Milli-mənəvi dəyərlərimiz və Heydər Əliyev



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə21/22
tarix01.11.2017
ölçüsü0,56 Mb.
#7801
1   ...   14   15   16   17   18   19   20   21   22

71 

 

alınmasına  yönəldilmiş  tədbirlər haqqında 14 noyabr 1970-ci  il 



Konvensiyası (1997); 

8.

 

Başlıca olaraq su quşlarının məskəni kimi beynəlxalq 

əhəmiyyətə  malik  su-bataqlıq  yerləri haqqında 2 fevral  1971-ci 

il Konvensiyası (2001); 



9.

 

Fonoqram  istehsalçılarının  mənafelərinin  onların 

fonoqramlarının  qanunsuz  istehsalında  mühafizəsi  haqqında  29 

oktyabr 1971-ci il Konvensiyası (2001); 



10.

 

Beynəlxalq  xüsusi  hüququ  unifikasiya  institutunun 

(YUNİDRUA)  oğurlanmış,  yaxud  qanunsuz  çıxarılmış  mədəni 

dəyərlər haqqında 1995-ci il Konvensiyası (2003); 



11.

 

Qeyri-maddi  mədəni  irsin  qorunması  haqqında  17 

oktyabr 2003-cü il tarixli Konvensiyası (2006); 

12.

 

İdmanda dopinqə qarşı mübarizə haqqında 19 oktyabr 

2005-ci il tarixli Beynəlxalq Kоnvеnsiyа (2007). 

13.

 

Mədəni  özünüifadə  müxtəlifliyinin  qorunması  və 

təşviqi haqqında 20 oktyabr 2005-ci il Konvensiyası (2010)  

 



72 

 

Əlavə 7 



 

Azərbaycanın Mədəni və Təbii Ġrsi 

 

Azərbaycanın  mədəni  və  təbii  irsinin  qorunması  məsələsi 



YUNESKO  ilə  əməkdaşlığın  əsas  istiqamətlərindən  biridir.  

Bakı  şəhərinin  tarixi  mərkəzi  olan  İçərişəhər  memarlıq 

kompleksi  2000-ci  ilin  dekabr  ayında  Ümumdünya  İrs 

Siyahısına  daxil  edilmişdir.  Lakin,  Azərbaycanda  baş  vermiş 

zəlzələ  nəticəsində  İçərişəhərin  ərazisində  yerləşən  memarlıq 

abidələrinə  dəymiş  zərər  və  bununla  bağlı  bir  sıra  problemlərə 

görə  4  iyul  2003-cü  il  tarixində  Ümumdünya  İrs  Komitəsinin 

27-ci  sessiyasında  İçərişəhər  kompleksi  YUNESKO-nun 

təhlükədə  olan  ümumdünya  irs  siyahısına  daxil  edilmişdir. 

Azərbaycan  Respublikası  Prezidenti  İlham  Əliyevin  müvafiq 

fərman  və  sərəncamlarına  uyğun  olaraq,  İçərişəhərə  dövlət 

qayğısı  artırılmışdır.   YUNESKO-nun  Ümumdünya  İrs 

Komitəsinin ekspertlərinin hesabatlarında Azərbaycan hökuməti 

tərəfindən  İçərişəhər  Qoruğunun  mühafizəsi  istiqamətində 

görülən işlər təqdir edilmişdir. Nəticədə 2009-cu il iyun  ayının 

22-dən  30-dək  İspaniyanın  Sevilya  şəhərində  keçirilən 

Ümumdünya  Mədəni  İrs  Komitəsinin  33-cü  sessiyasının 

qərarına əsasən, İçərişəhər Kompleksi YUNESKO-nun Təhlükə 

altında olan abidələr siyahısından çıxarılmışdır. 

YUNESKO-nun  Ümumdünya  İrs  Komitəsinin  2007-ci 

ildə  Yeni  Zelandiyada  keçirilmiş  31-ci  sessiyasında  qəbul 

edilmiş  qərara  əsasən  Qobustan  Dövlət  Tarixi  Bədii  Qoruğu 

Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Azərbaycanın təbii 

irsinin  qorunması  məqsədi  ilə  Hirkan  meşələrinin  namizədlik 

sənədləri  hazırlanaraq  Ümumdünya  İrs  Komitəsinə  təqdim 

edilmişdir. Hazırda bu istiqamətdə müvafiq işlər həyata keçirilir.  

1999-cu  ildə  Azərbaycanın  muğam  ustası  Alim  Qasımov 

YUNESKO/Beynəlxalq  Musiqi  Şurasının  birinci  mükafatını 

qazanmışdır.  



73 

 

    2003-cü  ilin  noyabr  ayının  7-də  Azərbaycan  muğamı 



YUNESKO-da  bəşəriyyətin  qeyri  maddi  irsinin  şah  əsəri  elan 

olunmuşdur.  

2008-ci  ildə  məşhur  azərbaycanlı  bəstəkar  və  pedaqoq 

Firəngiz  Əlizadəyə  YUNESKO-nun  “Sülh  naminə  incəsənət 

xadimi” fəxri adı verilmişdir. 

Dünya mədəni irsinə verdiyi töhfələrə görə Azərbaycanın 

Xalq  rəssamı  Tahir  Salahov  YUNESKO-nun  “Pikasso”  qızıl 

medalına  layiq  görülmüşdür.  Mükafat  19  mart  tarixində 

YUNESKO-nun  Baş  Direktoru  Koişiro  Matsuura  tərəfindən 

fırça ustasına təqdim edilmişdir. 

2009-cu  il  28  sentyabr-02  oktyabr  tarixlərində  Birləşmiş 

Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən YUNESKO-

nun Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Hökumətlərarası 

Komitəsinin  4-cü  sessiyasında  Komitənin  yekun  qərarına  əsa-

sən, Azərbaycan aşıq sənəti və beynəlmiləl qeyri-maddi mədəni 

irs  nümunəsi  kimi  Novruz  Bayramı  YUNESKO-nun  Qeyri-

maddi  Mədəni  İrs  üzrə  Reprezentativ  Siyahıyasına  daxil  edil-

mişdir. 


2010-cu 

ilin 


30 

iyul 


tarixində 

YUNESKO-nun 

Xoşməramlı  səfiri,  Heydər  Əliyev  Fondunun  prezidenti 

Mehriban xanım Əliyevaya YUNESKO-nun Baş Direktoru İrina 

Bokova tərəfindən qızıl “Motsart” medalı təqdim olunmuşdur.  

 

Beynəlxalq  Muğam  Mərkəzi  -  dünya  standartları 

səviyyəsində, ən  yüksək  texnologiyaların tətbiqi  ilə  inşa olunan 

bu  mərkəz  Heydər  Əliyev  Fondunun  milli-mənəvi  dəyərləri-

mizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı 

möhtəşəm layihələr sırasında xüsusi əhəmiyyətə malikdir. 

Mərkəzin  inşası  fondun  prezidenti,  YUNESKO  və 

İSESKO-nun  Xoşməramlı  səfiri,  Milli  Məclisin  deputatı 

Mehriban  xanım  Əliyevanın  təşəbbüsü  ilə  həyata  keçirilib. 

Xatırladaq ki, belə bir mədəniyyət ocağının tikilməsi, muğamın 

daha  da  inkişaf  etdirilməsi  və  təbliği  fikri  görkəmli 

xanəndələrin,  muğam  bilicilərinin  iştirakı  ilə  keçirilən  “dəyirmi 




74 

 

masa”da  qərara  alındı  və  qısa  müddətdən  sonra  (2005-ci  il  6 



aprel)  Prezident  İlham  Əliyev  Bakıda  Beynəlxalq  Muğam 

Mərkəzinin yaradılması haqqında Sərəncam imzaladı. Beləliklə, 

xalqımızın  qədim  mədəni  irsinin  ölməz  nümunəsi,  Azərbaycan 

musiqisinin  zəngin  fəlsəfi  təməl  üzərində  təşəkkül  tapmasında 

əvəzsiz  rol  oynayan  muğama  möhtəşəm  abidə  ucaldılması 

istiqamətində  ciddi  addım  atıldı.   Azərbaycan  muğamının  bəşər 

mədəniyyətinin  nadir  inciləri  ilə  bir  sırada  YUNESKO-nun 

Qeyri-maddi  Mədəni  İrs  Siyahısına  daxil  edilməsi  isə 

bütövlükdə onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir 

daha təsdiqləyir.  

2005-ci  ilin  avqustunda  Prezident  İlham  Əliyevin  və 

ölkəmizin birinci xanımı Mehriban Əliyevanın, YUNESKO-nun 

baş  direktoru  Koişiro  Matsuuranın  iştirakı  ilə  təməli  qoyulan 

Beynəlxalq Muğam Mərkəzi ümumi sahəsi 7,5 min kvadratmetr 

olan  üçmərtəbəli  binadan  ibarətdir.  Binanın  forması  Azərbay-

canın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. 

Ən  müasir  texnologiyadan  istifadə  edilməklə  tikilən  bina  üçün 

lazımi  avadanlıqlar  İtaliya,  Avstriya,  Fransa  və  Türkiyədən 

gətirilib. İnşaat işləri zamanı 2 mindən çox müxtəlif ölçülü şüşə-

dən istifadə olunub.  

YUNESKO  ilə   əməkdaşlığın  bəhrəsi  olan  Beynəlxalq 

Muğam Mərkəzində 350 yerlik konsert salonu, klub, 80 nəfərlik 

restoran, dərs otaqları, səsyazma studiyası  var.  Bina müasir ha-

valandırma  və  istilik  sistemləri  ilə  təchiz  edilib.  Tarın  qolunu 

xatırladan  dəhlizdə  Azərbaycanın  görkəmli  muğam  ifaçılarının 

büstləri  qoyulub.  Bu  hissədə  “Ud”  adlandırılan  restoran  da 

fəaliyyət göstərir. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə