Milli-mənəvi dəyərlərimiz və Heydər Əliyev



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə9/22
tarix01.11.2017
ölçüsü0,56 Mb.
#7801
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

27 

 

bəhs  edən  “War  Against  Azerbaijan:  Targeting  Cultural 



Heritage”  (“Azərbaycana  qarşı  müharibə:  mədəni  irs  hədəf 

altında”) kitabının bir neçə dildə nəşri, Azərbaycan reallıqlarının 

yayılması və maddi-mənəvi dəyərlərimizin dünya ictimaiyyətinə 

tanıdılması  məqsədilə  həcmi,  məzmunu  və  material  tutumuna 

görə  ölkədə  analoqu  olmayan  www.azerbaijan.az  portalının 

hazırlanması Heydər Əliyev Fondunun həyata keçirdiyi mühüm 

işlərdəndir.  

Kitabxanalar  Heydər  Əliyev  Fondunun  milli  dəyərlərin 

təbliği  ilə  əlaqədar  nəşr  etdirdiyi  yeni  kitabların  təqdimatını 

keçirə  bilər.  Kitabların  təqdimat  mərasimi  aparıcının  3 

dəqiqəlik  giriş  sözü  ilə  başlayır.  O,  iştirakçıları  salamlayaraq, 

kitabın  mövzusu,  təqdimatın  məqsədi  haqqında  məlumat  verir. 

Aparıcı  təqdim  olunan  kitabın  ya  özünü,  ya  da  foto  şəklini 

nümayiş  etdirir.  İnformasiya  mərkəzi  olan  kitabxanalarda 

proyektorun köməyilə ekranda kitabın elektron variantı nümayiş 

etdirilir.  10-15  dəqiqə  ərzində  kitabın  kimlər  üçün  nəzərdə 

tutulduğu  haqqında  danışılır  və  elektron  variantda  kitabın  için-

dəkilər  (mündəricatı)  göstərilir.  İştirakçılara  kitabın  yerləşdiyi 

İnternet  ünvanlar  haqqında  məlumat  verilir.  10-15  dəqiqə 

oxucularla  dialoq  aparılır.  Kitabın  əhəmiyyəti  haqqında  rəy  və 

mülahizələr  öyrənilir  və  mövzuya  uyğun  suallar  verilir. 

Mərasimdə müəllifin iştirakı çox vacibdir, çünki ortaya çıxan bir 

çox  sualları  yalnız  o  cavablandıra  bilər.  Bütün  tədbirlərdə 

olduğu  kimi  kitab  təqdimatları  da  5-10  dəqiqəlik  son  sözlə 

yekunlaşdırılır.  Bu  zaman  kitabın  əhəmiyyətindən  bir  daha 

danışılır,  kitabın  qiyməti,  kitabı  necə  əldə  etmək  haqqında  mə-

lumat verilir.  

Tədbirdən əvvəl elan hazırlanır. Elanda kitabın müəllifi və 

annotasiyası öz əksini tapır. Oxucuların rəylərini öyrənmək üçün 

“anket-sorğu”  paylanır.  Bundan  başqa  imkan  daxilində  kitab 

haqqında  buklet  və  dəvətnamələr  hazırlamaq  olar.  Müəllif  və 

kitab haqqında qısa məlumat, keçirilmə yeri və vaxtı göstərilmiş 

dəvətnamələr əlaqədar təşkilatlara göndərilir.

 



28 

 

Bu gün kitabxanalara oxucu cəlb etməyin əsas şərtlərindən 



biri  elanlarda  tədbirin  məzmununun  necə  təqdim  edilməsi,  nə 

şəkildə  oxucuya  çatdırılmasıdır.  Keçiriləcək  tədbir  haqqında 

səliqəli elan yazılmalı, tədbirdə iştirak edəcək şəxslərin adları və 

titulları qeyd edilməlidir. Tədbirə maraqlı, göz və könül oxşayan 

adın seçilməsi də əsas şərtdir.

 

Tədbirin  keçiriləcəyini  informasiya  vasitələrindən  istifadə 



etməklə  də  yaymaq  olar.  Kitabçaların,  bukletlərin,  elanların, 

vərəqələrin  əhəmiyyəti  onların  düzgün  tərtibindən  və  operativ 

paylanmasından asılıdır.

 

2003-cü ildə Azərbaycan muğamının YUNESKO-nun bə-



şəriyyətin  şifahi  və  qeyri-maddi  mənəvi  irsinin  şah  əsərləri 

siyahısına  daxil  edilməsi  Azərbaycan  mədəniyyəti  üçün  hə-

qiqətən  də  tarixi  bir  hadisə  oldu.  Azərbaycan  dünyada  muğam 

operası,  simfonik  muğam,  hətta  caz-muğam  yaratmış  yeganə 

ölkədir.  Milli  musiqimiz  xarici  dövlətlərdə  təmsil  olunmaqla 

bərabər, YUNESKO-nun xətti ilə geniş məkanlara yol açdı. Son 

vaxtlarda  həyata  keçirilən  layihələr,  milli  musiqimizin,  mənəvi 

dəyərlərimizin  inkişafı  istiqamətinə  yönəlmişdir.  “Muğam 

ensiklopediyası”nın,  “Muğam  antalogiyası”nın  hazırlanması 

milli musiqimizə maraq hissini çox artırmışdır. 

Xalqımızın  möhtəşəm  mədəniyyət  abidəsi  olan,  əsrlər 

boyu  milli  mənəvi  dəyərlərimizi  özündə  əks  etdirən, 

professional  musiqimizin  yaranıb  formalaşmasında  əvəzsiz  rol 

oynayan muğam sənətini təbliğ etmək hər bir kitabxanaçının da 

öhdəsinə  düşür.  Bunun  üçün  kitabxanaçılar  kütləvi  tədbirin 

müxtəlif  formalarından  istifadə  edə  bilərlər.  Müxtəlif  adlarda 

Muğamın  tarixindən”,  “Azərbaycan  muğamları  dünya 

səhnələrində”,  “XXI  əsrdə  muğam  sənəti”  və  s.  adlarda 

məruzələrin,  söhbətlərin  keçirilməsi  “Qarabağ  xanəndələri”, 

Unudulmuş  səslər”,  “Azərbaycanın  qədim  xanəndələri”, 

İnstrumental  muğamlar”,  “Muğam  ustadları”  CD  albom-

larının sərgi və təqdimatını təşkil etmək məsləhətdir.  

Muğam sənəti haqqında yazılmış kitablar, dövri mətbuatda 

çap edilmiş məqalələr xüsusən də 2007-ci  ildən  nəşrə başlamış 



29 

 

“Muğam”  (üç  dildə:  azərbaycan,  rus,  ingilis)  jurnalının  mate-



riallarından istifadə etməklə “Azərbaycan

 

muğamı” adlı karto-

teka  yaratmaq,  kartoteka  varsa  “Muğam  ənənələri”,  “Muğam 

adlarının etimologiyası”, “Muğam dəstgahları”, “Muğam dün-

yası” və s. adlarda yeni rubrikalar yaratmaq olar. 

İnternetdə  muğamla  bağlı  audio  və  video  materialları 

özündə  əks  etdirən  müxtəlif  saytlardan  istifadə  etmək,  imkan 

daxilində  xanəndələr  və  muğam  biliciləri  ilə  birlikdə  muğam 

məclisləri  və  dərnəklər  də  təşkil  etmək  məqsədəuyğun  olardı. 

Mədəniyyət  və  Turizm  şöbəsinin  köməyi  ilə  görkəmli  müğam 

ustadlarına  həsr  olunmuş  muğam  müsabiqələri  (muğam 

ifaçılarının  yarışı)  keçirmək  olar.  Müsabiqələri  müxtəlif 

təşkilatlar  ilə  birlikdə,  müxtəlif  yaş  səviyyələrində  təşkil  etmək 

olar.  Məktəblilər  arasında  muğam  müsabiqələrinin  keçirilməsi 

də  ənənəvi  hal  almışdır.  Bu  müsabiqələrin  münsiflər  heyətinə 

görkəmli  muğam  ustadları  dəvət  olunur.  Keçirilən  bu  müsabi-

qələr muğam sənətini davam etdirən gənc nəslin üzə çıxarılması 

məqsədini daşıyır. 

Mədəniyyətlərin  dialoqu  və  folklor  nümunələri  ilə 

beynəlxalq  mədəni  aləmə  inteqrasiya  kontekstində  əhəmiyyətli 

istinad  nöqtəsi  olan  muğam  sənəti  həm  də  xalqımızın  dünya 

mədəni  irsinə  bəxş  etdiyi  ən  böyük  ərməğandır.  Odur  ki,  onu 

yaşatmaq,  orijinallığını  qorumaqla  öyrənmək  və  öyrətmək  hər 

kəsin borcudur. 

Qədim  ənənələrə  xas  Azərbaycan  xalqının  maddi  və 

mənəvi  mədəniyyət  nümunələrinin,  incəsənətinin,  folklorunun, 

musiqisinin  qorunması,  eləcə  də  dünya  miqyasında  təbliğ 

olunması  məqsədilə  1996-cı  ildən  “Azərbaycan-İrs”  jurnalının 

nəşrə  başlaması  da  son  dərəcə  təqdirəlayiq  məqam  kimi 

xatırlanmalıdır.  Azərbaycan,  rus  və  ingilis  dillərində  işıq  üzü 

görən  jurnalda  son  10  ildə  milli  mədəniyyətimizin,  tarixi-milli 

irsimizin  qorunub  saxlanılması  və  gələcək  nəsillərə  ötürülməsi 

vacibliyi  ilə  bağlı  çoxsaylı  məqalələr  işıq  üzü  görmüşdür. 

Azərbaycanın  mədəniyyəti  və  incəsənəti  ilə  bağlı  ən  aktual 

problemlərin,  böyük  məzmun  yükünə  malik  materialların  dərc 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə