Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   6   7   8   9   10   11   12   13   ...   111

 
29 
 
 
əlaqələndirən məmur), Sarı Əli bəy Təkəli - möhürdar, Hüseyn bəy 
Əfşar – süfrəçibaşı təyin olundu. Ancaq ilk hərbi yürüşlər illərində 
yaradılan həmin mərkəzi idarəçilik aparatının özülü tədricən geniş-
ləndirilmiş  və daha da möhkəmlənmişdir. Belə ki, Şirvan  şahı 
Fərrux Yasərin(1462-1500) qoşunu məğlub edilib. Şamaxı tutul-
duqdan sonra, İsmayıl özünün əsas hərbi qüvvəsi ilə 1500-cü ilin 
sonunda qışlamaq üçün Şamaxıdan Mahmudabada gəlmiş və orada 
təbrizli  Şeyx Məhəmməd Köcəcinin övladlarından, «illərlə türk 
səltənətinə vəzirlik edən», yəni Bayandurlu dövründə vəzir vəzifə-
sində işləmiş Əmir Şəmsəddin Zəkəriyyə Təbrizi Köcəcini ali divan 
vəziri təyin edib, ona «Kilid-i Azərbaycan» - Azərbaycanın açarı 
kimi dəbdəbəli bir ad vermişdir (77, 54, 66; 28, 33, 39; 138, 393, 
394; 108, 35: 20, 41, 228). 
İsmayılın başçılığı altında  Şirvana daxil olan (1500) Ustaclı, 
Şamlı, Rumlu,Təkəli, Varsaq, Zülqədər,  Əfşar, Qacar, Qaracadağ 
sufilərindən ibarət 7 minlik qoşunun  əsgəri heyəti və bu qoşunun 
yüksək rütbəli zabitləri türk olub, qoşun başçılarından savaşlarda 
Xan Məhəmməd Ustaclı,  Əvəz sultan Ustaclı, Hüseyn bəy lələ 
Şamlı, Əhməd bəy Sofi oğlu Ustaclı, Bayram bəy Qaramanlı,Çaşan 
Qaraca  İlyas Bayburdlu, İlyas bəy Ayqut Uyğur oğlu Xunuslu, 
Sultanşah bəy  Əfşar,Cəlal bəy və  Qılınc bəy Qaramanlı, Lələ 
Məhəmməd Təkəli, Piri bəy Qacar, Dana bəy  Əfşar və bir çox 
başqa türkmən bəyləri iştirak etmişdilər ki, onlardan Hüseyn bəy 
lələ  və  Dədə Abdal bəy Zülqədərə  əmir  əl-üməra, Ustaclı 
Məhəmməd və  İlyas bəy Ayqut oğluna isə  əmir-i  əzəm (böyük 
əmir) rütbəsi verilmişdi. Elə bu vaxt Dədə Abdal bəy Zülqədər 
qorçubaşı  və Mövlanə  Şəmsəddin Gilani
*
 
də  sədr vəzifəsinə  təyin 
olunmuşdu (138, 394; 115, v.43a-b; 95, v. 5a; 128, 95, 107; 20, 41; 
67, 20, 22; 77, 41, 42, 46, 47). 
I  Şah  İsmayılın ordusu Qızılbaş-Türk elləri üzrə  səfərbər 
edilən qeyri-nizami əsgəri alaylarından ibarət olub, hər elin əmiri öz 
                                           
   
*
 Mevlana  Şəmsəddin Gilani 1494-1499-cu illər arasında Lahican şəhərində 
İsmayılın farsca və  ərəbcə dillərinin öyrətmənidir. (Abdullatif Kazvini. Safevi 
tarihi, s.33, 63-cü qeyd ) 
 


 
30 
 
 
elinin qoşununa komandanlıq edirdi. Ordu birləşmələrinə isə şahın 
əmir əl-üməra rütbəsi ilə təltif etdiyi əsilzadələr başçılıq edirdi. O. 
Əfəndiyevin yazdığı kimi əmir  əl-üməra hərbi rütbə  və  vəzifəsi 
Qızılbaş-Türk el əyanlarının inhisarında olub, bu vəzifəni tutanlar 
arasında eyni vaxtda vəkil mənsəbini də icra edənlərə təsadüf edilir 
(20, 227). I Şah İsmayılın hakimiyyətinin ilk illərində Hüseyn bəy 
Lələ Şamlı 1502-1509-cu illərdə həm divan əmiri, həm də vəkil idi 
(138, 407; 128, 123; 67, 47). O, 1509-cu ildə Təbrizdə divan əmiri 
və  əmir  əl-üməra vəzifəsindən  azad edilmiş, ulka və nökərləri 
Məhəmməd bəy süfrəçi Ustaclıya bağışlanmışdı. Məhəmməd bəy 
Ustaclıya elə bu vaxt Sultan titulu və Çayan (Çayan sultan) ayaması  
verilir (77, 50; 138, 407; 128, 187, 243). Bacarıqlı dövlət xadimi 
Hüseyn bəy Lələnin tutduğu vəzifədən azad edilməsinin, ulka və 
nökərlərinin alınıb özündən aşağı  səviyyədə duran bir əyana 
verilməsinin səbəbləri tədqiqata cəlb etdiyimiz mənbələrdə göstəril-
məmişdir. Ancaq bu mənbələrdə onun yeni vəzifələrə təyin edilməsi 
və  vəfatı haqqında məlumat verilmişdir. Hüseyn bəy  Lələ  Şamlı 
1509-cu ildə  Şirvan mahallarından birinə hakim, 1511-ci ildə isə 
Herata vali göndərilmiş  və 1514-cü ildə Çaldıran savaşında 
öldürülmüşdür (77, 141; 108, 46; 67, 47). Çayan sultandan (1509-
1523) sonra Div sultan Rumlu (1524-1527), Çuxa sultan Təkəli 
(1527-1531), Hüseyn xan Şamlı (1531-1534) əmir  əl-üməra və 
divan  əmiri olmuşdu (128, 326, 331, 332; 77, 181, 253-254; 20, 
227; 138, 410, 421). 
 Qeyd olunduğu kimi, İsmayıl hakimiyyətə keçənə  qədər 
qoşununun yüksək hərbi zümrəsi hesabına yeni dövlət aparatının 
özülünü qoymuş, habelə, ilk döyuşlərdə  ələ keçirilmiş bölgələrdə 
hakimlərlə  təmsil olunan yerli idarəçilik forması yaradılmışdır. Bu 
dövlətin artıq qoşunu, sərkərdələri, odlu (top, tüfəng) və soyuq 
silahı, hərbi sürsatı ilə yanaşı, yaranmış olan hakim zümrəsi; vəzir-
ləri,  əmir  əl-üməraları, baş  əmirləri, xəlifət  əl-xüləfası, möhürdarı, 
bayraqdarı, süfrəçisi, sədri və s. vəzifə sahibləri vardı.  
İsmayılın başlıca məqsədi  Şirvanşahların və  Ağqoyunluların 
XV yüzilin son illərində çökmüş dövlət hakimiyyətlərini aradan 
götürmək, Azərbaycan torpaqlarını güclü mərkəz  ətrafında birləş-


 
31 
 
 
dirmək, güclü Azərbaycan Səfəvi səltənətini qurmaq idi. İsmayıl 
Şirvanda Fərrux Yasər üzərində 1500-1501-ci illərdəki uğurlu 
qələbələrdən sonra Əmir Zəkəriyyə Təbrizi Köcəcinin məsləhəti ilə 
Gülüstan qalasının mühasirəsindən  əl çəkib, Ağqoyunlu  Əlvənd 
Mirzəni aradan götürmək üçün güneyə yollanmışdı (128, 115). Bu 
barədə  İsgəndər bəy Türkman yazır: «mühasirə zamanı (Gülüstan 
qalası-Z.B.) qeyb aləmindən gələn səs Azərbaycan səltənət taxtı və 
şahlığın müjdəsini o həzrətə verdi… o həzrət böyük əmirləri yanına 
çağırıb dedi ki, sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan 
taxtı?» (80, 27; 128, 113). Bu məsələ böyük əmirlərin iştirakı ilə 
hərbi  şurada da müzakirə edilmiş  və güney hərbi yürüşü haqqında 
bir səslə  qərar qəbul edilmişdir.  İsmayıl 1501-ci ildə  Şərurda 
Ağqoyunlu  Əlvənd Mirzə üzərində  də  qələbə çalıb Azərbaycan 
Səfəvi dövlətinin yaradılması yolunda ağır sınaqlardan uğurla çıxır 
(28, 33; 103, 247; 20, 53, 54). Şərur qələbəsindən sonra 1501-ci ildə 
İsmayıl Təbrizdə hakimiyyətə keçdi və Azərbaycan Səfəvi dövləti 
rəsmən yarandı. Dövrün mötəbər mənbələrinin bu barədə verdiyi 
məlumatlar Azərbaycan adı ilə Səfəvi dövlətinin yaranmasını əsaslı 
surətdə sübut edir. "Lübbət-təvarix" də  İsmayılın  Şərur qələbəsin-
dən sonra darossəltənə-ye Təbrizə gəlib "sərir-e səltənət-e Azərbay-
can"- Azərbaycan şahlıq taxtından oturub oranı şahlığı ilə bəzədiyi 
yazılmışdır(138, 394). Məhəmməd Yusif Qəzvini də yazır ki, Şərur 
döyüşündən sonra İsmayıl darossəltəne-ye (paytaxt, mərkəz) 
Təbrizə üz tutdu və Azərbaycan şahlıq taxtına (təxte səltənete Azər-
baycan) oturdu. Bütün Azərbaycan məmləkətində (dər təmam 
məmləkət-e Azərbaycan) onun adına xütbə oxundu, dinar və dirhəm 
zərb edildi (128, 121, 122) İsmayılın başçılığı altında türk qızılbaş 
əsilzadələri və onların hərbi-siyasi arxası olan 7-8 minlik türk 
ordusu 1499-1501-ci illərdə  Şirvanşah və  Əlvənd Mirzə üzərində 
qələbə çalıb, Azərbaycanı yenidən vahid mərkəzdə birləşdirib 
mərkəzləşdirilmiş Azərbaycan dövlətini yaratdılar. Ancaq çox bö-
yük hərbi-siyasi gücə malik olan Bayandurlu Sultan Muradı aradan 
götürmədən mərkəzləşdirmə prosesini başa çatdırmaq mümkün 
deyildi. I Şah İsmayılın ordusu  1503-cü ilin baharında İraqi Əcəmə 
daxil oldu və  Həmədan yaxınlığında Sultan Muradın qoşununu 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə