Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə192/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
1   ...   188   189   190   191   192   193   194   195   ...   202

 

670


ayrılmamasına əmr verir. Eyni zamanda 

əsgərlərin qarətlə məşğul olmasını da yasaqlayır. 

Sultan Səlim Çaldıran vuruşmasından sonra 

Təbrizə girir. Lakin burada bir həftədən bir qədər 

çox qala bilmir. Buna döyüş başlamazdan əvvəldə 

narazı olan yeniçərilərin qiyam qaldırma qorxusu, 

ərzaq azlığı, yolların bağlanması səbəb kimi 

göstərilir. Osmanlı sultanının qoşunları Səfəvi 

ərazilərindən çəkilib getsə də bir il sonra 

Diyarbəkr və Ərzincan onlardan qoparılaraq 

Osmanlıların idarəçiliyinə keçir. 

 

Kadr dəyişir. Professor Nizami Xudiyevin çıxışı efirə 



verilir. 

 

NİZAMİ XUDİYEV: – Şah İsmayılın birinci və sonuncu 



məğlubiyyəti sayılan və ona bir çox əsərlərində 

kədərli notlarla yer ayıran Xətai ibrətli lövhələr 

yaradırdı: 

 

Fərəqü atəşü dərdü ələmlər bağrımı yaxdı, 



İliglər qarə su oldu, əridi üstxanimdə…  

Mən ol şahbazi-köhsarəm, baş əyməm qülleyu-Qafə,  

Neçə ünqa kimi yavru uçurdum aşiyanimdə

!… 


 

Bu vuruşmadan sonra Şah İsmayılın həyat 

sevinci bir də özünə qayıtmamış, şənlik və qürur 

ifadə edən qiyafəsində isə əbədi tutqunluq, kədər 

hissləri həkk olunmuşdu. Çünki bu vuruş onun 

qürurunu sarsıdan adicə bir məğlubiyyət olmamış, 

böyük arzu və məqsədlərinin həyata 

keçirilməsindəki əngəlləri, çətinlikləri qabarıq 




 

671


şəkildə aşkara çıxarmaqla, ona başladığı işdə 

müəyyən yanlışlıqları, qüsurları bütün 

çılpaqlığıyla ortaya qoymuşdu. Bu döyüşün baş 

tutmaması üçün bütün vasitələrdən istifadə edən 

Şah İsmayılın şəxsən bir daha döyüş 

meydanlarında görünməməsinin özü də 

ibrətamizdir. Düzdür, ömrünün sonuna yaxın 

qoşunun başında Gürcüstana hərəkət etsə də saray 

tarixçiləri belə səfərləri məmləkətdaxili yürüşlər 

kimi qeyd edir. Onu da deyək ki, Çaldıran döyüşü 

qərbdə böyük maraqla izlənilirdi. Döyüşdə Şah 

İsmayıl qalib gəlsəydi, Osmanlıların Avropaya 

yürüşləri bir neçə onilliklər ləngiyə bilərdi. Eyni 

zamanda Avropanın bəzi krallıqları, xüsusən də 

Səfəvi sarayı ilə sıx əlaqədə olan macarlar 

regionda möhkəm dayağa malik olacaqdılar. 

Amma bunlar olmadı və Osmanlılar döyüşdən 

qalib çıxdılar. 

Bütün bunlara baxmayaraq, Çaldıran 

döyüşündən sonra Balkan və Avropa dövlətləri 

qısa müddətə olsa da asudə nəfəs almaq imkanı 

qazandılar. Avropanın təhrikiylə baş tutan 

döyüşdə uduzan tərəf təkcə Səfəvilər deyildi. 

Eyni zamanda Osmanlılar da döyüşdən qalib kimi 

çıxmadılar. 1520-ci ilə, yəni Sultan Səlimin 

ölümünə qədər Osmanlı ordusu şərqdə ilişib 

qaldı. Bir neçə xırda lokal müharibələrdəki 

qələbələrini saymasaq, elə böyük nəticələr əldə 

edilmədi. 

Çaldıran döyüşünün ən ağır nəticələrini isə 

sadə xalq hiss etdi. Şərqi Anadoluda yaşayan on 

minlərlə türk dini etiqadına görə sultanın qəzəbinə 




 

672


gələrək qılıncdan keçirildi. Elmin, sənətin 

inkişafına ağır zərbələr dəydi. Amma Anadolu 

insanının ürəyindən Şah İsmayıla qarşı olan 

məhəbbəti çıxara bilmədi. 

Təəssüflə qeyd etmək lazımdır ki, Roma 

Papası və qərb krallarının fitvasıyla Çaldıranda 

üz-üzə gələn və o dövrün ən qüdrətli iki türk 

dövləti olan Osmanlı və Səfəvi şahları sonrakı 

illərdə də bu düşmənçiliyi davam etdirirdilər. 

Xüsusən də Sultan Səlimdən sonra hakimiyyətə 

gələn Sultan Süleyman dövründə Osmanlılar tez-

tez Səfəvi ərazilərinə soxulmağa başladılar. Bu 

hadisələri analiz edərkən ortada yenə də qərb 

faktorunu açıqca görə bilirik. Adi köləlikdən 

sultanın baş hərəmi olmağa qədər yüksələn, 

tarixdə Xürrəm sultan kimi ad çıxaran bir qadının 

dedikləri ilə oturub-duran Qanuni qardaş qanı 

tökməkdə davam edirdi. Yazıqlar olsun ki, tarixdə 

türk dünyasının belə bəd əməllərindən söhbət 

açan onlarca salnamələr mövcuddur. Fikrimizi 

qısaca yekunlaşdırsaq, Çaldıran savaşının hər iki 

ölkə üçün böyük itki olduğunu qeyd edə bilərik. 

 

Kadr dəyişir. Kadr arxasından mətn oxunur. 



 

MƏTN: – Türk xaqanlarının bir-birilə apardığı 

mübarizələr, qanlı müharibələr əsrlərin o üzündə 

qaldı. Bu gün tarixin verdiyi o dərslərdən nəticə 

çıxararaq əl-ələ, diz-dizə irəliyə getməyin 

zamanıdır. Yüz ildən çox sürən, hər iki dövlətə 

böyük itkilər verən Osmanlı-Səfəvi müharibələri 

çoxlarının bir dini məzhəb uğrunda gedən 




 

673


müharibə, – deyə yazdıqları kimi deyil, sadəcə o 

dövrdə regionda nüfuz üstünlüyü qazanmaq üçün 

aparılmış müharibələr – mübarizələr idi. 

İstanbulun fəthindən sonra Avropaya gedən 

ticarət yollarının və bazarların bir hissəsinin 

Osmanlıların elinə keçməsi bu mübarizəni bir 

qədər də qızışdırdı. Amma səbəb nə olursa-olsun 

tökülən qanlar eyni millətin – türk millətinin qanı 

idi. 

Bu gün 300 milyonluq türk dünyası Teymur-



Bəyazit, Yavuz Səlim-Şah İsmayıl 

mübarizələrindən dərs çıxarmağı bacarmalı, 

birliyini, varlığını qorumalıdır. 

 

Kadr dəyişir. Filmin son titri efirə verilir. 



 

SON 


 

2006 



 

674


 

 

 



 

GÜNDOĞANDAN GÜNBATANA…  

QƏDİM TÜRKLƏR… 

 

I film 



 

Filmin başlığı. Xüsusi effektlərlə sürətlə yığılan təsvirlər 

fona verilir və aparıcı filologiya elmləri doktoru, professor 

Nizami Xudiyevin çıxışı verilir. 

 

NİZAMİ XUDİYEV: – Bəşəriyyət tarixində elə xalqlar 



var ki, onların təşəkkül və inkişaf tarixi, dünya 

sivilizasiyasında tutduğu yer başqa xalqların, 

dövlətlərin, qədim mədəniyyətlərin tarixinin 

araşdırılması ilə müqayisədə çox az öyrənilib. 

Əvvəlki filmlərdə qeyd etdiyimiz kimi, belə 

tarixi az öyrənilmiş xalqlardan biri də qədim 

dövlətçilik və mədəniyyət ənənələrinə malik olan 

türk xalqlarının tarixidir. 

Bu görüşümüzdə sizinlə birlikdə türkün 

qədim tarixini bir də səhifələyəcək, türksoylu, 

türkdilli xalqların tarixi, mədəniyyəti, 

dünyagörüşü, yaşam tərzi ilə bir daha yaxından 

tanış olacağıq. Varlığımızın ən böyük göstəricisi 

olan dilimizdən, qədim türkcəmizdən, onun 

yazısından söz açacağıq. 

Türk dillərinin nə vaxt əmələ gəlməsi, hansı 

zamanda meydana çıxması haqqında hələ ki, 

dəqiq məlumata malik deyilik. Türk dillərini 




Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
1   ...   188   189   190   191   192   193   194   195   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə