Milli-mənəvi dəyərlərimiz və Heydər Əliyev



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix01.11.2017
ölçüsü0,56 Mb.
#7801
1   2   3   4   5   6   7   8   9   10   ...   22

21 

 

sanlarının  çox  bir  hissəsini  düz  yola,  ədalətə,  saflığa,  paklığa, 



yüksək mənəviyyata yönəltmiş və onların belə yaşamasını təmin 

etmiş  müqəddəs  bir  dindir.  İslam  dini  bəşər  tarixində  misilsiz 

xidmətlər  göstərmiş,  insanların,  müsəlmanların  yüksək  mənəvi-

əxlaqi dəyərlərə nail olmasını təmin etmiş və bu dinə itaət edən 

insanları  dünyanın  bütün  əzab-əziyyətlərindən,  keşməkeşlərin-

dən  keçirib  onların  yaşayışını  təmin  etmiş,  onları  yaşatmışdır. 

Biz  fəxr  edə  bilərik  ki,  islam  dini  kimi  yüksək  mənəvi-əxlaqi 

dəyərlərə  mənsub  olan  dinimiz  var,  müsəlmanları  yaşamaq, 

yaratmaq,  mübarizə  aparmaq,  öz  həyatını  qurmaq,  azadlığını 

təmin  etmək,  torpağını  qorumaq  yolları  ilə  məhz  İslam  dini 

aparıbdır,  onun  qanunları,  tövsiyələri,  Qurani-şərifin  ayələri, 

surələri, kəlamları aparıbdır”. 

Böyük  və  ciddi  məsələlərdən  biri  də  ölkədə  sektant 

qrupların,  missionerlərin,  özünü  əsl  müsəlman  kimi  qələmə 

verən qeyri-ənənəvi təriqətlərin sürətlə artmasıdır. Bütün bunlar 

gənclərə  böyük  təsir  göstərir,  onları  milli-etnik  kökdən  ayırıb, 

özgə  dünyagörüşünün,  yad  mənəviyyatın  və  dinin  quluna 

çevirir. 

Kitabxanaçılar vaxtaşırı İslam dininin və adət-ənənələrinin 

təbliğini kütləvi tədbirlər vasitəsilə gənclərimizə, cəmiyyətimizə 

çatdırmalıdırlar.  Bu  məqsədlə  kitabxanada  “İslam  dini 

haqqında  hamının  bilməsi  lazım  olan  qaydalar”  adlı  söhbət 

keçirmək olar. Söhbətlər - kütləvi-şifahi işin ən təsirli və geniş 

yayılmış  metodu  olub,  öz  çevikliyi  və  operativliyi  ilə  seçilir. 

Kiçik  qrup ilə (qruplar üzrə) və ayrı-ayrı  şəxslərlə (fərdi) keçi-

rilir  və  onu  hər  bir  şəraitdə,  işdən  asudə  vaxtda  da  keçirməyə 

imkan verir. Söhbətin əsas məqsədi oxucuların mürəkkəb, bəzən 

qarışıq  və  ziddiyətli  hadisələrdən  ibarət  olan  müasir  ictimai-

siyasi  həyatdan  müstəqil  baş  çıxarmasına  kömək  etməkdir. 

Söhbətə hazırlıq metodikası onun məqsədinin müəyyən edilmə-

sindən,  mövzunun  seçilməsindən,  planın  işlənməsindən,  mate-

rialın  seçilib  öyrənilməsindən,  əyani  materiaların  toplanmasın-

dan ibarətdir. Söhbəti qəzet və ya jurnal məqaləsinin oxunuşun-

dan,  kiçik  söhbətdən,  hər  hansı  bir  sualın  qoyuluşundan  başla-



22 

 

maq  olar.  Mövzunun  müzakirəsinə  daha  çox  dinləyici  cəlb 



etmək  üçün  oxuculara  veriləcək  suallar  çox  diqqətlə  düşünül-

məlidir.  Müzakirənin  vaxtında  yekunlaşdırılmasının,  çıxış 

edənlərin  hamısına  diqqətlə  yanaşılmasının,  meydana  çıxan 

suallar  üzrə  tədbir  görülməsinin  söhbətin  müsbət  nəticəsi  üçün 

böyük  əhəmiyyəti  vardır.  Mühazirə  və  söhbətlər  texniki 

vasitələrlə müşayiət olunmalıdır. Bu zaman video çəkilişlərdən, 

sənədli  filmlərdən  və  digər  audiovizual  materiallardan  istifadə 

etmək məqsədəuyğundur. 

İslamın  mübarək  Qurban  bayramı  insanları  mərhəmətə, 

həmrəyliyə,  qardaşlıq  və  humanizmə  dəvət  edən  bir  bayramdır

.

 

Bu  əziz  gündə  müsəlmanlar  Allah  və  din  yolunda,  xeyirxah 



əməllər  uğrunda  hər  cür  fədakarlığa  hazır  olduqlarını  nümayiş 

etdirir,  xalqımız  öz  milli  mənəvi  dəyərlərinə  və  ənənələrinə 

həmişə  ehtiramla  yanaşır.  Bütün  dini  mərasimlər,  o  cümlədən 

Qurban bayramı hər il böyük təntənə ilə qeyd olunur. Ölkəmizin 

hər  yerində  Allahın  adına  qurbanlar  kəsilir,  xalqımızın  və 

dövlətimizin  əmin-amanlığı  və  firavanlığı  üçün  dualar  edilir, 

şəhidlərimizin  ölməz  xatirəsi  ehtiramla  yad  olunur.  Bayram 

ərəfəsində kitabxanada biblioqrafik icmalın bir növü olan mövzu 

icmalından istifadə etmək olar.  Keçiriləcək icmalda  İslam dini, 

Qurban  bayramı  haqqında  son  illərdə  nəşr  olunmuş  müxtəlif 

tipli kitablar  seçilir. Mövzu icmalı keçirilərkən hər kitaba geniş 

xarakteristika verilməlidir. Ona görə də nəzərdən keçirmək üçün 

icmala  yalnız  mövzu  ilə  bilavasitə  əlaqəsi  olan  bir  neçə  kitab 

daxil  edilir.  İcmalın  əvvəlində  mövzunun  adı,  sonra  məqsədi 

bildirilir. Bu prosesdə nəinki yalnız biblioqrafik təsvir və müəllif 

haqqında  məlumat  nəzərdə  tutulur,  həm  də  kitabın  məzmunu, 

onun  keyfiyyətləri  və  nöqsanlarından  yığcam  danışılır.  Mövzu 

icmallarının  ətraflı  planını,  mətnini  işçilər  və  kitabxana  işinə 

cəlb  edilmiş  fəallarla  əvvəlcədən  müzakirə  etmək  məqsədə-

uyğundur.  

Milli-mənəvi dəyərlərimizdən biri olan adət-ənənələr uzun 

əsrlər  boyu  xalqımızın  milli  ruhunu,  estetik  duyumunu,  sənət-

karlıq  qüdrətini  özündə  hifz  edib  saxlamışdır.  Zəngin  folklor 



23 

 

nümünələrimiz məhz adət-ənənələrimiz hesabına itib batmamış, 



müasir dövrümüzə qədər gəlib çatmışdır. Xalqımızın unudulmuş 

adət  və  ənənələrinin  bədii-estetik  mahiyyətinə  diqqət  yetirmək, 

yeni dövrün tələblərinə uyğun olaraq bu folklor nümünələrimizi, 

zəngin mədəni irsimizi təbliğ etmək kitabxanaçının borcudur. 

Kitabxanaçılar  bu  məqsədlə  kitabxanada  “Adət  və 

ənənələr  mənəvi  əxlaqi  dəyərlər  kimi”  adlı  tematik  (mövzu) 

gecə  təşkil  edə  bilərlər.  Mövzu  müəyyən  edildikdən  sonra 

kitabxanaçı mövzu ilə yaxından tanış olmalı, sənədli materiallar, 

maraqlı  faktlar  əsasında  tədbirin  ssenarisini  tərtib  etməlidir. 

İştirakçıların yaş həddi nəzərə alınmalı, onların dünyagörüşünün 

formalaşmasına,  ölkəmizin  tarixi  keçmişinə  yaxından  bələd 

olmasına,  milli  mənəvi  dəyərlərimizə  hörmət  hisslərinin 

aşılanmasına diqqət yetirilməlidir. 

Adətən belə gecələr kiçik məruzə və mühazirə ilə başlayır. 

Gecə, tədbirdə iştirak edən ziyalı fəalların çıxışları ilə başa çatır. 

Tədbir keçirilən bina gecənin əsas mövzusunu əks etdirən xüsusi 

şüarlar,  plakatlar,  fotomontajlar  ilə  bəzədilir.  Fotomontaj 

fotoşəklin lazımlı hissəsini kəsib başqa şəkillərlə əlaqələndirmək 

imkanı verir. Fotomontaj hər hansı şəklin ilk variantı ilə sonrakı 

variantı arasında müqayisə aparmağa imkan yaradır.  

Çox  vaxt  gecələr  üçün  sərgilər,  kitab  vitrinləri  hazırlayır, 

məsləhət görülən ədəbiyyatın siyahısını asırlar. 

Tematik  gecə  milli  dəyərlərin  təbliği  mövzusunda  təşkil 

edilmiş sənədli, elmi-kütləvi,  bədii  filmlərin göstərilməsi  ilə və 

ya bədii özfəaliyyət dərnəklərinin konserti ilə başa çatır. 

Azərbaycan  xalqının  tarixin  qədim  qatlarında  yaratdığı 

zəngin folklorunu özündə yaşadan Novruz bayramı da Azərbay-

cançılıq  ideyasını,  xalqımızın  milli-mənəvi  irsini  özündə  təcəs-

süm etdirir. 2010-cu il 23 fevral tarixində martın 21-i BMT Baş 

Assambleyası  tərəfindən  Beynəlxalq  Novruz  Günü  elan 

edilmişdir.  Novruz  beynəlxalq  bayram  statusu  əldə  etməklə 

bütün  ölkələrin  və  xalqların  birləşməsinə,  mədəniyyətlərarası 

dialoqa və anlayışa təşviq edilməsinə, dünyada sülhün və əmin-

amanlığın gücləndirilməsinə səbəb olmuşdur.  




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə