Milli-mənəvi dəyərlərimiz və Heydər Əliyev



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə18/22
tarix01.11.2017
ölçüsü0,56 Mb.
#7801
1   ...   14   15   16   17   18   19   20   21   22

60 

 

Əlavə 

 

Azərbaycan Respublikasının Konstitusiyası 

 

Maddə 16. Sosial inkişaf və dövlət  

 

I.  Azərbaycan  dövləti  xalqın  və  hər  bir  vətəndaşın 



rifahının  yüksəldilməsi,  onun  sosial  müdafiəsi  və  layiqli  həyat 

səviyyəsi qayğısına qalır.  

II. Azərbaycan dövləti mədəniyyətin, təhsilin,  səhiyyənin, 

elmin,  incəsənətin  inkişafına  yardım  göstərir,  ölkənin  təbiətini, 

xalqın tarixi, maddi və mənəvi irsini qoruyur.  

 

Maddə 40. Mədəniyyət hüququ  

 

I.  Hər  kəsin  mədəni  həyatda  iştirak  etmək,  mədəniyyət 



təsisatlarından  və  mədəni  sərvətlərdən  istifadə  etmək  hüququ 

vardır.  

II.  Hər  kəs  tarixi,  mədəni  və  mənəvi  irsə  hörmətlə 

yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət abidələrini 

qorumalıdır. 



61 

 

  Əlavə 



 

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik 

Konsepsiyası 

 

4.3.3.  Elm,  təhsil,  mədəniyyət  siyasəti  və  mənəviyyatın 



qorunması  

 

Elm,  təhsil,  mədəniyyət  və  mənəviyyatın  qorunması  siya-



səti  Azərbaycan  xalqının  mədəni  irsinin,  maddi  və  mənəvi  də-

yərlərinin  mühafizəsinə,  onun  mədəni  tələbatlarının  ödənilməsi 

vasitələrinin  və  elmi-texniki  potensialının  daxili  və  xarici  təh-

didlərdən  qorunmasına,  mütərəqqi  daxili  və  beynəlxalq  inkişaf-

dan bəhrələnməsinə yönəlmişdir.  

Azərbaycan  Respublikası  ümumdünya  mədəniyyətinin 

qloballaşması  meyillərindən  kənarda  qalmamaq  şərti  ilə,  milli 

mədəniyyətin  özünəməxsusluğunu  qoruyur  və  eyni  zamanda 

dünyanın  mədəni  nailiyyətlərindən  milli  mədəniyyətin  tərəq-

qisində istifadə üçün imkanlar yaradır.  

Azərbaycan  Respublikası  beynəlxalq  öhdəliklərinə  uyğun 

olaraq öz ərazisində tarixi və mədəni abidələrin qorunmasını tə-

min edir.  

Ölkənin davamlı inkişafı üçün adekvat sayda, yaxşı təhsil 

almış və təlim keçmiş peşəkar insan potensialını, həmçinin elmi-

texniki  tərəqqini  təmin  etmək  zəruridir.  Bu  məqsədlə,  Azər-

baycan  Respublikası  elm  və  təhsil  səviyyəsinin  dünya  standart-

larına  uyğunlaşdırılması,  yeni  texnologiyalardan  istifadə  üçün 

inkişaf etmiş ölkələrlə əməkdaşlıq əlaqələrini genişləndirir, bey-

nəlxalq  təcrübəni  öyrənir  və  tətbiq  edir.  Azərbaycan  Respub-

likası elmi potensialın qorunması və inkişafına dair dövlət siya-

sətinin uzunmüddətli proqramlarını hazırlayıb həyata keçirir.  




62 

 

 Əlavə 4 



 

Bakı Ģəhərində Muğam mərkəzinin  yaradılması 

haqqında  

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

 

Muğam Azərbaycan xalqının mədəni-mənəvi irsinin möh-



təşəm abidəsidir. Azərbaycan musiqisini zəngin fəlsəfi və ədəbi 

zəmində  təşəkkül  tapmış  muğamsız  təsəvvür  etmək  mümkün 

deyildir.  Klassik  ədəbiyyat  nümunələri  ilə  üzvi  surətdə  vəhdət 

təşkil  edərək,  sintetik  sənət  növü  kimi  meydana  çıxan  muğam-

ların Azərbaycan musiqisinin inkişafında rolu böyükdür. Bəstə-

karlarımızın daimi ilham mənbəyi olmuş muğamlar bir çox sim-

fonik əsərlərin  yaradılmasına təkan vermişdir. Təsadüfi deyildir 

ki,  Azərbaycan  bəstəkarlarının  qələmindən  çıxan  simfonik  mu-

ğamlar  dünyanın  hər  yerində  maraqla  qarşılanır.  Azərbaycan 

muğamının  bəşər  mədəniyyətinin  nadir  inciləri  ilə  bir  sırada 

YUNESKO-nun Dünya irs Siyahısına daxil edilməsi biitövlükdə 

onun nə dərəcədə unikal sənət növü olduğunu təsdiq edir. 

Azərbaycanda  muğam  sənətinin  təbliği  və  tədqiqi  işini 

təkmilləşdirmək, bu sənətə qayğını daha da artırmaq məqsədi ilə 

qərara alıram: 

1.Bakı şəhərində Muğam mərkəzi yaradılsın. 

2.Bakı  şəhəri  İcra  Hakimiyyəti  on  gün  ərzində  Muğam 

mərkəzinin  inşası  üçün  müvafiq  yer  ayrılması  ilə  bağlı 

təkliflərini  Azərbaycan  Respublikasının  Prezidentinə  təqdim 

etsin. 


3.Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərən-

camdan irəli gələn məsələləri həll etsin. 

 

Ġlham Əliyev, 

 Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 8 aprel 2005-ci il 

 



63 

 

Əlavə 5 



 

Beynəlxalq hüquqi sənədlərdə milli-mənəvi 

dəyərlərin qorunması 

 

Beynəlxalq  hüququn  mədəniyyət  sahəsində  intensiv  inki-

şafı daha  çox XX əsrin ikinci  yarısında baş vermişdir. Belə ki, 

bunun üçün bir neçə obyektiv səbəblər yaranmışdır: 

-  İkinci  Dünya  Müharibəsində  bir  çox  mədəni  abidələrin 

və mədəni dəyərlərin məhv edilməsi

-  1945-ci  ildə  London  Konfransında  Birləşmiş  Millətlər 

Təşkilatının  təhsil,  elm  və  mədəniyyət  məsələləri  üzrə 

YUNESKO-nun təsis edilməsi

-  Beynəlxalq  hüququn  dövlətlərarası  münasibətlərin  əsası 

kimi inkişaf etməsi

- Müxtəlif səbəblər üzündən mədəni irsin gələcək nəsillərə 

çatdırılmasında və onun qorunmasında yaranan çətinliklər və s. 

Mədəniyyət  sahəsində  dövlətlərin  bir-biri  ilə  əməkdaşlıq 

və tərəfdaşlığın əsas funksiyası, insanlar və xalqlar arasında qar-

şılıqlı anlayışa nail olmaqdır ki, bu da başqa sahələrdə dövlətin 

işini asanlaşdırır. 

Beynəlxalq  mədəni  əməkdaşlıq  və  tərəfdaşlığın  bir  növü 

də  mədəni  dəyərlərin  qarşılıqlı  mübadiləsi  və  yayılmasıdır. 

Məhz  dövlətlərarası  mədəni  münasibətlərdə  mədəni  dəyərlərin 

qarşılıqlı mübadiləsi baş verir. Bu əsasda başqa ölkələrdən olan 

insanlar  dünyanın  müxtəlif  mədəniyyət  mərkəzlərinin  kolleksi-

yaları  ilə  yaxından  tanış  olmaq  imkanı  əldə  edirlər  (muzeylər, 

qalereyalar,  kitabxanalar  və  s.).  Lakin,  bu  proses  də  özü  özlü-

yündə dövlətlər üçün müəyyən problemlərə səbəb ola bilər. Belə 

ki, ümumbəşəri xarakter daşıyan problemlərdən biri də tarixi və 

mədəni  abidələrin  mühafizəsi  ilə  bağlı  məsələdir.  Mədəni 

dəyərlərin  qarşılaşdığı  təhlükələri  öz  növbəsində  iki  hissəyə 

ayırmaq olar: 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə