_______________Milli Kitabxana___________________
14
_______________Milli Kitabxana___________________
15
MƏNIM ÖMRÜM
Neçə ilin arxasında
Qaldı mənim uşaqlığım.
Orda qaldı
Əfsanəvi igidliyim, qoçaqlığım.
Mən illəri dağ yolutək
Çıxdım, gəldim.
Ötən illər çevrildilər, mən oldular.
Puç etdiyim aylar, illər
Saçlarımda dən oldular.
Uşaqlığım çayda axdı,
Düzdə qaldı - .
Sakitliyim qarlı qışda,
Coşğunluğum yazda qaldı.
Anam deyir səhər – səhər
Çəmən boyu qaçırmışam.
Düzənlərin sükutunu.
Çiçəklərin yuxusunu qaçırmışam.
Yol keçmişəm qocaların
Əsəbindən, qəzəbindən.
Uyumuşam gecə - gündüz
Bir qadının ürəyində
Mən olmuşam dadı – duzu
Hər yeyilən çörəyin də.
Uşaqlığım gəncliyimə verib məni.
Dəcəlliyim, şıltaqlığım,
Bir əyilməz vüqar olub.
Mən deyirəm bu vüqarı
_______________Milli Kitabxana___________________
16
Qıra bilən qüvvə yoxdu,
Öz taxtımdan çox tez saldı
Bir qız məni,
Məğlub etdi
O tüfəngsiz, topsuz məni.
Düşünürəm gənclik mənə
Sevgi verib - ,
Vüqar verib.
Bir vaxt məni qucağında yırğalayan
Mavi Göy-göl, o dəli Kür
Bu gün mənim ürəyimdə
Sözə dönür, şeirə dönür.
Deyəmmərəm bu dünyadan
Mən nə zaman köçəcəyəm
Hələ neçə dost qəlbində
Neçə düşmən hiyləsindən
keçəcəyəm.
Hələ, hələ...
Eh nə deyim, hələlik?
Günlərimiz qarşıdadır,
Yaşayarıq, görərik.
_______________Milli Kitabxana___________________
17
BU YERLƏR
Mən ki, unutmuram
heç bir an da,
Mənim uşaqlığım
Gəzən oylağı.
Dovşanlar qarşımdan
Qorxub qaçanda
Dovşantək dovşandan
Qorxutduğum çağı.
Hey hücum çəkərdi
Çölə dəstəmiz,
Bitərdik çəməndə
Tər çiçək kimi.
Günlərlə kəpənək
Qova – qova biz,
Ötürdük günləri
Kəpənək kimi.
_______________Milli Kitabxana___________________
18
ATALAR
Mənim atam
Qonşusunun toyuğuna daş atmayıb.
Arvadını, uşağını
Özgəsinin hesabına yaşatmayıb.
Külfətimiz lap çox idi -
Bir damıydıq
Belə çoxluq qorxutmazdı atamızı.
Bu dünyanın ən zəhmətkeş adamıydı
Ac qalmağa qoymayıbdı atam bizi.
Yağı düşmən yeriyəndə
Üstümüzə addım-addım.
Cəbhələrə yola düşdü
Gözlərimdə mənim əksim,
Ürəyimdə mənim adım.
Arzusuna qələm çəkdi
Ümidini puç elədi
Mən dünyada qalım deyə
Bu dünyadan köç elədi.
Ədey dayım, Fərrux əmim, Xələf babam
(Döyüşlərdə hayıf oldu Tələf babam)?
Gülüşlərim sizin üçün ən müqəddəs bir səs
idi.
Birinizin ciyərparə uşağınız
Hamınızın körpəsiydi
Mən ki, sizin şəkəriniz, balınızdım.
Elə bil ki, hamınızın balınızdım.
_______________Milli Kitabxana___________________
19
Atardınız,tutardınız, öpərdiniz.
“Abdullanın oğlu” – deyə
Bu öpüşə siz məhəbbət qatardınız.
Ay atalar, ay atalar, ay atalar.
Yox, sizləri unutmaram mən bir an da
Xoşbəxt ollam ömrüm boyu
Sadiq qalsam mən bu anda.
Bu dünyada ən müqəddəs adamsınız.
Ayrı adda gəzirsiniz yer üzündə.
Elə sizi görən zaman
Sanıram ki, atamsınız
Sinəm üstə gəzmək belə istəsəniz
“Gəz” deyərəm
Bir vaxt məni öz çiynində gəzdirəni
Başım üstə gəzdirərəm,
Böyüyübdü bizim nəsil.
Tanıyırıq dostumuzu, yadımızı
Ən müqəddəs inci kimi
Qoruyarıq, saxlayarıq adınızı.
Bakı, 1967
_______________Milli Kitabxana___________________
20
A N A M A
Ana, neçə gündür,
Gör
bir neçə gün,
Ayrıla bilmirəm düşüncələrdən.
Titrək əllərinə
Söz demək üçün,
Söz üstə sübhəcən
Titrəyirəm mən.
Bir qollu – budaqlı cavan olmuşam,
Səni sevindirir bu çağım mənim.
Amma gec gələndə evə bir axşam,
Deyirsən:
- Hardadır uşağım mənim?
Eşqin ürəyindən silinən deyil,
Söylə, kim bağlamaz məhəbbət
sənə?
O ağ saçlarına baxdım,
Elə bil,
Gümüş tac bəxş edib
Təbiət sənə