Milli-mənəvi dəyərlərimiz və Heydər Əliyev



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə11/22
tarix01.11.2017
ölçüsü0,56 Mb.
#7801
1   ...   7   8   9   10   11   12   13   14   ...   22

33 

 

musiqi alətlərinə də aiddir. Azərbaycanla müharibə vəziyyətində 



olan  ermənilər  tərəfindən  Azərbaycan  mədəniyyət  nümunə-

lərinin mənimsənilməsi artıq ənənə şəklini almışdır. 

Göstərilən  bütün  beynəlxalq  hüquqi  sənədlər  bir  daha 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin öz 

çıxışlarında  dəfələrlə  qeyd  etdiyi  “Qarabağ  münaqişəsinin  həl-

lində  bütün  beynəlxalq  hüquqi  sənədlər  Azərbaycanın  tərəfin-

dədir” tezisinin bu istiqamət üzrə də tam doğruluğunu isbat edir.

 

 



Azərbaycan  Respublikasının  müvafiq  dövlət  qurumlarının 

beynəlxalq təşkilatlar və ictimaiyyətlə bu istiqamətdə fəal əmək-

daşlığı  ölkəmizin  tarixi  və  mədəni  dəyərləri,  mədəniyyəti  haq-

qında geniş təbliğat işlərini aparması, ölkə rəhbərliyinin yüksək 

şəxsi nüfuzu bir çox hallarda bu məkrli siyasətinin ifşa olunması 

ilə nəticələnir.  

Bu  mübarizədə  Azərbaycan  ziyalıları,  bütün  dünyada 

məşhur olan mədəniyyət və incəsənət xadimləri, digər ölkələrdə 

yaşayan  diaspor  nümayəndələri  ilə  yanaşı  kitabxanaçılar  da 

dövlətə daha fəal yardım göstərməlidirlər.  

Kitabxanada  “KeçmiĢi  yaĢadaq,  gələcəyi  quraq”  adlı 

müzakirə  təşkil  etmək  olar.  Bu  gün  erməni  qəsbkarlığı 

nəticəsində  dağıdılmış,  məhv  edilmiş  abidələr  onların  bugünkü 

və  gələcək  taleyi  barəsində  müzakirələr  aparılmalı  və  müza-

kirənin  nəticələrindən  əməli  işdə  istifadə  edilməlidir.  Müzakirə 

zamanı  mövzunun  düzgün  dəyərləndirilməsi  məqsədilə  mövzu 

ilə  əlaqəli  şəxslər:  Vətən  müharibəsi  veteranları,  Qarabağ 

müharibəsi  iştirakçıları  və  mütəxəssis  şəxslər,  memar  və 

heykəltəraşlar  dəvət  oluna  bilər.  Müzakirənin  mövzuya  aid 

sənədli  film  ətrafında  da  keçirilməsi  mümkündür.  Müzakirə  8-

10 dəqiqəlik giriş söhbəti ilə başlana bilər. 

Müzakirə  iştirak  edənlərin  fikir  mübadiləsi,  hamının  fəal 

iştirakı  və  irəli  sürülən  məsələyə  münasibətin  aydınlaşdırılması 

şəraitində keçirilməlidir. 

Milli-mənəvi  dəyərlərin  qorunması  və  təbliği  təkcə 

dövlətin  üzərinə  düşən  məsuliyyət  deyil.  Bu  məsuliyyətin 

mühüm hissəsi də cəmiyyətin, vətəndaşların, ictimai qurumların, 



34 

 

kütləvi informasiya vasitələrinin, mədəni-maarif müəssisələrinin 



üzərinə düşür. Azərbaycan Konstitusiyasında (maddə 40) hər bir 

vətəndaşın ölkənin mədəni sərvətlərindən istifadə etmək hüququ 

qeyd olunmaqla yanaşı, bundan irəli gələn məsuliyyəti də əksini 

tapmışdır:  “Hər  kəs  tarixi,  mədəni  və  mənəvi  irsə  hörmətlə 

yanaşmalı, ona qayğı göstərməlidir”. 

Odur  ki,  Azərbaycan  xalqının  milli-mənəvi  irsini  öyrən-

mək  və  təbliğ  etməklə  yanaşı,  onun  mühafizəsini  də  ölkəmizin 

milli  təhlükəsizliyinin  mühüm  istiqaməti  kimi  diqqətdə 

saxlamaq gərəkdir. 



35 

 

NƏTĠCƏ  



 

Qloballaşma prosesi  elm, texnika, texnologiya ilə ümum-

bəşəri dəyərlərlə yanaşı milli kimliyi müəyyən edən mədəni-mə-

nəvi  amillərə  də  sirayət  etməyə  cəhd  göstərir.  Belə  bir  şəraitdə 

nələri  qorumaq  lazım  olduğunu  təyin  etmək  üçün,  ilk  növbədə 

meyarlar müəyyənləşməlidir. 

Bu gün bizim vətəndaş borcumuz milli-mənəvi dəyərləri-

mizə,  doğma  torpağımıza,  doğma  ana  dilimizə, mədəniyyətimi-

zə,  böyük  və  zəngin  tariximizə,  millətimizə  sadiq  olmaqdan  və 

onu təbliğ etməkdən ibarətdir. 

Şifahi xalq ədəbiyyatı, el sənəti, milli musiqi, millətin mə-

dəni-mənəvi mövcudluğunun bütün təzahürləri bu gün vahid bir 

ideya ətrafında sıx surətdə birləşməlidir. 

İndi  bizim  qarşımızda  bir  tərəfdən  milli  köklərə,  milli-

mənəvi dəyərlərə qayıdış, digər tərəfdən də elmi-texniki inkişaf 

və  informasiya  cəmiyyətinin  qoyduğu  çağdaş  tələblərə  uyğun-

laşmaq  vəzifəsi  durur.  Hər  bir  şəxsin  fərdi-mənəvi  aləmində 

gedən  proseslər  də  bütövlükdə  millətin  mənəvi  həyatı  ilə  bağlı 

problemləri xatırladır. 

Xalqımıza  xas  olan,  onun  adət-ənənəsindən  doğan  çox 

yaxşı  keyfiyyətləri  var.  Misal  üçün,  qonaqpərvərlik,  çörəyini 

başqası  ilə  bölmək  və  s.  Biz  bu  gün  milli  adət-ənənələrimizi, 

mənəvi  dəyərlərimizi  qorumaqla  və  təbliğ  etməklə  genefondu-

muzu,  Azərbaycan  xalqının  mənliyini,  kimliyini  qorumuş 

oluruq. 

İndi  hər  bir  kitabxanaçı  Azərbaycanın  Dağlıq  Qarabağ 

bölgəsinin  və  bir  sıra  rayonlarının  azğın  erməni  işğalçılarının 

tapdağı altında təcavüzə məruz qaldığı bir zamanda, yurdlarımı-

zın  xilası  uğrunda  mübarizənin  gündən-günə  gücləndiyi  indiki 

şəraitdə  gənc  nəsildə  doğma  torpağa  və  xalqa  məhəbbət,  mili-

mənəvi dəyərlərimizə qayğı, vətənin ərazi bütövlüyünə  və müs-

təqilliyinə  sədaqət,  cəsarət  və  hünər  kimi  hisslər  və  yüksək 

ideyalar  aşılanmasında  ön  sırada  getməli,  oxucuların  bütün  zə-

ruri tələbatlarını ödəməyə çalışmalıdır

.

 



36 

 

ÜMUMMĠLLĠ LĠDER HEYDƏR ƏLĠYEVĠN 



MĠLLĠ-MƏNƏVĠ DƏYƏRLƏR HAQQINDA 

MÜDRĠK FĠKĠRLƏRĠ

 

 

Biz Avropa qitəsinə daxilik. Amma eyni zamanda Avropa 

ilə  Asiya  arasında  biz  öz  ölkəmizdə,  öz  xalqımızın  tarixində, 

milli mədəniyyətində, tarixi köklərində və mentalitetində Şərqlə 

Qərbin, Avropa ilə Asiyanın sintezini təşkil edirik. Ona görə də 

öz tarixi missiyamızı dərk edirik və bunu həyata keçirmək üçün 

indiyə qədər lazımi işlər görmüşük. 

 

* * * 



 

Biz  öz  milli-mənəvi  dəyərlərimizlə  fəxr  etməliyik.  Bizim 

milli-mənəvi  dəyərlərimiz  əsrlər  boyu  xalqımızın  həyatında, 

yaşayışında  formalaşıbdır,  xalqımızın  fəaliyyətində  formalaşıb-

dır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi 

xalq ola bilməz. 



 

* * * 

 

Azərbaycan  xalqının  milli-mənəvi  dəyərlərinin  ən  əsası 

bizim  müqəddəs  kitabımız  Qurani-Şərifdə  öz  əksini  tapıbdır. 

Ancaq  bununla  yanaşı,  Azərbaycanın  mütəfəkkir  insanları, 

mütərəqqi  insanları,  Azərbaycanın  böyük  şəxsiyyətləri, 

Azərbaycanın  hörmətli  siyasi  və  dövlət  xadimləri,  böyük  elm, 

mədəniyyət  xadimləri  Azərbaycan  xalqının  milli-mənəvi 

dəyərlərini  yaradıblar.  Bu,  bizim  adət-ənənələrimizdir.  Bu, 

bizim  milli  əxlaqi  mentalitetimizdir.  Bu,  bizim  bütün  başqa 

mənəvi dəyərlərimizdir. 



 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə