Milli-mənəvi dəyərlərimiz və Heydər Əliyev



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix01.11.2017
ölçüsü0,56 Mb.
#7801
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

37 

 

* * * 



 

Mən  bu  gün  bir  azərbaycanlı  kimi,  özündə  həm  milli-

mənəvi  dəyərləri,  həm  də  ümumbəşəri  dəyərləri  cəm  edən  bir 

insan  kimi  deyirəm  ki,  bizim  xalqımızın  mənəvi-əxlaqi 

mentaliteti  onun  ən  böyük  sərvətidir,  xalqımızın  milli-mənəvi 

dəyərləri onun milli sərvətidir. Biz bunları qiymətləndirməliyik. 

 

* * * 

 

Bizim  xalqımızda  əsrlərdən  bəri  formalaşmış,  gəlmiş 

adətlər  vardır:  kiçiyin  böyüyə  hörməti,  böyüyün  də  kiçiyə 

qayğısı, övladın valideynlərinə hədsiz hörməti, valideynlərin də 

öz övladlarına olan qayğısı və məhəbbəti. Bu, bizim xalqımızın 

mentalitetidir və biz bununla fəxr etməliyik. 

 

 * * * 


 

Bizim  milli-mənəvi  dəyərlərimiz,  bizim  tarixi  milli 

köklərimiz,  bizim  dilimiz  və  dinimiz  -  hamısı  bizim  milli 

ideologiyamızın böyük bir hissəsidir, böyük bir qoludur. 

 

* * * 

 

Biz  müstəqillik  əldə  edəndən  sonra  İslam  dinimizi 

özümüzə  qaytardıq.  Yəni  bu  din  insanların  qəlbində  həmişə 

yaşayırdı, ancaq rəsmi deyildi. Bu, rəsmi qayıtdı, bərpa olundu. 



 

* * * 

 

Qurani-Şərifdə  böyük  əxlaqi  normalar  əks  olunubdur. 

Onlardan  səmərəli  istifadə  etmək  lazımdır  və  onları  yaymaq, 

inkişaf etdirmək lazımdır. 

 



38 

 

* * * 



 

Biz  tarixi  köklərimizi  həmişə  iftixar  hissi  ilə 

qiymətləndirməliyik  və  tarixi  köklərimizin  mənasını  dünyaya 

bəyan  etməliyik,  yaymalıyıq,  təbliğ  etməliyik,  onunla  fəxr 

etməliyik. 

* * * 

 

Öz  milli-mənəvi  dəyərlərimizi  ümumbəşəri  dəyərlərlə 

birləşdirib, 

zənginləşdirib  Azərbaycan  xalqının  ümumi 

dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq. 

 

* * * 



 

Ümumbəşəri  dəyərlərlə  milli-mənəvi  dəyərlərin  vəhdəti, 

sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir. 

 

 * * * 



 

Azərbaycanda əlillər dövlətin, cəmiyyətin daim qayğısı ilə 

əhatə olunublar. 

 

* * * 



 

İslam  Qafqaz  xalqlarına  səadət,  xoşbəxtlik  gətiribdir, 

inkişaf,  islami  dəyərlər  gətiribdir.  Bu  dəyərlər  -  müqəddəs 

kitabımız  Qurani-Kərimdən  gələn  islami  dəyərlər  Qafqaz 

xalqlarının milli-mənəvi dəyərlərinin əsasını təşkil edibdir. 

 

* * * 



 

İslamın  dini-mənəvi  dəyərləri  Qafqaz  xalqlarının 

qədimdən  yaranmış  və  inkisaf  etmiş  mənəvi  dəyərləri  ilə 

birlikdə xalqların yüksək milli-mənəvi dəyərlərini təşkil ediblər. 

 



39 

 

* * * 



 

Biz 


azərbaycanlılar 

öz 


tariximizlə, 

milli-mənəvi 

dəyərlərimizlə  fəxr  edirik,  öz  doğma  ana  dilimizlə  fəxr  edirik. 

Bunlar  hamısı  bizim  milli  mənəviyyatımız,  milli-mənəvi 

dəyərlərimizdir.  Bunlara  görə  də  biz  İslam  dininə,  İslam 

mədəniyyətinə mənsub olmağımızla da fəxr edirik. 

 

* * * 

 

Başqa  dinlərdə  dözümlülük,  başqa  dinlərlə  yanaşı  və 



qarşılıqlı  anlaşma  şəraitində  yaşamaq  İslam  dəyərlərinin 

xüsusiyyətidir.  Bu,  tarix  boyu  Azərbaycanda,  Qafqazda  da  öz 

əksini tapıbdır. 

 

 * * * 



 

İnsanlar  hansı  dinə,  hansı  mədəniyyətə  mənsubluğundan 

asılı  olmayaraq,  bütün  başqa  mədəniyyətlərə,  dinlərə,  mənəvi 

dəyərlərə  də  hörmət  etməli,  o  dinlərin  bəzən  kiməsə  xoş 

gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar. 

 

* * * 



 

Biz 


Azərbaycanda 

öz  milli-mənəvi  dəyərlərimizə 

söykənərək,  eyni  zamanda  xalqımızın  elminin,  mədəniyyətinin 

inkişafına,  milli-mənəvi  dəyərlərin  ümumbəşəri  dəyərlərlə 

zənginləşməsinə və vəhdətinə xüsusi əhəmiyyət veririk. 

 

* * * 



 

Biz  Azərbaycanın  milli-mənəvi  dəyərlərini  ümumbəşəri 

dəyərlərlə  zənginləşdirən  və  onların  vəhdətindən  doğan  elm, 

ədəbiyyat, incəsənət əsərlərini, onları yaradanları həmişə yüksək 

qiymətləndirmişik. 



40 

 

 



* * * 

 

Bizim  müqəddəs  kitabımız  Qurani-Şərif  heç  vaxt  funda-

mentalizmin  əsasını  qoymayıbdır.  Kimsə  bu  fundamentalizm, 

ekstremizm meyllərini İslam dinindən istifadə edərək yaradır və 

inkişaf  etdirirsə,  hesab  edirəm  ki,  onlar  İslamın  əsas  prinsiplə-

rindən  müəyyən  qədər  uzaqlaşırlar.  Biz  İslam  mədəniyyətini, 

İslam mənəvi dəyərlərini müqəddəs kitabımız Qurani-Kərimdən 

olduğu kimi qəbul edirik. Onların təhrif olunması, əgər dini dillə 

desək, günahdır. Biz istəmirik ki, kimsə günaha batsın.  

 

* * * 



 

Biz hər bir insan üçün  yaxşı bir iş görə biliriksə, bu, bizə 

sevinc gətirir. 

 

* * * 



 

Hər  bir  insan  üçün  vətənə,  torpağa  sədaqət  ən  ülvi 

xüsusiyyətdir. 

 

* * * 



 

 Həcc ziyarətinin özü insan üçün böyük nemətdir. 

 

* * * 

 

Həcc ziyarətini edən hər bir şəxs nəinki özü mənəviyyatca 

zənginləşir,  o,  aldığı  mənəvi  zənginlikdən  bəhrələnərək  öz 

ətrafına, ailəsinə, öz dostlarına da təsir edir, kömək edir, onları 

daha da düz yola, Allah yoluna dəvət edir. 

 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə