Milli-mənəvi dəyərlərimiz və Heydər Əliyev



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix01.11.2017
ölçüsü0,56 Mb.
#7801
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

30 

 

edildiyi “Azərbaycan-İrs” jurnalı ölkə həqiqətlərinin beynəlxalq 



ictimaiyyətə  çatdırılması  və  təbliği  işinə  də  böyük  dəstək 

olmuşdur. 

Biz  elə  bir  zamanda  yaşayırıq  ki,  gənclərimizin  mənəvi  - 

əxlaqi zəmində yazılmış məqalələrə böyük ehtiyacı var. Bu gün 

kütləvi informasiya vasitələri gənclərimizin milli dəyərlər zəmi-

nində  tərbiyə  olunmasında  güclü  vasitədir.  Xüsusilə,  gənc, 

yeniyetmə qızlarımızın ağır, mürəkkəb zaman kəsiyində düzgün 

tərbiyə olunmasında  KİV böyük qüvvəyə malikdir. 

Milli  dəyərlərimizi  özündə  əks  etdirən  mətbuat  nümunə-

lərini  oxuculara  çatdırmaq  üçün  hər  gün  kitabxanaçı  dövri 

mətbuatı  oxumalı  lazımi  materiallar  toplamalı  “Milli  dəyər-

lərimizin 

qoruyucusu”, 

Milli  dəyərlərimiz”,  “Mədəni 



dəyərlərə qayğı”, “Milli mənəvi irsimiz bizim tariximizdir” və s. 

adlarda kartoteka (kartoteka varsa yeni rubrikalarla zənginləşdi-

rilməlidir) tərtib etməlidir.

 

Əsrlərdən bizə miras qalmış  milli-mənəvi  dəyərlər nəinki 



təkcə  müasir  milli  mövcudluğumuzun,  həm  də  siyasi  mövcud-

luğumuzun,  dövlətçiliyimizin  qarantına  çevrilməlidir.  Milli-

mənəvi  varlığımızın  qorunub  saxlanması  da  dövlətin  ən  əsas 

funksiyalarından biri olmalıdır. 

Azərbaycan  Respublikasının  ərazisinin  20  faizinin  Ermə-

nistan  tərəfindən  işğal  olunduğu  bir  vaxtda  gənclərin  vətənpər-

vərlik  tərbiyəsi  daha  böyük  aktuallıq  tələb  edir.  Milli-mənəvi 

dəyərlərə  bağlılıq  vətənpərvərlik  hisslərini  gücləndirir,  insanın 

əsl vətəndaş kimi yetişməsində birbaşa rol oynayır. 

Vətənpərvərlik insanın öz vətəninə sevgi və sədaqətindən, 

onun  tarixi,  milli  və  mədəni  dəyərləri  üçün  qürur  hissi  keçir-

məkdən,  doğma  vətənin  siyasi,  iqtisadi  və  mədəni  tərəqqisi 

naminə çalışmaqdan və onun müdafiəsinə hər an hazır olmaqdan 

ibarətdir. 

Vətənpərvərlik  hissi  insanda  uşaqlıqdan  tərbiyə  edilməli, 

kiçik  yaşlarından  aşılanmalıdır.  Kitabxanada  keçirilən  ədəbi  və 

mədəni tədbirlər uşaq psixologiyasına daha çox və tez təsir gös-

tərir. Ədiblərimizin vətənin tərənnümü və vətənpərvərlik ruhun-




31 

 

da  yazdığı şeirlərinin müsabiqəsini təşkil etmək, nəsr əsərlərin-



dən  tamaşalar  səhnələşdirmək,  vətənə  sədaqət,  onun  maddi  və 

mənəvi dəyərlərini qorumağı təbliğ etmək vətənpərvərlik hisslə-

rinin formalaşdırılmasında əvəzsiz rol oynayır. Keçirilən tədbir-

lərdə bayramlarımızdakı adət-ənənələrin, xalq dramları və oyun-

larının göstərilməsi məktəblilərin milli ruhda tərbiyə olunmasına 

təkan verir. 

Kitabxananın  fondu  milli  vətənpərvərlik  və  vətəndaşlıq, 

milli  mədəni  və  ya  mənəvi  dəyərləri  təbliğ  edən  kitablarla 

zənginləşdirilməlidir.  Xüsusilə,  təbliğat  Azərbaycançılıq  üzə-

rində  qurulmalı,  Azərbaycan  tarixi,  etnoqrafiyası  dəqiq  şəkildə 

təbliğ  edilməlidir.  Kütləvi  tədbirlərdə  nümunəvi  ziyalı  və 

vətənpərvər  dövlət  xadimlərinin  həyat  və  fəaliyyəti  geniş 

işıqlandırılmalıdır.  Həmçinin,  tarixi  qəhrəmanlarımızın,  vətənin 

azadlığı  uğrunda  canından  keçən  Milli  Qəhrəmanlarımızın, 

şəhid  və  Qarabağ  müharibəsi  veteranlarının  da  qəhrəmanlıqları 

geniş təbliğ edilməlidir.  

Qеyd еdək ki, kitabхanalarda təşkil еdilən hərbi vətənpər-

vərlik  məzmunlu  sərgilərdə  müharibə  mövzusunda  yazılmış 

bədii, publisistik kitablarla yanaşı, müхtəlif qəzеt və jurnal ma-

terialları  da  əks  еtdirilir  ki,  bu  da  həmin  sərginin  əhəmiyyətini 

хеyli artırır. 

Sərginin  məqsəd  və  məramını  açmaq  üçün  izahlı  mətn-

lərdən, ayrı-ayrı elm xadimlərinə istinad edən sitatlardan istifadə 

etmək lazımdır.

 

  Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra 



ümumbəşəri  dəyərləri  prioritet  qəbul  edərək,  demokratik,  dün-

yəvi və hüquqi dövlət qurmaq yolunu seçmişdir. Həmin yol həm 

ölkənin  dünya  birliyinə  sivil  inteqrasiyasının,  həm  də  həyat 

fəaliyyətinin  bütün  sahələrinin  normal  işləməsinin  başlıca  şərti 

olan qanunun aliliyinin təsdiqi və ona riayət olunması prinsipini 

nəzərdə tutur. Ulu öndər Heydər Əliyevin Azərbaycana yenidən 

rəhbərliyə qayıtdıqdan sonra Azərbaycançılığı milli ideya olaraq 

irəli  sürməsi  onun  Azərbaycan  dövlətçiliyi  naminə  göstərdiyi 

tarixi  xidmətdir.  Xalqımızın  adət  və  ənənələrinə,  mədəni  irsinə 



32 

 

diqqət  bu  ideyanın  təməl  xətlərindən  biridir.  Təsadüfi  deyil  ki, 



bu  məqam  ölkə  Konstitusiyasında  da  əksini  tapmışdır.  Konsti-

tusiyanın  16-cı  maddəsində  qeyd olunur ki,  Azərbaycan dövləti 

xalqın  tarixi  və mənəvi  irsini  qoruyur.  Qeyd etmək lazımdır ki, 

Azərbaycan Respublikasında mədəniyyət məsələlərinin, xüsusilə 

tarixi və mədəni dəyərlərin qorunmasının hüquqi bazasını təkcə 

yerli  qanunvericilik  aktları  deyil,  həm  də  beynəlxalq  sənədlər 

təşkil  edir.  Bu  sənədlərdən  “Hərbi  münaqişələr  zamanı  mədəni 

abidələrin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, 

“Ümumdünya  mədəni  irsinin  qorunması  haqqında”  1970-ci  il 

Paris  Konvensiyası,  “Mədəni  dəyərlərin  qeyri-qanuni  yolla 

gətirilməsinin,  aparılmasının  və  mülkiyyət  hüququnun 

verilməsinin  qadağan  edilməsi  və  qarşısının  alınmasına 

yönəlmiş  tədbirlər  haqqında”  1970-ci  il  Paris  Konvensiyası, 

“Oğurlanmış  və  qeyri-qanuni  yolla  ölkədən  çıxarılmış  mədəni 

dəyərlər  haqqında”  1995-ci  il  Konvensiyası  və  digərlərini 

göstərmək olar. 

Azərbaycan  xalqı  çoxəsrlik  zəngin  tarixə  və  mədəniyyətə 

malik bir xalqdır. Tarixən xalqımızın maddi və qeyri-maddi mə-

dəni  irsi  saxtalaşdırılma  və  özgəninkiləşdirilmə  təhlükələri  ilə 

qarşılaşmışdır. Bu hal xüsusi ilə qeyri-maddi mədəni irsin başqa 

xalqlar tərəfindən mənimsənilməsi şəklində həyata keçirilmişdir. 

Mədəni irsimizə qarşı yönəlmiş təhdidləri bu şəkildə qruplaşdır-

maq olar: şifahi xalq ədəbiyyatımızın populyar nümunələrinin, o 

cümlədən, dastanlar, nağıllar və s., xalq musiqisi xəzinəsinə da-

xil  olan  xalq  mahnılarımızın,  milli  musiqi  alətlərimizin:  tar,  

balaban,  kamança,  saz  və  s.,  Azərbaycan  mətbəxinə  daxil  olan 

xörək növlərinin, Azərbaycan xalçalarının mənimsənilməsi. 

Mədəniyyət  nümunələri  “Koroğlu”  və  “Aşıq  Qərib” 

dastanları  ermənilər  tərəfindən  mənimsənilərək  özününküləşdi-

rilməyə  cəhd  edilir.  Azərbaycan  xalçaları  İran  xalçaları  adı 

altında  beynəlxalq  sərgilərdə  nümayiş  etdirilir.  Bundan  başqa, 

Azərbaycanın  məşhur  xalq  mahnısı  “Sarı  gəlin”  beynəlxalq 

festivallarda  erməni  xalq  mahnısı  kimi  təqdim  edilir.  Eyni 

vəziyyət  Azərbaycan  mətbəxinə  məxsus  olan  xörəklərə  və 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə