Milli-mənəvi dəyərlərimiz və Heydər Əliyev



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix01.11.2017
ölçüsü0,56 Mb.
#7801
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

49 

 

* * * 



 

Biz  öz  milli  köklərimizi,  dini  mənsubiyyətimizi  qorumu-

şuq,  qoruyacağıq.  Mənəvi  ənənələrimizi,  adətimizi  qoruyub 

inkişaf etdirəcəyik. Ancaq bununla bərabər, biz ümumbəşəri də-

yərlərdən  də  bəhrələnirik.  Hesab  edirik  ki,  bizim  milli-mənəvi 

dəyərlərimizin  ümumbəsəri  dəyərlər  ilə  birgə  inkişaf  etməsi, 

onların  sintezi  xalqımızın  gələcəyi  üçün,  inkişafı  üçün  daha  da 

əhəmiyyətli olacaqdır. 

 

* * * 

 

Hər  bir  Azərbaycan  gənci...  birinci  növbədə,  gərək  öz 

dilini,  ana  dilini  bilsin,  çünki  bu,  anasının  dilidir.  Bu,  ölkənin 

dövlət  dilidir  və  gənc  bu  dildə  təhsil  alsın,  bu  dildə  yazsın,  bu 

dildə  oxusun.  Məhz  bu  dildə  Azərbaycan  xalqının  zəngin 

tarixini, zəngin mədəniyyətini, əsrlər boyu yaranmış böyük irsini 

öyrənə  bilsin.  Dil  hər  bir  millətin  milliliyinin  əsasıdır... 

Azərbaycanın hər bir gənci məktəbdə təhsil alaraq, öz xalqının, 

millətinin  qədim  zamanlardan  indiyə  qədər  olan  tarixini  gərək 

yaxşı bilsin. 

 

* * * 

 

Müstəqil  Azərbaycan  dövlətinin  həyatında  çox  əlamətdar 

hadisədir  ki,  xalqımız  dininə  öz  münasibətini  sərbəst  ifadə  edir 

və  uzun  illərin  həsrətindən  sonra  ölkəmizin  istənilən  vətəndaşı 

tamamilə  sərbəst  olaraq  islam  aləminin  müqəddəs  yerlərini 

ziyarət edə bilir. 

 

* * * 

 

Heç  vaxt  inamımızdan,  dinimizdən  uzaqlaşmayacaq  və 

mənəvi 

mənbələrimizdən 



istifadə 

edərək 


gələcəyimizi 

quracağıq. 




50 

 

 



* * * 

 

Xalqımız  öz  böyük  şəxsiyyətləri  vasitəsilə  Azərbaycanın 

milli-mənəvi  dəyərlərini  qoruyub  saxlamış,  zənginləşdirmiş  və 

bu gün ümumbəşəri dəyərlərin bir hissəsinə çevirmişdir. 

 

* * * 

 

Biz  istəyirik  ki,  müxtəlif  ölkələrdə  yaşayan  azərbaycanlı-

lar  həmin  ölkələrin  vətəndaşı  kimi,  istədikləri  kimi  yaşasınlar. 

Ancaq heç vaxt öz milli köklərini itirməsinlər. Bizim hamımızı 

birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır.  

Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi də-

yərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri 

dəyərlərlə  sintezindən,  inteqrasiyasından  bəhrələnmək  demək-

dir.  Hər  bir  azərbaycanlı  öz  milli  mənsubiyyətinə  görə  qürur 

hissi  keçirməlidir  və  biz  Azərbaycançılığı  -  Azərbaycan  dilini, 

mədəniyyətini, milli-mənəvi dəyərlərini yaşatmalıyıq. 

 

 




51 

 

SĠTATLAR 



 

 

Xalqımızın  yaşaması  üçün,  öz  mənliyini,  qürurunu 

qoruması  üçün  ailə  dəyərləri,  milli  dəyərlər  əvəzolunmaz  rol 

oynamışdır. 



 

 Ġlham Əliyev,  

Azərbaycan Respublikasının Prezidenti 

 

Biz  ümumbəşəri  dəyərləri  bölüşürük,  ancaq  bizim  üçün 

əsas  dəyərlər  Azərbaycanın  milli  dəyərləridir.  Bu  baxımdan, 

əgər tarixə də nəzər salsaq görərik ki, xalqımızın yaşaması üçün, 

öz  mənliyini,  qürurunu  qoruması  üçün  ailə  dəyərləri,  milli 

dəyərlər  əvəzolunmaz  rol  oynamışdır.  Ölkəmizin  inkişafı, 

müstəqilliyimizin  daha  da  möhkəmləndirilməsi  üçün  və  milli 

dəyərlərin  tam  şəkildə  bərqərar  edilməsi  üçün  ailə  dəyərləri 

daim yüksəklərdə olmalıdır. 

 

Ġlham Əliyev,  



Azərbaycan Respublikasının Prezidenti 

 

Azərbaycan  xalqı  əsrlər  boyu  müstəqillik  həsrətində  idi. 

Biz  müxtəlif  dövrlərdə  başqa-başqa  dövlətlərin  tərkibində 

yaşamışıq. Amma milli xüsusiyyətlərimizi itirməmişik, dilimizi, 

mədəniyyətimizi,  milli  ənənələrimizi  qoruyub  saxlaya  bilmişik. 

Budur,  xalqın  milli  eyniyyətini,  milli  identifikasiyasını 

şərtləndirən əsas məsələlər. 

 

Ġlham Əliyev,  

Azərbaycan Respublikasının Prezidenti 

 

Müasirlik,  yenilik  və eyni  zamanda, milli dəyərlərə, milli 

köklərə  bağlılıq.  Bugünkü  Azərbaycanı  təsvir  edən  bu  ideya 

artıq hamıya bəllidir. Azərbaycan xalqı daim öz milli köklərinə 




52 

 

bağlı  xalq  olmuşdur  və  bizim  gələcək  uğurlarımız  da  məhz  bu 



amillərlə  bağlıdır.  Biz  tarixi  irsimizin,  zəngin  mədəni  irsimizin 

əsasında müasir, güclü Azərbaycan qururuq. 

 

Ġlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti 

 

Azərbaycan  çox  vaxt  Qərblə  Şərq  arasında  körpü 

adlandırılır.  Bu  hələ  tarixi  İpək  Yolu  dövründən  ölkəmizin 

coğrafi  siyasi  mövqeyə  malik  olması  ilə  bağlıdır.  Azərbaycan 

özünün  çoxəsrlik  tarixi  boyunca  təkcə  nəqliyyat  dəhlizi  kimi 

deyil,  həm  də  mədəniyyətlərin  dialoqunda  öz  sözünü  deməyə 

qadir olan bir ölkə kimi tanınır. Mən fəxr edirəm ki, ölkəmizdə 

tamamilə  bənzərsiz  bir  mədəni  məkan  yaranmışdır.  Biz  öz 

mədəniyyətimizin,  adət-ənənələrimizin,  tarixi  irsimizin  təkrar 

olunmaz  incilərini  qoruyub  saxlayaraq  dünya  mədəniyyətinin 

nümunələrini  qəbul  edə  bilmişik.  Bugün  biz  müxtəlif  xalqların 

mədəniyyət elementləri ilə milli mədəniyyətimizin tərkib hissəsi 

arasında oxşarlığın şahidi oluruq. Bu isə heç də təsadüfi deyildir. 

Belə  ki,  bu  proseslərin  arxasında  öz  tolerantlığı,  xeyirxahlığı, 

öyrənib-öyrətmək bacarığı ilə seçilən və mədəniyyətlər arasında 

körpülər yaradan azərbaycanlıların neçə-neçə nəsli durur.” 

 

Mehriban xanım Əliyeva,  

YUNESKO-nun xoşməramlı səfiri 

  

Biz  muğamı  gələcək  nəsillərə  qəlbimizin  və  ruhumuzun 

bir  hissəsi  kimi  miras  qoyuruq.  Məhz  muğam  bizim 

varislərimizdə  köklərə  bağlılıq,  milli  ləyaqət,  qürur,  emosional 

zənginlik,  iztirab  çəkməyi  və  başqalarının  iztirabına  şərik 

olmağı  bacarmaq,  muğamın  özünün  malik  olduğu  mənəvi 

kamillik, tamlıq kimi keyfiyyətlər aşılamağa qadirdir”. 

 

Mehriban xanım Əliyeva,  



YUNESKO-nun xoşməramlı səfiri  


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə