____________________Milli Kitabxana_____________________
378
Qapının ağzına çatanda heyrətləndi. içəridəti taqqıltı gəlirdi. Elə bil
süpürüşürdülər. Kimsə hıçqırırdı. Süleyman çiynini qapıya verdi və ona elə bir
güc gəldi ki, zirəzə yerindən oynadı. İçəri girəndn gözlərinə inanmadı.
Əbdürrəhman bəyin qızları küncə qısılmişdılar. Üst-başları cırıq-cırıq idi, saçları
üzlərinə dağılmışdı. Keçəl Xondulu porsuq kimi qızarmışdı. Qollarını çirməmiş,
köynəyinin yaxasını açmışdı. Şalvarının üstündən tumanbağısı sallanırdı. Gözləri
pişik gözü kimi parıldayırdı. Qapı açılanda boynunu içəri çəkib belini
donqarlandırdı və qan hərisi vəhşiyə dönərək yay kimi gərildi. Bircə atı da keçsə,
irəli atılacaqdı. Süleymanın beyni uğuldadı və gözlərinə qan sağıldı. Naqanı
çixartmağı ilə tətiyi çəkməyi bir oldu. Şaqqıltı qopdu. Dalbadal, altı dəfə...
Bayırda at fınxırdı. Ayaq tappıltıları və qarışıq səslər eşidildi. Sonra qara
damın qapısı cırıltı ilə açıldı. Qapı aralanan kimi içəri soxulan işıq zolağı damın
yarıqaranlıq havasını qılınc kimi doğradı, divarda süründü və taxtın üstündə
uzanmış Süleymanın üstünə düşdü, qapı örtülən kimi də yox oldu. İlyas dik
atıldı. Qarlı havadan sonra gözü qamaşan və evin ortasında dayanıb boylanan
Rəşidi görəndə qan beyninə sıçradı. Amma Qaçaq Süleyman yerindən
tərpənmədi. Gözü qaranlığa alışandan sonra qollarını açıb üstünə yeriyən Rəşidə
əhəmiyyət vermədi. Mütəkkəyə dirsəkli halda uzandi, bir azca ayaqlarını yığıb,
taxtın aşağı tərəfində ona yer elədi. Rəşid pərt olsa da, üstünü vurmadı, ayaq
tərəfdə oturdu. Onlara çay gətirdilər. Yalnız bundan sonra Qaçaq Süleyman
başını qaldırıb qonağın üzünə baxdı:
-
Kürkünü soyun, soyuq dəyər.
Onun sakit, amiranə səsi Rəşidi çaşdırdı. Gözü Süleymanın üzündə qımışa-
qimışa kürkünü çıxartdı.
- Deyirlər kəndinizdə toy var?
Qəfil sualdan Rəşid diksindi. Stəkanı nəlbəkiyə qoyub qaçağın üzünə baxdı.
Bilmədi nə desin.
- Niyə dinmirsən?
Rəşid tələsik cavab verdi:
- Var.
- Kimin
toyudur?
- Murad
kişinin dığası İlyasın. – Rəşid elə bil dirçəldi. Qaş-gözünü
oynadıb sözünə davam etdi. - İndi hər qor-qoduq adam olub ortaya düşüb. Başın
haqqı ona dağ çəkəcəm.
____________________Milli Kitabxana_____________________
379
İlyas dözmədi. Küncdən çıxıb irəli gəlmək istədi. Amma Süleyman gözünü
ağardıb onu yerində oturtdu. Deyəsən Rəşid heç onu görmürdü.
- Fikrin
nədir?
- Elə bu gecə qızı onun əlindən alacam.
-
Araya qan düşməyindən qorxmursan?
- Nədən qorxacam? Dalımda dağ kimi dayanıbsan.
Qaçaq Süleyman papağını çıxardıb dizinin üstünə qoydu. Fikirli-fikirli başını
ovxaladı. Ortalığa çökən sükut xeyli çəkdi. Birdən onun qaqqıltısı divarda
şaqqıldadı. Rəşid də ona qoşuldu, Gözləri yaşarıncaya qədor güluşdülər.
- Ağzıyın dadını yaman bilirsən ha.
- Bə nə. Gərək bu gəda-güdələrın anasını ağladasan.
- Bə qorxmursan?
- Nədən?
- Xam
qızla yatmaqdan.
- Arxayın ol, hələ canim suludu.
İlyas küncdəcə dayanıb söhbətin hayana səmt alacağını gözləyirdi. Dişi
bağırsaqlarını kəssə də susurdu. Başina nə iş gələcəyini bilmirdi. Bircə onu hiss
edirdi ki, Qaçaq Süleymanın səsi titrəyir, qaşları çatılır və üzünün tükləri biz-biz
olur.
Süleyman papağını başına qoydu. Ayaqlarını taxtdan sallayıb oturdu.
Əvvəlcə peçin yanında quruyan çəkmələrini geyindi, sonra ayağa qalxıb
kürkünü, onaçılanı belinə bağladı, qamçısını əlinə aldı. Rəşidin çaşdığını görüb
dilləndi:
- Dur
gedək. - Onlar qapıya yaxınlaşdılar. Qaçaq Süleyman Rəşidi
qabağa salıb geri dondü. - Komsomol, sən də dur. Rəşid qanrılıb İlyasa baxmaq
istədi, ancaq Süleyman itələyib onu bayıra çıxartdı.
Hava ayazımışdı. Gün işıldasa da soyuq idi. Meşəyə, talalara sərilmiş qar
adamın gözünü qamaşdırırdı.
- Atları bəri çəkin!
Qaçaqlar bir göz qırpımında tövlədə saxladıqları yəhərli-yüyənli atları
gətirdilər. Qaçaq Süleyman ayağını üzəngiyə qoyan kimi sıçrayıb atın belinə
qalxdı. O bıriləri də atlandılar. Yalnız bu zaman İlyas özünü itirdi. Buraya
gəldiyinə peşman oldu, özünü danladı.
____________________Milli Kitabxana_____________________
380
Qaçaq Süleyman bu saat iki il bundan əvvəl müəllimin boğazına kəndir salıb
kəndə gəldiyi şəklə düşmüşdü. Qaşları çatılmış, üzünün tükləri biz-biz olub kirpi
tikanına dönmüşdü. Beşaçılanı yəhərin qaşından asılmışdı, çalın-çarpaz bağladığı
qoltuqaltıları, onaçılanı yerindəydi. İlyas gözlədi ki, bu saat onun paltarını
soyunduracaqlar, boğazına ip salıb atın döşünə qatacaqlar, dərə aşağı sürüyüb
kəndə aparacaqlar və kim bilir başına daha nə kimi oyunlar açacaqlar. Ürəyində
özünü yaman danladı, uşaqlıq elədiyini başa düşdü. "Özüm heç, bir can
borcluyam, öldürərlər cəhənnəmə öldürsünlər, amma el-oba biabır olacaq". Rəşid
atın üstündən dönüb rişxəndlə ona baxanda az qaldı ürəyi partlasın.
Qaçaq Süleyman cilovu gəmirən atın başını dartdı.
- Təzə bəyə də at verin.
Rəşid təəccübləndi:
- Onu
da
aparaq?
- Bə nə. Heç bəysiz də toy olar?
İlyasa at gətirdilər. Oğlan duruxdu. Gözlərini Qaçaq Süleymanın qan
sağılmış gözlərinə zillədi və ilk dəfə bu gözlərdə mehribanlığa bənzər bir işartı
gördü. Deyəsən kişinin sifəti də işıqlanmışdı. Dodağında təbəssümə bənzər bir
şey sezilirdi.
- Min,
bala,
səni toya piyada aparmayacağıq ki? Eldən ayıb olar.
İlyas bu sözlərin arxasında dərin, gizli bir kinayə olduğundan şübhələnsə də,
sıçrayıb atın belinə qalxdı. Qaçaqlar atları məhmizləyib özlərinin tanıdıqları kəsə
yolla dərəyə endilər.
Sazaq başlamışdı. Atların ayaqlarının altında qar xarıldayırdı. Ağacların
budaqları şaxtadan çatdayıb qırılırdı. Orda-burda qarğalar qarıldaşırdı. İlyası fikir
götürmüşdü. Qaçaq Süleymanın sözlərini bir yana yoza bilmirdi. "Təzə bəyə at
verin!", "Səni toya piyada aparmayacağıq ki?" Bunlar nə demək idi? Yoxsa məni
ələ salırdılar? Görəsən atam indi neyləyir? Yəqin damın üstünə çıxıb-
düşməkdən, yollara baxmaqdan gözünün kökü saralıb. Barı anama heç nə
deməyəydi, yazıq arvadın bağrı çatlayar. Görəsən qız evinin qulağına bir şey
çatmayıb ki? Zöhrə indi mənim harada olduğumu bilirmi? Bilirmi ki, qaçaqların
yanındayam, ondan ötəri gəlib buralara çıxmışam. Özümü də işə salmışam, onu
da. Bəlkə heç buraya gəlməyəydim, Rəşid mənə neyləyə bilərdi ki? Heç camaat
qoyardımı ki, kənddə namussuzluq ola. Nəysə... Özü yıxılan ağlamaz, Allaha
pənah...
Dostları ilə paylaş: |