Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə191/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   187   188   189   190   191   192   193   194   ...   202

 

666


halda o məmləkətdə baş qaldırsın. Bunu indi də 

istəmirəm. Vəziyyətin belə hal almasından da 

incimirəm. Niyə də gərək inciyim? Hökmdarlar 

arasında ədavət köhnə adətdir. Necə ki, deyiblər: 

– Məmləkət gəlinini o şəxs möhkəm quca bilir ki, 

suvarılmış qılıncın dodağından öpə! Lakin 

nalayiq sözlərin mənası yoxdur. Bunlar ola bilsin 

ki, həşiş və tiryək çəkən mühərrirlərin nəşədən 

beyinləri quruduğu bir vaxtda yazılmış, eləcə də 

göndərilmişdi. 

Elə düşünürük ki, sizin qarşınıza çıxmaqda 

bu qədər yubanmağımız əsasız olmamışdır. 

Ancaq heç kimin sözünə uymadan məsələnin əsli 

barədə düşünülsə yaxşıdır. Çünki axırıncı 

peşmançılıq fayda verməz… Əgər iş hərbə 

çəkərsə, təxir olunmasın. Lakin uzaqgörənlik yolu 

ilə hərəkət edilsin». 

Şah İsmayılın son dərəcə müdrik və 

ləyaqətlə yazdığı məktuba Osmanlı sultanı yenə 

də nifrət və təhqirlə dolu bir məktubla cavab 

verdi. «… Səninlə vuruşmaq üçün ağır leşgərlə 

uzaq məsafəni ötüb, hökmranlığın altındakı 

məmləkətinə daxil olmuşduq. Böyük hökmdarlar 

qanununda və qüdrətli xaqanlar məzhəbində 

məmləkət padşahların namusu hesab olunur. 

Kişilikdən və cavanmərdlikdən payı olanlar, 

cəsarətli şəxslər, özündən başqalarının ona 

toxunmasına heç cür dözə bilməzlər. Əgər 

belədirsə, indi neçə gündür qalib əsgərlərin 

məmləkətinə daxil olub, hökmranlıq edirlər. 

Lakin səndən əsər-əlamət görünmür. Elə 

gizlənmisən ki, diri olmağınla ölümün arasındakı 




 

667


fərq bilinmir… Məsələnin əsli budur ki, indiyə 

qədər səndə bahadırlıq və mərdlik əlaməti olan bir 

iş hələ zühura çıxmamışdır. Əgər bundan sonra da 

əvvəlki tək qorxudan zöviyə küncündə gizlənməli 

olsan, ərlik adı sənə haramdır! Belə olarsa, 

taskülah əvəzinə, yaylıq, zireh əvəzinə çadra 

ixtiyar elə. Sərdarlıq sevdasından və sünəhsalarlıq 

iddiasından əl çək! Səndə ki, belə bir əməl 

yoxdur, nə üçün ona əl atırsan?!» 

Sultan Səlimin belə kəskin və təhqiredici 

məktubundan sonra barışmağa hələ də ümidli olan 

Şah İsmayılın döyüşə getməkdən başqa çarəsi 

qalmadı. Çaldırına qədərki 13 illik şahlıq 

dövründə keçirdiyi bütün vuruşmalardan qalib 

çıxan Şah İsmayıl öz gücünə arxalanaraq 

«məğlubedilməz» bir sərkərdə olduğuna inanırdı. 

Az müddət içərisində əldə etdiyi parlaq qələbələr 

ona bu əsası verirdi. Şah İsmayılın özünə 

güvənməsində Sultan Selimin cəsuslarının da 

böyük rolu olmuşdu. Cəsuslar şahın sarayına 

gələrək Sultan Səlimin qoşununda Bektaşi-Ələvi 

görüşlü paşaların, bəzi ordu rəhbərlərinin, 

qazilərin onun tərəfində olduğunu, hətta bir neçə 

dəfə sultana sui-qəsd təşkil edildiyini 

söyləyirdilər. Sonradan sultanın salnaməçilərinin 

yazdığından aydın oldu ki, o, Şah İsmayıh 

çaşdırmaq üçün qəsdən belə şayiələr yayırdı. 

Odur ki, Şah İsmayıl hətta Çaldıran döyüşünə bir 

gün qalmış əmirləriylə keçirdiyi müşavirədə 

düşmən qüvvəsini layiqincə qiymətləndirməyərək 

sərkərdələrin «Osmanlılar dinclərini almadan 

hücuma keçmək» təklifini rədd edir və özünün 




 

668


məşhur «Mən karvan basan quldur deyiləm» 

ifadəsini işlədir. Osmanlılar döyüş meydanında 

tam yerlərini aldıqdan sonra onlarla vuruşmaq 

qərarına gəlir. Osmanlı tarixçiləri Sultan Səlimin 

döyüş taktikasını belə anladır: ordunun sol 

qanadında Sinan paşanın topçular alayı 

yerləşdirilmişdi. Onların yanında isə Avropadan 

gəlmiş əsgərlər mövqe tutmuşdu. Sultan özü isə 

sağ qanaddakı topçuların yanında, özünün 13 

minlik yeniçəri dəstəsiylə dayanmışdı. Mərkəz 

qüvvələrə isə Piri paşa rəhbərlik edirdi. 

Şah İsmayılın ordusu Osmanlılara nisbətən 

çox az idi. Ordunun bir dənə də olsun nə topu, nə 

də odlu silahı varıydı. Bəzi rəvayətlərə görə Şah 

İsmayıl Sultan Səlimin qüvvəsinə o qədər 

əhəmiyyət vermirdi ki, hətta döyüşün birinci günü 

bildirçin ovuna belə çıxıbmış. Lakin belə 

rəvayətlərin tarixi həqiqətlərə uyğunluğu şübhə 

doğurur. 

Beləliklə, iki türk hökmdarı arasındakı 

düşmənçilik orduları Çaldıranda üz-üzə gətirdi. 

Sultanın əmrilə türk əsgərləri təbillərin, 

gərənayların sədaları altında hücuma keçdilər. Elə 

döyüşün ilk saatlarından sultan ordusunun silah 

üstünlüyü aşkara çıxdı. Qeyd olunduğu kimi 

topların, tüfənglərin atəşi Səfəvi əsgərlərinin 

cərgələrini pozmağa başladı. O zamanlar bütün 

şərqdə igidliyi ilə ad çıxarmış Məhəmməd xan 

Ustaclı özünü orduya vuraraq döyüşə-döyüşə 

Sultan Səlimin çadırına yaxınlaşdı. Onu başqa cür 

dayandıra bilməyən Osmanlılar top atəşi ilə bu 

böyük qəhrəmanı öldürürlər. Şah İsmayılın 




 

669


özünün də bu vuruşdakı qəhrəmanlığı həm Səfəvi 

məxəzlərində, həm də Osmanlı mənbələrində çox 

tutarlı şəkildə təsvir edilmişdir. 

Təqribən üç gün çəkən Çaldırın döyüşünün 

son günündə Şah İsmayıl yeddi dəfə atını 

dəyişərək özünü sultanın qoşununun içərisinə 

vurur. Hər dəfə də əlindəki qılıncla bir-birinə 

bağlanmış topların zəncirini kəsərək sürüyüb 

meydandan çıxarır. Hətta qaynaqların yazdığına 

görə əlindəki qılıncla bir topun lüləsini də yarır 

ki, bu barədə də sonralar rəvayətlər meydana 

çıxıb. 


Rəvayətə görə Çaldıran savaşından bir 

müddət sonra Sultan Səlim məktub yazaraq Şah 

İsmayıldan xahiş edir ki, döyüş zamanı top 

lüləsini ikiyə böldüyü qılıncı ona göndərsin. Şah 

İsmayıl sultanın bu istəyini yerinə yetirərək 

qılıncı İstanbula, sultan Səlimin sarayına 

göndərir. Sultan da qılıncı götürüb saray 

əyanlarının gözü qarşısında top lüləsinə zərbə 

yendirir. Ancaq istəyinə nail ola bilmir. Buna 

görə də Şah İsmayıla gileylə dolu bir məktub 

yazaraq bildirir: «Görünür Qızılbaş şahı bir qılıncı 

qardaşından qızırqanıb və vermək istəməyib». 

Şah İsmayıl da ona məşhur cavabını 

göndərir: – «Qılınc haman qılıncdır, qol haman 

qol deyil!» 

Səfəvilərə aid tarixi qaynaqlarda qeyd edilir 

ki, qürub zamanı Qızılbaş ordularının əsas 

əmirləri öldürülür. Hava qaralarkən yaralı Şah 

İsmayıl sağ qalan hissələrlə geri çəkilir. Vəziyyəti 

öyrənən sultan Səlim də ordunun qərargahdan 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə