Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə190/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   186   187   188   189   190   191   192   193   ...   202

 

662


müxtəlif muzeylərinin ən qiymətli inciləri olan 

Azərbaycan miniatürləri Səfəvi dövrünün 

məhsullarıdır. 

Şairə, sənətkara, rəssama böyük qiymət 

verən Şah İsmayıl rəvayətə görə Çaldıran 

savaşında onları dağda bir mağarada saxlayıbmış 

ki, düşmən əlinə keçməsinlər. Şah tez-tez 

deyərmiş: – Mən ölsəm yerimə başqa şah tapılar, 

amma tarix Kəmaləddin Behzadı, sultan 

Məhəmmədi bir də min ildən sonra yetirər. 

Təəssüflər olsun ki, elmə, mədəniyyətə, 

sənətə böyük dəyərlər verən hər iki türk hökmdarı 

qərbin təhriki ilə üz-üzə gəlməkdə idi. O dövrün 

tarixini qələmə alan Osmanlı tarixçiləri

salnaməçilər Çaldıran döyüşünün əsas səbəbi 

kimi dini məzhəbi ortaya qoyurdular. Yəni bütün 

İranda, İraqda sürətlə yayılan şiəlik məzhəbinin 

guya Anadoluya yayılması sultanlıq üçün təhlükə 

mənbəyi kimi qələmə verilirdi. 

Öncə də söylədiyimiz kimi hələ Şah 

İsmayılın babaları zamanında da şiəlik Şərqi 

Anadolunun bir çox əyalətlərində yayılmışdı. 

Hətta ilk Osmanlı sultanları Səfəvi şeyxlərinə 

«Çıraq axçası» deyilən bir vergi də verirdilər. 

Buradan aydın olur ki, Sultan Süleymanı narahat 

edən heç də dini məsələ deyildi. Hələ Trabzon 

valisi olarkən Azərbaycanda baş verən hadisələri 

diqqətlə izləyən Süleyman gənc İsmayılın 

uğurlarını qəbul edə bilmirdi. Təbii ki, burada 

qərb təsirini də unutmaq olmazdı. Sultan Səlimin 

daha qətiyyətli, daha bacarıqlı olduğunu görən 

Avropa kralları, Papa tərəfdarları bu iki türk 




 

663


hökmdarının arasına nifaq toxumu səpirdilər. 

Düşünərək etməyən, etdikdən sonra düşünən 

sultan sonra peşman olurdusa da artıq 

peşmançılığa yer də qalmırdı. Atası II Bəyazitin 

Şah İsmayıla qarşı apardığı «dəymə mənə, 

dəyməyim sənə» siyasətini bəyənmir, hətta onun 

Şah İsmayıla yazdığı: «Siz, Rum elini istila etmək 

fikrindən ümidinizi kəsin. Yaxşısı odur ki, İran, 

Turan və Hindistandakı xanlıqları məğlub edib, o 

tərəflərdə olduqca qüvvətli bir dövlət təşkil edin» 

nəsihətini qorxaqlıq adlandırardı. 

Sultan Səlimi Şah İsmayılla üz-üzə gətirən 

səbəblərdən biri də o zamanlar Qızılbaşlarla 

Bektaşilərin birləşməsi, bir çox paşanın bu təriqəti 

dəstəkləməsi qorxusu idi. Odur ki, hakimiyyətə 

gəldiyi 1512-ci ildən 1514-cü il Çaldıran savaşına 

qədər olan dövrdə Şərqi Anadoluda on minlərlə 

şiə müsəlman öldürüldü. Sultan Səlimin əksinə 

olaraq Şah İsmayıl bu düşmənçiliyi istəmirdi. 

Bunu müxtəlif vasitələrlə Osmanlı padşahına 

çatdırmağa çalışsa da məqsədinə nail ola bilmədi. 

Şah İsmayılın dostluq düşüncələrini anladan ən 

yaxşı sübut onunla Səlim arasındakı məktublar 

idi. 


 

Kadr dəyişir. Kadr arxasından mətn oxunur. 

 

MƏTN: – Çaldıran savaşı ilə bağlı olan ilk mənbə bütün 



tarixçilərin qəbul etdiyi kimi Şah İsmayılla Sultan 

Səlim arasında olan məktubları, döyüşə həsr 

olunmuş fəthnamələri, Şah İsmayılın Osmanlı 

sultanını daim sülhə çağıran məktubları, Osmanlı 




 

664


padşahının Misir sultanı Qansu Qori ilə 

məktublaşmaları və s. qəbul edilir. 

Yavuz Sultan Səlim yürüşə başladığı ilk 

gündən o zamanlar Osmanlı sarayının tanınmış 

salnaməçisi olan Lütfi Paşaya gündəlik tutmağı 

əmr etmişdi. Həmin yol qeydləri əsasında da 

«Tarixi ali-Osman» əsəri meydana çıxmışdı. 

Çaldıran savaşıyla bağlı Səfəvi sarayının 

tarixçiləri də maraqlı əsərlər yazmış, Osmanlı 

tarixçilərindən fərqli olaraq hadisələri qərəzsiz, 

ədalətlə təsvir etmişdilər. 

Artıq söylədiklərimiz kimi, Çaldıran 

döyüşünün səbəblərini ən düzgün anladan iki 

hökmdar arasındakı məktublardır. Əslində buna 

Osmanlı padşahının yazdığı məktublar desək, 

daha doğru olar. Çünki Sultan Səlimin Şah 

İsmayıla yazdığı dörd məktuba Səfəvi şahı yalnız 

bir cavab məktubu yazmışdı. Burada bir məsələni 

də xüsusi olaraq vurğulamaq lazımdır ki, Sultan 

Səlim Şah İsmayıla ilk iki məktubu farsca yazmış, 

sonrakı iki məktub isə türk dilində tərtib 

edilmişdi. Təbii ki, Şah İsmayılın yeganə cavabı 

doğma türk dilində olmuşdu. Sultan Səlim bütün 

məktublarında Şah İsmayılı alçaltmağa, təhqir 

etməyə, özünü isə uca tutmağa çalışırdı. 

Məktublarının birində yazır: «Bu müraciət cənab 

xəlifə Sultan Səlim sultan Bəyazit oğlundan 

əcəmi əmiri İsmayıl Namdara edilmişdir». 

Göründüyü kimi, Sultan Səlim Şah İsmayılı bir 

şah kimi tanımır, bəzən ona əsrin Əfrasiyabı, 

bəzən də Ərdəbil oğlu deyə müraciət edir. Farsca 

yazılmış ikinci məktubunda isə Səfəvi şahına 




 

665


«Məlik-e-mülki-əcəm» – yəni əcəm mülkünün 

məliki ləqəbini verir. 

Osmanlı sultanı artıq üçüncü məktubunda 

vəziyyəti daha da qızışdıraraq Şah İsmayılı 

hədələməyə başlayaraq yazır: «Hənüz səndən nə 

namə gəldi, nə də özün itaətə gəldin. Əgər səndə 

bir az qeyrət və namus qalıbsa, gərək atına minib 

Qayseri ilə Sivas arasındakı düşərgəmə gələsən». 

Sultan Səlimin üçüncü təhqirlə dolu 

məktubundan sonra Şah İsmayıl ona mənalı bir 

cavab yazdı: «Məhəbbət dolu salam və dostluq 

ifadə edən salamlarımızı qəbul ediniz… Şərəfli 

məktublarınız yetişdi. Onların məzmununu ədavət 

bildirsə də cürət və mətanət etdiyi üçün bizə 

ləzzət verdi. Lakin bilmədim ki, bu düşmənçiliyin 

başlanğıcı və səbəbi nə ilə əlaqədardır. Sizin 

cənnətlik atanız zamanında Əlaüdövlə üzərinə 

gedərkən, sizin sərhədlərdən keçməli olduq. 

Ancaq aramızda dostluq və ittifaqdan başqa bir 

şey olmadı. Siz həzrətləri, o zaman Trabzon valisi 

idiniz, aramızda birlik əlaqəsi göstərdik. İndilikdə 

isə ədavətin səbəbi məlum olmur. Əgər məhz 

hakimiyyət davası üçün bu tərəflərə 

gəlmişsinizsə, qoy belə olsun. Ancaq təhqirlər 

sözü o yerə çatdırar ki, köhnə xanımanın 

bünövrəsi bərbad olar. Bizim o tərəfə 

gəlməyimizin iki səbəbi vardı: birincisi, budur ki, 

o diyarın sakinlərinin əksəri bizim yüksək 

mənsəbli babalarımızın müridləridir. İkincisi, 

sizin müqəddəs yürüşlü xanədanınıza olan 

məhəbbətim idi. İstəmirdim ki, Teymur 

zamanındakına bənzər bir çaxnaşma, gözlənilməz 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   186   187   188   189   190   191   192   193   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə