24
Novruz ənənələrinə görə, bayram günü küsülülər barışar,
hətta qan intiqamını da yaddan çıxarardılar. Bu dəyərlər geniş
mənada təkcə cəmiyyət daxilində deyil, eyni zamanda, ölkələr
arasında anlaşmanı, sülhü təcəssüm etdirir. Bu baxımdan
Novruz bayramını, onun milli özəllikləri ilə yanaşı, sülh və barış
kimi bəşəri dəyərlərin təcəssümü olaraq dünyaya tanıtmaq,
təbliğ etmək çox mühüm məsələdir.
Azərbaycan xalqının milli-mənəvi irsinin təcəssümü olan
Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsi onun
dünya azərbaycanlıları arasında daha geniş yayılmasına da zə-
min yaratmışdır. Soydaşlarımız yaşadıqları ölkələrdə Novruz
təntənələrini keçirməklə bu bayramın timsalında xalqımızın ta-
rixi dəyərlərini, ənənələrini təbliğ edirlər. Bu isə nəticə etibarilə
Azərbaycanın təbliği deməkdir. Xalqımızın milli dəyərlərini
təbliğ etmək üçün Mədəniyyət şöbəsinin dəstəyi ilə mədəniyyət
evinin təşkil etdiyi “Novruz şənlikləri” adlı tədbirin hazır-
lanmasına kitabxanaçılar da kömək edə bilər. Keçiriləcək təd-
birin kompozisiyasından asılı olaraq xüsusi proqram, ssenari
tərtib edərək səhnəcik qurmaq olar. Tədbirə hazırlaşmaq yara-
dıcılıq qabiliyyəti tələb edir. Təşkilatçı şənliyin əvvəlindən
sonuna kimi bütün elementləri (çıxış, rəy, qonaqlara söz vermə,
musiqi nömrələrini) ssenaridə əks etdirir. İştirakçıların yerləş-
dirilməsi, aparıcıların yeri, qonaqların qarşılanması, tədbir keçi-
riləcək yerin mövzuya uyğun bəzədilməsi, lazımi stend, sərgi,
əvvəlcədən planlaşdırılır.
Tədbir mövzu ilə bağlı şeir, bədii qiraət, ədəbi kоm-
pozisiya və səhnəciklərlə tamamlanır. Kitabxanaçı şənliyin
mövzusuna uyğun ədəbiyyat sərgisi, viktоrina, ədəbi оyunlar
hazırlanır. Yerləşdiyi ərazidəki məktəbdə rəssamlığa, memarlığa
maraq göstərən şagirdlərin rəssamlıq, memarlıq qabiliyyətlərini
aşkara çıxarmaq və maraqlarını təmin etmək üçün bayrama aid
çəkiləcək ən yaxşı illüstrasiyalar, hazırlanacaq maketlər üçün
müsabiqə elan edilir.
Novruz bayramına aid tərtib edilmiş maraqlı ədəbi
viktorina da ssenariyə əlavə edilir. Kitabxanaçı
şagirdlərin
25
köməyi ilə bayramın simvolu olan keçəl və kosanı tamaşa üçün
hazırlayır.
Tədbirin
keçirilməsində
dekorasiya,
aktyor
geyimlərindən məharətlə istifadə edilməlidir.
Tədbirdə Novruz tamaşaları musiqi, kəndirbaz oyunları,
rəqslərlə, rayonun folklor kollektivlərinin çıxışları, bayram
ənənələrini əks etdirən milli kulinariya nümunələri də nümayiş
etdirmək olar. Novruzla bağlı muğam ifaçıları və sənətçiləri də
dəvət etmək olar.
Ümummilli lider Heydər Əliyev xalqın milli-mənəvi
dəyərlər sistemində ailənin rolunu daim müstəsna dəyər-
ləndirirdi. Böyük strateq ailəni ülvi və müqəddəs dəyərlərin
tərənnümçüsü kimi qiymətləndirir, xalqın mənəvi kamillik sə-
viyyəsinin təmin olunmasında, genefondun saflığının qorunma-
sında əhəmiyyətini daim önə çəkirdi. Mübaliğəsiz deyə bilərik
ki, bu gün Azərbaycanda minlərlə yeni qurulan ailənin müqəd-
dəs örnək kimi istinad edəcəyi qürur və fəxarət ünvanı var. Ulu
öndər Heydər Əliyevin möhkəm mənəvi təməl və niyyətlər, ülvi
arzular üzərində yaratdığı ailə modeli hər bir azərbaycanlıda
böyük rəğbət hissi doğurur. Bu ailənin ən böyük xoşbəxtliyi isə
onun hər bir üzvünün cəmiyyət üçün gərəkli, faydalı şəxsiyyət
olmasındadır. Mental yaddaşımız Leyli və Məcnun, Əsli və
Kərəm, Yusif və Züleyxa, Tahir və Zöhrə, İlham və Fərizə
misalında ilahi sevginin mükəmməl nümunələrini xatırlayır.
Heydər Əliyev öz ömür-gün yoldaşı, mərhum akademik Zərifə
xanıma olan sonsuz sevgisi və bu sevginin etirafı ilə mənəviyyat
tariximizdə bütün nəsillərə örnək ola biləcək məhəbbət rəvayəti
yaratmışdı. 15 may Beynəlxalq Ailə Günündə kitabxanada
“Beynəlxalq Ailə Günü”, “Ailə və sağlamlıq”, “Mənim ailəm”
və s. adlarda söhbətlər və müxtəlif mövzular üzrə “Sağlam
təbiət – sağlam insan – sağlam ailə”, “ Atalar və ailələr:
məsuliyyət və çətinliklər”, “ Analar və ailələr: dəyişməkdə olan
dünyanın problemləri” və bir çox adlarda məsləhət vitrinləri
hazırlamaq olar. Belə vitrinlərdə əsas tələbat - maksimum
dərəcədə əyanilik və operativlikdir.
26
Ümummilli lider Heydər Əliyevin himayəsi ilə xalqımızın
tarixi qəhrəmanlıq keçmişini əks etdirən filmlər kinomuzun əsas
mövzusu oldu. “Nəsimi”, “Babək”, “Dəli Kür” kimi filmlər
gəncliyin milli ruhda tərbiyəsində və sonralar kütləvi surətdə
müstəqillik hərəkatına qoşulmasında böyük rol oynadı. Ulu ön-
dər Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, İsa Hüsey-
nov, Anar, Əkrəm Əylisli kimi milli zəminə bağlı və istedadlı
sənətkarları daim himayə edirdi. Belə sənətkarlar ədəbiyyatın
milli varlığımız, dəyərlərimizlə bağlı mövzularını uğurla işləyib
inkişaf etdirirdilər. Bu görkəmli şair və yazıçıların əsərlərini
təbliğ etmək üçün sərgilər, icmallar, söhbətlər, kitab müzakirə-
ləri keçirmək olar.
Milli mənəvi dəyərlər adət-ənənələrlə nəsildən-nəslə
ötürülən yazılmamış qayda-qanunlardır, onların mənfi
ünsürlərdən qorunması və təbliğində kitabxanaçıların üzərinə
böyük məsuliyyət düşür.
Mədəni dəyərlərimizin qorunması, mədəni irsə münasibət
problemlərinin həllində YUNESKO-nun Xoşməramlı səfiri,
Mədəniyyətin Dostları Fondunun və Heydər Əliyev Fondunun
prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın tarixi
xidmətləri vardır. Məhz onun gərgin əməyi sayəsində qısa za-
manda mədəni dəyərlərimizin və mədəni irsin qorunması,
dünyaya təbliğ olunması məqsədilə Heydər Əliyev Fondu Azər-
baycan haqqında
və Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ
münaqişəsi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırıl-
ması məqsədilə xeyli işlər görmüşdür. Qarabağın tarixi, müna-
qişənin başlanğıcı, onun ölkəmizə vurduğu ziyan, Xocalı faciəsi,
ermənilərin dünyanın müxtəlif ölkələrində törətdikləri terror
aktları haqqında faktları əks etdirən “Qarabağ reallıqları”
bukletlər toplusunun, Azərbaycanın işğal olunmuş ərazilərində
yerləşən məbəd və başqa mədəni-tarixi abidələr haqqında
dolğun informasiya daşıyan “Müharibə və bizim tarixi-mədəni
abidələrimiz” kitabının, Ermənistan tərəfindən Azərbaycan
mədəniyyəti, maddi-mənəvi irsimizə qarşı məqsədli şəkildə
həyata keçirilən vandalizm siyasəti və onun acı nəticələrindən
Dostları ilə paylaş: |