna görə  də, darüssəltəne-ye  İsfahanda böyük əmirlərin 
toplantısında  Şah Abbasın təklifi ilə  mərhum Səfi Mirzənin kiçik 
yaşlı oğlu Sam Mirzə vəliəhd təyin edilmişdi. Şah  Abbas 21 yanvar 
1629-cu ildə Mazandaranda vəfat edir. Onun vəsiyyətinə sadiq olan 
böyük  əmirlər I Şah Abbasın vəliəhd barədəki vəsiyyətnaməsinə, 
etimaddövlə və qorçubaşının ona uyğun tərtib etdikləri rəsmi sənədə 
istinad edib, Sam Mirzəni  Şah Səfi adı ilə 29 camadiyoləvvəl h. 
1038 (1629)-cı ildə  şahlıq taxtında oturtdular. (81,6,7;108,235; 
130,78). Ancaq Şah Abbas kimi qüdrətli bir dövlət xadimindən 
sonra 2,8 mln. km

ərazini əhatə edən imperatorluğa başçılıq etmək 
o qədər də asan deyildi. Şah Səfi (1629-1642) taxta oturduğu andan 
çətinlikləri nəzərə alıb imperiya miqyasında sabitliyi qoruyub 
saxlamaq məqsədilə hökm etdi ki, Şah Abbasın dövründə kimə ki, 
vəzifə verilmiş, məvacib təyin edilmişdi onlara toxunulmayacaq 
(130,81). O, bütün sosial zümrələrin maddi maraqlarını əhatə edən 
fərmanlar, buyruqlar vermiş, onların etimadını qazanıb hakimiy-
yətini möhkəmləndirməyə çalışmışdır. "Zeyl-i tarix-i alamaray-i 
Abbasi" də qeyd edilir ki, I Şah Səfi hakimiyyətinin ilk ilində İraq, 
Xorasan, Qəndəhar, Mərv, Azərbaycan,  Şirvan, Qarabağ, Gürcüs-
tan, Fars, Kirman, Gilan, Bağdad,  Ərəbistan, Kürdüstan, Sistan və 
digər ölkələrdən ibarət olan məmalik-e məhrusənin "tabe olan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə