MiRZƏ AĞadadaş MÜNİRİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə14/15
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63877
1   ...   7   8   9   10   11   12   13   14   15

 

61 


Mirzə  Ağadadaş  Müniri 

Mahi-rəxşəndeyi-Qafqaz, əzizi-Yə’qub, 

Yusifi-Misri-fəsahət, məliki-mülki-kəmal. 

 

 “Yovmül-əkməltü-ləküm dinəküm”in



19

 misdaqi, 

Tapdı “Divan”i-kəmalatı bu gün həddi-kəmal. 

 

Rişteyi-can ilə şirazə çəkibdir ona şeyx, 



İşlədib xacə cədavili-səhadında fəal. 

 

Zərü şəngərfi xüsusi hünər ilə Mani, 



Taci-dibaçəsini etdi müzəhhib əşkal. 

 

Ta eşitdim bu fərəhxiz kəlamı ondan, 



Gəldi pərvazə könül mürgü belə etdi sual:  

 

Bu həman Yusifdür Misrdə olmuşdu əziz? 



Ta Züleyxa görüb eşqində çü ney eylədi nal. 

 

Daməni-ismətini parə qılıb töhmət əli, 



Həbsə çəkdirdi Züleyxa onu bicürmü sual. 

 

Dedi, ol sərvqədü simbədən kim, yox, yox, 



Mavəra qüvvə veribdir ona həyyü mütəal. 

 

O səriül-qələmi təb’i edib Misrə əziz, 



Hüsni-göftarı Züleyxanı edib məsti-cəmal. 

 

Şövqi-Həq ləzzəti çəkdirdi onu zindanə



Nə ki, oldu səbəbi-töhməti-ismət səri-bal. 

                                                       

19

 ”Maidə” surəsinin 3-cü ayəsinə işarədir:”Bu gün dininizi sizin üçün kamil 



etdim...” 


 

62 


Bahar ağlayışı 

Bu həman xaliqi-əfkari-bədaye’dir kim, 

Lütfi-şe’rində təhəyyürdə qalıb külli-məqal. 

 

Eşq odu buteyi-dildə zəri-təb’in bişirib, 



Gəzdirib dəstfişar etmək üçün qali-beqal. 

 

Surəti-nəzmə çəkib mülki-sərii ilə hal, 



Kim  o halında təsəvvür olunur əhsəni-hal. 

 

Tudələnmiş gühəri-nəzmin o bəhri-hünərin 



Külli-peymaneyi-əhli-xirəd etmiş məkyal. 

 

Sünbüli-məzrəeyi-hikməti xirmən-xirmən, 



Daneyi-danişi dadül-ürəfa vəqti-nəval. 

 

Şiri-simürği-xəyalatinə bir sərhəd yox, 



Kim tapıb tairi-əfkarı məqamati-məhal. 

 

Hikməti, fəlsəfəni, məbhəsi-coğrafiyanı 



Öz kəlamında edib Əsməqi tək istemal. 

 

Əhnəfi-helmi səfaməsləkü loğman kəlimat, 



Gənci-sədri gühəri-hikmət ilən malamal. 

 

Suzəni mərtəbə, Ceyhundilü Seyhunhərəkat, 



Vaqifi-həndəsəvü Nasiri-Xosrov iqbal. 

 

Əzhəri, Yafeyiyi-çardəhom əsrdir ol, 



Nəzminə nəzmi-nigahını çəkiblər timsal. 

 

Görə tədrisi-hümayunə səni gər İdris, 



Gəlü

20

 təhsili-kəmal etməyə bu istidlal. 



                                                       

20

 Gəlir 




 

63 


Mirzə  Ağadadaş  Müniri 

Odur ustad, odur səltənəti-nəzmə əmir

Odur iqlimi-fəsahətdə tapan istiqlal. 

 

Xaliqi-şe’r, rəsuli-şüəra, məbdəi-zövq, 



Xazini-dürri-şərəf, məxzəni-əsrari-cəmal. 

 

Çünki, zatülqudusun məqdəmi-pakindən öpüb, 



Lütf edibdir bu məqamı ona Xəllaqi-cəlal. 

 

Kəlmeyi-zati-cəlal aldı qərarım əldən, 



Dedim: -Ey qəlbi Xəlilü dili Cəbrilməqal. 

 

Deyil ol rəsmə səza, bəzl eləmək bərrə, demiş 



Bir də zikr eylə o məbud adını, canımı al. 

 

Gər yazıb bu neçə əbyatı Müniri təbrik



Əfvi-nöqsanını ümmid edib etmiş irsal. 

 

Yusifa, ərzimi dildarə yetirmək səndən, 



İcziruluq eləmək məndən olar hər minval. 

 

Ta yanım hicrdə Nəmrudi-zaman atəşinə, 



Bəlkə mən ölmüşə mümkün ola gülzari-vüsal. 

 

İstərəm qadiri-mehmanın olan günləri kim, 



Yetişəm məzhərə, ta kəşf ola keyfiyyəti-hal. 

 

Gər Məsiha çağıram, qövmi-yəhud eylər hücum, 



Gər çəkəm Həqq adını, tiğ çəkər min dəccal. 

 

Mümkün olmaz qəmü dərdim eləyim ərzi-xütur, 



Çün tutub həmçü fələk dövrəmi qövmi-cühhal. 


 

64 


Bahar ağlayışı 

 

 



RÜBAİLƏR 

 

Ta var bu diyari-həmdiyar, ey saqi, 



Ver mey mənə, vermə ixtiyar, ey saqi. 

Bu nəhv ki, saqeyi-fələk seyr eylər, 

Bu dardə qoymayır mədar, ey saqi. 

 

*  *  * 



 

Ta var bu şəhri-kəcmədar, ey saqi, 

Olmam qəmü qüssədən kənar, ey saqi. 

Sərxoş yaşayım, bilməyim aləmdə nə var

Bu dairədən olum kənar, ey saqi. 

 

*  *  * 



 

Ta var qəmi-zülfi-müşkbar, ey saqi, 

Könlümdə gəzir çü şahmar, ey saqi. 

Məstkən məni-divanəni ətfali-bələd, 

Ta etməyə görsə səngsar, ey saqi. 

 

*  *  * 



 

Tarix edib ömrümü təmam, öldürdü, 

Rövşən günümü eylədi tar, öldürdü. 

Xosrovligimiz getdi Şəkər bəhsilə, 

Bir dəf’əlik etdi təlxkam, öldürdü. 

 



 

65 


Mirzə  Ağadadaş  Müniri 

 

 



*  *  * 

 

Bir ev ki, tapar çar ilə təb’ arayiş, 



Ol evdə həmişəliklə olmaz saziş. 

Xahişlə bu əhli-xanə təkmil olmaz, 

Bihudə o xanədən olur bu xahiş. 

 

*  *  * 



 

Təhsili-ülumdur, könül, bizlərə fərz

Bildirmək o zövqi-elmi yekdigərə fərz. 

Biz növ`i-bəşər sərahətən bimarıq, 

Bilməm bu mərəz əlacın etmək kimə fərz. 

 

*  *  * 



 

Baxdım bu cahan mülkinə əz ruyi-şüur, 

Bir vaqiə gördüm ki, beqeyr əz şərü şur. 

Heç vəch ilə olmadım bir işdən müxbir, 

Gəldim bu cəhanə kur, getdim yenə kur. 

 

*  *  * 



 

İstər birisi həyatı rahətlə keçə, 

Sərf etməsin ömrü nə halətlə keçə. 

Əvvəldə bilə daxiləvü xaricəsin, 

Öz sərfəsini diqqəti-nam ilə keçə. 

 



Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə