_______________Milli Kitabxana___________________
21
S A L A T I N
Igid jurnalistimiz Salatın
Əsgərovaya ithaf edirəm.
Ay anamın adaşı
Igid bacım Salatın
Ürəyimdə qövr edən
Ağrım-acım Salatın
Biz sənə ağlayırıq
Sən şəkildə gülürsən
Elə bu gülüşünlə
Çoxunu öldürürsən
Laçın dolaylarında
Şığıyan
tərlan idin
Bir axımlıq sel idin
Bir anlıq tufan idin.
Axı o dəftərində
Yazdıqların nəydi ki?!
Düşmənin ürəyindən
Güllə kimi dəydi ki!
Gözəl bacım, gül bacım,
Qar qız kimi ağ idin
_______________Milli Kitabxana___________________
22
Qayaların içində
Bitən bir zanbaq idin
Göylərimin tərlanı
Dağlarımın sayadı!
Tərlanların yuvası,
Məzarı da qayadı.
Çıraq kimi sönməyin
Oldu dərd qayalara
Mamır olub yapışdın
Dərin, sərt qayalara
Qanının rəngi qalıb,
Lalənin yarpağında
Sonanın dimdiyində
Kəkliyin dırnağında
Çiçək toxumu kimi
Səpildin
bu dağlara
Hələ biz də dözürük
Ay bacım, bu dağlara
Nə yaxşı ki, şəkildə
Sən beləcə gülürsən
Elə bilirəm yəqin
Sabah işə gələrsən.
_______________Milli Kitabxana___________________
23
Qarabağda nə gördün?
Sabah gəl söylə bizə
Çiçək kimi səpələ
Gülüşü üstümüzə.
Gəl ay bacım sevindir
O gül balan Ceyhunu.
Biz birtəhər dözürük
Kiritmək olmur onu.
Ay anamın adaşı
Igid bacım Salatın
Ürəyimdə qövr edən
Ağrım – acım Salatın.
_______________Milli Kitabxana___________________
24
VƏTƏN, MƏNƏ OĞUL DEMƏ
Şəhidlər xiyabanında düşüncələr
Sən mənə oğlum demişdin,
Vətən, mənə oğul demə!
Şəkərim, noğulum demişdin,
Vətən, mənə oğul demə!
Igidlərim daşa döndü,
Yanaqlarda yaşa döndü,
Uçub gedən quşa döndü,
Vətən! mənə oğul demə!
Mən deyirdim güləmmərəm
Görüşünə gələmmərəm.
Bu dərd ilə öləmmərəm
Vətən, mənə oğul demə!
_______________Milli Kitabxana___________________
25
GƏLIB
Yenə bahar gəlib cilvələnərək,
Yerin doqquz aylıq arzusudur o.
Hər yamac gözündə bitən min çiçək,
Hər bulud gözündən axan sudur o.
Gəlib təbiətin yel atlarında
Gəlib qaranquşun qanadlarında.
Çəkilir düzlərin o qar tülləri,
Torpağın gəlinlik duvağı kimi.
Çıxır qar altından novruz gülləri,
Baharın qələbə bayrağı kimi.
Çəməndə sayrışır yazın arzusu
Sübhün üzündənmi şeh ələnibdir?
Yoxsa bir gözəlin boyunbağısı,
Qırılıb çəmənə səpələnibdir.
Gün batar, lalələr qızarar, yanar,
Lalələr çəmənin qızıl zəridir.
Şəfəqlər çəməndən üzülər qalar,
Lalələr günəşin zərrələridir.
Yenə bahar gəlib cilvələnərək
Yerin doqquz aylıq arzusudur o.
Hər yamac gözündə bitən min çiçək,
Hər bulud gözündən axan sudur o.
_______________Milli Kitabxana___________________
26
BIZIM BAĞÇAMIZA BIR ÇƏMƏN
DÜŞÜB
Bizim bağçamıza bir çəmən düşüb,
Sürüşüb baharın çiynindən düşüb.
Gündüzlər nə qədər quzu var orda,
Xırp – ha xırp otlayır, quzular orda.
Səhərlər çəməndə şeh var, inci var.
Şehlər quzuların gözü tək parlar.
Düzü başdan – başa tərifdir çəmən.
Quzu tükü kimi zərifdir çəmən.
Gəlin, siz də görün çəmənzarını,
Amma ürkütməyin quzularımı.
Bizim bağçamıza bir çəmən düşüb
Sürüşüb baharın çiynindən düşüb.
_______________Milli Kitabxana___________________
27
BƏNÖVŞƏ
Küknar meşəliyində
Mat qalmışam bir işə
Buz layının üstündə,
Şölələnir bənövşə.
Istəyirəm qışqıram,
Eşidən yox heç məni.
Onun bəyaz alovu
Yandıracaq meşəni.
Kirpiyini qırpmadan
Durub üzü günəşə.
Əridikcə buz layı,
Gülümsünür bənövşə.
_______________Milli Kitabxana___________________
28
NOVRUZ GÜLÜ
Açıl ay novruzgülü,
Nə utan, nə gözlə sən.
Açıl mənim çiçəyim,
Açıl elə nazla sən.
Utanıb gəlişindən,
Gedir soyuq, gedir qar.
Məcrasına sığmayır,
Sevincindən bu çaylar.
Gəlibdir qaranquşlar,
O köksü dümağ quşlar.
Evlərdə ev qururlar.
Bu qocaman qayalar,
Bu ünyetməz dərələr
Qarın son gedişinə
Qışın son gülüşünə.
Gülə - gülə baxırlar.
Gəl ay mənim qəşəngim,
Gül ay mənim qəşəngim.
Bircə sirri söylə sən,
Halı et məni gülüm.
Sən baharı gətirdin,
Ya bahar səni gülüm?!
Açıl ay novruzgülü,
Nə utan, nə gözlə sən.
Açıl mənim çiçəyim,
Açıl elə nazla sən.