MiRZƏ AĞadadaş MÜNİRİ



Yüklə 1,05 Mb.
Pdf görüntüsü
səhifə8/15
tarix23.08.2018
ölçüsü1,05 Mb.
#63877
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

 

32 


Bahar ağlayışı 

*  *  * 


 

Gəh salıb rüxsarə zülfün, gəh açıb ruyin təmam, 

Aləmə bildirdin, ey məhparə, nəymiş sübhü şam. 

 

Daneyi-xalın görüb pərvazə gəldi mürği-dil



Qafil ondan kim qurulmuş qəsdinə zülfünlə dam. 

 

Gizlənib xalın ləbin küncündə, oldur məqsədi: 



Şayəd əsrari-dəhanından eşitsin bir kəlam. 

 

Sərvboylum, seyri-bağ etdikdə, küllən sərvlər 



Nazlı rəftarın görüb pabəstə olmuşlar müdam. 

 

Açdı zülfün, tökdü rüxsarə, töküldü ayü gün, 



Mərdümi-çeşmim kimi heyrətdə qaldı xasü am. 

 

Ləblərin abi-bəqa, zülmati-xətt içrə nihan, 



Xızr xalındır tutan abi-həyat üstə məqam. 

 

Növki-müjganından ox gəldikcə, al, bas bağrına, 



Ey Müniri, vəsldən bu bir xəbərdir, vəssəlam. 

 

“Türkcə qəzəllər”, 1917 

 

*  *  * 



 

Eşqində, ey sənəm, nə qədər varəm, ağlaram. 

Hicranına nə qədr giriftarəm, ağlaram. 

 

And olsun ol qəra gözüvün bir nigahına, 



Yox çarə dərdi-hicrüvə, naçarəm, ağlaram. 


 

33 


Mirzə  Ağadadaş  Müniri 

Salmış gözün xəyalı məni bəstəri-qəmə, 

Yetməz əlim vəslinə, bimarəm, ağlram. 

 

Qıldım xəyali-vəslini hər şəb səbahədək, 



Ağlarəm, ağlaram, yenə ağlarəm, ağlaram. 

 

Zülfü rüxün xəyalı alıbdır qərarımı, 



Divaneyi-o arizi-gülnarəm, ağlaram. 

 

Nə səngdilsən, ey şəbi-hicran, tükənməsən, 



Ta sübh bilmənəmmi ki, bidarəm, ağlaram? 

 

Yoxdur məlamət, ah çəkib, nalə eyləsəm, 



Bir od edib bu aləmi odlarəm, ağlaram. 

 

Şərhi-qəmi-fəraqı, Müniri, tamam qıl, 



Bir aşiqəm ki, həsrəti-didarəm, ağlaram. 

 

*  *  * 



 

Bülbüləm, ey güli-şəbbu, çəmən avarəsiyəm, 

Müşkbu zülfünə bəndəm, Xütən avarasiyəm. 

 

Qumrivəş sübhü məsa naleyi-ququdur işim



Qəddi-ruyin kimi sərvi-səmən avarəsiyəm. 

 

Mən o Mənsuri-ənəlhəq deyənəm, yox eşidən, 



Dari-dünyadə dolannam, rəsən avarəsiyəm. 

 

Tazə-tazə töküb iç qanımı, ey müğbeçə kim, 



Künci-meyxanədə rahi-kühən avarəsiyəm. 

 



 

34 


Bahar ağlayışı 

Gəl-gəl, ey canım alan, gərdi-rəhin gözləyirəm, 

Mən şəhidi-rəhi-eşqəm, kəfən avarəsiyəm. 

 

Xosrovim, tişeyi-eşqin çalaram, insaf et, 



Kuhkən tək mən o şirinsüxən avarəsiyəm. 

 

Tifli-gəhvareyi-ağuşinəm, aç püstanın, 



Çün Müniri, gecə-gündüz ləbən avarəsiyəm. 

                                             

*  *  * 

 

Kimə aşiqsən, olubsan belə giryan, ey şəm’? 



Rövşən et dərdi-dilin, saxlama pünhan, ey şəm’. 

 

Məclisi-eşqdə pərvanədən aldın tə’lim, 



Ta səhər odlanasan etməmiş əfğan, ey şəm’? 

 

Başını kəsdikicə, atəşi-eşqin artar, 



Sana qurban ola pərvanəsifət can, ey şəm’. 

 

Necə fulad dil olsa, əriyir atəş ara, 



Səni görsə gəhi giryan, gəhi xəndan, ey şəm’. 

 

Ömrünün axırıdır, razi-dilin rövşən qıl, 



Sübh olur indi xumar mehri-dirəxşan, ey şəm’. 

 

Bilmədi dərdini hər haldə cüz pərvanə, 



Bir şərarı ona həm eylədin ehsan, ey şəm’. 

 

Atəşi-eşqdə yandıqca olursan xəndan, 



Qalmışam halına hər haldə heyran, ey şəm’. 

 



 

35 


Mirzə  Ağadadaş  Müniri 

Doldurub damənini seyli-sirişkin gecələr, 

Alışıb tari-vücudun yanır hər an, ey şəm’. 

 

Düşmüsən ta ki, Müniri kimi eşq atəşinə, 



Açma dil bir kəsə, pəranəsifət yan, ey şəm’. 

 

*  *  * 



 

Ey qan olan könül, niyə düşdün bu halə sən? 

Başdan-ayağə ney kimi bir ahü naləsən. 

 

Bəsdir bu içdiyim qəmi-eşqində xuni-dil, 



Gəl bir piyalə mən götürüm, bir piyalə sən. 

 

Sevdikdə mən səni, unudub əqrəba məni, 



Gəl başım üstə, can verirəm, laməhalə sən. 

 

Çıxmaz bu can, gözətlər o müjganların oxun, 



Ey qaşları kəman, elə bir ox həvalə sən. 

 

Olmuş səməndəranə yerim eşqin atəşi, 



Gəl bir tərəhhüm eylə, nəzər qıl bu halə, sən. 

 

Görmə rəva vüsalına yetsin səba sənin, 



Bir dağlı aşiqi olan, ey şux, laləsən. 

 

Varımsa səndən özgə, o həm bir bu candur



Bu canı məndən almağa eylə əcalə sən. 

 

Çoxlar demiş bu həsrəti, mən həm baxıb dedim: 



Ey qan olan könül, niyə düşdün bu halə sən? 

 



 

36 


Bahar ağlayışı 

Bir gün gəlir zəman özü də yad edir səni, 

Yaz qoy, Müniri, halına dair məqalə sən. 

 

*  *  * 



 

Əgərçi bülbülə xoşdur edən cəfası gülün, 

Vəli nə sud nə hasil ki, yox vəfası gülün. 

 

Gözünə xar batar bülbülün baxanda gülə, 



Əgərçi yox nəzərən xarə e’tinası gülün. 

 

Dözər cəfasına bülbül, gül eylər işvəvü naz, 



Bü bülbülün işi, bu etdiyi ədası gülün. 

 

Vurubdu gül üzə ğazə, geyib libasi-hərir, 



Deyir gərək ola bülbül bu gün fədası gülün. 

 

Xəyali-bülbülü əndişeyi-gülü bilsə, 



Açıqdı bülbülün əfkarı, iddiası gülün. 

 

O cövr kim, gül edib əndəlibə fəsli-bahar



Gəlir xəzan dəmi, hər gün çıxır sədası gülün. 

 

Qələm, Müniri, olub sinəçak, bildikdə 



Ki, bülbül ilə keçibdir nə macərası gülün. 

 

*  *  * 



Aşiqin kimdir dedim, ey şuxi-rəna, sən-dedin, 

Afəti-canım - dedim sənsənmi, güldün, mən-dedin. 

 

Söylədim mə’şuqə üşşaqın yaxarmış atəşə, 



Eşq rəsmin şəm’dən-pərvanədən öyrən, dedin. 


Yüklə 1,05 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə