Milli-mənəvi dəyərlərimiz və Heydər Əliyev


Abidələrin  təbii  köhnəlmə  və  dağılmasının  qarĢısını



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix01.11.2017
ölçüsü0,56 Mb.
#7801
1   ...   14   15   16   17   18   19   20   21   22

64 

 

1. Abidələrin  təbii  köhnəlmə  və  dağılmasının  qarĢısını 



alacaq  problemlər  -  buraya  abidələrin  restavrasiya  və 

konservasiyası,  eləcə  də  fiziki  mühafizə  üçün  metod  və 

formaları aiddir. 

2. Ġnsanların özlərinin mənbəyi olduqları problemlər  

Belə  ki,  onların  apardığı  müharibələr  və  hərbi  münaqişə-

lər, oğurluq və digər əməllər, mədəni dəyərlərə təbii və zamanın 

fiziki təsirindən daha çox ziyan vurur. 

Tarixi  və  mədəni  abidələrin  qorunması  hər  bir  dövlətin 

qanunvericiliyi ilə idarə olunur. Lakin mədəni dəyərlərin qorun-

ması  təkcə  dövlətin  idarə  olunması  səviyyəsində  yetərli  ola 

bilməz.  Burada  dövlətlər  öz  güclərini  mütləq  birləşdirərək  bir 

məqsədə  nail  olmalıdırlar:  bütün  bəşəriyyətin  mədəni  irsinin 

qorunması və  gələcək nəsillərə çatdırılması. Elə bu iki xüsusiy-

yətlərin  əsasında  da  “mədəni  dəyərlər”  anlayışı  beynəlxalq 

aləmdə istifadə olunmağa başlanmış və mühüm fiqura çevrilmiş-

dir. Bunlardan ən əsaslarına nəzər salaq: 

15 aprel 1935-ci ildə Vaşinqtonda qəbul edilmiş elm, incə-

sənət  və  tarixi  abidələrə  xidmət  edən  müəssisələrin  mühafizəsi 

sazişində “Mədəni  dəyərlər” anlayışına rast  gəlinmir. Mühafizə 

obyekti  Beynəlxalq  müqavilənin  1-ci  maddəsində  belə  müəy-

yənləşdirilir: “Elm, incəsənət, təhsil və mədəniyyət məsələlərinə 

xidmət edən tarixi abidələr, muzey və müəssisələr”. Beləliklə də 

müqavilənin məzmununda “mədəni dəyərlər” anlayışının olma-

masına  baxmayaraq,  hər  halda  beynəlxalq  sənəddə  bu  istiqa-

mətdə ilk addım atılır. 

Ümumiyyətlə “Mədəni dəyərləri” (biens culturels, cultural 

property,  bienes  culturales)  -  dövlətlər  arasında  beynəlxalq-

hüquqi  münasibətlərin  əsas  obyektlərindən  biri  kimi  göstərmək 

olar. 

İlk  dəfə  olaraq  açıq  şəkildə  “mədəni  dəyərlər”  anlayışına 



14 may 1954-cü ildə Haaqada imzalanmış hərbi münaqişələr za-

manı  mədəni  dəyərlərin  mühafizəsi  Konvensiyasında  rast  gəl-

mək olar. Bu Konvensiyanın 1-ci maddəsində vurğulanır ki, mə-

dəni dəyərlər dedikdə, hər bir xalqın mədəni irsi üçün əhəmiyyət 




65 

 

kəsb edən daşınan və daşınmaz dəyərlər nəzərdə tutulur. Mədəni 



dəyərlər  anlayışını  açıqlayarkən  Konvensiya  yalnız  sərhədləri 

müəyyənləşdirir.  Hərbi  münaqişələr  zamanı  mədəni  dəyərlərin 

qorunması  Konvensiyasının  1-ci  maddəsi  isə  mədəni  dəyərləri 

üç kateqoriyaya ayırır: 

1. Bilavasitə mədəni dəyərlər: tarix, incəsənət və memarlıq 

abidələri,  arxeoloji,  dini  və  dünyəvi  ərazilər,  tarixi  və  ya  bədii 

maraq  kəsb  edən  ansambllar,  kitablar,  əlyazmalar,  incəsənət 

əsərləri və digər bədii, tarixi, arxeoloji əhəmiyyətli əşyalar.  

2. Birinci kateqoriyaya aid olan daşınan mədəni dəyərlərin 

mühafizəsini təşkil edən binalar. Buraya muzeylər, kitabxanalar, 

arxivləri aid etmək olar. 

3. Mədəni dəyərlərin cəmləşmə mərkəzləri. Bu kateqoriya-

ya Konvensiya özündə böyük həcmdə mədəni dəyərləri cəmləş-

dirən mərkəzləri aid edir. 

Mədəni  dəyərlər  anlayışını  özündə  əks  etdirən  digər 

beynəlxalq  aktlardan,  YUNESKO-nun  himayəsi  altında  qəbul 

edilmiş  iki  sənədi  göstərmək  olar.  Bunlar  “Mədəni  dəyərlərin 

qeyri-qanuni  yolla  aparılmasının,  gətirilməsinin,  onların  üzə-

rində  mülkiyyət  hüququnun  başqasına  verilməsinin  qadağan 

edilməsinə  və  qarşısının  alınmasına  yönəldilən  tədbirlər”  haq-

qında  19  noyabr  1964-cü  ildə  qəbul  edilmiş  Tövsiyə  və  14 

noyabr  1970-ci  ildə  qəbul  edilmiş  Konvensiyadır.  Tövsiyənin   

1-ci  bəndi  mədəni  dəyərləri  hər  bir  ölkənin  mədəniyyəti  üçün 

vacib sayılan daşınar və daşınmaz əmlak kimi müəyyənləşdirir. 

Dövlətlərə,  onların  ərazilərində  yerləşən  dəyərləri  “ölkənin 

mədəniyyəti  üçün  vacib  sayılan  mədəni  mülk”  kateqoriyasına 

aid etmək üçün müəyyən ölçülər təyin edir. Tövsiyə bu siyahıya: 

incəsənət, tarix və ya arxeologiya, etnoqrafik sənədlər, flora və 

fauna  nümunələri,  musiqi  arxiv  və  digər  nöqteyi-nəzərindən 

maraq  kəsb  edən  memarlıq  və  incəsənət  əsərləri,  əlyazmalar, 

kitablar və s. daxil edir. 

Konvensiyanın 1-ci maddəsi isə “mədəni dəyərləri” hər bir 

dövlət üçün tarix, arxeologiya, ədəbiyyat, elm və incəsənət  ba-

xımından vacib sayılan dini və dünyəvi xarakterli dəyərlər hesab 




66 

 

edir.  Əgər  1964-cü  il  Tövsiyəsində  və  1970-ci  il  Konvensiya-



sında  verilmiş  mədəni  dəyərlər  anlayışını,  1954-cü  il  Haaqa 

Konvensiyasında verilən anlayışla müqayisə etsək, açıq şəkildə 

görmək  olar  ki,  həm  Tövsiyə  həm  də  1970-ci  il  Konvensiyası 

dövlətlərin  mədəni  dəyərləri  müəyyən  etmək  hüququnu  onların 

öz öhdəsinə buraxır. 

1970-ci il Konvensiyası “mədəni dəyərləri” 11 kateqoriya-

ya ayırmaqla onun daha geniş izahını verir: 

1) Flora və fauna nümunələri və nadir kolleksiyalar, mine-

ralogiya,  anatomiya  və  paleontologiya  üçün  maraq  kəsb  edən 

əşyalar; 

2) Tarixə aid dəyərlər: elm və texnika tarixi, cəmiyyət və 

müharibə  tarixi,  eləcə  də   tanınmış  milli  alimlər,  natiqlər, 

aktyorların həyatı ilə bağlı tarixlər; 

3) Arxeoloji tapıntılar (adi və gizli) və açılışlar; 

4) Parçalanmış təsviri və tarixi abidələrin və tarixi yerlərin 

tərkib hissələri

5)  Yazı,  sikkə  və  möhür  kimi,  yüz  ildən  artıq  tarixi  olan 

qədim əşyalar; 

6) Etnologiya materialları; 

7) Bədii dəyərlər: bütövlükdə əl işləri olan lövhə, şəkil və 

rəsm  əsərləri,  müxtəlif  materiallardan  olan  heykəltəraşlıq 

incəsənətinin  orijinal  əsərləri,  orijinal  qravürlər,  estamp  və 

litoqrafiya,  müxtəlif  materiallardan  olan  orijinal  incəsənət 

əsərlərinin yığılması və montajı; 

8)  Ayrı-ayrı  və  ya  kolleksiya  şəklində  olan  və  özündə 

maraq  kəsb  edən  (tarixi,  bədii,  elmi,  ədəbi  və  s.)  nadir 

əlyazmalar  və  inkunabulalar,  qədim  kitablar,  sənədlər  və 

nəşrlər;  

9) Ayrı-ayrı və ya kolleksiya şəklində olan poçt markaları, 

vergi və analoji markalar

10) Arxivlər: fono-foto və kinoarxivlər

11)  Yüz  ildən  artıq  tarixi  olan  mebellər  və  qədim  musiqi 

alətləri. 

 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə