5
Ailə - müqəddəsdir;
Söz verdinsə - əməl elə;
Qadının namusu - toxunulmazdır.
Qədim dövrlərdə “Dədə Qorqud”, “Manas”, “Alpamış”,
“Koroğlu” dastanları, xalqımıza mənsub olan dahi şairlərimiz,
yazıçılarımız - Nizami, Yunus Əmrə, Əlişir Nəvai, Füzuli,
Nəsimi, Məhtimqulu, Abay və digərləri tariximizi, mənəvi
dəyərlərimizi əks etdirən, bizi dünyada tanıdan ölməz əsərlər
yaratmışlar və bunlar nəsillərdən-nəsillərə xalqlarımızı özünə-
məxsus milli-mənəvi dəyərlər o cümlədən, ümumbəşəri dəyərlər
əsasında tərbiyə etmiş, hazırlamış, vətənpərvərlik, Vətənə
sədaqət hisslərini daim gücləndirmişdir.
Bu zəngin irsdə xalqın soykökünə bağlı olan adət-ənənələr
yaşayaraq əsrimizə, yeni yüzilliyə qədər gəlib çatmışdır. Xalqın
toy-büsat mərasimi, bayram adət-ənənələri, Novruz mərasimləri,
yas mərasimləri, İslam dininin təmizlik, düzlük, insanlıq, kimi
bəşəri, ali hissləri tərbiyə edən dəyərləri onun milli-mənəvi
dəyərlərini özündə yaşadır. Bütün bunların kontekstində
Azərbaycan vətəndaşının varlığı göstərilir. Uzun illərin yolu və
əsrlərin, qərinələrin sorağı bu ənənələrə bizi bağlamış,
dövrümüzə körpü salmışdır. Müasir insanın formalaşması və
özünü təsdiqi, məhz milli-mənəvi dəyərlərin aşılanması prosesi
ilə bağlıdır.
Azərbaycanın qədim, rəngarəng mənəvi dəyərləri, mədəni irsi
hazırda xalqın fəxr mənbəyi və dünya mədəniyyətinə töhfəsi
qismində çıxış edir. Bu sahəyə dövlət qayğısının günü-gündən
artması və beynəlxalq təcrübənin tətbiqi istiqamətində görülən
işlər qeyri-maddi mədəni irsin gələcəyinə nikbin baxmağa
ümidləri artırır.
Azərbaycan xalqı azad və suveren dövlət quraraq mədəni
iqtisadi islahatlar aparmaqla öz milli-əxlaqi dəyərlərinə, tarixinə
qayıdır, demokratik ölkələrin təcrübələrindən istifadə edir.
Deyilənləri nəzərə alaraq sizə təqdim edilən bu metodik
vəsaitdə milli-mənəvi dəyərlərin qorunmasında ulu öndər
Heydər Əliyev şəxsiyyətinin rolundan, milli-mənəvi dəyərlərin
6
təbliği məqsədilə kitabxanalarda həyata keçirilən kütləvi tədbir
formalarından, milli-mənəvi dəyərlərin mühafizəsi və gələcək
nəsillərə ötürülməsində əhəmiyyət kəsb edən beynəlxalq hüquqi
sənədlərdən və mövzu ilə əlaqədar əlavə materiallardan bəhs
edilmişdir.
7
Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz
Milli-mənəvi dəyərlər və Azərbaycançılıq – bu sözlər hər
bir Azərbaycan vətəndaşı üçün doğma, əziz və müqəddəsdir. Bu,
həm də milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın
fundamental prinsiplər əsasında formalaşması deməkdir. Xalqı-
mız, millətimiz keçmişin bütün buxovlarından azad olduqdan
sonra əlindən zorla alınmış milli-mənəvi dəyərlərin, milli özü-
nüdərkin formalaşmasına yeni zəmin yarandı. Müasir tarixi-
mizin səhifələrində yer almış milli oyanış dövründə millətin
həmin dəyərlər uğrunda canından belə keçməyə hazır olması,
xalqımızın milli dəyərlərə sadiqliyinin nümunəsidir.
1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə
gələn ümummilli lider Heydər Əliyev ilk gündən hər cür
ideoloji-siyasi baryerlərə sinə gərərək Azərbaycan xalqının milli
özünüdərki üçün bütün zəruri tədbirləri həyata keçirməyə
başlamış, ictimai şüurdakı qorxunu, ehtiyatlılığı aradan qal-
dırmağı, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi yüksəliş-
lərə ruhlandırmağı bacarmışdır. Ulu öndər xalqda milli heysiy-
yəti gücləndirmək, onu öz şanlı keçmişinə, soy-kökünə qaytar-
maq, habelə zəngin bədii irsini, mədəniyyətini, incəsənətini,
adət-ənənələrini yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir
sıra aşkar-gizli tədbirlər həyata keçirmişdir.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə
qayıdışı gənc dövlətin siyasi və iqtisadi əsaslarını yaratmaqla
yanaşı, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən
ideyanın – Azərbaycançılığın təşəkkül və inkişafına müstəsna
diqqət vermişdir.
Ümummilli lider Heydər Əliyevin böyüklüyü rəhbər
vəzifəyə gəldiyi gündən bu dəyərləri düzgün qiymətləndirməsi,
daim diqqət mərkəzində saxlamasıdır.
Ümummilli liderin milli ideologiyanın ən mühüm
istiqamətlərindən və komponentlərindən biri kimi qiymət-
ləndirdiyi milli-mənəvi dəyərlər özü də mürəkkəb daxili struk-
tura malikdir. Burada Heydər Əliyev üç tərkib hissəsini xüsusi
8
qeyd edirdi: dil, din, adət-ənənə
(bunların şüur müstəvisində
proyeksiyası olan milli mentalitet).
Heydər Əliyev milli-mənəvi dəyərlərimizin öyrənilməsi-
ni, qorunub saxlanmasını və inkişaf etdirilməsini əsas
vəzifələrdən biri kimi irəli sürürdü. Bunlarsız millət yoxdur.
Bunları qoruyub saxlamış xalq isə həmişə müstəqillik yolu ilə
getmək, müstəqilliyini qorumaq əzmindədir.
“...Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə
qürur hissi keçirməlidir və biz Azərbaycançılığı - Azərbaycan
dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini
yaşatmalıyıq” - deyən Heydər Əliyev Azərbaycançılığı milli bir
ideologiya kimi irəli sürür, mədəniyyətimizi, mənəvi dəyərləri
təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın - dövlət
quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi.
Mənsub olduğu xalqın tarixi keçmişinə, mədəni irsinə və mənəvi
dəyərlər sisteminə sönməz məhəbbət duyğularıyla yanaşan Hələ
ötən əsrin 70-ci illərində görkəmli dövlət xadimi, müdrik
şəxsiyyət kimi o, yaxşı başa düşürdü ki, aydın və dərk olunmuş
milli ideologiya hər bir xalqın irəliyə doğru inkişafının yol
göstərəni və bələdçisidir. Milli dövlətçilik və milli-mənəvi
dəyərlər sıx daxili vəhdətdədir. Yalnız milli kimliyi bəlli olan və
özünü bir millət kimi dərk edən xalqın bitkin inkişaf
konsepsiyası ola bilər. Ümummilli lider nəinki bu konsepsiyanı
yaratdı, həm də çox böyük ustalıqla, səbr və təmkinlə həyata
keçirtdi. “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”- deyən ulu
öndər bütün həyatı boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin,
adət-ənənələrimizin keşiyində durdu. Hələ keçmiş sovetlər
dönəmində tariximizin qədimliyi və zənginliyinin mühüm göstə-
ricisi olan tarixi abidə və eksponatların qorunub saxlanılması və
gələcək nəsillərə ötürülməsi məqsədilə Azərbaycanın bütün böl-
gələrində tarix-diyarşünaslıq muzeylərinin yaradılması haqqında
sərəncam imzaladı. Azərbaycan folklorunun daha dərindən araş-
dırılması, aşıq sənətinin inkişafı, milli mərasimlərimizin təbliği
istiqamətində ciddi tədbirlər həyata keçirildi. İti fəhmi, intuisi-
yası ilə gələcək müstəqilliyi duyub-hiss edən Heydər Əliyev o
Dostları ilə paylaş: |