Milli-mənəvi dəyərlərimiz və Heydər Əliyev



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə17/22
tarix01.11.2017
ölçüsü0,56 Mb.
#7801
1   ...   14   15   16   17   18   19   20   21   22

57 

 

Yəqin  ki,  ictimaiyyətə  məlumdur.  Bir  neçə  belə  qəzetlər, 



bir  neçə  belə    jurnallar  harada  çıxır,  kim  çıxarır,  nə  məqsəd 

daşıyır.  Nə  məqsəd  daşımağı  məlumdur.  Amma  başqa  şeylər, 

mən  bu  gün  soruşurdum,  bizim  dövlət  orqanlarına  məlum 

deyildir.  Bu,  bir  tərəfdən  bizim  Azərbaycanda  azadlığın  nə 

qədər  yüksək dərəcədə olduğunu göstərir, amma eyni zamanda, 

onu göstərir ki, ölkəmizin ictimaiyyətinin müxtəlif təbəqələrinə 

mənsub  olan  şəxslər,  bəzi  adamlar  verilmiş  bu  azadlıqdan  öz 

şəxsi  mənafeləri,  şəxsi  məqsədləri  üçün  sui-istifadə  edirlər.  Ya 

anlamırlar,  ya  da  anlayaraq  bizim  xalqımızın  mənəviyyatını, 

əxlaqını və xüsusən gənclərin əxlaqını pozmağa cəhd göstərirlər. 

Vaxtilə,  bir  neçə  il  bundan  öncə  mən  bu  barədə  fıkrimi 

bildirmişdim. 

Bakıda fəaliyyət göstərən bəzi gecə klublarında səhərə qə-

dər  müxtəlif  oyunlar,  əyləncələr  təşkil  edilir  və  çox  vaxt  da  bu 

əyləncələr ifrat dərəcəyə gəlib çatır. Bütün Azərbaycan xalqının 

əxlaqına,  mənəviyyatına  zidd  forma  alır  və  beləliklə  də  bizim 

gənclərimizin bir hissəsinin əxlaqı pozulur. Bu, dəhşətli bir şey-

dir. 


Ölkəmizin dərdi var, bu, ümumi dərddir. O da Azərbayca-

nın  işğal  olunmuş  torpaqlarının  azad  edilməsi  və  xüsusən  bu 

torpaqlardan  didərgin  düşmüş,  çadırlarda  yaşayan  insanların  öz 

yerlərinə yurdlarına qaytarılması dərdidir. Hələ ki, bunun müm-

kün  olmadığı  halda  onların  o  çadırlarda  minimum  yaşayışını 

təmin  etmək  -  bunlar  bizim  ümumi  dərdimizdir.  Amma  bir 

qütbdə  həddindən  artıq  zənginləşmiş,  bəzi  hallarda  qanunsuz 

zənginləşmiş, öz vəzifələrindən sui-istifadə edərək zənginləşmiş, 

harınlaşmış  insanlar  və  onların  övladları  eyş-işrət  içərisindədir, 

o biri tərəfdən, çadırlarda yaşayan insanlar inildəyirlər, nə qədər 

əziyyətlər  çəkirlər.  Hər  bir  vətənpərvər  insan  düşünməlidir  ki, 

əgər mənim xalqımın bir hissəsi belə ağır vəziyyətdədirsə, mən 

bu qədər harınlaşmamalıyam. Amma harınlayanlar, bəzi zəngin-

ləşmiş adamlar var. 

Biz  insanların  bəzilərinin  bizneslə  məşğul  olaraq  zəngin-

ləşməsinin  əleyhinə  deyilik.  Ancaq  bizə  o  da  məlumdur  ki, 




58 

 

Avropanın,  Amerikanın  ən  zəngin  insanları  birinci  növbədə 



mənəviyyatı  qoruyurlar.  Onlar  nə  qədər  zəngin  olsalar  da,  mil-

yardlarla dolların, böyük işlərin sahibi olsalar da heç vaxt mənə-

viyyatsız yola getməzlər. İnsanlar varlandıqdan, zənginləşdikdən 

sonra,  xalqına,  dövlətinə  daha  yaxşı  xidmət  etmək  barədə 

düşünməli, daha çox iş görməlidir. Əldə etdiyi vəsaitlə yeni işlər 

görüb  Azərbaycanın  iqtisadiyyatını  inkişaf  etdirməlidir.  Amma 

təssüf  ki,  bəziləri  özləri  də,  övladları  da  əxlaqsızlığa,  mənəviy-

yatsızlığa yol verirlər. Bəziləri bizim gənc qızlarımızı yoldan çı-

xarırlar,  onları  əxlaqsızlığa  sövq  edirlər.  Bunların  hamısı  bizim 

yeni  bəlalarımızdır.  Bu  bəlalarla  mübarizə  aparmaq  lazımdır. 

Mən  bu  gün  şəhər  İcra  hakimiyyətinin  başçısı  Abutalıbova  və 

Daxili  İşlər  naziri  Usubova  bu  barədə  lazımi  göstərişlər 

vermişəm. Lazım olan ölçülər götürülməli və bütün bunların ha-

mısına  son  qoyulmalıdır.  Bizim  məqsədimiz  xalqımızın  mənə-

viyyatını qorumaq və zənginləşdirməkdir. 

Ayrı-ayrı  jurnallarda,  qəzetlərdə  pornoqrafıya  səviyyə-

sində  fotoşəkillər  nümayiş  etdirənlər  nə  düşünürlər?  İndi  ən  in-

kişaf  etmiş  Avropa    ölkələrində,  Amerikada,  başqa  ölkələrdə 

belə şeylər yoxdur. Vaxtilə, nə  vaxtsa olubdur. Amma indi belə 

şeylər  yoxdur.  Orada  mənəviyyat  çox    yüksək  səviyyədədir. 

Amma  biz,  bu    barədə  tamamilə  başqa  mentalitetə  malik  olan 

xalqımız  indi  bir  neçə  il  içərisində  bəzi  adamların  pozğun 

hərəkətlərinə  məruz  qalmışıq.  Biz  buna  dözə  bilmərik.  Biz 

bunların  hamısının  qarşısını  alacağıq.  Ona  görə  də  mən  bu 

fikirlərimi cəmiyyətə bildirmək üçün bu gün televiziya və radio 

qarşısında çıxış edirəm.  Güman edirəm ki, cəmiyyət mənim bu 

fikirlərimin tərəfdar olacaqdır, və hərə öz yerində bu cür mənə-

viyyatsız  hərəkətlərin  qarşısını  almağa  çalışmalıdır.  Bizim  mil-

lətimizdə,  xalqımızda,  azərbaycanlılarda  namus,  qeyrət  həmişə 

ən yüksək keyfiyyət hesab olunubdur. Amma namusunu, qeyrə-

tini,  şərəfini  alçaldan  insanlar  özləri-özlərini  bu  uçuruma  salır-

larsa,  artıq  başqalarının  da  mənəviyyatını  pozurlar.  Biz  bunlara 

dözə bilmərik və xalqımız da dözməməlidir. Təəssüflər olsun ki, 

bizim  cəmiyyətimizdə  çoxları  bunu  görür,  amma  buna 




59 

 

münasibətini  bildirmir.  Yaxud  da  ki,  üzünü  o  tərəfə  döndərir: 



“mənə nə dəxli var”. Bu desə ki, “mənə nə dəxli var”, o desə ki, 

“mənə nə dəxli var”, o birisi desə ki, “mənə nə dəxli var”, onda 

bizim millətimiz ayrı-ayrı təxribatçıların əli ilə get-gedə, əlbəttə 

ki,  çox  böyük  çətinliklərlə  rastlaşacaqdır.  Azərbaycanın 

Prezidenti  kimi  mən  bu  barədə  qəti  fikrimi  bildirirəm.  Bir  də 

bəyan edirəm ki, biz Azərbaycanda demokratiyanın bütün tələb-

lərini  tətbiq  etmişik  və  edəcəyik.  Ancaq  Azərbaycanın  milli-

mənəvi dəyərlərinə qarşı, Azərbaycanın milli mentalitetinə qarşı 

yönəldilmiş hərəkətlərin hamısının qarşısı alınacaqdır və qanun 

çərçivəsində  lazımi  ölçülər  götürüləcəkdir.  Bu  sözləri  deyərək 

mən  bir  daha  Azərbaycan  xalqına,  Azərbaycan  vətəndaşlarına  

müraciət edirəm ki, hər bir insan vətəndaşlıq borcunu ən yüksək 

borc hesab etsin. 

Hər bir insan özü öz mənəviyyatını qorusun. Əgər görəndə 

ki, haradasa mənəviyyat pozulur, onun qarşısını alsın. Onun axa-

rında  getməsin.  Pornoqrafıya  halına  düşmüş  bəzi  qəzetlər,  jur-

nallar burada nəşr olunur və  ayrı-ayrı adamlar  tərəfındən alınır. 

Amma  əgər  onu  nəşr  edənlər  bilsələr  ki,  bunlar  alınmır,  onlar 

nəşr  etməzlər.  Çünki  onlar  zərərə  düşəcəklər,  pul  itirəcəklər  və 

onda da belə şeylər olmazdı. Ona görə də mən həmin o şəxslərə 

də  müraciət  edirəm  ki,  düşünsünlər:  onlar  Azərbaycan  xalqına 

məxsusdurlar.  Azərbaycan  xalqının  milli-mənəvi  dəyərləri 

onları  bugünkü  günə  gətirib  çıxarıbdır.  Bunlara  xəyanət  etmək 

olmaz.  Bu  sözləri  deyərək  mən  xalqımıza  müraciət  edirəm, 

Azərbaycan xalqını çağırıram ki, bizi narahat edən bu nalayiq və 

cəmiyyətimiz  üçün  təhlükəli  olan  halların  qarşısının  alınması 

üçün hərə öz səyini göstərsin. Sağ olun. 

 

Bakı şəhəri, 13 avqust 2001-ci il 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə