2
Tərtibçi:
N.Alışova
İxtisas redaktoru və
buraxılışa məsul:
K.M.Tahirov,
Əməkdar mədəniyyət işçisi
fəlsəfə doktoru
Redaktor:
A.Abdullayeva
Milli mənəvi dəyərlərin təbliğində kitabxanaların rolu
/tərt. ed. N.Alışova; ixtisas red. və bur. məs. K.Tahirov; red.
A.Abdullayeva; M.F.Axundov adına Azərbaycan Milli Kitab-
xanası.- Bakı, 2011.- 85 s.
© M.F.Axundov adına Milli Kitabxana, 2011
4
GĠRĠġ
Mədəniyyət tarixi sahəsində qazanılmış təcrübə sübut edir
ki, insanların mənəviyyatı, əxlaqi normaları və baxışları ilə bağ-
lı olan milli-mənəvi dəyərlərin yaradıcısı xalqdır.
Xalqın mövcudluğunun əsas göstəricisi olan milli-mənəvi
dəyərlər onun ən qiymətli sərvətidir. Hər bir xalq milli mənəvi
dəyərlər sisteminə malikdir. Bu milli-mənəvi dəyərlər bizim
tariximiz, dilimiz, dinimiz, adət-ənənələrimiz, mentalitetimiz,
mədəniyyətimiz, ədəbiyyat və incəsənətimizdir.
Milli-mənəvi dəyərlər nədir?- “Mənəvi dəyərlər” insanı
cəmiyyətdə formalaşdıran, inkişafa kömək edən davranış
qaydalarıdır. Bu qaydalar dünya sivilizasiyasının təməli
qoyulandan yaranmağa başlamışdır. Dəyərlərin formalaşması
prosesi nəticədə dünyada hər bir fərdin haqlarını daha dolğun
təsdiq edən xysusiyyətlər yaranır.
Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan
Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları,
adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur.
Uzun illər aparılan tədqiqatlar zamanı aydın olmuşdur ki, qədim
köklərə malik Azərbaycan əsrlər boyu maddi və mənəvi xəzinə-
sini qoruyub saxlaya bilmişdir. Azərbaycanın milli dəyərləri orta
əsrlərdə formalaşmış və göründüyü kimi, o vaxtdan bəri çox az
dəyişmişdir. Azərbaycanlıların çox vaxt türk-islam dəyərləri
adlandırılan əxlaq qaydaları toplusunun özəyi orta əsrlərdəki
türk hərbi-feodal şərəf kodeksinin təsiri altında formalaşmışdı.
Bu kodeks haqqında məlumatı “Dədə Qorqud” (XI əsr) və
“Koroğlu” (XVI əsr) kimi türk dastanlarından almaq olar:
Ya hər şey - ya heç nə;
Məğlubiyyət - ölümdən pisdir;
Kömək diləmək - ayıbdır;
Şücaət xeyirdən yeydir;
Qənaət - xəsislikdir;
Ehtiyatlılıq - qorxaqlıqdır;
Qonaq - Allahındır;