Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə193/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   189   190   191   192   193   194   195   196   ...   202

 

675


səciyyələndirən qədim yazılı abidələr eramızın 

VII əsrinə aiddir. Ondan əvvəl bu dillərə aid olan 

maddi yazılı abidələr xeyli azdır. Ola bilsin ki, bu 

abidələrin bir qismi məhz elə eramızın əvvəllərinə 

də aid olsun. Orxon-Yenisey abidələrinin 

mükəmməl əlifbasına (run), təkmilləşmiş fonetik 

və qrammatik quruluşuna, leksik tərkibinin 

əhatəliliyinə əsaslanaraq cəsarətlə demək olar ki, 

bu abidələrin sahibləri – türkdilli xalqlar yeni 

eradan çox-çox əvvəl qəbilə ittifaqları, tayfa və 

tayfa ittifaqları şəklində meydana çıxmışlar. Uzun 

bir inkişaf yolu keçərək, müxtəlif sistemli dillərlə 

təmasda olaraq, dəfələrlə ayrılma və birləşmələr 

nəticəsində sonralar bir neçə böyük qohum dil 

ailələri şəklində formalaşmışlar. Orta türk 

dövründə isə 25-ə qədər müstəqil dil müasir türk 

sistemli dil səviyyəsinə yüksəlmişdir. 

Hazırda 30-a qədər müasir türk dili 

mövcuddur. Türk dilləri ən böyük dünya dilləri 

ailəsindən biri hesab olunur. Yayıldığı ərazi 

Şimali Çindən başlayıb, Şərqi Sibiri, Yakutiyanı, 

Qərbi Sibiri, Altayı, Uralı, Volqaboyunu, Şimali 

Qafqazı, Zaqafqaziyanı, Cənub-şərqi Avropanı, 

Balkanları, Kiçik Asiyanı, İranın şimal və şərq 

hissələrini, Orta Asiyanı, Xəzər hövzəsini əhatə 

edir. Türk dillərinin dünya dilləri sırasında yerini 

müəyyənləşdirmək üçün, hər şeydən əvvəl, 

morfoloji və genealoji meyar əsasında onlara xas 

xüsusiyyətləri səciyyələndirmək lazımdır. Məlum 

olduğu kimi, dünya dilləri morfoloji əlamətlərə – 

kök və şəkilçilərin mahiyyətinə, qarşılıqlı 

münasibətinə görə iltisaqi, flektiv və amorf dillər 




 

676


olmaqla üç qrupda birləşdirilir. Türk dilləri bu 

meyara görə iltisaqi dillər qrupuna daxil edilir. 

Türk dillərinin tarixi inkişaf mərhələlərini dəqiq 

müəyyənləşdirmək çox çətindir. Bu hər şeydən 

əvvəl əldə olan qədim yazılı abidələri ətraflı şərh 

etməklə bağlıdırsa, digər tərəfdən də türk sistemli 

dillərin həm ölüb getmiş, həm də müasir dialekt 

və şivələrini, ayrı-ayrı türk dillərinin fonetik, 

leksik və qrammatik quruluşunu müqayisəli 

şəkildə səciyyələndirməklə üzvi şəkildə bağlıdır. 

R. Rack, T. Stralenberq, V. Şott, M.Müller, V. 

Kotviç, M. Kastern, U.Nemet, L. Liketi, J. 

Bentsinq, K. Menqes, Q. Ramsted, B. 

Vladimirtsev, V. Radlov, S. Malov, N. Baskakov 

kimi tədqiqatçılar qədimlərdən başlayaraq bu 

günə qədər türk dillərinin inkişaf tarixini 

müəyyən mərhələlərə, dövrlərə bölmüşlər: 

1. Altay dövrü. 

2. Hun dövrü. 

3. Qədim türk dövrü. 

4. Orta türk dövrü. 

5. Yeni türk dövrü. 

6. Ən yeni türk dövrü. 

 

Türk ellərindən görüntülər – çadır obalar, at ilxıları, 



insanlar milli geyimlərdə. Əzəmətli tikililər, qurub-yaradan, 

rəqs edən, sevinən insanlar təqdim olunur. 

 

MƏTN: – Dünyaya xalqlar, millətlər, insanlar arasında 



nizam, harmoniya yaratmaq üçün gəldiklərinə 

həmişə ürəkdən inanan türklər dünyanı öz 

iradələrinə tabe etməyə çalışmaqdan çox, 



 

677


zamanın, dövrün xarakterini müəyyənləşdirməyə

böyük dünyəvi proseslərin arxasınca deyil, 

önündə getməyə cəhd etmişlər. Türkləri qaniçən, 

davakar, despot kimi tanıtmaq istəyən bəzi 

dırnaqarası tarixçilər indiyə qədər yazdıqlarına, 

söylədiklərinə bir fakt, bir sübut, bir hadisə belə 

şahid çekə bilməmiş, əvəzində isə böhtançı adını 

qazanmışlar. 

Türklər əsrlər, hətta min illər boyu dünyanın 

müxtəlif xalqları ilə sülh şəraitində yaşamış, 

qurduqları nəhəng imperiyalarda bütün millətlərə 

yer vermiş, dünyanın vaxtaşırı pozulan 

harmoniyasını bərpa etmək üçün böyük 

ideologiyalar yaratmışlar. 

 

İnsanları əl-əlvan geyimlərdə, bayram əhvalında olan 



bir saxa məclisindən görüntülər. Mərasim oyunu tamaşaçılara 

olduğu kimi təqdim olunur… 

 

MƏTN: – Zaman dördnala çapdıqca öz köhlənilə 



naxışlar vurdu yer üzünə. Kimlərisə, nələrisə öz 

sürət dəyirmanında izsiz-soraqsız üyütdü. 

Kimlərin, nələrinsə izini qoydu özünü 

əbədiləşdirən həmin naxışlarla yer üzündə. 

Əbədiləşən, ölməzliyə qovuşan aləmlərdən 

biri də Ulu Tanrı tərəfindən gündoğandan 

günbatana qədər uzanan bir ərazidə yerləşən türk 

dünyası oldu… Böyük Turan adlandı bu yerlər. 

Bu Böyük Torpaq üzərində məskunlaşdırdığı 

millətə türk adı verdi Ulu Tanrı. Tarixə bu adla 

daxil oldu bu Böyük Turanın sakinləri. 

Lakin tarix dediyimiz zamanın 




 

678


qovğalarından kənarda qala bilmədi bu böyük 

torpaqda… Zamanın sınaqları, dövrün ağrı-acılı, 

dünyanın tərsinə işləyən dəyirmanı öz işini gördü. 

Turan – Böyük Torpaq parça-parça oldu. Hər 

parçaya toplumunun adını verdi onun sakinləri: 

qazax, qırğız, uyğur, tatar, türkmən, özbək… 

Xoşbəxtlikdən zamanın ancaq adları 

dəyişməyə gücü çatdı, mahiyyəti, məkanı dəyişə 

bilmədi. Ulu Tanrının buyurduğunu, yaratdığını 

dəyişə bilməzdi de. Nə qədər qovğalı, nə qədər 

keşməkeşli olsa da dünya… 

 

Kadr dəyişir. Professor Nizami Xudiyevin çıxışı efirə 



verilir. 

 

NİZAMİ XUDİYEV: – Bəşər tarixində heç bir xalq, heç 



vaxt uzun müddət müəyyən məhdud bir coğrafi 

ərazidə təkbaşına qapanıb qalmayıb. Millət öz 

keçmişinə isnad edib, təmasda olduğu xalqlardan 

öyrənib və özünün yaxşı cəhətlərini də 

başqalarına təlqin edib. Bu, qədim və güclü 

türklərə də aiddir. Türklər çinlilər, hindlilər, 

bizanslar, farslar, ərəblər və bir çox başqa 

xalqlarla qonşu olmuş, dostluq əlaqələri yaratmış 

və bəzən də mənafelər toqquşanda üz-üzə 

gəlmişlər. 

Qədim türklər dünyanın, insanlığın istər 

iqtisadi-təsərrüfat, istərsə də dövlət-mədəni 

quruculuq cəhətdən ümumbəşəri dəyərlərinin 

formalaşmasında müstəsna rol oynayıblar. Lakin 

bu şərəfli tarix onların özləri tərəfindən heç vaxt 

yazıya, qələmə alınmayıb. Hər zaman tarixin 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   189   190   191   192   193   194   195   196   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə