9
illərdə milli-mənəvi intibah üçün möhkəm zəmin hazırlayırdı.
1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi rəhbərliyə
gələn Heydər Əliyev həyata keçirdiyi dövlət quruculuğu prosesi
ilə paralel surətdə mədəni-mənəvi quruculuq və milli-tarixi
yaddaşın bərpası işlərinə başladı. Vaxtilə qadağalara məruz
qalan, yasaq olunan milli və dini bayramlar, adət və mərasimlər
xalqa qaytarıldı. Heydər Əliyev hər il qədim milli bayramımız
olan Novruzda əhali ilə bayramlaşmağa çıxır, azad və müstəqil
xalqımızın Novruz sevinclərindən xüsusi zövq alırdı. Heydər
Əliyev bu tədbirləri təkcə Azərbaycan yox, bütün türk dünyası
miqyasında həyata keçirirdi. Ortaq türk mədəniyyəti və mənə-
viyyatının öyrənilib təbliğ edilməsi, keçmişdən gələcəyə ötürül-
məsi yönündə müstəsna xidmətlər göstərirdi. Qırğızların “Ma-
nas” eposunun 1000 illik yubileyində iştirak və çıxış edən
Heydər Əliyev bütün türk dünyası üçün əvəzedilməz müdrik bir
şəxsiyyət olduğunu bir daha sübut etdi. Ulu öndər Heydər
Əliyev islamiyyətlə bağlı olan dini-mərasim və adətlərin də
layiqincə keçirilməsi üçün hər cür şərait yaratmışdı. 1994-cü
ildə Səudiyyə Ərəbistanına rəsmi səfəri çərçivəsində müqəddəs
Kəbəni ziyarət etməsi, Mirmövsüm Ağa ziyarətgahında din xa-
dimləri və möminlərlə görüşməsi, Bibiheybət məscid-komplek-
sinin yenidən qurulmasına xeyir-dua verməsi Ulu öndərin dini-
əxlaqi dəyərlərə sadiqliyinin, Allahını və peyğəmbərini sevən
imanlı bir insan olmasının real təsdiqi idi. Qloballaşan dünyada
mənəvi dəyərlərin böyük təhlükələrlə üzləşdiyi məqamlarda
Heydər Əliyev qətiyyətli bir lider kimi mövqeyini ortaya
qoyurdu. Ulu öndərin milli-mənəvi dəyərlərin qorunması ilə
bağlı 2001-ci il avqustun 13-də verdiyi “Milli-mənəvi dəyərlərin
pozulması xalqımıza qarşı bağışlanmaz xəyanətdir”- bəyanatı
problemə təkcə dövlət rəhbərinin yox, həm də müdrik bir el
ağsaqqalının münasibəti idi. “Biz öz milli-mənəvi dəyərlərimiz-
lə, adət-ənənələrimizlə fəxr edirik”, - deyən ümummilli liderin
işıqlı ideyaları bu gün də yaşayır və həyata keçirilir.
Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin
layiqli davamçısı olduğunu əməli addımları ilə sübuta yetirən
10
Azərbaycan Prezidenti İlham Əliyev regionda cərəyan edən
proseslərin istiqamətini müəyyənləşdirən, ona təsir göstərən
ciddi fenomenə çevrilmişdir. Bu gün Prezident İlham Əliyevi,
eyni zamanda, Azərbaycanın milli-mənəvi dəyərlərinin ən
qüdrətli mühafizəçisi kimi görürük. Prezident İlham Əliyevin
konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf etdirməyin
və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli
dövlətçilikdir. Milli dövlət ancaq ərazinin, maddi sərvətlərin
deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir.
Dövlətçilik hisslərinə malik olmadan xalq milli dövlətini inkişaf
etdirə bilməz.
Bu gün ulu öndərin ali ideyalarının gerçəkləşməsində
cənab İlham Əliyevlə birgə onun xanımı, Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da
yaxından iştirak edir. Yüksək mənəvi-əxlaqi dəyərləri parlaq
şəxsiyyətində cəmləyən Azərbaycan qadını kimi Mehriban
xanım Əliyeva demokratik, hüquqi dövlət quruculuğu yolunda
sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan
cəmiyyətinin həyatına birinci Xanım ənənəsini də gətirmişdir.
Əslində, nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən
mənimsədiyi, tarixin hansısa mərhələsində unutduğumuz bu
ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası
faktı məhz Mehriban xanım Əliyevanın adı ilə bağlıdır.
11
Milli-mənəvi dəyərlərin kitabxanalarda təbliği
Milli-mənəvi dəyərlərimizin qorunması, onların müəyyən
bir çərçivədə təbliği əsas məsələlərdən biri kimi hər bir azər-
baycanlını düşünməyə vadar edir. Zamanın müxtəlif illərində
milli-mənəvi dəyərlərimiz meyar olaraq, xalqın milli düşün-
cəsinə, onun bir vətəndaş kimi formalaşmasına təsirini göstər-
miş, bu gün də yetişən nəsil, məhz bu prosesin içərisində özünü,
Azərbaycançılıq məfkurəsini dərk edərək, mövqeyini müəy-
yənləşdirməlidir. Sözsüz ki, mənəvi dəyərlərin inkişafı ziyalılar
nəslinin cəmiyyətə təsir gücündən, eləcə də, mənəviyyatımızı
yaşadan dəyərlərin geniş bir məkanda təbliği əsasında reallaşır.
Bütün bunlar – ulularımızdan bizə gəlib çatan müqəddəs
irsin göz bəbəyi kimi qorunaraq gələcək nəsillərə əmanət
edilməsi, Azərbaycan şüurunun, mentalitetinin, əxlaqının bütün
dünyada təbliği, qəbul olunması düşünülmüş, məqsədyönlü
olmalıdır.
Azərbaycan xalqının böyük tarixi, zəngin mədəniyyəti var.
Bu milli-mənəvi zənginliyin dünyaya layiqincə təqdim olunması
nəticə etibarilə ölkəmizin təbliğinə, beynəlxalq nüfuzunun
yüksəlməsinə xidmət edir. Müasir dünyadakı qlobal inteqrasiya
prosesində qabaqcıl yer tutmaq istəyən dövlət özünün iqtisadi,
siyasi gücü ilə yanaşı, həm də tarixi, mədəniyyəti, milli-mənəvi
dəyərləri ilə tanınmalı, onları yüksək səviyyədə təbliğ etməyi
bacarmalıdır.
Prezident
İlham Əliyev bununla bağlı demişdir:
“Azərbaycan dünya birliyinin dəyərli üzvünə çevrilmişdir. Biz
öz təbliğat işimizi daha da səmərəli qurmalıyıq. Bu işləri
informasiya-kommunikasiya texnologiyaları, internet vasitəsilə
daha fəal şəkildə görmək lazımdır. Biz gərək bu fəaliyyəti birgə
aparaq”.
Kitabxanalarda keçirilən hər bir kütləvi tədbir vasitəsilə
mənəvi dəyərlərin təbliğinə xüsusi diqqət yetirilməlidir. Milli-
mənəvi dəyərlərimizi özündə əks etdirən adət-ənənələrimiz,
Dostları ilə paylaş: |