Milli-mənəvi dəyərlərimiz və Heydər Əliyev



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix01.11.2017
ölçüsü0,56 Mb.
#7801
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

53 

 

 



Mədəniyyətimizin  yad  təsirlərdən  qorunması  üçün  ilk 

növbədə  milli-mənəvi  və  əxlaqi  dəyərlərin  cəmiyyətdə  tam 

bərqərar  olmasına,  ictimai  şüurda  möhkəmlənməsinə  çalışmaq 

lazımdır... 

 

Mehriban xanım Əliyeva,  

YUNESKO-nun xoşməramlı səfiri  

 

Qurani-Kərimin  bütün  ayələri  Allahın  hikmət,  qüdrət  və 



elm  nişanələri  olmaqla  bir  hədəf  vurğulayır:  bu  ayələr  bəşəri 

düz-doğru  yola,  yüksək  mənəviyyata  hidayət  edir.  İslam  və 

Quran 

əzəmətli  insaniyyət  və  əxlaqi-mənəvi  dəyərlər 



xəzinəsidir,  ən  yüksək  ədalət  məktəbidir:  Hər  kəs  öz  əməlinə 

görə  cavabdehdir  (“Əl-bəqərə”  134,  139)  hər  kəsin  qazandığı 

günahı özünə aiddir (“Ən-Nisa”, 111, “Əl-ənam”, 164). 

 

Turana qılıncdan daha kəskin ulu qüvvət



Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət 

 

Hüseyn Cavid,  

Azərbaycan şairi 


54 

 

ƏLAVƏLƏR 

  Əlavə

 

Milli-mənəvi dəyərlərin pozulması xalqımıza qarĢı 



bağıĢlanmaz xəyanətdir 

 

Azərbaycan Prezidenti Heydər Əliyevin Bəyanatı 

 

 - Hörmətli vətəndaşlar! 

Ölkəmizin ictimaiyyətini və məni narahat edən bir hadisə 

ilə əlaqədar öz münasibətimi bildirmək istəyirəm. Bir neçə  gün 

bundan  öncə  “Etimad”  qəzetində  Azərbaycanın  dini  rəhbəri,   

Qafqaz   müsəlmanlarının Şeyxülislamı Allahşükür Paşazadənin 

ünvanına  təhqirli  yazılar  yazılıbdır.  Biz  bu  yazarla  əlaqədar 

ölkəmizin  ictimaiyyətinin  müxtəlif  təbəqələrinə  mənsub  olan 

şəxslərdən   yüzlərlə məktublar almışıq. Bütün məktublarda in-

sanlar  belə  bir  hadisə  ilə  əlaqədar  öz  hiddətlərini  bildirirlər  və 

mənə,  Azərbaycan  Prezidentinə  müraciət  edirlər  ki,  Azərbay-

canın  dini  rəhbəri  Şeyxülislamı  təhqir    edən  qəzet  cəzalansın. 

Mən  bütün  bu    fikirlərlə  razıyam.  Azərbaycanda  söz  azadlığı, 

mətbuat  azadlığı  demokratiyanın  əsas  prinsiplərindən  biri  ola-

raq,  tam  bərqərar  olunubdur.  Ancaq  təəssüflər  olsun  ki,  bəzi 

qəzetlər,  ayrı-ayrı  şəxslərə  mənsub  olan qəzetlər, yaxud müs-

təqil  qəzetlər,  müxtəlif  partiyalara  mənsııb  olan  qəzetlər  Azər-

baycanın Konstitusiyasının, Azərbaycanın qanunlarının mətbuat 

azadlığı,  söz  azadlığı  haqqında  yaratdığı  şəraitdən  sui-istifadə 

edirlər.  Biz  qəzetlərdə  çox  tez-tez  ayrı-ayrı  insanların  təhqir 

olunması,  onların  haqqında  böhtanlar,  yalanlar  yazılmasının 

şahidiyik.  Mənim  özümü  də,  Azərbaycan  Prezidentini  də  bəzi 

hallarda təhqir edirlər, mənə böhtanlar atırlar. Mənim haqqımda 

müxtəlif  uydurmalar  yayırlar.  Ancaq  mən  bunlara  dözürəm. 

Dözürəm ona görə yox ki, mən bunlara qarşı qanun çərçivəsində 

tədbir  görə  bilmərəm.  Ona  görə  ki,  mən  belə  yazıların 




55 

 

müəlliflərinin  hərəkətlərini  Azərbaycanın  mənəviyyatına,  Azər-



baycanın dövlətçiliyinə zidd hərəkətlər kimi qəbul edirəm. 

Azərbaycan Prezidenti Azərbaycan dövlətinin simvoludur. 

Azərbaycanın  dini  rəhbəri  bizim  müsəlman  dinimizi  nəinki 

Azərbaycanda,  bütün  Qafqazda  təmsil  edən  ən  yüksək  vəzifəli 

şəxsdir.  Əgər  Azərbaycanın  dini  rəhbəri  bütün  Qafqaz  müsəl-

manlarının  Şeyxülislamı  adını  alıbsa,  demək,  bu,  bizim  üçün 

böyük iftixar hissidir. Məlumdur ki, cənab Allahşükür Paşazadə 

tutduğu  bu  vəzifədə  20  ildən  artıqdır  xalqa  sədaqətlə  xidmət 

edir, Azərbaycanın xarici siyasətində özünəməxsus imkanlardan 

istifadə  edərək  iştirak  edir  və  Azərbaycanın  dövlətçiliyinə  xid-

mət edir. Onun haqqında bu cür əxlaqsız, mənəviyyatsız sözlərin 

yazılması  bunun  müəlliflərinin  və  o  qəzetin  nə  qədər  düşgün 

vəziyyətdə olduğunu nümayiş etdirir. Hər xalqın öz adət-ənənəsi 

var, öz milli-mənəvi  və  dini dəyərləri var. Biz öz milli-mənəvi 

dəyərlərimizlə,  öz  dini  dəyərlərimizlə,  adət-ənənələrimizlə  fəxr 

edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, 

milli-mənəvi  dəyərlərimizi  yaradıbdır  və  bunlar  indi  bizim 

xalqımızın  mənəviyyatını  təşkil  edən  amillərdir.  Əgər  insan 

mənsub  olduğu  millətin  milli-mənəvi  dəyərlərini  anlaya  bil-

mirsə,  yaxud  onları  qəsdən  təhrif  edirsə,  əgər  vəziyyət  o  dərə-

cəyə  çatırsa  ki,  hətta  Azərbaycanın  dini  rəhbəri  təhqir  olunur, 

onda  təbiidir  ki,  bu,  bizi  narahat  etməlidir.  Mən  bunu  nə  üçün 

deyirəm? Çünki bu, indi Şeyxülislama yönəldilmiş bir təhqirdir. 

Amma  ümumiyyətlə,  təhqir,  yalan,  böhtan  bizim  bir  çox  mət-

buat orqanlarında adi hala çevrilibdir. Nə məqsəd daşıyırlar? Öl-

kədə,  insanlarda  müxtəlif  fıkir  formalaşdırmaq.  Buna  nail  ola 

bilməyəcəklər! Azərbaycan artıq bu il öz müstəqilliyinin onuncu 

ilini qeyd edəcəkdir. Son 8 ildə Azərbaycanda yaranmış ictimai-

siyasi  sabitlik,  xalqın  rifah  halının  günü-gündən  yaxşılaşması, 

iqtisadiyyatın  inkişaf  etməsi,  şəhərlərimizin,  kəndlərimizin, 

yaşayış  yerlərimizin  abadlaşması  və  inkişaf  etməsi  tam  təsdiq 

edir  ki,  Azərbaycan  müstəqil  dövlət  kimi  yaşayır  və  yaşaya-

caqdır. Hər bir vətəndaşın borcu bu istiqamətdə xalqına xidmət 

etməkdən ibarət olmalıdır. 




56 

 

Ancaq bəziləri, təəssüflər olsun, - indi mən belə fıkrə gəl-



məyə  məcburam,  -  nə  xalq,  nə  millət,  nə  də  mənəviyyat  haq-

qında  düşünmürlər.  Yəqin  ki,  onlar  bu  yollarla  hansısa  qazanc 

əldə etmək məqsədi daşıyırlar. Belə qazanılan vəsait də, təbii ki, 

halal olmaz, bizim  millətin gözəl  sözü var  -  haram  olar. Yaxud 

da,  sadəcə,  ya  özləri,  onların  arxasında  duran  qüvvələr,  ya  da 

xaricdən  hansısa  qüvvələr  Azərbaycanda  təxribat  etmək  və 

Azərbaycanda millətimizin milli-mənəvi dəyərlərini ləkələməyə 

çalışırlar. 

Ona görə də mən bu hadisəyə kəskin etirazımı bildirirəm, 

hiddətlənmişəm  və  cəmiyyətimizdə  bu  məsələ  ilə  əlaqədar 

yaranmış  hiddətə  tam  təbii  qiymət  verirəm.  Düşünürəm  ki,  bu 

barədə qanun çərçivəsində ölçülər götürülməlidir. 

Mən  Şeyxülislam  Hacı  Allahşükür  Paşazadə  ilə  telefonla 

danışmışam.  O,  mənə  bildirib  ki,  məhkəməyə  veribdir.  Güman 

edirəm ki, məhkəmə də ədalətli qərar çıxaracaqdır. 

Bu  fürsətdən  istifadə  edərək,  bir-iki  məsələyə  də  toxun-

maq istəyirəm. O da ondan ibarətdir ki, biz öz milli-mənəvi də-

yərlərimizi,  adət-ənənələrimizi,  əxlaqi  dəyərlərimizi  bütün 

istiqamətlərdə  qorumalıyıq,  saxlamalıyıq  və  gənc  nəsli  əsrlər 

boyu  böyük  sınaqlardan  keçmiş  bu  mənəvi,  əxlaqi  dəyərlər 

ruhunda tərbiyələndirməliyik. 

Hər xalqın öz mentaliteti  var. Bizim Azərbaycan  xalqının 

mentaliteti  onun  böyük  sərvətidir.  Heç  vaxt  iki  xalq  bir-birinə 

bənzəməz.  Heç  vaxt  iki  xalq  bir-birinə  bənzər  dəyərlərə  malik 

ola  bilməz.  Yenə  də  deyirəm,  hər  xalqın  özünə,  öz  tarixi  kök-

lərinə,  əcdadları  tərəfındən  yaradılmış  milli-mənəvi  dəyərlərinə 

bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi 

dəyərlərindən  istifadə  edərək,  xalqımızın  mədəni  səviyyəsini 

daha  da  inkişaf  etdirərək,  gənc  nəsli  daha  da  sağlam  əhval-

ruhiyyədə,  saf  əxlaqi  əhvali-ruhiyyədə  tərbiyələndirməliyik. 

Amma  bunun  əvəzinə,  bizim  cəmiyyətimizdə  bəzi  qüvvələr 

buraxdıqları  ayrı-ayrı  qəzetlərlə,  jurnallarla  xalqımızın  içərisin-

də, xüsusən gənclərin içərisində pozuculuq işləri ilə məşğuldur-

lar. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə