Milli-mənəvi dəyərlərimiz və Heydər Əliyev



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə20/22
tarix01.11.2017
ölçüsü0,56 Mb.
#7801
1   ...   14   15   16   17   18   19   20   21   22

67 

 

7-24 iyun 1995-ci ildə Romada keçirilən diplomatik konf-



ransda   imzalanan  “Oğurlanmış  və  ya  qeyri-qanuni  yolla 

ölkədən  çıxarılmış  mədəni  dəyərlər”  haqqında  Konvensiyada 

“Mədəni  dəyərlər”  anlayışının  klassifikasiyası  1970-ci  ilin 

Konvensiyasının 1-ci maddəsində verildiyi ilə eynidir. 

Milli-mənəvi  irsin  dünyaya  tanıdılması  ilə  bərabər,  onun 

yad  təsirlərdən,  aşınmalardan  qorunması  da  bir  o  qədər 

əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, bu mühüm prinsip 2007-

ci  il  23  may  tarixində  təsdiq  olunmuş  “Azərbaycan  Respub-

likasının  Milli  Təhlükəsizlik  Konsepsiyası”nda  da  əksini 

tapmışdır.  Konsepsiyada  ölkənin  milli  təhlükəsizlik  siyasətinin 

əsas istiqamətləri sırasında mədəniyyət və mənəviyyatın qorun-

ması  ayrıca  bənd  olaraq  (maddə  4.3.3.)  göstərilmişdir.  “Mədə-

niyyət və mənəviyyatın qorunması siyasəti Azərbaycan xalqının 

mədəni  irsinin,  maddi  və  mənəvi  dəyərlərinin  mühafizəsinə, 

onun  daxili  və  xarici  təhdidlərdən  qorunmasına,  mütərəqqi 

beynəlxalq  inkişafdan  bəhrələnməsinə  yönəlmişdir”  -  deyə 

sənəddə  vurğulanır.  Konsepsiyada  Azərbaycan  Respublikasının 

milli  maraqlarının  əsas  istiqamətləri  müəyyən  edilərkən  Azər-

baycan  xalqının  vahidliyinin  qorunub  saxlanılması,  Azərbay-

cançılıq ideyasının təşviqi, həmçinin, dünya azərbaycanlılarının 

daşıdığı  dəyərlərə  əsaslanan  milli  özünəməxsusluğun  və  həm-

rəyliyin  möhkəmləndirilməsi,  Azərbaycan xalqının  mədəni-tari-

xi  irsinin  və  mənəvi  dəyərlərinin  qorunması,  eləcə  də,  ümum-

bəşəri  dəyərlərlə  zənginləşdirilməsi,  dilinin,  özünüdərk,  vətən-

pərvərlik və milli iftixar hissinin, intellektual potensialının inki-

şaf etdirilməsi əsas hədəf  kimi götürülmüşdür.  

Hər  iki  mühüm  sənəd,  Azərbaycan  Respublikasının  Milli 

Təhlükəsizlik  Konsepsiyası  və  Azərbaycan  Respublikasında 

2009-2015-ci illərdə elmin inkişafı üzrə milli strategiyanın həya-

ta  keçirilməsi  ilə  bağlı  Dövlət  Proqramı  Azərbaycan  xalqının 

mədəni  irsinin  öyrənilməsi  və  mühafizəsi  istiqamətindəki 

problemləri və hədəfləri müəyyən edilməklə mədəni irsin müha-

fizəsi  və  tədqiqi  üçün  hüquqi  təminatlar  yaratmışdır.  Milli-

mənəvi dəyərlərin, Azərbaycan mədəniyyəti və tarixinin obyek-




68 

 

tiv,  konseptual  və  kompleks  şəkildə  araşdırılması  və  dövlətin 



milli  təhlükəsizlik  siyasətinin  həyata  keçirilməsində  elmin 

rolunun  artırılması  məsələləri  elm  strategiyasının  vəzifələrinə 

daxil edilmişdir.  

 



69 

 

Əlavə 6 

 

YUNESKO  (UNESCO-United  Nations  Educational, 

Scientific  and  Cultural  Organization)  -  Birləşmiş  Millətlər 

Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə təşkilatı  16 noyabr 

1945-ci  ildə  yaradılmışdır  və  mərkəzi  Paris,  Fransada 

yerləşmişdir. Təşkilatın tərkibinə dünyanın müxtəlif hissələrində 

yerləşmiş 67 büro və alt bölmələr daxildir. 

YUNESCO-nun  nizamnaməsi  1945-ci  ildə  London  kon-

ferensiyasında  qəbul  edilmiş,  4  noyabr  1946-cı  ildə  qüvvəyə 

minmişdir.  Hal  hazırda  191  ölkə  bu  təşkilatın  üzvüdür.  Nizam-

naməsi  9  hissə,  57  maddədən  ibarət  olan  YUNESKO  “Təhsil, 

Elm  və  Mədəniyyət  Təşkilatı”nın  ingiliscə  qısaldılmış  adıdır. 

YUNESKO  məqsədini  proqramının  birinci  maddəsində  belə 

açıqlayır: “YUNESKO, beynəlxalq əməkdaşlığa söykənən, elm, 

mədəniyyət  və  təhsil  yolu  ilə  dünyamızın  sülh  və  təhlükə-

sizliyini qorumaq məqsədiylə qurulmuşdur”. YUNESKO millət-

lərarası  qarşılıqlı  əlaqələri  inkişaf  etdirərək,  anlaşmanı  təmin 

etmək, insanları bir-birinə yaxınlaşdırmaq, habelə dünyanın geri 

qalmış ölkələrində kütləvi savadsızlığın aradan qaldırılması kimi 

mühüm istiqamətləri özünün əsas fəaliyyəti hesab edir.  

YUNESCO-nun  əsas  məqsədi  –  irqindən,  cinsindən, 

dilindən  və  dinindən  asılı  olmayaraq  təhsil,  elm  və  mədəniyyət 

sahələri  üzrə  xalqların  əməkdaşlığını  genişləndirmək  yolu  ilə 

sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. 

1972-ci ildə YUNESCO ümumdünya mədəni və təbii irsin 

qorunması haqqında konvensiya qəbul etmişdir. 

Mərkəzi  Parisdə  olan  və  Ümumi  Konfrans,  İcra  etmə 

Şurası, Sekretarlıq olmaq üzrə üç orqanı olan YUNESKO təhsil, 

elm  və  mədəniyyət  sahələrindəki  məqsədlərini,  özünə  üzv  olan 

hər 

dövlətdə 



qurulan 

Milli 


Komissiyalar 

vasitəsilə 

reallaşdırmağa çalışmaqdadır. 

YUNESKO fəaliyyəti haqqında BMT-yə vaxtaşırı hesabat 

verir.  Onun  maliyyələşməsi,  habelə  texniki  cəhətdən  təmin 

olunması  BMT-nin  üzərinə  düşür.  Ancaq  öz  orqanları,  büdcəsi 




70 

 

və  digər  strukturları  baxımından  tamamilə  müstəqildir.  Bütün 



BMT-yə  üzv  dövlətlər  eyni  zamanda  YUNESKO-nun  da  üzvü 

ola  bilərlər.  BMT-nin  İqtisadi  və  İctimai  şurasının  ayrıca  qolu 

olan  YUNESKO  simvolik  bir  sözdür,  mənası,  “Təhsil,  Elm  və 

Mədəniyyət Təşkilatı” deməkdir.  

YUNESKO-nun  fəaliyyətinin  əsas  istiqamətlərindən  biri 

tarixi 


mədəniyyət 

abidələrinin 

mühafizə 

edilməsidir. 

YUNESKO  hal-hazırda  beynəlxalq  sənətkarlar  və  alimlərin 

qurduqları  təşkilatları  dəstəkləyərək,  elmin  və  müxtəlif  mə-

dəniyyətlərin  yayılmasına  kömək  göstərir.  Bu  sahədəki  ən  mü-

hüm işlər şərq-qərb mədəniyyət dəyərlərinin araşdırılması möv-

zusu üzərində qurulub. 

 

Azərbaycan Respublikası YUNESKO-nun 

aĢağıdakı Konvensiyalarına qoĢulmuĢdur 

 

1.



 

Silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması 

haqqında  14  may  1954-cü  il  Konvensiyası  (1993),  ona  dair 

Birinci Protokol (1993) və İkinci Protokol (2000); 



2.

 

Ümumdünya  mədəni  və  təbii  irsinin  qorunması 

haqqında 16 noyabr 1972-ci il Konvensiyası (1993); 

3.

 

Avropa  regionu  dövlətlərində  tədris  kurslarının,  ali 

təhsil  haqqında  diplomların  və  elmi  dərəcələrin  tanınması 

haqqında 21 dekabr 1979-cu il Konvensiyası (1994); 



4.

 

Asiya və Sakit Okean dövlətlərində tədris kurslarının, 

ali  təhsil  haqqında  diplomların  və  elmi  dərəcələrin  tanınması 

haqqında 16 dekabr 1983-cü il regional Konvensiyası (1995); 



5.

 

Müəlliflik  hüququ  haqqında  6  sentyabr  1952-ci  il 

Ümumdünya Konvensiyası (1997); 

6.

 

Avropa  regionunda  ali  təhsil  ixtisaslarının  tanınması 

haqqında Konvensiya (1998); 

7.

 

Mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi

ölkədən  çıxarılması  və  mülkiyyət  hüququnun  qanunsuz  olaraq 

başqasına  verilməsinin  qadağan  olunması  və  qarşısının 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə