61
Mirzə Ağadadaş Müniri
Mahi-rəxşəndeyi-Qafqaz, əzizi-Yə’qub,
Yusifi-Misri-fəsahət, məliki-mülki-kəmal.
“Yovmül-əkməltü-ləküm dinəküm”in
19
misdaqi,
Tapdı “Divan”i-kəmalatı bu gün həddi-kəmal.
Rişteyi-can ilə şirazə çəkibdir ona şeyx,
İşlədib xacə cədavili-səhadında fəal.
Zərü şəngərfi xüsusi hünər ilə Mani,
Taci-dibaçəsini etdi müzəhhib əşkal.
Ta eşitdim bu fərəhxiz kəlamı ondan,
Gəldi pərvazə könül mürgü belə etdi sual:
Bu həman Yusifdür Misrdə olmuşdu əziz?
Ta Züleyxa görüb eşqində çü ney eylədi nal.
Daməni-ismətini parə qılıb töhmət əli,
Həbsə çəkdirdi Züleyxa onu bicürmü sual.
Dedi, ol sərvqədü simbədən kim, yox, yox,
Mavəra qüvvə veribdir ona həyyü mütəal.
O səriül-qələmi təb’i edib Misrə əziz,
Hüsni-göftarı Züleyxanı edib məsti-cəmal.
Şövqi-Həq ləzzəti çəkdirdi onu zindanə,
Nə ki, oldu səbəbi-töhməti-ismət səri-bal.
19
”Maidə” surəsinin 3-cü ayəsinə işarədir:”Bu gün dininizi sizin üçün kamil
etdim...”
62
Bahar ağlayışı
Bu həman xaliqi-əfkari-bədaye’dir kim,
Lütfi-şe’rində təhəyyürdə qalıb külli-məqal.
Eşq odu buteyi-dildə zəri-təb’in bişirib,
Gəzdirib dəstfişar etmək üçün qali-beqal.
Surəti-nəzmə çəkib mülki-sərii ilə hal,
Kim o halında təsəvvür olunur əhsəni-hal.
Tudələnmiş gühəri-nəzmin o bəhri-hünərin
Külli-peymaneyi-əhli-xirəd etmiş məkyal.
Sünbüli-məzrəeyi-hikməti xirmən-xirmən,
Daneyi-danişi dadül-ürəfa vəqti-nəval.
Şiri-simürği-xəyalatinə bir sərhəd yox,
Kim tapıb tairi-əfkarı məqamati-məhal.
Hikməti, fəlsəfəni, məbhəsi-coğrafiyanı
Öz kəlamında edib Əsməqi tək istemal.
Əhnəfi-helmi səfaməsləkü loğman kəlimat,
Gənci-sədri gühəri-hikmət ilən malamal.
Suzəni mərtəbə, Ceyhundilü Seyhunhərəkat,
Vaqifi-həndəsəvü Nasiri-Xosrov iqbal.
Əzhəri, Yafeyiyi-çardəhom əsrdir ol,
Nəzminə nəzmi-nigahını çəkiblər timsal.
Görə tədrisi-hümayunə səni gər İdris,
Gəlü
20
təhsili-kəmal etməyə bu istidlal.
20
Gəlir
63
Mirzə Ağadadaş Müniri
Odur ustad, odur səltənəti-nəzmə əmir,
Odur iqlimi-fəsahətdə tapan istiqlal.
Xaliqi-şe’r, rəsuli-şüəra, məbdəi-zövq,
Xazini-dürri-şərəf, məxzəni-əsrari-cəmal.
Çünki, zatülqudusun məqdəmi-pakindən öpüb,
Lütf edibdir bu məqamı ona Xəllaqi-cəlal.
Kəlmeyi-zati-cəlal aldı qərarım əldən,
Dedim: -Ey qəlbi Xəlilü dili Cəbrilməqal.
Deyil ol rəsmə səza, bəzl eləmək bərrə, demiş
Bir də zikr eylə o məbud adını, canımı al.
Gər yazıb bu neçə əbyatı Müniri təbrik,
Əfvi-nöqsanını ümmid edib etmiş irsal.
Yusifa, ərzimi dildarə yetirmək səndən,
İcziruluq eləmək məndən olar hər minval.
Ta yanım hicrdə Nəmrudi-zaman atəşinə,
Bəlkə mən ölmüşə mümkün ola gülzari-vüsal.
İstərəm qadiri-mehmanın olan günləri kim,
Yetişəm məzhərə, ta kəşf ola keyfiyyəti-hal.
Gər Məsiha çağıram, qövmi-yəhud eylər hücum,
Gər çəkəm Həqq adını, tiğ çəkər min dəccal.
Mümkün olmaz qəmü dərdim eləyim ərzi-xütur,
Çün tutub həmçü fələk dövrəmi qövmi-cühhal.
64
Bahar ağlayışı
RÜBAİLƏR
Ta var bu diyari-həmdiyar, ey saqi,
Ver mey mənə, vermə ixtiyar, ey saqi.
Bu nəhv ki, saqeyi-fələk seyr eylər,
Bu dardə qoymayır mədar, ey saqi.
* * *
Ta var bu şəhri-kəcmədar, ey saqi,
Olmam qəmü qüssədən kənar, ey saqi.
Sərxoş yaşayım, bilməyim aləmdə nə var,
Bu dairədən olum kənar, ey saqi.
* * *
Ta var qəmi-zülfi-müşkbar, ey saqi,
Könlümdə gəzir çü şahmar, ey saqi.
Məstkən məni-divanəni ətfali-bələd,
Ta etməyə görsə səngsar, ey saqi.
* * *
Tarix edib ömrümü təmam, öldürdü,
Rövşən günümü eylədi tar, öldürdü.
Xosrovligimiz getdi Şəkər bəhsilə,
Bir dəf’əlik etdi təlxkam, öldürdü.
65
Mirzə Ağadadaş Müniri
* * *
Bir ev ki, tapar çar ilə təb’ arayiş,
Ol evdə həmişəliklə olmaz saziş.
Xahişlə bu əhli-xanə təkmil olmaz,
Bihudə o xanədən olur bu xahiş.
* * *
Təhsili-ülumdur, könül, bizlərə fərz,
Bildirmək o zövqi-elmi yekdigərə fərz.
Biz növ`i-bəşər sərahətən bimarıq,
Bilməm bu mərəz əlacın etmək kimə fərz.
* * *
Baxdım bu cahan mülkinə əz ruyi-şüur,
Bir vaqiə gördüm ki, beqeyr əz şərü şur.
Heç vəch ilə olmadım bir işdən müxbir,
Gəldim bu cəhanə kur, getdim yenə kur.
* * *
İstər birisi həyatı rahətlə keçə,
Sərf etməsin ömrü nə halətlə keçə.
Əvvəldə bilə daxiləvü xaricəsin,
Öz sərfəsini diqqəti-nam ilə keçə.
Dostları ilə paylaş: |