MiRZƏ AĞadadaş MÜNİRİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə11/15
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63877
1   ...   7   8   9   10   11   12   13   14   15

 

47 


Mirzə  Ağadadaş  Müniri 

Ta nə qədr məstlik çeşmində yaxmış fitnələr, 

Vay o gündən fitnələr bidar ola huşyarü məst. 

 

Çəkmə aşiqdən inayət damənin, lütf eylə kim, 



Zərrə hərgiz afitabın qədrini etməz şikəst. 

 

İstədim ta bir nəzər ahu gözündən kam alım, 



Etdi ta pir didəm içrə tiği-müjganın nişəst. 

 

Xaktəb’ ol, istəsən ol sərvqədlər sayəsin, 



Olma, ey dil, sayə tək pabəsti-hər balavü pəst. 

 

Yox, Müniri, badeyi-gülgunə hərgiz rəğbətim, 



Lə’li-yar etmiş məni sərməsti-səhbayi-ələst. 

 

*  *  * 



 

Hər könül kim, qəmi-hicr ilə, dila, şad olumu?

14

 

Sərvqamətlərə münqad ola, azad olumu? 



 

Hər şəkərləb olu Şirin kimi şirin hərəkat, 

Dağü daş çapmaq ilə hər kişi Fərhad olumu? 

 

Zülmlərlə olan abad, olur olsun bərbad, 



Atəşin ahilə bərbad olan abad olumu? 

 

Maili-xalü xətin, zülfü rüxün, zikri-ləbin, 



Bəsteyi-sübhəvü əfsaneyi-zöhhad olumu? 

 

Əsərən nisbəti var qaşına Mirrixin əgər, 



                                                       

14

 olurmu 




 

48 


Bahar ağlayışı 

Rəhmsiz mərdümi-çeşmin kimi cəllad olumu? 

 

Ey deyən səbr elə hicranə, vüsal isə qərəz, 



De görüm könlümə bu səbrdən imdad olumu? 

 

Görsə xalü xətini sərfi-zər eylər bu zər, 



Eşq nərdində Müniri kimi nərrad olumu? 

 

 



*  *  * 

 

Bir ruhlu insan idim, indi nəfəsim yox, 



Fəryad edirəm, dadə yetən dadrəsim yox. 

 

Bu ərseyi-şahmatdə matəm mütəhəyyir, 



Yerdən ayağım üzməyə lağər fərəsim yox. 

 

Bir sahibi-cudü kərəm idi bu vücudim, 



Dəryadil idim, imdi kənarimdə xəsim yox. 

 

Bir Yusif idim dəhrdə afaqın əzizi, 



Zindani-bəla içrə bu gün həmnəfəsim yox. 

 

Ney tək fələki tutmuş idi sövti-xəyalım, 



Başdan-başa dərd olmuşam, heç yerdə səsim yox. 

 

Salmış məni bir növ kəşakəşlərə gərdun



Axır nəfəsimdir, yenə bir mültəməsim yox. 

 

Göz yaşı dərunim odunu söndürə bilməz, 



Halımdan olan bircə xəbərdar kəsim yox. 

 



 

49 


Mirzə  Ağadadaş  Müniri 

Bir qafiləsalariyəm aləmdə, Müniri, 

Səhrayi-əsarətdə bu gün bir cərəsim yox. 

 

*  *  * 



Tardə şərh edərəm hali-dilim qil kimi, 

Bəlkə bu əhli-dil adım çəkə təmsil kimi. 

 

Vəqti-İsadə, könül, getməyə ruhülqüds ol, 



Çağır İsayə müvəhhidləri İncil kimi. 

 

Xidməti-Əhmədi dərk et, al əminlik ləqəbin, 



Ta müqərrəb olasan Əhmədə Cibril kimi. 

 

Kə’bəni yıxmaq üçün Əbrəhəvəş sə’y etmə, 



Hünərin var isə sərf eylə Əbabil kimi. 

 

Ali qıl təb`imi, gəzdirmə gədalıq yükünü, 



Səltənət təxtini çəkdirsələ, çək qıl kimi. 

 

Badə tək faş eləmə xəlqə könüllər sirrin, 



Sirnuş olgilən hər süfrədə məndil kimi. 

 

Dilini kəssələ



15

 dil kəsmə, qələm tək de sözün

Rövşən et dərdini hər büq`ədə qəndil kimi. 

 

Olmasan kəhlbəsər, olmalısan dəhrdə xak, 



Gərdi-rah ol, gözə gir sürmə kimi, mil kimi. 

 

Çəkdiyim hicr günü dudeyi-ahimdən əgər, 



Düşə bir zərrəsi dəryayə, boyar lil kimi. 

                                                       

15

 kəssələr 




 

50 


Bahar ağlayışı 

Buriya tək düşən ərbabi-xirəd xidmətin et, 

Sorma cühhal ilə əl verməgi zənbil kimi. 

 

Ey Müniri, nə yetər faidəsiz məbhəsdən



Ki, olur mədrəsədə qal kimi, qil kimi. 

 

*  *  * 



Könül quşu edib ol şuxi-canşikar şikar, 

Düzüb can almağa müjganların qətar-qətar. 

 

Tökübdür arizə geysuyi-pürxəmin çin-çin, 



Necə tuta bu dili-zari-biqərar qərar. 

 

Desəm ki, hüsndə təksən, yox anə söz, ey gül, 



Vəli, mənim kimi əfğan edən həzar-həzar.  

 

Həna degil ki, yaxub ol səmənüzar əlinə, 



Mən aşiqin qanıdır, eyləyib nigar nigar. 

 

Dilim tutuldu, görüb yarı, bilmədim baxdım 



Mən ona həsrət ilə, o mənə xumar-xumar. 

 

Rüxü ləbü xəttü xal, eşqü zövqü şövqü həvəs 



Edüblə çar tərəf hicrə bu düçar düçar. 

 

Müniri, vəslə yetincə təhəmmül et hicrə, 



Bu növ’həm eləməz çərxi-kəcmədar mədar. 

 

*  *  * 



Hər dəm üzarə zülfünü ol simbər tökər, 

San gülşən içrə ahuyi-Çin mişki-tər tökər. 

 



 

51 


Mirzə  Ağadadaş  Müniri 

Bazari-eşqdə görən olsaydı tər ləbin, 

Can nəqdi sərf edər, nə ki, bir simü zər tökər. 

 

Lalə görüb cəmalın olur daği-dil qəra



Qönçə görə dəhanıvı xuni-cigər tökər. 

 

Eşqin həvası özgə həvadır, düşən bilir, 



Ənqa əgər pər açsa, yəqin balü pər tökər. 

 

Gülşəndə jalədir tökülüb bərgi-jalədən, 



Ya kim, həyadan arizi-canandı, tər tökər. 

 

Zikri-ləbinlə sirri-dəhanın açılsa gər, 



Gahi şəkər tökər, gəhi dürrü gühər tökər. 

 

Hicrində bir Müniri deyil sübhü şam zar, 



Hər kəs yana fəraq oduna, əşki-tər tökər. 

                

*  *  * 

Pərvanə dedi şəm’ə, ey canıma cananə, 

Mən aşiqinəm, yannam, aşiq də gərək yanə. 

 

Pəs sən kimə aşiqsən, mə’şuqəni rövşən qıl, 



Sun başını, ver onun miqrazına mərdanə. 

 

Baş çəkdi, zəban açdı, bin ağladı, bin güldü, 



Tökdü gözünün yaşın aşiq kimi damanə. 

 

Bir söz dedi hal ilə, pərvanəni yandırdı, 



Qurban elədi canın ol bir sözə pərvanə. 

 

Yə’ni demirəm yannam, sən həm demədin yandın, 



Biganədir dil canə, candır dilə biganə. 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə