Milli-mənəvi dəyərlərimiz və Heydər Əliyev



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix01.11.2017
ölçüsü0,56 Mb.
#7801
1   2   3   4   5   6   7   8   9   ...   22

 

illərdə  milli-mənəvi  intibah  üçün  möhkəm  zəmin  hazırlayırdı. 



1993-cü  ildə  xalqın  təkidli  tələbi  ilə  yenidən  siyasi  rəhbərliyə 

gələn Heydər Əliyev həyata keçirdiyi dövlət quruculuğu prosesi 

ilə  paralel  surətdə  mədəni-mənəvi  quruculuq  və  milli-tarixi 

yaddaşın  bərpası  işlərinə  başladı.  Vaxtilə  qadağalara  məruz 

qalan, yasaq olunan milli və dini bayramlar, adət və mərasimlər 

xalqa  qaytarıldı.  Heydər  Əliyev  hər  il  qədim  milli  bayramımız 

olan  Novruzda  əhali  ilə  bayramlaşmağa  çıxır,  azad  və  müstəqil 

xalqımızın  Novruz  sevinclərindən  xüsusi  zövq  alırdı.  Heydər 

Əliyev  bu  tədbirləri  təkcə  Azərbaycan  yox,  bütün  türk  dünyası 

miqyasında  həyata  keçirirdi.  Ortaq  türk  mədəniyyəti  və  mənə-

viyyatının öyrənilib təbliğ edilməsi, keçmişdən gələcəyə ötürül-

məsi  yönündə  müstəsna  xidmətlər  göstərirdi.  Qırğızların  “Ma-

nas”  eposunun  1000  illik  yubileyində  iştirak  və  çıxış  edən 

Heydər Əliyev bütün türk dünyası üçün əvəzedilməz müdrik bir 

şəxsiyyət  olduğunu  bir  daha  sübut  etdi.  Ulu  öndər  Heydər 

Əliyev  islamiyyətlə  bağlı  olan  dini-mərasim  və  adətlərin  də 

layiqincə  keçirilməsi  üçün  hər  cür  şərait  yaratmışdı.  1994-cü 

ildə  Səudiyyə  Ərəbistanına  rəsmi  səfəri  çərçivəsində  müqəddəs 

Kəbəni  ziyarət  etməsi,  Mirmövsüm  Ağa  ziyarətgahında  din  xa-

dimləri  və  möminlərlə  görüşməsi,  Bibiheybət  məscid-komplek-

sinin  yenidən  qurulmasına  xeyir-dua  verməsi  Ulu  öndərin  dini-

əxlaqi  dəyərlərə  sadiqliyinin,  Allahını  və  peyğəmbərini  sevən 

imanlı bir insan olmasının real təsdiqi idi. Qloballaşan dünyada 

mənəvi  dəyərlərin  böyük  təhlükələrlə  üzləşdiyi  məqamlarda 

Heydər  Əliyev  qətiyyətli  bir  lider  kimi  mövqeyini  ortaya 

qoyurdu.  Ulu  öndərin  milli-mənəvi  dəyərlərin  qorunması  ilə 

bağlı 2001-ci il avqustun 13-də verdiyi “Milli-mənəvi dəyərlərin 

pozulması  xalqımıza  qarşı  bağışlanmaz  xəyanətdir”-  bəyanatı 

problemə  təkcə  dövlət  rəhbərinin  yox,  həm  də  müdrik  bir  el 

ağsaqqalının münasibəti idi. “Biz öz milli-mənəvi dəyərlərimiz-

lə,  adət-ənənələrimizlə  fəxr  edirik”,  -  deyən  ümummilli  liderin 

işıqlı ideyaları bu gün də yaşayır və həyata keçirilir. 

Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin 

layiqli  davamçısı  olduğunu  əməli  addımları  ilə  sübuta  yetirən 




10 

 

Azərbaycan  Prezidenti  İlham  Əliyev  regionda  cərəyan  edən 



proseslərin  istiqamətini  müəyyənləşdirən,  ona  təsir  göstərən 

ciddi  fenomenə  çevrilmişdir.  Bu  gün  Prezident  İlham  Əliyevi, 

eyni  zamanda,  Azərbaycanın  milli-mənəvi  dəyərlərinin  ən 

qüdrətli  mühafizəçisi  kimi  görürük.  Prezident  İlham  Əliyevin 

konsepsiyasına  görə,  milli  ruhu  qorumağın,  inkişaf  etdirməyin 

və  yeni  nəsillərə  çatdırmağın  ən  mühüm  şərti  məhz  milli 

dövlətçilikdir.  Milli  dövlət  ancaq  ərazinin,  maddi  sərvətlərin 

deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. 

Dövlətçilik hisslərinə malik olmadan xalq milli dövlətini inkişaf 

etdirə bilməz. 

Bu  gün  ulu  öndərin  ali  ideyalarının  gerçəkləşməsində 

cənab  İlham  Əliyevlə  birgə  onun  xanımı,  Heydər  Əliyev 

Fondunun  prezidenti,  YUNESKO  və  İSESKO-nun  xoşməramlı 

səfiri,  Milli  Məclisin  deputatı  Mehriban  xanım  Əliyeva  da 

yaxından  iştirak  edir.  Yüksək  mənəvi-əxlaqi  dəyərləri  parlaq 

şəxsiyyətində  cəmləyən  Azərbaycan  qadını  kimi  Mehriban 

xanım  Əliyeva  demokratik,  hüquqi  dövlət  quruculuğu  yolunda 

sürətlə  irəliləyərək  sivil  dəyərləri  əxz  edən  Azərbaycan 

cəmiyyətinin  həyatına  birinci  Xanım  ənənəsini  də  gətirmişdir. 

Əslində, nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən 

mənimsədiyi,  tarixin  hansısa  mərhələsində  unutduğumuz  bu 

ənənələrin  müstəqil  Azərbaycan  dövlətində  yenidən  bərpası 

faktı məhz Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. 



11 

 

Milli-mənəvi dəyərlərin kitabxanalarda təbliği 



 

Milli-mənəvi  dəyərlərimizin  qorunması,  onların  müəyyən 

bir  çərçivədə  təbliği  əsas  məsələlərdən  biri  kimi  hər  bir  azər-

baycanlını  düşünməyə  vadar  edir.  Zamanın  müxtəlif  illərində 

milli-mənəvi  dəyərlərimiz  meyar  olaraq,  xalqın  milli  düşün-

cəsinə,  onun  bir  vətəndaş  kimi  formalaşmasına  təsirini  göstər-

miş, bu gün də yetişən nəsil, məhz bu prosesin içərisində özünü, 

Azərbaycançılıq  məfkurəsini  dərk  edərək,  mövqeyini  müəy-

yənləşdirməlidir. Sözsüz ki,  mənəvi  dəyərlərin  inkişafı  ziyalılar 

nəslinin  cəmiyyətə  təsir  gücündən,  eləcə  də,  mənəviyyatımızı 

yaşadan dəyərlərin geniş bir məkanda təbliği əsasında reallaşır. 

Bütün  bunlar  –  ulularımızdan  bizə  gəlib  çatan  müqəddəs 

irsin  göz  bəbəyi  kimi  qorunaraq  gələcək  nəsillərə  əmanət 

edilməsi,  Azərbaycan  şüurunun,  mentalitetinin,  əxlaqının  bütün 

dünyada  təbliği,  qəbul  olunması  düşünülmüş,  məqsədyönlü 

olmalıdır. 

Azərbaycan xalqının böyük tarixi, zəngin mədəniyyəti var. 

Bu milli-mənəvi zənginliyin dünyaya layiqincə təqdim olunması 

nəticə  etibarilə  ölkəmizin  təbliğinə,  beynəlxalq  nüfuzunun 

yüksəlməsinə xidmət edir. Müasir dünyadakı qlobal inteqrasiya 

prosesində  qabaqcıl  yer  tutmaq  istəyən  dövlət  özünün  iqtisadi, 

siyasi gücü ilə yanaşı, həm də tarixi, mədəniyyəti, milli-mənəvi 

dəyərləri  ilə  tanınmalı,  onları  yüksək  səviyyədə  təbliğ  etməyi 

bacarmalıdır.  

Prezident 

İlham  Əliyev  bununla  bağlı  demişdir: 

“Azərbaycan  dünya  birliyinin  dəyərli  üzvünə  çevrilmişdir.  Biz 

öz  təbliğat  işimizi  daha  da  səmərəli  qurmalıyıq.  Bu  işləri 

informasiya-kommunikasiya  texnologiyaları,  internet  vasitəsilə 

daha fəal şəkildə görmək lazımdır. Biz gərək bu fəaliyyəti birgə 

aparaq”.  

Kitabxanalarda  keçirilən  hər  bir  kütləvi  tədbir  vasitəsilə 

mənəvi  dəyərlərin  təbliğinə  xüsusi  diqqət  yetirilməlidir.  Milli-

mənəvi  dəyərlərimizi  özündə  əks  etdirən  adət-ənənələrimiz, 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə